Məhkəmə qərarları › İş №2(103)-5170/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5170/2022

30.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5170/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 620/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 5, 6, 19 və 20 saylı mənzillərin hərrac yolu ilə satılmasına dair xx.xx.2021-ci il tarixli 68/02, 68/03, 68/04 və 69/01 nömrəli X6 protokolların və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə ilk "xxxx"ASC-nin iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 29 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 27 iyun 2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 manat əsas borc, 37789,71 manat faiz borcu olmaqla 467841,71 manat borcun, 13 dekabr 2012-ci il tarixli razılaşma üzrə 352980 manat əsas borc, 37215,86 manat faiz borcu olmaqla, 390195,86 manat borcun, ümumilikdə 858.037,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumun iddiаçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında Z.Səmədovaya məxsus olan ünvan 2 ünvanda yerləşən 163.7 m2 ümumi, 96.2 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında N.Ə.Kərimova məxsus olan ünvan 3ünvanda yerləşən 76.5 m2 ümumi, 62.4 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında N.Kərimova məxsus ünvan 4 ünvanda yerləşən 66.9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 5, 6, 19 və 20 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların müəyyən edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin borcun təmin edilməsinə yönəldilməsi, artıq məbləğin qaytarılması qət edilmiş, ilk iddia qalan hissədə, eləcə də qarşılıqlı iddia təmin olunmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra vərəqəsi Bakı Şəhəri Yasamal Rayon İcar Şöbəsinə göndərilmişdir. Məlum olmuşdur ki, Yasamal rayon İcra Şöbəsinin xx/xx-132325/3-17501 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən Hərrac Mərkəzi «Кülək» ММC tərəfindən hərrac keçirilmişdir. Həmin sifariş məktubun göndərilməsi qanunsuz olduğundan İddiaçı cavabdeh Yasamal rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun üzərinə İddiaçı əmlakına dair hərracın keçirilməsi barədə “Külək“ ММC-yə göndərilmiş sifarişin geri götürülməsi vəzifəsinin həvalə edilməsinə” dair iddia tələbləri ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və inzibatiiş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bundan əlavə,Yasamal rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olunmuş Hərrac Mərkəzi «Кülək» ММC-nin məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri,Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylıevin ümumi sahəsi 45,2 m olan 6 saylı mənzili qiyməti 63750 (altmış üç min yeddi yüz əlli) manat, İddiaçı məxsus Bakı şəhəri,Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 32 m olan 19 saylı mənzili qiyməti - 60562,50 (altmış min beş yüz altmış iki manat əlli qəpik) manat, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 39,15 m olan 20 saylı mənzili qiyməti- 57375 (əlli yeddimin üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayan "xxxx"ASC əldə etmişdir. Eyni zamanda, həmin məktubda qeyd edilmişdir ki, əmlakın dəyəri hərrac təşkilatının depozit hesabına ödənilməmişdir. Bundan əlavə, "xxxx" MMC tərəfindən verilmiş X6 68/02 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 45,2 m olan 6 saylı mənzilin ilkin satış qiyməti 100000 (yüz min) manat, təkrar hərracdakı satış qiyməti – 85000 (səksən beş min) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinəəsasən 25%aşağı olan qiymət 63750 (altmış üç min yeddi yüzəlli) manatmüəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmişX6 68/03 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 32 m olan 19 saylı mənzilin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat, təkrar hərracdakı satış qiyməti – 80750 (səksən min yeddi yüz əlli) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25%aşağı olan qiymət 60562,50 (altmış min beş yüz altmış iki manat əlli qəpik) manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş X6 68/04 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 39,15 m olan 20 saylımənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat, təkrar hərracdakı satış qiyməti – 76500 (yetmiş altı min beş yüz) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 57375 (əlli yeddimin üç yüz yetmiş beş) manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş X6 69/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28,3 m olan 5 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat, təkrar hərracdakı satış qiyməti –51000 (əlli bir min) manat, İpoteka haqqında AR Qanunun 43.7-cimaddəsinə əsasən 25% aşağı olan qiymət 38250 (otuzsəkkizmin iki yüzəlli) manat müəyyən olunmuşdur. Hərrac “İpoteka haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Belə ki, cavabdeh Hərrac Mərkəzi «Кülək» ММC tərəfindən hərracın keçirilməsi, onun vaxtı və yeri barədə İddiaçı müvafiq bildirişlər göndərilməmiş, bu səbəbdən İddiaçı həraccın keçirilməsi barədə məlumatı olmamışdır. Həmçinin, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və cavabdehin rəsmi internet saytında elan dərc edilməsi barədə heç bir məlumat da yoxdur.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-620/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Ədilova).

4. Həmin qətnamədən narazı qalan iddiaçı iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra Şöbəsinin xx/xx-132325/3-17501 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən Hərrac Mərkəzi«Кülək» ММC tərəfindən hərrac keçirilmişdir. Yasamal rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olunmuş Hərrac Mərkəzi «Кülək» ММC-nin məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 45,2 m olan 6 saylı mənzili qiyməti - 63750 (altmış üç min yeddi yüzəlli) manat, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 32 m olan 19 saylı mənzili qiyməti - 60562,50 (altmış min beş yüzaltmış iki manat əlli qəpik) manat, İddiaçı məxsus Bakı şəhəri, Yasamalrayonu, Araz küçəsi(4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 39,15 m olan 20 saylımənzili qiyməti- 57375 (əlli yeddimin üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayan "xxxx" ASC əldəetmişdir. Eyni zamanda, həmin məktubda qeyd edilmişdir ki,əmlakın dəyəri hərrac təşkilatının depozit hesabına ödənilməmişdir. Bundan əlavə, "xxxx" MMC tərəfindən verilmiş X6 68/02 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 45,2 m olan 6 saylımənzilin ilkin satış qiyməti 100000 (yüz min) manat, təkrar hərracdakı satış qiyməti – 85000 (səksən beş min) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 63750 (altmış üç min yeddi yüzəlli) manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş X6 68/03 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 32 m olan 19 saylımənzilin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat, təkrar hərracdakı satış qiyməti – 80750 (səksən min yeddi yüz əlli) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 60562,50 (altmış min beş yüzaltmış ikimanatəlli qəpik) manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş X6 68/04 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 39,15 m olan 20 saylı mənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat, təkrar hərracdakı satış qiyməti – 76500 (yetmiş altımin beş yüz) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 57375 (əlli yeddimin üç yüz yetmiş beş) manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş X6 69/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28,3 m olan 5 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat, təkrar hərracdakı satış qiyməti –51000 (əlli bir min) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 38250 (otuz səkkizmin iki yüzəlli) manat müəyyən olunmuşdur. Qeyd edilən hərrac “İpoteka haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Belə ki, cavabdeh Hərrac Mərkəzi «Кülək» ММC tərəfindən hərracın keçirilməsi, onun vaxtı və yeri barədə İddiaçı müvafiq bildirişlər göndərilməmiş, bu səbəbdən İddiaçı həraccın keçirilməsi barədə məlumatı olmamışdır. Həmçinin, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və cavabdehin rəsmi internet saytında elan dərc edilməsi barədə heç bir məlumat olmamışdır. Məhkəmə qeyd etmişdir ki, “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrindəelan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” qəzetlərində elanlar verilmişdir”. Lakin məhkəmənin mövqeyi əsassızdır. Cavabdeh hərracın keçirilməsini “Birja” qəzetlərində elan verməklə kifayətlənmiş, halbuki 42.1-ci maddəsinin tələblərinə görə hərracın təşkilatçısı özünün rəsmi internet saytında elanı dərc etdirməmişdir. Saytda dərc edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, saytda dərc edilməsi qanunvericiliyin mütləq tələbi kimi göstərilmişdir. Bu barədə İddiaçı da heç bir bildiriş göndərilməmişdir. Bundan əlavə,“İpoteka haqqında” AR Qanunun 42.3-cü maddənin tələbləri pozularaq İddiaçı hərracda alıcı qismində iştirakı lazımınca təmin edilməmişdir. İddiaçı məxsus telefon nömrəsinə zəng olunmamış və hərrac barədə bildirişlər qərəzli olaraq çatdırılmamışdır. İş materiallarında olan cavabdeh “Külək“ MMC tərəfindən məhkəməyə göndərildiyi sənədlərdən müəyyən olunur ki, hərracın keçirilməsinə dair 01 №-li bildirişdə İddiaçı telefon nömrəsi kimi “(***)*******” qeyd edilmişdir. Həmin nömrə İddiaçı məxsus deyil, İddiaçı tel.nömrəsi “(050) 214 39 57”dir. Bundan əlavə, müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən məhkəməyə göndərildiyi hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 01 №-li bildirişdə hərracın keçirilmə vaxtı xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Daha sonra, hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 02 №-li bildirişdə hərracın keçirilmə vaxtı xx.xx.2021ci il tarixə təyin edilmişdir. Daha sonra hərracın keçirilməsinə dair xx.xx.2021 il tarixli 02 №-li bildirişdə hərracın keçirilmə vaxtı xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Maraqlıdır ki, cavabdeh tərəfindən İddiaçı göndərdiyi bildirişlər ilə bağlı poçt qəbzləri məhkəməyə özü tərəfindən deyil üçüncü şəxs "xxxx" ASC tərəfindən təqdim olunur. Cavabdeh tərəfindən məhkəməyə göndərilən sənədlərdə bildirişlərin çatdırılması barədə hər hansı poçt qəbzləri olmamışdır. Halbuki, həmin bildirişlər cavabdeh “Külək“ MMC tərəfindən göndərilirsə, poçt qəbzləri də cavabdehin özündə olmalıdır. Belə ki, üçüncü şəxs "xxxx" ASC-nin Etirazına əlavə edilən poçt qəbzindən görünür ki, güya "xxxx" MMC tərəfindən kuryer vasitəsilə İddiaçı ünvanlanan məktubun çatdırılması vaxtı xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir. Yəni, hərracın keçirilməsinə 21 gün qalmış məktub göndərilir. Digər poçt qəbzlərindən görünür ki, “Külək“ MMC tərəfindən kuryer vasitəsilə İddiaçı ünvanlanan məktubun çatdırılması vaxtı birində xx.xx.2021-ci il tarixdə, digərində isə xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir. Göründüyü kimi, xx.xx.2021 ilə təyin edilmiş hərraca dair bildiriş xx.xx.2021 ildə (21 gün qalmış) göndərilir, xx.xx.2021 il tarixə təyin edilmiş növbəti hərraca dair bildirişi xx.xx.2021 ildə (6 gün qalmış) və xx.xx.2021 il tarixə təyin edilmiş növbəti hərraca dair bildirişi xx.xx.2021 ildə (10 gün qalmış) göndərilir. Halbuki, MM-nin 415.2-ci maddəsinə əsasən təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Beləliklə, cavabdeh “Külək“MMC tərəfindən Mülki Məcəlləsinin 415.2-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Bundan əlavə, "xxxx" MMC-nin xx.xx.2021-ciil tarixli Təklif məktubundan görünür ki, təkrar hərracların baş tutmaması barədə “Birja Yenilikləri” qazetində xx.xx.2021-ci il tarixdə elan dərc edilmişdir. İpoteka predmetinin əldə olunmasında dair Təkliflər də İddiaçı göndərilməmiş və bununla bağlı müvafiq poçt qəbzləri məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X6 № 69/01 saylı protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil 38250 manata ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. Məlum olmuşdur ki, həmin mənzil daha əvvəl ilk hərrac zamanı X8 tərəfindən əldə edilir, daha sonra həmin mənzilin digər mənzillərlə birləşdiyinə görə məhkəməyə müraciət edir və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4728/2021 saylı qərardadı ilə İddiaçı məxsus olmuş əmlakların üzərinə həbs qoyulmuşdur. Üçüncü şəxs kimi Bank tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)-4728/2021 saylı qərardadı ilə həmin həbs ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı məxsus mənzillər xx.xx.2021-ci il tarixdən həbsdə olduğundan onların satılması qanunsuzdur. Həmin mənzillərin üzərinə qoyulmuş həbs yalnız xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Beləliklə mənzillərin satılması ancaq həmin tarixdən sonra mümkün ola bilərdi. Qeyd edilənlərə əsasən, X6 protokollar qanunsuz və əsassız olaraq tərtib edilmiş və qanunsuz olaraq banka satılmışdır. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Üçüncü şəxsin nümayəndəsi Ş.Yusifli iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdiirlmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsiinn səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0050590 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 5 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0052606 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 19 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0053139 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 6 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0053074 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 20 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X10 Mərkəzi "xxxx"MMC-”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASCyə, X3, İddiaçı, X5 və "xxxx"MMCyə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli №1 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, ev 146 A, Bakı şəhəri, Yasamal rayonu, AK.Ş.Mehdiyev küçəsi, ev 97-də yerləşən qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7 (ü/s 28.3 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti müvafiq olaraq 130950 manat, 200000 manat, 60000 manat, 100000 manat, 95000 manat, 90000 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 6547.50 manat, 10000 manat, 3000 manat, 5000 manat, 4750 manat, 4500 manat müəyyən edilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X10 Mərkəzi "xxxx"MMC-”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASCyə,X3, İddiaçı, X5 və "xxxx"MMCyə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli №2 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 28.3 kv.m) olan əmlaka tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 51000 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 2550 manat müəyyən edilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X10 Mərkəzi "xxxx"MMC-”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASCyə,X3, İddiaçı, X5 və "xxxx"MMCyə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli №2 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti müvafiq olaraq 85000 manat, 80750 manat, 76500 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 4250 manat, 4037.50 manat, 3825 manat müəyyən edilmişdir.

18. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 28.3 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir.

19. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X10 Mərkəzi "xxxx"MMC-”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASCyə,X3, İddiaçı, X5 və "xxxx"MMCyə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubundan görünür ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsi № xx/xx-132325/3- 17501 saylı xx.xx.2021ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) əmlakların təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni müvafiq olaraq 63750 manat, 60562.50 manat və 57375 manar olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

20. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X6 № 68/03 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 32k.m olan 19 saylı mənzil 60562.50 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır.

21. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X6 № 68/02 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 45.2 kv.m olan 6 saylı mənzil 63750 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır.

22. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X6 № 69/01 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil 38250 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır.

Hüquqi dəyərləndirmə:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır.

25. “İpoteka haqqında” Qanunun:

26. 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

27. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.“

28. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

29. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

30. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

31. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

32. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

33. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

34. 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

35. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

36. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

39. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 32 kv.m olan 19 saylı mənzil, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 45.2 kv.m olan 6 saylı mənzil , İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakların ilkin hərrac qiyməti müvafiq olaraq 95000 manat, 10000 manat, 60000 manat əmlakın 25% endirimlə müvafiq olaraq 60562.50 manat, 63750 manat, 38250 manat olmaqla "xxxx" ASC-nin balansına keçirilmişdir.

40. İş materiallarından görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar vermişdir.

41. İddiaçı iddia tələbində və apellyasiya şikayətində hərracın keçirilməsi ilə bağlı bildirişin ona çatdırılmamasınını mübahisələndirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, mübahisə predmeti olan hərracla bağlı hərrac təşkilatı tərəfindən 26 avqust 2021-ci il tarixi və 15 sentyabr 2021-ci il tarixi olmaqla iki dəfə hərrac keçirilmiş və iş materiallarından göründüyü kimi hər iki hərrac barəsində hazırki iş üzrə iddiaçıya hərrac təşkilatı tərəfindən rəsmi qaydada məlumat verilmişdir.

42. Belə ki, iddiaçı özünün qeydiyyat və yaşayış ünvanı kimi ünvan 7r həmin ünvana gönədərilmişdir. Bildirişlərin həmin ünvana göndərilməsinə baxmayaraq həmin məktublar hazırki iş üzrə iddiaçı tərəfindən faktiki olaraq müxtəlif əsaslar (qapı bağlıdır, imtina edilmişdir, xaricdədir və s.) gətirilərək qəbul edilməmişdir.

43. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər "xxxx" MMC tərəfindən iş materiallarına əlavə edilmiş, həmçinin müvafiq aktlar tərtib edilmiş, həmin aktlarda qeyd edilmişdir ki, qapı bağlıdır. Mövcud telefon nömrələri ilə əlaqə saxlanıldığı zaman isə həmin telefon nömrələrinə cavab verilməmiş və ya həmin cavab verilən zaman onun İddiaçı olmadığını və onunla əlaqə saxlanılması üçün əlavə telefon nömrələri təqdim edilmişdir. Lakin müvafiq telefon nömrələri ilə əlaqə saxlanılsa da həmin telefon nömrələri işlək olmamış və ya zəng çatmamışdır. İddiaçı apellyasiya şikayətində əlaqə saxlanılan telefon nömrəsinin ona aid olmadığını bildirsə də, kollegiya hesab edir ki, iddiaçının bu dəlili mülahizə xarakteri daşıyır və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmır.

44. Digər tərəfdən hazırki iş üzrə iddiaçı iddia ərizəsində hərracın keçirilmə yeri və vaxtı barədə məlumatın olmamasını qeyd etsə də, iş materiallarından görünür ki, faktiki olaraq həmin dövrdə Bakı şəhəri Səbail rayon Məhkəməsində iddiaçı X4 və digər şəxslərin “X1 Mərkəzi” MMC-yə qarşı mülki iş üzrə məhkəmədə üçüncü şəxs kimi iştirak etmiş, eyni zamanda Bakı İnzibati Məhkəməsində "xxxx" Hərrac Mərkəzi MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiva Şöbəsinə qarşı “hərracın keçirilməsinin qadağan edilməsi” tələbinə dair iddia qaldırmış, hər iki məhkəmədə iddianın təmin tədbiri olaraq keçirilən hərracın dayandırılması ilə bağlı ərizə vermişdir.

45. İddiaçı hərracın keçirilmə yeri, vaxtı və saatı barədə məlumatlı olmasaydı, bu zaman Bakı şəhəri Səbail rayonu Məhkəməsində keçirilən məhkəmə iclaslarında, habelə Bakı İnzibati Məhkəməsində iddianın təmin tədbirinə (müvəqqəti təminat tədbirinə) dair ərizələr təqdim etməzdi. Bu hal bir daha sübut edir ki, hazırki iş üzrə iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə tam məlumatlı olmuş, lakin hərəkətsizlik nümayiş etdirmişdir.

46. Həm Bakı şəhəri Səbail rayon Məhkəməsində (xx.xx.2021-ci il tarixli 2(009)- 1213/2021 saylı qərardad), həm də Bakı İnzibati Məhkəməsində (xx.xx.2021-ci il tarixli MXMT (112)-225/2021 saylı qərardad) keçirilən məhkəmə iclaslarında verilmiş iddia ərizələrindən də bəlli olur ki, hazırki iş üzrə iddiaçının qeydiyyatda olduğu və yaşadığı yer ünvan 9 ünvanındır, hansı ki, hərrac təşkilatı tərəfindən də bildirişlər həmin ünvana göndərilmişdir.

47. Qüvvədə olan X7 42.1-ci maddəsinin tələbinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir).

48. Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

49. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqedən də bəlli olur ki, hərracın keçirilməsinə dair bildirişlərin “mütləq qaydada çatdırılması” deyil, həmin bildirişlərin faktiki olaraq göndərilməsi əsas rol oynayır ki, qeyd edilən bildirişlər faktiki olaraq hərrac təşkilatı tərəfindən hazırki iş üzrə iddiaçıya rəsmi qaydada göndərilmişdir. İddiaçının isə həmin bildirişləri almaması hərrac təşkilatının hərəkət və hərəkətsizliyindən qaynaqlanmamışdır.

50. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etmişdir ki, hərracın keçirilməsi ilə bağlı müvafiq elanlar verilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilmə yeri, vaxtı və saatı barədə elanın harada verilməsi barədə məlumatlar hazırki iş üzrə iddiaçıya göndərilmiş bildirişlərdə tam öz əksini tapmış, eyni zamanda “Birja yenilikləri” qəzetində elan verilmişdir. Lakin hazırki iş üzrə iddiaçı həmin bildirişləri rəsmi qaydada qəbul etməməsini əsas gətirərək bu barədə elanın verilməməsi halında istinad edir ki, bu hal hərracın nəticələrinin etibarsız hesab olunması üçün əsas hesab edilə bilməz.

51. İkinci hərrac baş tutmadığından “İpoteka haqqında” AR qanununun tələblərinə uyğun olaraq Banka təklif edilmiş və buna uyğun olaraq həmin əmlaklar bank tərəfindən əldə edilmiş və buna uyğun olaraq ünvan 10 ünvanında yerləşən 5,6,19 və 20 saylı mənzillər Cavabdeh, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC tərəfindən imzalanmış 01 oktyabr 2021 -ci il tarixli 68/02 №-li, 68/03 Js№-li, 68/04 №-li və 12 oktyabr 2021- ci il tarixli, 69/01 №-li X6 Protokollarına əsasən "xxxx" ASC tərəfindən əldə edilmişdir. Eyni zamanda qeyd edilən əmlakların alqı-satqısına dair "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında alqı-satqı müqavilələri imzalanmışdır.

52. Kollegiya iddiaçının iddia tələbində və apellyasiya şikayətində əsas gətirdiyi hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. İş materiallarından aydın olur ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlı olmuşdur. Bu səbəbdən də, iddiaçının bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

53. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbinin həmin hissədə əsassız olduğundan təmin edilməməsinə dair məhkəmənin qərarı əsaslı olmuşdur.

54. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

55. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur.

56. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur.

57. Kollegiya qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” qəzetlərində elanlar verilmişdir.

58. İddiaçı həmçinin apellyasiya şikayətində hərracın təşkilatçısı özünün rəsmi internet saytında elanı dərc etdirməməsi halına istinad etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan saytdan çıxarışlardan görünür ki, mübahisəli mənzilə dair hərracın keçiriləcəyi ilə bağlı məlumat birjanew.az saytında dərc etdirilmişdir.

59. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.

60. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, hərrac təşkilatının hərracın keçiriləcəyi barədə özünün rəsmi internet səhifəsində məlumatı dərc etməsi iş materialları ilə öz təsdiqini tapdığından, hərrac təşkilatı tərəfindən Qanunun 42-ci maddəsinin tələbləri pozulmamışdır. Odur ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır və qətnamənin ləğvi üçün səbəb ola bilməz.

61. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız və qanunsuz olduğundan təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

63. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

64. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-620/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar