Məhkəmə qərarları › İş №2(103)-5122/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5122/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5122/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 Cavabdeh1 və qeyrisinə qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-40/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh1 banka olan 17473,23 ABŞ dolları əsas, 3748,41 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 21221,64 (iyirmi bir min iki yüz iyirmi bir dollar altmış dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcunun ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 21221,64 (iyirmi bir min iki yüz iyirmi bir dollar altmış dörd sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı-nin xeyrinə ödənilməsi, qalan məbləğin Cavabdeh1 qaytarılması, ipotekaya qoyulmuş yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evi tərk etmədiyi halda onların həmin evdən çıxarılmaları qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 banka olan 17473,23 ABŞ dolları əsas, 3748,41 ABŞ dolları faiz borcunun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh1 məxsus olan Bakı şəh., Suraxanı ray, Hövsan qəs, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinə (60.19 kv.m yaşayış sahəsi) yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin Cavabdeh1 tutulması, eyni zamanda həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərin və onların ailə üzvlərinin həmin evdən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli RF/36927/51/31 saylı Kredit Sazişinə əsasən ona 36 ay müddətinə, illik 22 % dərəcəsi ilə 20154 (iyirmi min yüz əlli dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında bağlanmış İP502069-3176-2011 saylı xx.xx.2011 -ci il tarixli ipoteka müqaviləsinə və Əsas Öhdəliyin ölçüsü və icra müddətinin dəyişməsi, İP502069-3176-2011 saylı, xx.xx.2011 tarixli ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı ray, Hövsan qəs, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi (60.19 kv.m yaşayış sahəsi) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-301/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı-nin xeyrinə 17473,23 ABŞ dolları əsas borc, 3748,41 ABŞ dolları faiz borcu, cəmi 21221,64 ABŞ dollarının tutulması qət edilmişdir. Hazırda həmin borc məbləğlərinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi zərurəti yaranmışdır. Mülki iş dayandırıldıqdan bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş olunmamış, hətta məhkəmə iclası zamanı cavabdehə bankla razılığa gəlməsi üçün şərait yaradılsa da, cavabdeh banka yaxınlaşmaqdan imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddipa tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaimrzə qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbini qismən 3748,41 ABŞ dolları olan faiz borcunun tutulması və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi hisəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdehlər şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdehlər apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edibapellyasya şıkayətinin rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaimrzə qızı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 301/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 17473,23 ABŞ dolları əsas borc, 3748,41 ABŞ dolları faiz borcu, cəmi 21221,64 ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı-yə, həmçinin 10 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli RF/36927/51/31 saylı Kredit Sazişinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22 % dərəcəsi ilə 20154 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında bağlanmış İP502069-3176- 2011 saylı xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə və Əsas Öhdəliyin ölçüsü və icra müddətinin dəyişməsi, İP502069-3176-2011 saylı, xx.xx.2011 tarixli ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi (60.19 kv.m yaşayış sahəsi) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi (60.19 kv.m yaşayış sahəsi) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 13120 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi (60.19 kv.m yaşayış sahəsi) İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 1251 №-li rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin orta bazar satış qiyməti 55.000 manat təşkil edir. İşdə olan xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən cavabdehlərə borcun ipoteka predmeti olan evə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2018-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2018-ci il tarixdə bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh X3 müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ona tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 1251 №-li rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evinin orta bazar satış qiyməti 55.000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən müqavilədə ipotekaya qoyulmuş əmlakın qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir. Kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaimrzə qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi, Cavabdeh1 və Cavabdeh2 Ağaimrzə qızı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar