Məhkəmə qərarları › İş №2(103)-5199/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5199/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5199/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14113,46 manat əsas, 6236,9 manat faiz, 1247,47 manat cərimə, cəmi 21597,83 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3885/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti şikayəti imzalamış şəxsin buna səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilmədiyindən, eyni zamanda apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən məhkəmənin 04 mart 2022-ci il tarixli 2(004)- 3885/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi rəsmi poçt vasitəsi ilə iddiaçıya təqdim edilməmişdir. İddiaçı tərəfindən qətnamədən xx.xx.2022-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərkən elektron kabinetdə baş vermiş texniki nasazlıqlar səbəbindən şikayətin MPM ilə nəzərdə tutulmuş müddət ərzində elektron kabinet vasitəsi ilə verilməsi mümkün olmamışdır. Ona görə ərizənin təmin edilərək, qətnamədən apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır (hakim: Təhminə Xəlilova). Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən, buraxılmış müddəti bərpa edir. Kollegiya iddiaçının nümayəndəsinin qətnamənin iddiaçıya poçt vasitəsi ilə göndərilməməsi barədə dəlilləri əlaqədar qeyd edir ki, iş materiallarında olan çıxarışdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3885/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsinin elektron kabinetinə 03 yanvar 2022-ci il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5.-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün son müddət xx.xx.2022-ci il tarixli olmuşdur. Lakin İddiaçının nümayəndəsi tərəfindən apelyasiya şikayəti elektron qaydada xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi apellyasiya şikayəti verilərkən elektron kabinetdə baş vermiş texniki nasazlıqlar səbəbindən şikayətin MPM ilə nəzərdə tutulmuş müddət ərzində elektron kabinet vasitəsi ilə verilməsinin mümkün olmamasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar