Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5212/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “ərizəçi ilə maraqlı şəxs X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişinin” təsdiq edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli qətnamədən iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. Maraqlı şəxs X2 qarşı ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş Ərizəçi, onunla Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01919 saylı “Barışıq sazişinin” təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21-də yerləşən 37 saylı mənzili (yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanındakı m1) əldə etmişlər. Mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” Maraqlı şəxs1 adına qeydiyyata alınmış və bununla bağlı ona “Reyestrdən çıxarış” verilmişdir. Onların münasibətləri pisləşmiş və aralarında yaranmış mülki mübahisənin məhkəməyədək qaydada həlli məqsədilə keçirilmiş mediasiya prosesi zamanı, yəni xx.xx.2024-cü il tarixdə “Barışıq sazişi” bağlanmışdır. “Barışıq sazişinin” şərtlərinə görə Maraqlı şəxs1 qəbul etmişdir ki, mənzilin 1/2 hissəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Ərizəçi məxsusdur və bununla bağlı o, üzərinə öhdəlik götürmüşdür ki, Ərizəçi qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcək. “Barışıq sazişi” Maraqlı şəxs1 tərəfindən “Mediasiya haqqında” Qanununun 34.1-ci maddəsinə əsasən saziş imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalı idi, lakin Maraqlı şəxs1 hazıra kimi “Sazişi” icra etməmiş, mənzilin 1/2 hissəsinin Ərizəçi adına rəsmiləşdirilməsi ilə bağlı heç bir hərəkət etməmiş, tədbir görməmişdir. Bu səbəbdən də “Barışıq sazişi” məhkəmə qaydasında təsdiq edilməli və icraya yönəldilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ərizənin təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış “Barışıq sazişi” könüllü icra edilmədiyindən ərizəçinin tələbi əsaslı hesab edilərək, təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs1 qeyd edilən mənzil ilə bağlı bu kimi “Barışıq sazişini” imzalaya bilməzdirlər. Çünki Maraqlı şəxs1, "xxxx" MTK və X7 cavabdeh olmaqla həmin mənzillə bağlı Maraqlı şəxs2 arasında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, həmin ünvandakı mənzil MTK ilə Maraqlı şəxs2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 47 saylı müqavilə əsasında sonuncuya satılmışdır. Sonradan məlum olmuşdur ki, həmin mənzil MTK tərəfindən xx.xx.2005-ci il tarixli, 16 saylı müqavilə əsasında Aqil Cəfərova da satılmışdır. Maraqlı şəxs2 tərəfindən MTK-ya və Aqil Cəfərova qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia qaldırılmış və iddia tələbi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2405/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, MTK ilə Aqil Cəfərov arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 16 nömrəli müqavilə etibarsız hesab edilmiş, xx.xx.2005-ci il tarixli, 47 saylı müqaviləyə əsasən mənzil Maraqlı şəxs2 istifadə və sahibliyinə verilmiş, mənzildən istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyşdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı MTK və Aqil Cəfərov müəyyən maneələr törətdiyinə görə icra məmuru tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək qətnaməsinin icrasını təmin etmək məqsədilə qətnaməyə izah verilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnaməyə izah verilmişdir ki, qətnamədə göstərilmiş mənzilin Maraqlı şəxs2 istifadə və sahibliyinə verilməsi həmin mənzilin boşaldılaraq Maraqlı şəxs2 təhvil verilməsini ehtiva edir. Qətnaməyə izah verildikdən sonra qətnamənin icrası davam etdirilərkən məlum olmuşdur ki, mənzillə bağlı 2019-cu ildə başlanmış məhkəmə mübahisəsi davam edərkən, yəni, qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsində icraatda olarkən MTK və Aqil Cəfərov mübahisəli mənzilin Maraqlı şəxs1 satılmasına dair xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə bağlamışlar və həmin müqavilə əsasında sonuncunun adına “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2020-ci il qeydiyyat tarixli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Maraqlı şəxs2 tərəfindən yenidən göstərilən mənzillə bağlı məhkəmədə cavabdehlər "xxxx" MTK, Maraqlı şəxs1 və Aqil Cəfərova qarşı “müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş “Çıxarışın” ləğv edilməsi barədə” iddia qaldırılmış və həmin iddiaya dair mülki işə baxmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(001)-1029/2024 saylı qətnamə ilə iddianın təmin edilməsini, MTK ilə Aqil Cəfərov və Maraqlı şəxs1 arasında mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Reyestrindən çıxarışın” ləğv edilməsini qət etmişdir. Binəqədi Rayon Məhkəməsi həmin iş üzrə xüsusi qərardad çıxararaq cavabdehlərin əməllərində cinayətin əlamətlərinin olub-olmamasını araşdırmaq üçün qərardadın Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsini qərara almışdır. Qeyd edilən həmin qətnamə də, yuxarı instansiya məhkəmələrinin baxışı predmeti olmuş və dəyşdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Bundan sonra mənzildən çıxarılma ilə bağlı icra hərəkətləri davam etdirilərək xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X8 məcburi icra hərəkətlərinin həyata keçirilməsi üçün mübahisəli mənzilə gəldikdə mənzildə olan Maraqlı şəxs1 və onun əri Ərizəçi xx.xx.2025-ci il tarixə qədər möhlət verilməsini xahiş etmişlər və mənzili könüllü olaraq boşaldıb təhvil verəcəklərini vəd etmişlər. Onların xahişləri nəzərə alınmış və icra hərəkətləri xx.xx.2025-ci il tarixə, saat 11:00 təxirə salınmışdır. Qeyd edilən vaxtda icra məmuru mənzilə getdikdə, mənzilin qapısı bağlı olmuş və qeyd edilən şəxslərlə telefon əlaqəsi saxlanılarkən yolda tıxacda olduqları bildirilmiş və gözləməyi xahiş etmişlər. Bir müddət sonra Ərizəçi nümayəndəsi və vəkili ilə icra yerinə gəlmiş və nümayəndə tərəfindən icra məmuruna Binəqədi Rayon Məhkəməsinin hazırda mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 nömrəli qətnaməsi təqdim edilərək icra hərəkətlərinin dayandırılması tələb edilmişdir. İcra məmuru qətnamə ilə tanış olduqdan sonra yeni hal yarandığını bildirərək icra hərəkətlərini dayandırmışdır. Halbuki, mənzilin boşaldılıb tələbkara təhvil verilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur. Göründüyü kimi, Maraqlı şəxs1 və onun əri Ərizəçi mənzillə bağlı xx.xx.2024-cü il tarixidə “Barışıq sazişi” bağlayan zaman qüvvəyə minmiş məhkəmə aktları var idi ki, mənzil Maraqlı şəxs2 məxsusdur. Buna görə də, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsi rədd edilməlidir. d) apellyasiya baxışı iclaslarında iş üzrə tərəflərin iştirakı və iclaslarda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Apellyatorun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. Ərizəçi və maraqlı şəxs işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri haqqında Məhkəməyə məlumat verməmişlər.
9. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə rədd edilməlidir.
11. Belə ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı Şəhəri 16 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesi zamanı, yəni xx.xx.2024-cü il tarixdə aşağıdakı məzmunda MŞB/16/2024-01919 saylı “Barışıq sazişi” bağlanmışdır: - bənd “1”. Ərizəçi ilə Maraqlı şəxs1 razılığa gəlirlər ki, onların birgə nikahları dövründə əldə olunmuş və xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” Maraqlı şəxs1 adına qeydiyyata alınmış (mübahisəli) mənzil üzərində Ərizəçi 1/2 hissədə pay hüququ var. - bənd “2”. Maraqlı şəxs1 üzərinə öhdəlik götürür ki, həmin mənzil üzərində Ərizəçi 1/2 hissədə pay hüququna qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcək. - bənd “3”. Maraqlı şəxs1 həmin mənzilə münasibətdə Ərizəçi adına mənzilin 1/2 hissəsinin sənədləşdirilməsinə razıdır və üzərinə öhdəlik götürür ki, gələcəkdə buna heç bir etiraz etməyəcək.
12. Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (maddə 366-23.1.). Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir (maddə 366-23.1.). Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir (maddə 355-24.). Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3.). Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun (maddə 355-26.2.).
13. Qeyd edilən normalara istinad etmiş Rayon Məhkəməsi tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanılmasına baxmayaraq indiyədək heç bir ödəniş olmamasını və ərizəçinin xx.xx.2025-ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini əsas götürərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı Şəhəri 16 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesi zamanı bağlanmış xx.xx.2024cü il tarixli “Barışıq sazişini” təsdiq etmişdir.
14. İş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 qətnamədən verdiyi apellyasiya şikayətini və şikayətə əlavə edilmiş sübutları tədqiq edən Məhkəmə hesab edir ki, həmin “Barışıq sazişinin” təsdiq edilməsindən imtina olunmalı idi.
15. Belə ki, MPM-in 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda (maddə 355-26.1.1.); barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda (maddə 355-26.1.2.).
16. Apellyator tərəfindən təqdim edilmiş sənədlərdən isə aşağıdakılar müəyyən edilir:
17. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 2405/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs2 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki işi üzrə iddia təmin edilmiş, "xxxx" MTK ilə X7 arasında bağlanmış 08 oktyabr 2005-ci il tarixli 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən a6 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m, izolə edilmiş 4 otaqlı, 37 saylı mənzilinin Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, həmin mənzildən Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5833/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər "xxxx" Mənzil Tikinti Koorperativi və X7 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-2405/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-851/2023-cü il tarixli qərarından görünür ki, cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5833/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2405/2019 nömrəli qərardadından görünür ki, iddiaçı Maraqlı şəxs2 cavabdeh "xxxx" MTK-ya, X5 qarşı “mənzil müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə böyük icra məmuru Azər Heydərovun “qətnaməyə izah verilməsi barədə” ərizəsi təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə aşağıdakı izah verilsin: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilmiş Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m., izolə edilmiş 4 otaqlı, 37 saylı mənzilin Maraqlı şəxs2 istifadə və sahibliyinə verilməsi həmin mənzilin boşaldılaraq tələbkara təhvil verilməsini ehtiva edir.
21. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1029/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs2 cavabdehlər "xxxx" MTK, Maraqlı şəxs1 və X5 qarşı “xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020- ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi tələbi barədə iddiasına dair iş üzrə iddianın təmin edilməsi, cavabdehlər "xxxx" MTK ilə Maraqlı şəxs1 arasında bağlanmış ünvan 2 ünvanda çoxmərtəbəli yaşayış evinin (korpus 1), blok 1, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzilinə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab olunması, "xxxx" MTK ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 16 nömrəli müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs1 adına verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 108, M10, m1), ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (qeydiyyat) ləğv edilməsi qət edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3061/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1029/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3412/2024-cü il tarixli qərarından görünür ki, cavabdeh Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3061/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Qeyd edilən məhkəmə aktları Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapır. Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2024-cü il tarixdə “Barışıq sazişi” bağlanan zaman mübahisəli mənzilə dair Maraqlı şəxs1 adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydin ləğv edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmuş, Maraqlı şəxs1 və Ərizəçi bunu bilə-bilə mənzilin qanuni sahibi olan Maraqlı şəxs2 hüquqlarına toxunan qanunazidd “Barışıq sazişi” bağlamışdır.
25. Bu hallar barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasdır. Ona görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişinin” təsdiq edilməsi tələbi barədə” ərizəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
26. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi ərizəni təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ərizə əsassızdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır.
27. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
28. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu, Ərizəçi aid edilməli, bu məqsədlə 50 manat məbləğində pul Ərizəçi tutularaq apellyatora ödənilməlidir.
29. Məhkəmə həmçinin bildirir ki, ərizə rədd edildiyindən, habelə apellyasiya şikayəti təmin edildiyindən Maraqlı şəxs1 və apellyator Maraqlı şəxs2 hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Ərizəçi tələbi rədd edildiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
30. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi “ərizəçi ilə maraqlı şəxs X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişinin” təsdiq edilməsi tələbi barədə” ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları Ərizəçi aid edilsin. Bu məqsədlə 50 (əlli) manat məbləğində pul Ərizəçi tutularaq Maraqlı şəxs2 ödənilsin. Ərizəçi hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.