Məhkəmə qərarları › İş №2(103)-52/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-52/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-52/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xasay oğluna (Sahil-D Kompani MMC və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil3 və cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh Xasay oğluna qarşı (Sahil-D Kompani MMC və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair Xətai Rayon Məhkəməsinin 2(011)-467/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi (tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018-ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə "X18”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-467/2020 saylı 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018-ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X17”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınının həyata keçirilməsinə Cavabdeh Xasay oğlu tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

3. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)2970/2017 saylı qərarının surətinə əsasən iddiaçı X6 cavabcleh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın X8 Bakı şəhər Ərazi idarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edılməsi'’ tələbınə daır iddia tələbi təmin edilərək Bakı şəhəri, Fəzail Bayramov kuçəsi 1156 unvanında yerləşən 2 saylı yaşayış binasının1-ci mərtəbəsındə yerləşən, ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində iddiaçı X6 adına mülkıyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsı vəzıfəsı cavabdeh Azərbaycan Respublikası Əmlak X9 yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə olunmuşdur; - Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 məxsus Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportun surətinə əsasən qeyri-yaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X17”ə baxır; - X2 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən satıcı Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-827 nömrə ilə qeydiyyatdan keçmişdir; - Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; - Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsı 83.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 219 nömrəli reyestr kitabının 20585 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********66 saylı məktubun surətinə əsasən cavabdehin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsui, 1156 məhəllədə inşa edilmiş 2 sayiı binada yerləşən qeyri-yaşayış sahəsinə verilmiş sənədlərin araşdırılması barədə xx.xx.2018-ci il tarixli ********** saylı müraciətinə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, digər vətəndaşa "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı və xx.xx.2017-ci il tarixli 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2017-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən qeyri yaşayış sahəsi xx.xx.2017-ci ii tarixü alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı, yerləşmə cizgisi və xx.xx.2018-ci il tarixii 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2018-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. 1 sayiı Bakı Ərazi İdarəsinə "xxxx" MMC tərəfindən təqdim olunmuş cizgiyə əsasən müraciət olunduğu tədqirdə texniki pasportda cari dəyişikiik aparılacaqdır; - Məhkəmə tərəfindən mübahisəli ərazidə yerli baxış keçirilmiş, müəyyən edilişdir ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 174 kv.m-dən ibarət olan mübahisəli sahə bir tərəfdən Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfdən isə “X17”ə baxır. Mübahisəli əmlakın yerləşdiyi ərazinin quruluşundan müəyyən edilir ki, Cavabdeh iddia etdiyi 87 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin altındaki mərtəbədə qeyri-yaşayış sahəsi mövcuddur, həmin sahə ilə qonşuluqda olan 87 kv.m-dən ibarət olan sahənin altında isə Binanın yeraltı qarajının giriş-çıxışı yerləşir və bu sahənin Binadan kənarına çıxışı mövcud deyildir. (iş səh.12, 50, 56, 57, 105, 107,113-115, 117, 122, 147, ).

4. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 saylı işi üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh Xasay oğlu kassasiya şikayəti ilə müraciət etmiş, Ali Məhkəmənin 2(102)- 2973/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə, Cavabdeh Xasay oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5547/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, "Sahil-D Kompani” MMC ilə X12 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11/7 saylı müqaviləyə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156 ünvanında yerləşən ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini ümumi dəyəri 522000 manata S.Bağırova satmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(82)2970/2017 saylı qərarı ilə Bakı şəhəri, Fəzail Bayramov kuçəsi 1156 unvanında yerləşən ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində iddiaçı X6 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsi vəzifəsı cavabdehə həvalə olunmuşdur. Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı161.9kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini X1 İlhamə Nüsrət qızına satmışdır. xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi qeydə alınmışdır. Məhkəmənin qətnaməsində, reyestirdən çıxarışlarda və alqı-satqı müqaviləsində İddiaçı məxsus əmlakın ünvanı ünvan 3vabdehə münasibətdə mübahisəsiz halları ilə müəyyən olunur ki, "Sahil-D Kompani” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü iltarixli müqaviləyə əsasən ünvan 4 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 94200 manat Cavabdeh satılmışdır. xx.xx.2018ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh məxsus daşınmaz əmlakın mübahisəli binada ünvanı ünvan 5 İşin halları ilə müəyyən olunur ki, S.Bağırov və İddiaçı daşınmaz əmlaka çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi mövcud olmamışdır. S.Bağırovla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi cizgisi göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, bundan əvvəl S.Bağırovdan alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsini əldə etmiş İddiaçı baxılan işdə irəli sürülmüş eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəmə baxışını gedişində o iddia tələbinin həcmini dəyişdirmiş və cavabdedən 500 manat məbləğində mənəvi zərər tələb etmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, «İddiaçı ünvan 6 ünvanda ümumi sahəsi 161,9 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ, Cavabdeh isə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 83,7 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır, əmlaklar fərqli ünvanlarda yerləşir, mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Bununla belə mübahisəli əmlakla əlaqədar iddiaının mənəvi sarsıntı və iztirab keçirməsində cavabdehin təqsiri, həmçinin həmin əmlaka cavabdehin mülkiyyət hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.» Göründüyü kimi artıq qanuni qüvvəsini almış və eyni tərəflər arasında olan mülki iş üzrə müəyyən edilmişdir ki, tərəflərin iddia etdiyi qeyr-yaşayış sahəsi fərqli ünvanlarda yerləşir və mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin qətnamə ilə müəyyən olunmuş və baxılan iş üçün əhəmiyyəti olan hallara qiymət verməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üçün preyudisial əhəmiyyətə malik olub-olmamasını qiymətləndirməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir müki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən mübahisə predmetinə edilən maneənin aradan qaldırılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri baxımından əmlakın onun mülkiyyətində olan sahə olmasını və əmlakın cavabdehin qanunsuz sahibliyində olmasını sübut etməli, bundan sonra isə müəyyən olunmuş bu hallara istinad etməklə məhkəmə cavabdehin qanunsuz olaraq istifadə etdiyi sahədən çıxarılması tələbinin qanuniliyinə qiymət verməli idi. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etmədən əmlakın iddiaçıya məxsus olan əmlakla eynilik təşkil etməsi nəticəsinə gələrək cavabdehin sahibliyinin qanunsuz olmasını müəyyən etmişdir. Bu zaman isə məhkəmə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 məxsus Bakı şəhəri, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsi 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportda olan məlumatlara əsaslanaraq iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə "X17”ə baxmasına istinad etmişdir. Göründüyü kimi iddiaçı hüquqmüəyyənedici sənəd hesab etdiyi texniki pasporta istinad edərək Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını göstərir. Bununla bağlı qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi texniki pasportun verilməsinə əsas olan reyestr qeydinin aparılmasına əsas olan sənədləri tam tədqiq (müvafiq olaraq müqaviləyə əlavə olaraq plan sxemlərinin olmasını aydınlaşdırmalı) etməli və bundan sonra qeyri-yaşayış sahəsinin yerinin aydın edərək iddiaçıya və ya cavabdehə aid olan qeyri-yaşayış sahəsi olmasını müəyyən etməli idi. Cavabdeh tərəfin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, işə baxan məhkəmə tərəfində reyestr qeydiyyatına əsas olan sənədlər alınmış, həmin sənədlər içərisində İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin fərdiləşdirilməsinə dair sənəd mövcud olmamışdır. İşə baxan apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin bu dəlilinə qiymət verməmiş və belə bir sənədin olub-olmamasını aydınlaşdırmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası ilə bağlı formalaşdırdığı hüquqi mövqeyindən aydın olur ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra - "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə şərtləndirmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas kimi göstərilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Texniki pasport texniki sənəd kimi, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1.2, 6.1.4 və 6.2-ci maddələrində göstərilmişdir. Beləliklə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları şəhadətnamələr, qeydiyyat vəsiqələri və sair sənədlərlə öz təsdiqini tapmalıdır. Burada texniki pasport texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. İşdə olan sübutlarla müəyyən olunur (Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020ci il tarixli məktubu) ki, "xxxx" MMC-in təsisçisi X7 və qeyriləri barəsində Azərbaycan Respublikası CM- nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış və aparılmış istintaq zamanı Cavabdeh tərəfindən qanuni əsaslarla alınmış və məzmununa heç bir təhrif olunmadan "xxxx" MMC ilə arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilə əsasında Bakı şəhəri Xətai rayon F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 87 v.m olan qeyri-yaşayış sahəsinin sonradan ayrı-ayrı vaxtlarda saxta sənədlərə, o cümlədən X4 "xxxx" MMC-in direktoru olmadığı halda imzaladığı xx.xx.2006-cı il tarixli müqavilə, həmin tarixli kassa mədaxil qəbzi və xx.xx.2013-cü il tarixli 11/7 saylı müqavilə, həmin tarixli maliyyə arayışı ilə faktiki olaraq iki halda məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib olunmuş eyni məzmunlu qeyri yaşayış sahəsinin ünvanı, sahəsi, qiyməti və s. sənədlərlə X6 adına sənədləşdirilməsi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi baxılan iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş həmin sübuta ümumiyyətlə qiymət verməmiş və baxılan işin halları baxımından hansı hissələr üzrə əhəmiyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, "məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, "qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ, 71-ci maddəsinin İ hissələrinə; Mülki Məcəllənin 157.4; Mülki Prosesual Məcəllənin 82.3; ƏMDK Kollegiyasının 2013-cü il 07 mart tarixli. 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Təlimat”ın 2.1, 2.2, 2.6, 5.5-ci bəndlərinə; Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, neqator iddia mülkiyyətçinin sahibliyinə və bu surətlə də mülkiyyət hüququna mövcud və davam edən bir müdaxilənin qarşısının alınması məqsədilə qaldırılan bir iddiadır. Maddədəki “əşyanı götürmədən və ya ondan məhrum etmədən" ifadələri məhz bu halı nəzərdə tutur. Bu növ iddianı irəli sürən iddiaçı əşyanın mülkiyyətçisi olduğunu və mülkiyyət hüququna qanunsuz müdaxilə edildiyini sübut etməlidir. Lakin iddiaçı belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materialları ilə tamamilə əksi sübut olunur. Ona görə ki, cavabdeh Ş. Xasiyevin mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi fərdiləşdirilmişdir; iddiaçının adına qeydə alınmış qeyri-yaşayış sahəsinin hansı binada və binanın hansı hissəsində yerləşdiyi qeyri-müəyyəndir. Bir sözlə, cavabdehin iddiaçıya məxsus sahəyə hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Mübahisəli qeyri-yaşayış sahəsinin Ş.Xasiyevin qanuni mülkiyyətində olması artıq qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqlənib. Yəni həmin iş üzrə müəyyən edilmiş hal - qanuni mülkiyyətdə olma, hazırki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. İddiaçının yeganə istinad etdiyi sübut - Texniki Pasport qeyri-mötəbərdir. İddiaçı **********44-05301-083001 reyestr nömrəli Texniki Pasporta əsasən iddia edir ki, cavabdeh Ş. Xasiyevin mülkiyyətində olan qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur, İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş 4 binadan hansında yerləşdiyi bəlli deyil. Çünki iddiaçıya məxsus reyestrdən Çıxarışda bu barədə hər hansı qeyd yoxdur. İddiaçı yalnız məlum Texniki Pasporta əsaslanaraq belə bir iddia ilə çıxış edir. Texniki Pasportun nəyin əsasında tərtib edildiyi isə, işdəki sənədlərdən aydın olmur. İddiaçıya aid Texniki Pasport ziddiyyətlidir. Ona görə ki, texniki Pasportda qeyri-yaşayış sahəsinin ünvanı “ünvan 8ta “Şərti istinad planı” adı altında bir başlıq əlavə olunub. Və “şərti istinad planında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin məhz cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə eyni olduğu qeyd edilib. Sual ondan ibarətdir ki, “Şərti istinad planı” deyə bir başlıq/sxem Texniki Pasportda göstərilə bilərmi? Təlimatda “Şərti istinad planı” deyə bir şey yoxdur. Digər tərəfdən, Təlimatda, yalnız “situasiya planı” anlayışı var (b. 2.14) və yalnız torpaq sahələrinə münasibətdə şamil olunur. Yəni tikililərə aid edilmir. Deməli, Bakı ərazi İdarəsi Təlimatda nəzərdə tutulmamış "şərti istinad planı" adlı bir sxemi hansı səbəbdən Texniki Pasporta daxil etməsi tamamilə qanunsuz, belə bir "xxxx" MMC-in birtərəfli qaydada və sonradan tərtib edərək məhkəməyə təqdim etdiyi sxem də qeyrimötəbərdir. Cavabdeh Ş. Xasiyev və "xxxx" MMC arasında bağlanmış 13 avqust 2013- cü il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin yerləşdiyi bina və binadakı yeri konkret olaraq eskiz şəklində göstərilmiş və MMC-nin direktoru tərəfindən imzalanmışdır. Məsələ ondadır ki, MMC-nin hazırki direktoru olan A. Hüseynov bu müqaviləni birtərəfli qaydada dəyişə bilməz, yəni Ş. Xasiyevə məxsus qeyri-yaşayış sahəsi 2 saylı binanın fərqli tərəfində yerləşir deyə bilməz. Digər tərəfdən, MMC-nin direktoru A. Hüseynovun tərtib etdiyi tarixi naməlum sxemdəki qeyd hissəsi xüsusilə “diqqətəlayiqdir”. Qeyddə deyilir: “Eskiz sakinlərdə olan müqavilə əsasında tərtib olunub və təsdiqlənib". Maraqlısı ondadır ki, nədənsə həmin sxem tərtib edilərkən Ş. Xasiyevlə bağlanmış müqavilə və Ş. Xasiyevə məxsus sahənin yerləşdiyi eskiz diqqətə alınmamış; lakin S. Bağırovun müqaviləsi, eskiz layihəsi olmamasına baxmayaraq, “nəzərə alınmışdır”. Bütün bunlar, həmin eskizin də tamamilə qeyri-mötəbərliyinə və hüquqi əhəmiyyətsizliyinə/puçluğuna dəlalət edir. Məhkəmə, etirazda ifadə etdikləri və iclaslarda irəli sürdükləri heç bir dəlilə hüquqi qiymət verməyib. Bu hal, cavabdeh Ş. Xasiyevin ədalətli məhkəmə araşdırması hüququnun da pozulmasına birbaşa dəlalət edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli **********60 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış binasına “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 9 ünvan rekviziti təyin edilmişdir.

8. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021 XO-xx-xx-2021-05472 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi "Qaydalarına əsasən ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən sözügedən 161,9 kv.m. qeyri-yaşayış sahəsinin ünvanının müəyyənedici sənədləri ilə bağlı aidiyyəti üzrə həmin Xidmətə müraciət edilməsi tövsiyə edilir.Bununla yanaşı, sözügedən ünvanda yerləşən 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin layihəsinin təsdiq olunmuş surəti təqdim edilir.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə tikinti texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə, ünvan 10 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-cİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtəb olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmiş, iş üzrə Cavabdeh oğiuna məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü , Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

10. Bakı Apellyaiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar tikinti- texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəy ilə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 10 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtəb olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir.İş üzrə Cavabdeh məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üst-üstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, müdafiə etdiyi şəxsə dair çıxarışın olduğunu, çıxarışa əsasən ona verilmiş sahənin harda yerləşdiyinin məlum olduğu və fərdiləşdirildiyini, qarşı tərəfin isə sənədlərində problemlərin olduğunu, çıxarışında və texniki pasportunda bina nömrəsinin qeyd edilmədiyini, hər hansı bir fərdiləşdirmənin olmadığını qeyd etmiş, birinci instansiya məhkəməsinin tərəflər arasında əvvəllər olmuş mübahisəyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə, müdafiə etdiyi şəxsə məxsus çıxarışın verilməsinə əsas olmuş və iş üzrə təqdim edilmiş digər sənədlərə qiymət vermədiyini bildirmiş, ekspert rəyinə tənqidi yanaşılmasını və sübut kimi qəbul edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 DƏDRX əməkdaşının birinci instansiya məhkəmə icraatı zamanı cavabdehə verilmiş texniki pasportda yanlışlıq olduğunu, mübahisəli sahənin İddiaçı məxsus olduğunu bildirdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

13. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs Sahil-D Kompani MMC və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır . Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılsa da, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə baxılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Kassasiya instansiya məhkəməsinin sərgilədiyi mövqeyə əsasən S.Bağırov və İddiaçı daşınmaz əmlaka çıxarışlar verilərkən qeyri-yaşayış sahəsinin yerləşmə cizgisi mövcud olmamış, S.Bağırovla 14 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin harada yerləşməsi cizgisi göstərilməmiş, müvafiq sahənin binanın daxilində yerləşmə yeri fərdiləşdirilməmişdir. Bunun əksinə isə Cavabdehlə müqavilə bağlanarkən qeyri-yaşayış sahəsinin 2 saylı binanın hansı hissəsində yerləşməsini əks etdirən cizgi tərtib olunmuşdur. İddiaçı baxılan işdə irəli sürülmüş eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəmə baxışını gedişində o iddia tələbinin həcmini dəyişdirmiş və cavabdedən 500 manat məbləğində mənəvi zərər tələb etmişdir. Artıq qanuni qüvvəsini almış və eyni tərəflər arasında olan mülki iş üzrə müəyyən edilmişdir ki, tərəflərin iddia etdiyi qeyriyaşayış sahəsi fərqli ünvanlarda yerləşir və mübahisələndirilən əmlak həmin ünvandakı 2 saylı binanın birinci mərtəbəsində yerləşməklə hazırda Cavabdeh qanuni istifadəsindədir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etmədən əmlakın iddiaçıya məxsus olan əmlakla eynilik təşkil etməsi nəticəsinə gələrək cavabdehin sahibliyinin qanunsuz olmasını müəyyən etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi texniki pasportun verilməsinə əsasən olan reyestr qeydinin aparılmasına əsas olan sənədləri tam tədqiq (müvafiq olaraq müqaviləyə əlavə olaraq plan sxemlərinin olmasını aydınlaşdırmalı) etməli və bundan sonra qeyriyaşayış sahəsinin yerinin aydın edərək iddiaçıya və ya cavabdehə aid olan qeyri-yaşayış sahəsi olmasını müəyyən etməli idi. Cavabdeh tərəfin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, işə baxan məhkəmə tərəfindən reyestr qeydiyyatına əsas olan sənədlər alınmış, həmin sənədlər içərisində İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin fərdiləşdirilməsinə dair sənəd mövcud olmamışdır. İşə baxan apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin bu dəlilinə qiymət verməmiş və belə bir sənədin olub-olmamasını aydınlaşdırmamışdır. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası ilə bağlı daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Texniki pasport daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki sənədi olmaqla qeydiyyat orqanına təqdim edilən ərizəyə əlavə olunan sənəd kimi göstərilmişdir. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "xxxx" MMC-in təsisçisi X7 və qeyriləri barəsində Azərbaycan Respublikası CM- nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanması barədə sübuta ümumiyyətlə qiymət verməmiş və baxılan işin halları baxımından hansı hissələr üzrə əhəmiyyətinin olması müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi.

16. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

18. Mülki qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən:136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir.139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

19. Beləliklə, kassasiya instansiyasının mülki kollegiyası iddiaçının və cavabdehin fərqli ünvanlarda yerləşməsinin sübuta yetirildiyini artıq qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi müəyyən edildiyini qeyd etsə də, formalaşmış qənaətinin nəticəsin hasil etməmiş və işin mahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiyasının mülki kollegiyasına göndərsə də, dəqiq göstərişlər verməyərək, özünəməxsus formada qiymət verdiyi sübutlara qiymət verilməsi üçün yenidən araşdırma göstərişi vermişdir. Qeyd edilməlidir ki, digər mülki iş üzrə tələb mənəvi ziyanla bağlı olmuş, o işdə ekspertiza tədqiqatı aparılmamış və hər iki tərəfin əmlaklarının dövlət qeydiyyatı əsasları inzibati məhkəmələrin qərarlarıyla təsbit edilmişdir. Dövlət reyestrinin prezumpsiyası qeydlərin hazırkı prosedur çərçivəsində müzakirə edilməsinin yolverilməzliyini müəyyən edir və məlum məsələdir ki, mərzçəkmə və texniki inventarlaşdırılmanın aparılma salahiyyətləri müvafiq icra hakimiyyəti orqanının qurumlarına aid olduğu halda tərəflər bu işlərin aparılması üçün sənədləşdirməni aparan orqana deyil, məhz məhkəməyə müraciət etmişlər. Məhkəmənin səlahiyyətlərinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq araşdırmanın yalnız müvafiq ixtisaslı biliyə malik olan şəxslərin aparılması zərurətindən irəli gələrək məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, ünvan 10 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir.İş üzrə Cavabdeh məxsus qeyri- yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri-yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquqmüəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.Cavabdeh məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsi ilə üstüstə düşdüyü, Cavabdeh məxsus qeyri-yaşayış sahəsi İddiaçı məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.metr hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmşdir. Bu halların təkzib edilməsini müəyyən edən və ekspert rəyinin mötəbərliyini şübhə altına alan xüsusatlar müzakirəyə təqdim edilməmişdir. Bundan əlavə, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya bu yöndə vəsatət müzakirəyə təqdim edilməmişdir.

20. Diqqətə çatdırılmalıdır ki, cavabdehin əmlakının qeydiyyatının qeyri-dəqiqliyi qeydiyyatı aparan orqanın məsuliyyətinə aiddir. Belə ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır.

21. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdeh münasibətdə sübuta yetirilsə də, qeydiyyatın düzgün aparılmaması ilə bağlı tərəflər inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

22. Bundan əlavə, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə Təsdiq Edilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaİarına (1 nömrəli əlavəyə) əsasən: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir.4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.8.1. Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir.8.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

24. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-181, 385-388, 560, 646-654; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390, 420-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir. Belə ki, mərzçəkmə və texniki inventarlaşdırılma işlərinin aparılması buna hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın dəyişdirilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün prosedur qaydalara riayət etməklə tələblər irəli sürə bilər. Kassasiya instansiyasında mülki icraat üzrə münasibətlərin inzibati səciyyəsi barədə istinadlar edilsə də, işin mahiyyəti üzrə baxılmasında göstəriş olduğundan, habelə tərəflərin subyektiv tərkibi və biləvasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə müəyyən edilən tələblər həddində araşdırmaq məcburiyyətində olmuşdur. İşin mahiyyəti üzrə isə tələblər ekspert rəyləri ilə, habelə digər mötəbər sübutlarla istisna edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsinə də əsaslar yaranmır. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, ekspert rəyləri müəyyən edilən hallar (ziddiyyətlər) məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərini əhatə edir. Hazırki iş üzrə isə yalnız tərəflər arasında olan münasibətlərin müzakirəsi aparılmış və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır.

26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Xasay oğlunun apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-467/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının xərci 200(iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Xasay oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar