Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5178/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Cavabdeh1 ASC, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, “xxxx” MMC və üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekun protokolunun və əmlakın alqı-satqısı müqaviləsinin etibarsız sayılması, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və bankın mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, “xxxx” MMC və üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin 48 saylı mənzilə dair “xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Y12/01 saylı hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsi, həmçinin mənzilin üzərində ipoteka yüklülüyünə xitam verilməsi, bankın mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)937/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan və X1 Cavabdeh1 ASC-nin xeyrinə 320.391,77 ABŞ dolları borc ödənişinin və məhkəmə xərclərinə görə 120 manat tutulması İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin 48 saylı mənzilinə yönəlmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş sənədi ilə müəyyən edilmişdir ki, mənzilin ilkin satış qiyməti 204000 manat olmaqla “xxxx” MMC tərəfindən açıq hərracda satılması nəzərdə tutulub. Bundan sonra xx.xx.2018-ci il tarixdə mənzilə dair ilk hərrac həyata keçirilsə də baş tutmamış, xx.xx.2018-ci il tarixdə təkrar hərrac da keçirilərək baş tutmamışdır. “xxxx” MMC tərəfindən sifarişçi Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2018-ci iltarixli, 01/1450 saylı məktubda göstərilmişdir ki, sözü gedən mənzilin satışı ilə əlaqədar keçirilmiş hərraclar baş tutmamış və müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qazetinin xx.xx.2018-ci il tarixli buraxılışında elan dərc edilmişdir. Artıq ilkin və təkrar hərraclar yekunlaşmış və mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka saxlayana təklif edilmiş və xx.xx.2018-ci il tarixdən 30 günlük müddət axımı başlamışdır. Lakin 6 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu “xxxx” MMC-yə daxil olmuş, həmin məktubla Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı icra sənədindən apellyasiya şikayəti verildiyi üçün hərracın keçirilməsi müvəqqəti dayandırılmışdır. İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə, həmçinin hərracın yekunları barədə protokolun və müqavilənin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas yaradır. Lakin buna baxmayaraq Nərimanov rayon İcra şöbəsi xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-yə ünvanladığı məktubda hərracın dayandırılmasını qeyd etmiş, həmin məktub 30 günlük müddət axımı başlanandan 6 gün sonra xx.xx.2018-ci il tarixdə daxil olmuş və müddət axımı kəsilmişdir. Lakin müddətin dayandırılması haqqında məktub daxil olduqdan sonra hərrac təşkilatçısı əmlakın satılmasının dayandırılmasına dair heç bir qərar (protokol) qəbul etməmiş, bu halda müddətin axımı dayandırılmış hesab edilə bilməz. Bundan sonra, xx.xx.2019-cu il tarixdə hərrac barədə yenidən elan verilmiş, və “xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Y-12/01 saylı hərracın yekun protokoluna əsasən mənzil bank tərəfindən əldə edilmişdir. Mübahisəli ipoteka predmetinə dair ipoteka saxlayan tərəfindən əldə etmə müddəti xx.xx.2018-ci il tarixdə başlamış, 6 gün sonra, xx.xx.2018-ci il tarixdə müddət dayandırılmış və xx.xx.2019-cu il tarixdə müddət başlamışdır, xx.xx.2019-cu il tarixdə mənzilin bank tərəfindən alınması nəzərə alınsa, müəyyən olunur ki, mənzil qanunvericiliklə tələb olunan 30 deyil, 32 gün sonra bank tərəfindən əldə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "Cavabdeh1” ASC, "xxxx" MMC və Binəqədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış "ipoteka saxlayana ipoteka predmetinə əldə edilməsi üçün keçirilmiş hərracın yekunlarına dair protokola əsasən" Cavabdeh1” ASC tərəfindən 130050 manat qiymətlə Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzilin alınmasına dair hərracın yekunları üzrə xx.xx.2019cu il tarixli, 12/01 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzilin üzərində ipoteka yüklülüyünə xitam verilməsi, Cavabdeh1 ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində etibarsızlıqla bağlı istinad etdiyi maddi hüquq normaları işin hallarına uyğun gəlmir. Belə ki, 01/466 saylı, xx.xx.2019-cu il tarixli məktub, xx.xx.2019-cu il tarixində Banka daxil olmuş nüsxəsi mahkəməyə rəsmi qaydada təqdim olunmasına baxmayaraq, məhkəmə tədqiq etdiyi iş materialları sırasında bu sübutu ümumiyyətlə görməzdən gəlmiş və iş üçün xüsusi əhəmiyyət kəsb edən həmin sübutun mövcudluğunu nəzərə almamışdır. Həmçinin, Bank hərracın təşkilatçısı olmadığından ona aid prosedurlara nəzarət etmək vəzifəsi yoxdur və tələbin rədd edilməsinin digər əsası isə odur ki, qanunvericiliyə əsasən Bank sözügedən əmlaka dair çıxarış alaraq, vicdanlı əldə edən hesab olunur. Bundan başqa iddiaçı hərrac baş tutduğu tarixə qədər borcu bağlayaraq ipoteka predmetini girovdan azad edilməsinə nail olmaq kimi imkanının olmasına baxmayaraq, kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbləri təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı və digərlərinə qarşı borcun tutulması, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzilə yönəldilməsi, mənzilin boşaldılması, evin açıq hərracdan satılması və əldə olunmuş “xxxx” ASC-nə olan borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin iş üzrə tərəflərə ünvanladığı 01/671 saylı, xx.xx.2018-ci il tarixli 01 nömrəli və 01/1034 saylı, xx.xx.2018-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzilinə dair müvafiq olaraq ilkin satış qiyməti 204000 manat dəyərləndirməklə xx.xx.2018-ci il saat 11:00-da və ilkin satış qiyməti 173000 manat dəyərləndirilməklə xx.xx.2018-ci il tarixdə saat 11:00 təkrar hərrac keçirilməsi təyin edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qazetinin 23.02-xx.xx.2018-ci il il tarixli, 104 nömrəli buraxılışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzilə dair ilkin satış qiyməti 204000 manat olmaqla xx.xx.2018-ci il tarixdə saat 11:00-da hərracın keçililməsi barədə elan dərc olunmuşdur. Həmin qazetin 30.03-xx.xx.2018-ci il tarixli, 109 nömrəli buraxılışından görünür ki, mübahisəli mənzilə dair ilkin satış qiyməti 173400 manat olmaqla xx.xx.2018-ci il tarixdə saat 11:00-da təkrar hərracın keçirilməsi barədə elan dərc olunmuşdur. Həmin nəşrin 04-xx.xx.2018-ci il tarixli, 114 nömrəli buraxılışından görünür ki, sözügedən mənzilə dair hərracın həyata keçirilməsinin baş tutmaması dərc edilmişdir. “xxxx” MMC-nin iş üzrə tərəflərə ünvanladığı 01/1450 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzilinə dair keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə yuxarıda qeyd olunan qəzetin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etməsi xahiş olunmuşdur. İş materiallarında olan Nərimanov rayon İcra və Probasiya şöbəsinin “xxxx” MMCyə ünvanladığı xx.xx.2018-ci il tarixli, xx/xx-31976/18 6062 9 nömrəli məktubundan görünür ki, ipoteka predmeti olan mübahisəli mənzilə dair icra sənədindən apellyasiya şikayəti verildiyi üçün hərracın keçirilməsinin müvəqqəti dayandırılması xahiş edilmişdir. İş materiallarında olan Nərimanov rayon İcra və Probasiya şöbəsinin “xxxx” MMCyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 1003 31976/18-15-eE.Q nömrəli məktubundan görünür ki, ipoteka predmetinə dair icra sənədi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, buna görə də, mübahisəli mənzilə dair yenidən hərracın keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin iş üzrə tərəflərə ünvanladığı 01/466 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzilinə dair keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qazetin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etməsi xahiş olunmuşdur. İş materiallarında olan “Birja yenilikləri” qazetinin 01.02-xx.xx.2019-cu il il tarixli, 152 nömrəli buraxılışından görünür ki, ipoteka predmeti olan mübahisəli mənzilə dair hərracın keçililməsinin baş tutmaması barədə elan dərc olunmuşdur. İş materiallarında olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 12/01 nömrəli protokolundan görünür ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 770-ci məhəllə, Təbriz küçəsi, 6 saylı evin, 48 saylı mənzili 130050 manat qiymətlə tələbkar Cavabdeh1 ASC-nin mülkiyyətinə keçirilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ipoteka predmeti olan mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixdə ilk hərrac həyata keçirilsə də, baş tutmamış, xx.xx.2018-ci il tarixdə təkrar hərrac da keçirilərək baş tutmamış, təkrar hərracın baş tutmaması barədə “xxxx” MMC tərəfindən sifarişçi Nərimanov rayon İcra şöbəsinə məktub ünvanlanmış, həmçinin “Birja yenilikləri” qazetinin xx.xx.2018-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İlkin və təkrar hərraclar baş tutmadığına görə ipoteka predmetinin alınması ipoteka saxlayana təklif edilmiş və xx.xx.2018-ci il tarixdən 30 günlük müddət axımı başlamışdır. xx.xx.2018-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu “xxxx” MMC-yə daxil olmuş, həmin məktubla Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2017 saylı icra sənədindən apellyasiya şikayəti verildiyi üçün hərracın keçirilməsi müvəqqəti dayandırılmış, həmin məktub 30 günlük müddət axımı başlanandan 6 gün sonra xx.xx.2018-ci il tarixdə daxil olmuş və müddət axımı kəsilmişdir. Bundan sonra, xx.xx.2019-cu il tarixdə hərrac barədə yenidən elan verilmiş və hərrac təşkilatçısı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Y-12/01 saylı hərracın yekun protokoluna əsasən mənzil bank tərəfindən əldə edilmişdir. Göründüyü kimi, ipoteka predmeti olan mənzil qanunvericiliklə tələb olunan 30 deyil, 32 gün sonra bank tərəfindən əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununnun 43.8-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Kollegiya birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin qanunvericiliklə tələb olunan 30 deyil, 32 gün sonra bank tərəfindən əldə edilməsi barədə gələdiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixdə ilk hərrac həyata keçirilsə də, baş tutmamış, xx.xx.2018-ci il tarixdə təkrar hərrac da keçirilərək baş tutmamış, təkrar hərracın baş tutmaması barədə “xxxx” MMC tərəfindən sifarişçi Nərimanov rayon İcra şöbəsinə məktub ünvanlanmış, həmçinin “Birja yenilikləri” qazetinin xx.xx.2018-ci il tarixli buraxılışında elan dərc edilmişdir. İlkin və təkrar hərraclar baş tutmadığına görə ipoteka predmetinin alınması ipoteka saxlayana təklif edilmiş və xx.xx.2018-ci il tarixdən 30 günlük müddət axımı başlamışdır. xx.xx.2018-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu “xxxx” MMC-yə daxil olmuş, həmin məktubla Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı icra sənədindən apellyasiya şikayəti verildiyi üçün hərracın keçirilməsi müvəqqəti dayandırılmış, həmin məktub 30 günlük müddət axımı başlanandan 6 gün sonra xx.xx.2018-ci il tarixdə daxil olmuş və müddət axımı kəsilmişdir. Bundan sonra, xx.xx.2019-cu il tarixdə hərrac barədə yenidən elan verilmiş və “xxxx” MMC-nin iş üzrə tərəflərə ünvanladığı 01/466 saylı, xx.xx.2019-cu il tarixli məktubu cavabdeh Bank tərəfindən xx.xx.2019-cu il tarixdə (iş səh. 55) qəbul edilmişdir. Bu isə o deməkdir ki, 30 günlük müddət axımı xx.xx.2019-cu il tarixdən başlamış və hərrac təşkilatçısı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Y-12/01 saylı hərracın yekun protokoluna əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət keçirilmədən mənzili əldə etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbləri əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətitəmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-638/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 ASC, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, “xxxx” MMC və üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekun protokolunun və əmlakın alqı-satqısı müqaviləsinin etibarsız sayılması, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və bankın mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi” tələblərinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Ziya Şirinov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5178/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5178/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver