Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-516/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı İsmayıl oğlunun Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh tərəfindən zəbt olunmuş, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, b/y-nın 14 saylı bağ sahəsi ünvanında yerləşən 0,0425 ha torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) boşadılsın, torpaq sahəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılsın, iddiaçının torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və belə maneələr yaradılması cavabdehə qadağan edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılsın və torpaq sahəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılsın, iddianın qalan hissəsi təmin olunmasın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya icraatı zamanı cavadehin ailə üzvləri – arvadı X4, övladları X1 və X3 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb (iş v. 7), o cümlədən iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” adlandırılan sənəd verilib (iş v. 8). Torpaq sahəsinə dair cavabdehin adına hüquq müəyyənedici sənəd yoxdur. İddiaçı iddia edir ki, cavabdeh torpaq sahəsini zəbt edib. Cavabdeh isə bildirir ki, onun sahiblik etdiyi torpaq sahəsi iddiaçının adına verilmiş reyestr çıxarışında göstrilən torpaq sahəsi ilə üst-üstə düşmür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyinə görə, göstərilən torpaq sahəsi faktiki olaraq 425,0 kv.m təşkil edir. Ərazidə 4 torpaq sahəsi bir hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Ərazidən cavabdeh istixana kimi istifadə edir. Ərazi vahid elektron kadastr baza məlumatlarına əsasən **********35 reyestr nömrəsi ilə iddiaçının mülkiyyətindədir. Cavabdeh sahibləndiyi əraziyə dair hüquq müəyyənedici sənəd təqdim etmədiyindən torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək mümkün olmadı (iş v. 137). Göründüyü kimi, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyi müəyyən olunur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin boşaldılmasını və iddiaçıya qaytarılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi əsas yoxdur. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsi üçün İddiaçı İsmayıl oğlunun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nəfinə ödədiyi haqqın əvəzi kimi 215 (iki yüz on beş) manat Cavabdeh alınaraq İddiaçı İsmayıl oğluna verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-516/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-516/2022
18.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver