Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5163/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, İddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: tikilinin sökülməsi və maneələrin aradan qaldırılması və.s tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-185/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin arxasında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və talvarın sökülməsi, bağlanmış qapının açılması, qeyri-yaşayış sahəsinin istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi uzun müddət idi ki, mərhum həyat yoldaşı Qasımov Aydın Qələndər oğlunun mülkiyyətində olmuşdur. Həyat yoldaşı rəhmətə getdikdən sonra həmin əmlak vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş və iddiaçıya xx.xx.3019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsi 47 kvadrat metrdən ibarət olmaqla 3 otaqlıdır. Sarayevo küçəsi tərəfdən bir giriş, arxa tərəfdən isə ikinci giriş mövcuddur. 2018-ci ilin əvvəlində qonşu qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh tərəfindən qanunsuz olaraq hasar və talvar tikilmiş, nəticədə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin arxa giriş-çıxış qapısı bağlanmışdır. Hazırda iddiaçının mülkiyyətində olan əmlakdansərbəst istifadə edə bilmir. Bu da onun mülkiyyət hüququnu pozur. Dəfələrlə müxtəlif orqanlara və cavabdehə onun tərəfindən qanunsuz inşa edilmiş hasar və talvarın sökülməsi, iddiaçıya məxsus obyektin arxa giriş və çıxış qapısının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Yalnız Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi dövlət yanğın nəzarəti idarəsi tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Sarayevo küçəsi 13A ünvanında yerləşən Qasımov Aydın Qələndər oğluna məxsus qeyri-yaşayış obyektinin arxa giriş-çıxış qapısı qonşu obyektin sahibi tərəfindən qeyri-qanuni olaraq hasar və talvar tikilməsi nəticəsində bağlanmışdır. Aparılan tikinti işlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşma sənədləri təqdim edilməmişdir. Göründüyü kimi, əgər iddiaçıya məxsus qeyri-yaşayış sahəsində hər hansı yanğın baş verərsə, cavabdeh tərəfindən arxa giriş-çıxış qapısı bağlandığına görə yanğınsöndürən avtomaşınlar da ora daxil ola bilməyəcək. Bu da böyük fəlakətə səbəb ola bilər. Beləliklə cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst şəkildə istifadə etməyinə mane olaraq İddiaçı mülkiyyət hüququnu pozur. Odur ki, Cavabdeh tərəfindən yaradılan maneçilik nəticəsində İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst şəkildə istifadə edə bilmir. Ona görə də hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxasında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və talvar sökülməli, bağlanmış qapı açılmalı, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələr aradan qaldırlmalıdır.
3. Daha sonra ilkin iddia üzrə İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətindən olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində (yuxarı hissəsində) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (hasar, talvar) Cavabdeh hesabına sökülməsi, qeyri-yaşayış sahəsinin arxa tərəfində açılan qapının Cavabdeh hesabına açılması və həmin qapıdan, qapının açıldığı 6 kv.m. ibarət hissədən istifadəyə Cavabdeh Allahverid qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində (yuxarı hissəsində) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (hasar, talvar) Cavabdeh tərəfindən sökülməsi, İddiaçı mülki qızının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh hesabına sökülərək çıxarılması, həmin qağının açıldığı yolun 6 kvadrat metrdən ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin qaldırılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı məxsus köşkün Cavabdeh şəxsi mülkiyyətində olan 0,02104 ha torpaq sahəsinə düşən hissəsində sökülməsi və İddiaçı mülkiyyətində 47 kv.m. qeyri-yaşayış sahəsinə çəkilmiş işıq enerjisi kabellərinin İddiaçı hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə olunan sahədə qapılar və onlaraq giriş-çıxış elə ilkin vəziyyətdə olduğu kimi mövcuddur. Yəni həmin obyekt özəlləşdirilərkən hansı vəziyyətdə olmuşdursa indi və eyni vəziyyətdədir, hər hansı bir tikinti işləri aparılmamış, giriş-çıxışa maneə olacaq heç bir tikinti mövcud deyildir. Əksinə, mübahisəli sahə Cavabdeh şəxsi mülkiyyətindədir, yəni iddiaçının mübahisə predmetinə çevirdiyi giriş-çıxış yolunun yerləşdiyi torpaq sahəsi AR ƏMDK DƏDRX tərəfindən verilmiş 064319 saylı Çıxarışa əsasən özəllışdirilmiş 0,1018 ha torpaq sahəsinin içində yerləşir. Bu səbəbdən İddiaçıı həmin sahəyə heç bir iddiası da ola bilməz. İddiaçı Cavabdeh şəxsi mülkiyyətində olan AR ƏMDK DƏDRX tərəfindən verilmiş 11523353 saylı Çıxarışa əsasən özəlləşdirilmiş 0,02104 ha torpaq sahəsində özünə məxsus bir köşk tikmiş və bununla da Cavabdeh təqribən 3 kv.m. torpaq yerini zəbt etmişdir. Bundan əlavə İddiaçı mülkiyyətində olan 47 kv.m. qeyri-yaşayış sahəsinə işıq enerjisi kabellərini də Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin altından keçərək çəkmişdir ki, bu da Cavabdeh məxsus həmin binanın sökülüb yenidən tikilməsi üçün problemlər yaradır.
7. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətində olan 47 kv.m. qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətdə olması faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı mülkiyyətində olan 47 kv.m. qeyri-yaşayış sahəsinə çəkilmiş işıq enerjisi kabellərinin İddiaçı hesabına sökülməsi, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən qarşılıqlı iddia üzrə iddiaçıya məxsus tikilinin önündə yerləşən taxtadan qanunsuz tikilmiş uzunluğu 2,76 sm, eni 2.20 sm olan köşkün İddiaçı hesabına sökülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus tikilinin önündə yerləşən taxtadan qanunsuz tikilmiş uzunluğu 2,76 sm, eni 2.20 sm olan köşkün İddiaçı hesabına sökülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-185/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13A ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa divarının üzərinə düşən hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (hasar, talvar) Cavabdeh hesabına sökülməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13A ünvanında yerləşən, İddiaçı və Cavabdeh məxsus qeyri-yaşayış obyektlərinin önündə İddiaçı tərəfindən tikilmiş uzunluğu 2.76 sm, eni 2.20 sm olan köşkün İddiaçı hesabına sökülməsi, məhkəmə xərclərinin dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçı, 100 (yüz) manat məbləğində pul vəsaitinin isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.6, 157.4, 173.1 -ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1, 69.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.3-cü maddələrinin istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissələrində ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qetnamə qebul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin ilkin iddia tələbinin təmin edilməsi hissəsi ilə razıdır. Qətnamənin ilkin iddianın təmin edilməyən hissəsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsi ilə isə qətiyyən razı deyil. Belə ki, məhkəmə verilmiş tələbə düzgün qiymət verməmiş, ilkin iddia tələbinin İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yan tərəfində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş dəmir qapının sökülməsi hissəsinə qiymət verməmişdir. Həmçinin, heç bir əsas olmadan yalnız ekspert rəyinə istinad etməklə İddiaçı tərəfindən tikilmiş uzunluğu 2,76 sm, eni 2,20 sm olan köşkün İddiaçı hesabına sökülməsi qənaətinə gəlmişdir. Qeyd edir ki, köşk taxtadan deyil, dəmir konstruksiyadan hazırlanmışdır. Ləkin həm ekspert, həm də məhkəmə yerli baxışın nəticəsinə əsasən həmin köşkün taxtadan olması qənaətinə gəlmişlər. Həmin köşkün yalnız 50 sm hissəsi Cavabdeh məxsus daşınmaz əmlakın hüdudları daxilindədir. Köşkün əsas hissəsi İddiaçı məxus olan tikilinin hüdudları daxilindədir. Məhkəmə ən azından bunu nəzərə alıb köşkün yerinin dəyişdirilməsini qət edə bilərdi. Lakin əsassız olaraq köşkün İddiaçı hesabına sökülməsi qənaətinə gəlmişdir. Bununla da maddi hüquq normalarının tələbləri pozulmuş, yalnız ekspert rəyinə əsaslanaraq bu qənaətə gəlinmişdir. Halbuki mövcud qanunvericiliyə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyil. Məhkəmə, həmçinin Qasımov Şöhrət Tapdıq qızının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh hesabına sökülərək çıxarılması, həmin qapının açıldığı yolun 6 kv metrdən ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsini də əsassız olaraq təmin etməmişdir. Məhkəmə burda maddi hüquq normalarının tələbini pozmuşdur. Belə ki, məhkəmə İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin daha əvvəl tikildiyini nəzərə almamışdır. Ona məxsus olan tikilinin arxa tərəfinə açılan qapı Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi tikilənədək orada mövcud olmuşdur. Əvəlində Cavabdeh qapının açıldığı torpaq sahəsini qonşusu İddiaçı xəbərdarlıq etmədən özəlləşdirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bundan başqa, arxa tərəfdə yerləşən qapının açarları heç də İddiaçı tədqim edilməmişdir. dəfələrlə ilkin cavabdehə bu barədə müraciət olunsa da, o açarları təqdim etməkdən imtina etmişdir. Lakin məhkəmə əsassız olaraq bu nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Konstitusiyanın 29-cu maddəsinin İİİ-cü və İV-cü hissələrinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur .
20. Maddə 152.6. hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
21. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 173.1 başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
23. Maddə 72.1. qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
24. Maddə 69.1. binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
25. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
26. Maddə 111.3 torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-185/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya apellyasiya şikayətinin ilkin iddia tələbinin təmin edilməsi hissəsi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxa divarında ilkin iddia üzrə Cavabdeh məxsus əmlak kompleksinə açılan qapı mövcuddur. Həmin divarın önündə Cavabdeh Allaherdi qızının mülkiyyəti olan əmlakın və torpaq sahəsinin hüdudlarında təxminən 6 kvadrat metr olar sahə hasara alınmış və qapı qoyulmuşdur, əmlakın Sarayevo küçəsinə olan girişində isə əlavə bir qapı da qoyulmuşdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh hesabına sökülərək çıxarılması, həmin qapının açıldığı yolun 6 kv.metrdən ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbi İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa divarında olan qapıdan istifadənin təmin edilməsinə yönəldilmişdir. Lakin, iş materialları ilə müəyyən edilmişdir ki, həmin qapı Cavabdeh mülkiyyətində olan əmlak kompleksi və torpaq sahəsinə çıxır və həmin qapıdan istifadə Cavabdeh mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülkiyyət hüququnun bu cür məhdudlaşdırılması yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada mümkündür. Lakin, hazırki mülki iş üzrə bu cür hallar mövcud deyildir. Belə ki, ilkin İddiaçı qeyri-yaşayış sahəsindən istifadə edilməsi üçün hər hansı maneənin yaradıldığı müəyyən edilmir. Həmçinin məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı, hər iki qeyriyaşayış sahəsinin arxa tərəfində yerləşən qapının açarları Cavabdeh tərəfindən ilkin iddia üzrə İddiaçı təklif edilmiş, lakin bu təklif sonuncu tərəfindən qəbul edilməmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən AR MM-in 157.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şərtlər hazırki ilkin iddia tələbi üzrə mövcud olmadığına görə ilkin iddia İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxa tərəfinə açılan qapının Cavabdeh tərəfindən sökülməsi, həmin qapının açıldığı yolun 6 kv.metrdən ibarət hissəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması hissəsində təmin edilməməlidir.
40. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddiaya aid dəlillərini də əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13A ünvanında yerləşən, uzunluğu 2,76 sm., eni 2.20 sm. olan taxtadan inşa edilmiş tikilinin 0,50 m hissəsi ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus daşınmaz əmlakın (torpaq sahəsi) hüdudları daxilində yerləşir və qeyri-yaşayış sahələrinə yaxın məsafədə 20-30 sm ara məsafəsində quraşdırıldığından hər hansı bir yanğın hadisəsi baş verərsə yanğından mühafizə tədbirlərinin keçirmək üçün qismən maneə yaradır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-185/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.