Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5221/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və X2 Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi və sair" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-262/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və X11 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə daxil olduğu 26.05.2009-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və təsisçiləri aldatdığı 3.905.000 (üç milyon doqquz yüz beş min) manat pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və X11 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh dair hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi və Cavabdeh "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi 3.905.000 (üç milyon doqquz yüz beş min) manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" firması X5 30.06.1996-cı ildə verilmiş 30350 nömrəli şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bu barədə VÖEN ********** dövlət qeydiyyat nömrəsi verilmişdir. Firma Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunda yerləşir. Sumqayıt şəhərinin girəcəyində yerləşən avtomobil bazarı "xxxx" firmasının mülkiyyətində olmuş, həmin bazarın 50 % payı İddiaçı1, 50 % payı isə Sabir Tarverdiyevin adına olmuşdur. Sabir Tarverdiyevin vəfatından sonra həmin pay övladlarının adına keçmişdir. 2009-cu ildə Sumqayıt maşın bazarının sökülməsinin qarşısını almaq üçün bazar sahibi Sabir Tarverdiyevə köməklik göstərilməsi üçün İddiaçı1 etdiyi müraciətindən sonra İddiaçı1 müraciətin araşdırılmasını «RiyadRenta» şirkətində 25 % nizamnamə payına şərik olan Cavabdeh tapşırmışdır. Lakin Cavabdeh Sabir Tarverdiyevin vəfatından, habelə İddiaçı1 adından, etibarından sui-istifadə edərək İddiaçı1 "xxxx" firmasındakı payını yenidən rəsmiləşdirmək adı altında "xxxx" firmasının 25% pay hissəsində özünü alıcı kimi təqdim etmiş və İddiaçı1 "xxxx" firmasındakı 50 % payının 25 %-nin öz adına rəsimiləşdirilməsinə nail olmuşdur. Belə ki, "xxxx" firmasından payın alqı-satqı müqaviləsindən göründüyü kimi, "xxxx" firmasının təsisçisi X11 ona məxsus 100 % paydan 25 % hissəsini İddiaçı1 və 25 % hissəsini Cavabdeh satmışdır. Cavabdeh İddiaçı1 adından danışdığından satıcı Müşviq Tarverdiyev bu halı mübahisələndirməmişdir. Cavabdeh alqı-satı müqaviləsini İddiaçı1 gizlətmək məqsədi ilə alqı-satqı aparılan gün, yəni 26 may 2009-cu il tarixdə İddiaçı1 iştirakı olmadan İddiaçı1 yerinə saxta imza ataraq "xxxx" firmasının təsisçilərinin saxta qərarını tərtib etmiş, bu barədə Müşviq Tarverdiyevə heç bir məlumat vermədən İddiaçı1 tapşırığı kimi təqdim edərək payın alqı-satqısı barədə dəyişikliklərin qeydə alınması barədə Azərbaycan Respublikası Vergillər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməsi, sənədlərin təhvil alınması və təhvil verilməsini cəmiyyətin direktoru kimi X8 həvalə etmişdir. 02.02.2010-cu il tarixdə isə Cavabdeh digər təsisçi X2 iştirakı olmadan, özünü iclasın katibi kimi qeyd edərək və mahiyyəti barədə İddiaçı1 məlumat vermədən "xxxx" firmasının təsisçilərinin iclas protokolunu tərtib edərək "xxxx" firmasının adının dəyişdirilməsi və "xxxx" MMC adlandırılması, bir sözlə "xxxx" MMC-nin yaradılmasına nail olaraq "xxxx" MMC-də təsisçilərin nizamnamə kapitalındakı paylarının X21 oğlunun 50%, İddiaçı1 25% və Cavabdeh 25% payı olmasını rəsmiləşdirmişdir. Lakin qeyd olunanlar barəsində İddiaçı1 xəbəri belə olmamışdır. Cavabdeh özünü Müşviq Tarverdiyevə və İddiaçı1 mərhum atası Aqil Əliyevin şəxsi ailə həkimi, biznesinə nəzarət edən şəxs kimi tanıtmışdır. Ona görə də X19 Şahbazovun tapşırıqlarını və hərəkətlərini mübahisələndirməyə belə cəhd etməmişdir. Beləlikdə, Cavabdeh çirkin niyyətləri baş tutmuş və İddiaçı1 adından, etibarından sui-istifadə edərək digər təsisçi Müşviq Tarverdiyevə tapşırıqlar, göstərişlər verərək şirkətin əmlak hüquqları ilə yanaşı, cəmiyyətin idarə edilməsini faktiki olaraq öz əlinə almış və idarə edərək əsassız olaraq varlanmışdır. Yalnız 2016-cı ilin əvvəllərində Cavabdeh özbaşınalığı barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin İddiaçı1 müraciətindən və İddiaçı1 digər təsisçi Müşviq Tarverdiyevə tövsiyə xarakterli məktubundan sonra məlum olmuşdur ki, Cavabdeh İddiaçı1 ölkədə olan nüfuzundan sui-istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq, hakimiyyət nümayəndəsinin adından istifadə edərək özbaşınalıq etmiş, "xxxx" firmasının, xüsusilə də İddiaçı1 "xxxx" MMC-dəki əmlak və qeyri-əmlak hüquqlarını mənimsəmişdir. Belə ki, Cavabdeh "xxxx" MMC-yə rəsmi qaydada ayrılmış torpaq sahəsində fəaliyyət göstərən Sumqayıt maşın satışı bazarına bitişik torpaq sahələrinin ətrafında özü üçün əlavə torpaq sahələrini zəbt etmiş və həmin torpaqlar üzərində qanunsuz tikililər aparmışdır. Bu barədə İddiaçı1 Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 18.01.2016-cı il tarixli 17 nömrəli məktubla rəsmi məlumat verilmişdir. İddiaçı1 Sumqayıt şəhər İcra Hakimiyyətinə vermiş olduğu cavab məktubunda "xxxx" MMC-nin təsisçilərindən biri olsa da, Sumqayıt şəhərinin girişində yerləşən avtomobil satışı bazarında baş verən neqativ hallardan, xüsusilə də Cavabdeh onun etibarından suiistifadə edərək özbaşınalıqlar etməsindən məlumatı olmadığını bildirmişdir. Bundan sonra İddiaçı1 digər təsisçi Müşviq Tarverdiyevə tövsiyə məktubu göndərmiş və baş vermiş neqativ halların araşdırılmasını etbarnamə üzrə nümayəndəsi X17 tapşırmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, uzun illər ərzində Sumqayıt maşın satışı bazarının fəaliyyəti və maddi vəziyyəti ilə bağlı Cavabdeh, İddiaçı1 etibarından sui-istfadə edərək ona yanlış, aldadıcı və yayındırılmış məlumat vermiş, gəlirləri mənimsəyərək ümumiyyətlə maşın bazarında olan real vəziyyət barədə düzgün məlumat verməmiş və əsl həqiqəti gizlətmişdir. Cavabdeh İddiaçı1 etibarından sui-istifadə eədərək saxta inandıcırı məlumatlar söyləməsi nəticəsində may 2009-cu il tarixindən yanvar 2016-cı il tarixədək maşın bazarının fəaliyyəti və orada gedən proseslər, eləcə də yığılan pullar haqqında İddiaçı1 heç bir məlumat verilməmiş və "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən Sumqayıt maşın bazarından yığılan pullar, yəni İddiaçı1 çatası 3.905.000 manat məbləği mənimsəmişdir. Bundan əlavə, Cavabdeh "xxxx" MMC-nin digər təsisçisi Müşviq Tarverdiyevi inandırmışdır ki, o, hər yanda nüfuza malik olan həkim və professordur və dövlət qurumlarında sözü ötərlidir. Bu səbəbdən də MMC-nin vergi problemlərini özü həll edəcəkdir. Vergi rüsumunun ödənilməsi adı ilə Cavabdeh Müşviq Tarverdiyevdən almış olduğu 170.000 manatın 100.000 manatını vergi orqanlarına ödəmiş, qalan 70.000 manatı isə mənimsəmişdir. Bundan əlavə "xxxx" MMC-nin nəzdində olan əmlakın formalaşmasında orada mövcud vəziyyətdə olan tikililərin inşa edilməsi və hazırkı vəziyyətə çatdırılmasına Cavabdeh tərəfindən bir manat belə investisiya qoyulmamış və hər hansı bir zəhmət çəkilməmişdir. Cavabdeh yalnız hər həftənin şənbə və bazar günləri şəxsi maraqlarını həyata keçirmək məqsədi ilə günün sonuna yaxın Sumqayıt maşın bazarına gedərək MMC-nin təsisçilərindən biri olan Müşviq Tarverdiyevə və orada çalışan direktor Hamlet Sadıqova, İddiaçı1 adından hədə-qorxu gələrək həftəlik yığılan pulları guya İddiaçı1 çatdıracağına inandıraraq almışdır. Sonradan İddiaçı1 məlum olmuşdur ki, Ş.X14 və Hamlet Sadıqova onun adından yalandan, uydurma hədə-qorxu gələrək onun yanına gəlmələrinə qadağa qoymuşdur. Cavabdeh guya faktiki rəhbəri olduğu “Nigar” klinikasında olan xəstələri ilə bağlı işi çox olduğundan hesabat verməyə vaxtı olmadığını yalandan söyləyərək İddiaçı1 aldadaraq düzgün məlumatlandırmamışdır. Cavabdeh İddiaçı1 və digər təsisçilərə qarşı dələduzluq edərək müxtəlif şirkətlərdən aldatma yolu vəsaitləri mənimsəməsini sonradan bilmişdir. Ona tutulmuş iradlardan nəticə çıxarmayaraq oğurladığı vəsaitləri geri qaytarmaqdan imtina etmişdir. Buna görə də Cavabdeh barəsində qanun çərçivəsində tədbirlər görülməsinə dair qərara gəlmişlər. İddiaçı1 həmtəsisçisi olduğu "xxxx" MMC-nin əsas təsisçilərindən biri mərhum Sabir Tarverdiyev və sonra onun oğlu Müşviq Tarverdiyev olmuşdur. Cavabdeh sonradan nizamnamə payına saxta yola əl ataraq nail olmuşdur. Ona görə də 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqısatqısı barədə bağlanmış müqavilənin Cavabdeh dair hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı ilə və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi və Cavabdeh "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi 3.905.000 (üç milyon doqquz yüz beş min) manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-262/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh dair hissədə etibarsız hesab edilməsi, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı ilə və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi, Cavabdeh "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi 3.905.000 (üç milyon doqquz yüz beş min) manat pulun "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və X5 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-262/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsi çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən hüquqi məsələlər düzgün qiymətləndirilməmiş, məhkəmə prosesi işdə iştirak edən tərəflərin bərabərliyinin pozulması şəraitində aparılmaqla sübutlara ədalət mühakiməsinin zəruri şərtlərinə uyğun qiymət verməmiş, eyni zamanda məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, eləcə də təqdim edilən sübutların bəzilərinin nə üçün gizlədildiyi aydın olmadığı kimi, bəzilərinin də qəbul edilmədiyi qətnamədə öz ifadəsini tapmamışdır. İddia tələbi 2 əsasla, yəni şəxsiyyəti məhkəmə tərəfindən müəyyən edilməyən 8 nəfər şəxsin ərizəsinin şahid ifadəsi kimi qəbul edilməsi və heç bir hüquqi əsası olmayan ekspret rəyi əsasında təmin edilmişdir. Qətnamənin tərtibatından məlum olur ki, iddia tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsi ədalət mühakiməsini deyil, iddiaçıların istək və arzu mühakiməsini həyata keçirmişdir. Belə ki, iddianın Cavabdeh "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi 3.905.000 manat vəsaitin geri qaytarılması” tələbi ilə bağlı istinad olunan halların sübut olunması üçün iddiaçılar tərəfindən iş materiallarına yalnız 8 nəfər şəxsin ərizələri təqdim edilmişdir. Həmin 8 nəfər şəxsin həqiqətən "xxxx" MMC ilə əmək müqaviləsi əsasında faktiki olaraq MMC-nin əməkdaşları olmasını, yəni 5 nəfərin nəzarətçi, 2 nəfərin mühafizəçi və 1 nəfərin fəhlə işləməsini müəyyən edən əmək müqaviləsinin iş materiallarında olmaması sübut edir ki, həmin şəxslərin tərtib etdikləri ərizələr iddiaçılar tərəfindən əvvəlcədən düşünülmüş və hazırlanmış iddianın əsaslı olması üçün təşkil olmuşdur. Digər tərəfdən, həmin şəxslərin həqiqətən qeyd olunan vəzifələrdə işləməsi belə, onların MMC-yə münasibətdə mühasibat sənədlərinin araşdırılmasına və nəzarət etməsinə hüquq yaratmır. Çünki, istənilən hüquqi şəxsin gəlirinə nəzarət etmək, hesablamaq və sair mühasibat işlərinin aparılması, həmin müəssisədə fəhlə, nəzarətçi və mühafizəçi işləyən şəxslər tərəfindən deyil, müəssisənin baş mühasibi tərəfindən həyata keçirilir. Deməli, MMC-də mühasibat uçotunun aparılması qanunvericiliyin imperativ norması kimi qəbul olmuş və bütün maliyyə təsərrüfat fəaliyyətinə cavabdeh olan şəxs kimi - fəhlə, nəzarətçi və mühafizəçi deyil, baş mühasib qəbul edilmişdir. Bir faktı da qeyd etmək lazımdır ki, 2015-ci ilin aprel ayınadək müəssisədə səyyar vergi yoxlaması aparılmış və 11.09.2015-ci il tarixli akt ilə rəsmləşdirilmişdir. İddia olunan 3.905.000 vəsaitin hansı mənbə hesabına yaranması da qətnamədə öz əksini tapmamış və həmin məbləğin hansı mühasibat sənədlərində hesablanmasına dair iş materiallarına hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıların formal mülahizələri və fərziyyələri həmin məbləğin hesablanmasına əsas ola bilməz. İddiaçılar formal mülahizələrinə əsaslanmış dəlillərini- fəhlə, nəzarətçi və mühafizəçi kimi qeyd edilən şəxslərin adından tərtib edilmiş ərizələr vasitəsilə sübut etməyə cəhd etmişlər. Məhkəmə tərəfindən isə işin faktiki halları gizlədilmiş, heç bir araşdırma aparılmamış və nəticədə əsassız iddia tələbi qanunsuz olaraq təmin edilmişdir. Belə ki, həm iddia ərizəsindəki, həm də iddianın dəyişdirilməsinə dair ərizədəki yazılış tərzinə nəzər salınsa, birbaşa sübut olunur ki, fəhlə, nəzarətçi və mühafizəçi kimi qeyd edilən şəxslərin adından tərtib edilmiş ərizələr eyni tərz ilə tərtib edilmişdir. Müəssisədə fəhlə və ya nəzarətçi və yaxud mühafizəçi işləyən şəxslərin 7-8 il ərzində müəssisənin maliyyə təsərrüfat işləri barədə, xüsusən də 7-8 il ərzində ümumilikdə yığılan pullar, həmin pullardan kimə hansı məbləğdə çatması, vergi orqanlarına olan borcun miqdarı, həmin borcdan hansı miqdarda ödənilib-ödənilməməsi haqqında məlumatların əldə edilməsi inandırıcı hesab edilməməklə yanaşı, ən azından gülüncdür. Bundan başqa, özünü nəzarətçi kimi qələmə verən Namazov Fərman adlı şəxs isə ərizəsində göstərmişdir ki: “həmişə Cavabdeh bazara gəlib-getdikdən sonra Sabir müəllim işçilərə əmək haqqının verilməsində çətinlik çəkirdi; Cavabdeh bu cür hərəkətləri və özbaşınalıqlarına görə Sabir müəllimin səhhəti tez-tez pisləşirdi. Bu da Sabir müəllimin ciddi xəstələnməsinə və tez bir zamanda vəfat etməsinə səbəb olumşdur.” Göründüyü kimi, artıq bu halda nəzarətçi Namazov Fərman özünü həkim kimi qələmə verməklə, rəhmətlik Sabir müəllimin ölüm səbəbini müəyyən etmişdir. Bundan başqa, hazırda iddiaçı olan Tarverdiyev Müşfiqlə 2016-cı ilin əvvəllərində ilk dəfə olaraq aralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb güya ona 70.000 manat verməsi olmuşdur. Tərəfindən müxtəlif orqanlara şikayət verilmiş və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılmışdır. Sonradan, Tarverdiyev Müşfiq 11.07.2016-cı il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə, notariat qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, şikayətində göstərdiyi xüsusatlar üzrə mövcud olan narazı məqamlar öz müsbət həllini tapdığından və qaranlıq qalan məqamlar aradan qaldırıldığından, onun halhazırda (yəni 11.07.2016-cı il tarixinə) Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığı üçün, şikayət ərizəsinin həlli zamanı təkrar müraciətinin nəzərə alınmasını xahiş etmişdir. Həmin ərizə məhkəməyə təqdim olunsa da, nədənsə məhkəmə həmin ərizəyə heç bir münasibət bildirməmişdir. İddiaçı Tarverdiyev Müşfiq 11.07.2016-cı il tarixinədək ona qarşı heç bir iddiasının və şikayətinin olmadığını təsdiqləsə də, həmin dövrdən, yəni 11.07.2016-cı il tarixdən hal-hazıradək onların arasında yeni bir mülki hüquq münasibəti yaranmadığı halda, məhkəmə işin bu halına ümumiyyətlə qiymət yerməmişdir. 2016-cı il tarixdən hal-hazıradək onun payına uyğun ödənilməli olan pul vəsaitlərinin ödənilməməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə isə bunları araşdırmaq əvəzinə, iş materiallarında olan sübutları gizlətməyə cəht etmişdir ki, nəticədə formal mülahizələrə və fərziyyələrə əsaslandırılmış iddia tələbini təmin etsin. Digər tərəfdən, iddiaçı MüşfiqTarverdiyevin ona qarşı tələbinin və şikayətinin olmadığı, şəxsən özü tərəfindən tərtib etdiyi və notariat qaydada təsdiq olunmuş ərizədə etiraf edildiyi halda, 8 nəfər şəxsin tərtib etdikləri ərizələrində bunun tam əksinin göstərilməsinin inandırıcı hal kimi qəbul edilməsi yol verilməzdir. Notarial qaydada təsdiq olunmuş, 26.05.2009-cu il tarixli, "xxxx" firmasının payın alqı-satqı müqaviləsindən müəyyən olunur ki,"xxxx" firmasının təsisçisi Tarverdiyev Müşfiq (hazırda iddiaçı) birinci tərəfdən və İddiaçı1 (hazırda iddiaçı) və Ş,Şahbazov (hazırda cavabdeh) ikinci tərəfdən, aşağıdakılar barədə razılığa gəlmişlər: həmin müqavilənin 1-ci «Müqavilənin predmeti» bəndinin 1-ci abzasında göstərilir ki, Tarverdiyev Müşfiq "xxxx" firmasından ona məxsus 100% paydan 25% hissəsini İddiaçı1 və 25%-ni Cavabdeh satmış və qalan 50% hissəsini özündə saxlamışdır. Həmin müqavilənin 2-ci «Satıcının bəyanatı və təminatı» bəndinin 1-ci abzasında göstərilir ki, «Satıcı bəyan edir və təminat verir ki, o tam fəaliyyət qabiliyyətindədir, payın mülkiyyətçisi olmaq, paydan istifadə etmək və onun üzərində sərəncam vermək, bu müqavilə üzrə öz üzərinə öhdəliklər götürmək və bu öhdəlikləri yerinə yetirmək səlahiyyətinə malikdir.» Həmin müqavilənin 4-cü «Digər şərtlər» bəndinin 1-ci abzasında göstərilir ki, bu müqavilə 4 nüsxədə tərtib olunmuşdur. Onlardan bir nüsxəsi notariat kontorunda saxlanılır, digərləri isə tərəflərə verlir. Deməli, iddia ərizəsində “Vicdan1” firmasının 50%-nin İddiaçı1 adına olması və Cavabdeh tərəfindən 25% payın qanunsuz olaraq adına keçirməsi dəlili iddiaçıların yalnız və yalnız formal mülahizələri olmaqla yanaşı, heç bir hüquqi sənəddə öz əksini tapmır. Əksinə, 26.05.2009-cu il tarixli, "xxxx" firmasının payın alqı-satqı müqaviləsi ilə tam sübut olunur ki, tərəflərin iradə ifadəsi olaraq - Tarverdiyev Müşfiq "xxxx" firmasında özünə məxsus 100% paydan 25% hissəsini İddiaçı1 və 25%-ni Cavabdeh satmış və qalan 50 % hissəsini özündə saxlamışdır. Tərəflər alqı-satqıda iştirak etmiş, müqavilə həm satıcı, həm də alıcılar tərəfindən imzalanmış, notariat qaydada təsdiq olunmuş və müqavilənin bir nüsxəsi notariat kontorunda saxlanılmaqla, digər nüsxələri tərəflərə təqdim olunmuşdur. Eyni zamanda, satıcı olaraq Tarverdiyev Müşfiq üzərinə yuxarıda göstərilən öhdəliklər götürmüşdür. Alqı-satqı müqaviləsindəki imzaların həqiqiliyi iddiaçılar tərəfindən mübahisələndirilmədiyi üçün, tam sübut olunur ki, hər 2 iddiaçı alqı-satqı əməliyyatında şəxsən iştirak etmiş, firmanın 100%payından 25%-i Cavabdeh və 25%-i İddiaçı1 satılmışdır.Yəni, 26.05.2009-cu il tarixdə müqavilə imzalandığı və notariat qaydada təsdiq olunduğu an həm Tarverdiyev Müşfiqə, həm də İddiaçı1 tam aydın olmuşdur ki, "xxxx" firmasındakı payın 25%-i artıq Cavabdeh məxsusdur. Belə olan halda həmin müqavilənin ona aid hissədə etibarsız hesab edilməsinə əsas ola bilməz.Bundan başqa, iddianın "xxxx" firmasının təsisçilərin 26.02.2009-cu il tarixli Qərarının etibarsız hesab edilməsi hissəsi də iddiaçıların formal mülahizələrinə və fərziyyələrinə əsaslandırdığı üçün hesab edir ki, məhkəmə bu halda da qanunsuz nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçıların iradə ifadəsi olaraq, eyni zamanda iddia ərizəsində də etiraf edildiyindən, yəni əvvəlcə 26.05.2009-cu il tarixdə müqavilə imzalanmış və notariat qaydada təsdiq olunduqdan sonra təsisçilər arasında həmin gün qərar qəbul etmişlər. Həmin qərarın etibarsız hesab edilməsi üçün iddiaçılar tərəfindən bir əsas göstərilir ki, bu da İddiaçı1 qarşısındakı imzanın başqa şəxs tərəfindən icra edilməsidir. Həmin qərar 3 təsisçi tərəfindən qəbul olunmuş; alqı-satqı müqaviləsində göstərilən əsasla, yəni müəssisənin təsisçilərinin dəyişdirildiyi üçün vergi orqanına məlumat verilməsinə görə qəbul olunmuşdur. O da təsisçilərdən biri olaraq həmin qərarı imzalamış və imzaladıqdan sonra Tarverdiyev Müşfiqə təhvil vermişdir. Həmin İddiaçı1 qarşısında olan imzanın İddiaçı1 və yaxud Tarverdiyev Müşfiq tərəfindən icra olunmasına diqqət yetirməmişdir. Çünki, sənədləşmə işləri firmanın qanuni təmsilçisi və 50% paya malik olan Tarverdiyev Müşfiq tərəfindən aparılmışdır. Həmin qərarın axırıncı abzasına nəzər salınsa, sübut olunar ki, bütün sənədləşmə və dəyişikliklər barədə məlumatın müvafiq orqanlara təhvil verilməsi Tarverdiyev Müşfiqə tapşırılmışdır. Qeyd olunana müvafiq olaraq Tarverdiyev Müşfiq bütün sənədləşmə işlərini şəxsən özü aparmış və müvafiq dövlət orqanlarına, o cümlədən vergi orqanına şəxsən müraciət etmişdir. Həmin dövrdən hazırkı mübahisəyədək onun tərəfindən heç bir irad tutulmamışdır. Hazırkı qərarda da Tarverdiyev Müşfiqin qarşısındakı imzanın özü tərəfindən şəxsən icra olunduğu (yəni özünün imzası mübahisə edilmədiyindən) və bütün sənədləşdirmə işləri məhz şəxsən özü tərəfindən aparılması bir daha sübut edir ki, həmin şəxs İddiaçı1 qarşısındakı imzanın İddiaçı1 tərəfindən icra olunmadığını əvvəlcədən bilmiş, bunu ya özü imzalamış, ya da başqa şəxsdən xahiş etmişdir. Həmçinin M.Tarverdiyev müəssisənin qanuni təmsilçisi kimi MMC adından etibarnaməsiz çıxış etmiş və bir sıra hərəkətlər etmişdir. İşin bu halı üzrə birbaşa Tarverdiyev Müşfiqin pozuntuya yol verdiyi müəyyən olunur ki, bunun üçün də onun tərəfindən qanunsuz hərəkətə yol verildiyi sübut olunur. Digər tərəfdən, sənədləşdirmə işinə məsul olan şəxs Tarverdiyev Müşfiq öz məsuliyyətini onun üzərinə atmaqla, firmanın (MMC-nin) gəlirindən onun payına uyğun ödənişlərin verilməsini dayandırmaqla, həmin vəsaitləri mənimsəməyə cəhd edir. Bundan başqa, "xxxx" firmasının Təsisçilərin 02.02.2010-cü il tarixli iclas protokolunu etibarsız hesab etməklə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, həmin protokolu İddiaçı1 sədr kimi və Cavabdeh katib kimi imzalamış və firmanın möhrü ilə təsdiqlənmişdir. Ekspert rəyində də İddiaçı1 qarşısındakı imzanın başqa şəxs tərəfindən icra olunması müəyyən olunmamışdır. Sadıqov Hamlet qanuni təmsilçi təyin olunmaqla müvafiq dəyişikliklərin aparılması həmin şəxsə tapşırılmışdır.Həmin protokolun hansı əsasla etibarsız hesab edilməsinin səbəbləri ümumiyyətlə qətnamədə açıqlanmır. İş materiallarına təqdim olunmuş "xxxx" MMC-nin Təsisçilərinin 01.07.2010-cu il tarixli Qərarına məhkəmə tərəfindən hüquqi qiymət verilmədiyindən, yəni həmin sənəd məlum olmayan səbəbdən iş materiallarından çıxarıldığı üçün, işin həqiqi halları məhkəmə tərəfindən gizlədilmiş və nəticədə ədalətsiz bir qərar çıxarılmışdır. Belə ki, "xxxx" MMC-nin Təsisçilərinin 01.07.2010-cu il tarixli Qərarı ilə "xxxx" MMC "xxxx" MMC-yə qoşulmuş və "xxxx" MMC yenidən təşkil edilmişdir; "xxxx" MMC-nin fəaliyyətinə xitam verilmiş və bütün hüquq və vəzifələri "xxxx" MMC-yə keçmişdir. Yenidən təşkil olunma ilə əlaqədar "xxxx" MMC-nin Nizamnamə kapitalı 30 manat həcmində hər biri 50 qəpik olmaqla 60 paydan ibarət, təsisçilər tərəfindən bir dəfəyə pul şəklində ödənilmişdir. Təsisçilərin payı M.Tarverdiyev 50% 15 manat, 30 pay, İddiaçı1 və Cavabdeh hər biri 25% 7 manat 50 qəpik, 15 pay müəyyən edilmişdir. "xxxx" MMC-nin yeni redaksiyada Nizamnaməsi təsdiq edilmiş, hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün bütün lazımi sənədlərin hazırlanması, müvafiq ərizələrin və nizamnamənin imzalanması, müvafiq dövlət orqanlarına təqdim edilməsi və sair hərəktlərin yerinə yetirilməsi Tarverdiyev Müşfiqə həvalə edilmişdir. Həmin qərar hər 3 təsisçi tərəfindən şəxsən imza edilmiş və hər 2 müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bundan sonra, "xxxx" MMC-nin Təsisçilərinin 01.07.2010-cu il tarixli qərarı ilə Tarverdiyev Müşfiqin üzərinə qoyulmuş vəzifə və öhdəliklər yerinə yetirilmiş, "xxxx" MMC-nin Nizamnaməsi 3-cü redaksiyada tərtib edilmiş və şəxsən Tarverdiyev Müşfiq tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Göründüyü kimi, Cavabdeh üçün hüquq yaradan əvvəlki sənədlər, yəni hazırda mübahisələndirilən alqı-şatqı müqaviləsi, təsisçilərin qərarı və protokolu, eləcə də nizamnamələr iddiaçılar tərəfindən qəbul edilərək "xxxx" MMC-nin yenidən təşkil olunmasına dair ümumi razılıq verilmiş və hər 3 təsisçi öz üzərinə öhdəliklər götürmüş, hətta bu barədə mətbuatda elan verilmişdir. Belə olan halda, iddia tələbinin yalnız formal mülahizələr əsasında tərtib olunduğu açıqdan-açığa sübut olunur. Çünki, təsisçilərin hər birinin iradə ifadəsi olan və öz imzaları ilə təsdiqlədiyi sonuncu qərarı, bu və ya digər vasitə ilə məhkəmə iş materiallarından kənarlaşdırmaqla, iddiaçılar məhkəmə vasitəsilə işin həqiqi hallarının gizlədilməsinə çalışmışlar. Bundan başqa, «Cinayət işinin rədd olunması barədə» 10.10.2017-ci il tarixli qərarın 2-ci səhifəsinin 4-cü abzasında göstərilir ki, «08.12.2016-cı ildə X1 RPİ-yə ərizə ilə müraciət edərək təsisçisi olduğu "xxxx" MMCnin 80 aylıq fəaliyyəti dövründə digər təsisçi İddiaçı1 göndərdiyi 3.500.000 manat, vergi ödənişi üçün verdiyi 105.000 manat nağd pul vəsaitinin və 500.000 manat dəyərində müxtəlif avtomobillərin Cavabdeh tərəfindən ələ keçirildiyini bildirmişdir.» Həmin Qərarın 30-cu səhifəsinin axırıncı abzasında göstərilir ki, «Bundan başqa X3 müraciətində göstərdiyi təsisçisi olduğu "xxxx" MMC-nin 80 aylıq fəaliyyəti dövründə digər təsisçi İddiaçı1 göndərdiyi 3.500.000 manat, vergi ödənişi üçün verdiyi 105.000 manat nağd pul vəsaitinin və 500.000 manat dəyərində müxtəlif avtomobillərin Cavabdeh tərəfindən ələ keçirilməsi faktının təsdiq edilməməsini və həmin faktla bağlı Azərbaycan Respublikası DİN-nin Bas Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılıb hüquqi qiymət verilməsini və həmin araşdırma zamanı M.Tarverdiyevin ərizə ilə müraciət edib heç bir şikayətinin olmamasını bildirməsini və eyni faktla məhkəmədə mülki işə baxıldığını nəzərə alaraq cinayət işinin rədd edilməsi nəticəsinə gəlinmişdir. Odur ki, məhkəmənin çıxardığı qətnamə əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir.İddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddiadan imtina barədə qətnamə çıxarılmasına dair 06.07.2018-ci il tarixli ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsindən iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və X11 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(102)-1/2021 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və X11 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6588/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi yeni Apellyasiya baxışında proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni Apellyasiya qaydasında baxılır və bu zaman Apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alğı-satqı müqaviləsinin notarial qaydada bağlanmasına istinad edərək müqavilənin etibarsızlığı üçün heç bir əsas olmadığını göstərmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müqavilənin notarial qaydada bağlanması müqavilənin forma və məzmunu ilə bağlı tələblərdir. İddiaçıların tələbinin faktiki əsası müqavilənin forma və məzmunu ilə bağlı deyil, müqavilənin aldatma yolu ilə bağlanması ilə əlaqədardır. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verərək iddiaçıların aldatmanın nədə ifadə olunduğunu qeyd etmədiklərini, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiklərini göstərmişdir. Lakin iddia tələbində iddiaçılar iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları göstərmiş və bu barədə məhkəməyə sübutlar təqdim etmişlər. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbini faktiki əsası ilə bağlı heç bir araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim edilmiş notarial təsdiqli ərizələrə heç bir qiymət verməmiş, həmin şəxslərin məhkəmədə dindirilməməsi səbəbindən ərizədə qeyd edilənlərin şahid ifadələrini əvəz etmədiyini qeyd etmişdir. Bu qənaətə gələn məhkəmə həmin ərizələri nə üçün sübut kimi qəbul etmədiyini qətnamədə əsaslandırmamış, özü eyni səhvi təkrarlayaraq həmin şəxslərin məhkəmə iclasında şahid kimi dindirilmələri məsələsini müzakirə etməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarını və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi hissəsinə heç bir qiymət verməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində həmin sənədlərdəki imzanın cəmiyyətin təsisçilərindən olan İddiaçı1 tərəfindən icra edilməməsinə əhəmiyyət verməmiş, iddia tələbinin bu hissəsi ilə bağlı araşdırma aparmamış, qeyd edilən qərar və iclas protokolu qəbul edilərkən cəmiyyətin üzvlərinin səlahiyyətli olub-olmaması məsələsinə Mülki Məcəllənin tələbləri baxımından qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddia müddətinin tətbiqi ilə bağlı qeyd etmək lazımdır ki, hazırki işdə iddia tələbi əqdin etibarsızlığı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Mülki Məcəllədə iddia müddəti və kəsici müddət anlayışları fərqləndirilmiş, əqdlərin etibarsızlığı ilə bağlı müddətlər iddia müddətinə deyil, kəsici müddətlərə aid edilmişdir... Apellyasiya instansiyası məhkəməsi kəsici müddəti iddia müddəti kimi qəbul edərək Mülki Məcəllənin normalarının və Plenumunun qeyd edilən qərarının tələblərini pozmuşdur... İddia müddətinin ötürülməsi qənaətinə gələn məhkəmə iddiaçıların hüququnun pozulmasının hansı andan bilmələrini, müddətin axımının hansı tarixdən başlanmasını göstərməmişdir. Bundan başqa işdən görünür ki, iddiaçıların vəkili apellyasiya instansiyası məhkəməsində işə baxılarkən vəsatət verərək apellyasiya şikayətindəki və iddia müddətinin tətbiqi barədə ərizədəki imzaların Cavabdeh tərəfindən icra edilmədiyini göstərmiş, apellyasiya şikayətinin mümkünlüyünü mübahisələndirmiş, iş üzrə məhkəmə xəttşunaslıq ekspertizasının keçirilməklə şikayətin cavabdeh tərəfindən verilib-verilməməsinin müəyyən olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hallara qiymət verərək cavabdehi təmsil edən nümayəndəsi-vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə etdiyini və onun bu məsələnin həllində səlahiyyətli olduğunu qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, apellyasiya şikayəti və iddia müddətinin tətbiqi barədə ərizə cavabdehin nümayəndəsi-vəkili Vəkil1 tərəfindən deyil, cavabdehin özü tərəfindən verilmiş və imzalanmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə etməsi həmin apellyasiya şikayətinin və vəsatətin cavabdeh tərəfindən verilməsinə dəlalət etmir. İddiaçıların vəkili də şikayətin cavabdeh tərəfindən imza edilməməsini mübahisələndirir. Apellyasiya məhkəməsində işə baxılan zaman verilmiş məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmasına dair vəsatətdə də Cavabdeh apellyasiya şikayəti verilən vaxt barəsindəki cinayət təqibindən yayınmaq məqsədilə Azərbaycan Respublikasından çıxması, ölkə hüdudlarından kənarda olması göstərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən hallara düzgün qiymət verməmiş, apellyasiya şikayətindəki imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsi məsələsini araşdırmamış, bu məsələyə dair iddiaçıların vəsatətinin təmin edilməməsi barədə məhkəmənin qənaəti əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya qeyri-mümkün hesab edilir. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.” İş materiallarında olan 26.05.2009-cu il tarixli "xxxx" firmasının payın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 "xxxx" firmasından ona məxsus 100 % paydan 25 % hissəsini İddiaçı1 5 manata, 25 % hissəsini Cavabdeh 5 manata satmış, qalan 50 % hissəsi isə özündə qalmışdır. İş materiallarında olan "xxxx" firmasının 26.05.2009-cu il tarixli təsisçilərinin qərarının surətindən aydın olur ki, X11, İddiaçı1 və Cavabdeh "xxxx" müəssisəsinin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləridir. İş materiallarında olan "xxxx" firmasının 02.02.2010-cu il tarixli təsisçilərinin iclas protokolunun surətindən müəyyən edilir ki, "xxxx" MMC-nin təsis yığıncağı firmanın təşkilatı hüquqi formasını dəyişdirərək bazasında "xxxx" MMC-nin yaradılması, cəmiyyətin yeni redaksiyasında nizamnaməsi hazırlanıb təsdiq olunaraq, firmanın təşkilati hüquqi formasının dəyişdirilməsi ilə bağlı Vergilər qəzetində müvafiq elan verilməsi, "xxxx" MMCnin direktoru vəzifəsinə X9 təyin olunması, "xxxx" MMC-nin dövlət qeydiyyat məlumatlarının dəyişdirilməsi üçün vergi və digər dövlət orqanlarına müraciət edilməsi, təsis və digər sənədlərin imzalanması, təsdiq edilməsi, götürülməsi, təhvil verilməsi və firmaının təhvil aktının imzalanması səlahiyyətlərinin X13 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(006)-3359/2018 saylı qərardadı əsasında verilmiş 26 noyabr 2018-ci il tarixli 21634 nömrəli rəydən aydın olur ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 130-cu vərəqəsində yerləşən "xxxx" MMC firmasının təsisçilərinin 26 may 2009-cu il tarixli qərarının təsdiq edilmiş kserosurətinin aşağı hissəsində «Təsisçilər» qrafasında 2-ci sırada «İddiaçı1» sözü önündə əks edilmiş imza, İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 136-138-ci vərəqələrində yerləşən "xxxx" MMC-nin 24 fevral 2010-cu il tarixli Nizamnaməsinin (yeni redaksiyada) təsdiq edilmiş kserosurətində «Təsdiq edilmişdir» qrafasında «İddiaçı1» sözünün qarşısında və mülki işin 2-ci cildinin 139-140-cı vərəqələrində yerləşən "xxxx" MMC firmasının Təsisçilərinin 2 fevral 2010-cu il tarixli iclas protokolunun təsdiq edilmiş kserosurətində «Sədr» qrafasında İddiaçı1» sözləri önündə əks olunmuş imzaların- İddiaçı1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində götərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Yeni apellyasiya baxışında iddia tərəfi apellyasiya şikayətinin cavabdehin özü tərəfindən imzalanmadığını bildirərərək bu halı, cavabdeh tərəfi isə iddia tələbinin dəyişdirilməsi haqqında ərizədəki imzanın iş üzrə iddiaçı X11 tərəfindən icra olunmamasını mübahisələndirmiş, məhkəmə tərəfindən bu halların aydınlaşdılması məqsədilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli 4/987 saylı ekspert rəyinə görə, mülki işin İİİ cildinin 55-66-cı səhifələrində olan apellyasiya şikayətində “Cavabdeh” yazılarından əvvəl yerləşən imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ekspert rəyinə əsasən, mülki işin 1-ci cildinin 160-165-ci səhifələrində olan iddianın dəyişdirilməsinə dair 28 dekabr 2017-ci il tarixli ərizədə “İddiaçı2” yazılarından əvvəl yerləşən imza X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya işin imzalarla bağlı mübahisələndirilən hissəsinə münasibətdə hesab edir ki, iş üzrə alınmış ekspert rəyinə əsasən də apellyasiya şikayətinin cavabdehin özü tərəfindən, iddia tələbinin dəyişdirilməsi haqqında ərizənin də iddiaçı X11 tərəfindən imzalanmaması öz təsdiqini tapsa da, apellyasiya şikayəti və iddia tələbinin dəyişdirilməsi haqqında ərizə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müdafiə olunaraq hər birinin öz mənafeyinə uyğun və özlərinin iradə ifadəsi olduğu müəyyən olunduğundan apellyasiya şikayəti və iddia tələbinin dəyişdirilməsi haqqında ərizənin mübahisələndirilən hissədə baxılması mümkündür. İddia müddətinin tətbiqi ilə bağlı Kollegiya iş üzrə müəyyən olunmuş halları və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırki işdə iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olduğundan burada iddia müddəti deyil, mülki qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddətlə bağlı qaydalar tətbiq olunmalıdır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2. maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Sadalanan maddələrinin dispozisiya şərtlərinin təhlili göstərir ki, qanunverici əqdin əhəmiyyətsiz olmasını əlavə heç bir şərt və hərəkətin olması ilə, o cümlədən müddətin keçməsi ilə şərtləndirməmişdir. Yəni, əhəmiyyətsiz əqd mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq, özü-özlüyündə əhəmiyyətsizdir və əqdin tərəfləri üçün heç bir hüquq və vəzifələr əmələ gətirmir. Əhəmiyyətsiz əqd özlüyündə etibarsız olduğundan, qanunverici əqdin özünün deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı iddialar üçün müddətin tətbiq edilməsini nəzərdə tutmuşdur. Əhəmiyyətsiz əqdin etibarsızlığının mübahisələndirilməsinə isə müddətin tətbiq edilməsi nəzərdə tutulmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası izah edir ki, hazırkı mülki mübahisənin həlli zamanı Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilmiş müddətlərə istinad edilməsi və iddiaçılar tərəfindən əqdin etibarsızlığının mübahisələndirilməsi müddətinin ötürülməsinin ehtimal edilməsi yolverilməzdir. İş üzrə şahid X18 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, 2013-cü ildən Sumqayıt maşın bazarında "xxxx" firmasında nəzarətçi işləmişdir. X30 işə götürmüşdür. O sonra bilmişdir ki, bazarın yarısı İddiaçı1 məxsusdur. Özünü İddiaçı1 səlahiyyətli nümayəndəsi kimi təqdim edən Şahzbaz Şahbazovu isə həmin vaxtda tanımışdır. O, bazarın bütün işlərinə qarışmış, Sabir müəllimə və Müşviq müəllimə İddiaçı1 adından xüsusi tapşırıqlar verirdi. Cavabdeh hər həftənin şənbə və bazar günləri gələrək, özünü bazarın yiyəsi kimi yığılan pulları manatına qədər yığıb aparırdı.Bu hərəkətləri ilə Sabir müəllimi və oğlu Müşviq müəllimdə böyük narazıçılıqlar yaranmışdır. Onlar İddiaçı1 böyük hörmətlə yanaşdıqları üçün Cavabdeh haqqıdan heç bir tədbir görmürdülər. Dəfələrlə onlar Şabaz Şahbzova onları İddiaçı1 görüşdürməsini desələr də o, müxtəlif bəhanələrlə onları yayındırmışdır. O, İddiaçı1 bir dəfə olsun başın bazarında görməmişdir. Cavabdeh vergi və başqa suni problemlərlə Sabir müəllmi və Müşfiq müəllimi özündən asılı vəziyyətdə saxlayırdı.Həmişə Cavabdeh bazara gəlib getdikdən sonra Sabir müəllim işçilərə əmək haqqının verilməsində çətinlik çəkirdi. Hətta Cavabdeh bü cür hərəkətləri və özbaşınalıqları Sabir müəllimin səhhətinin tez-tez pozulmasına və onun dünyasının dəyişməsinə səbəb olmuşdur. İş üzrə şahid İddiaçı1 Qulu oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, 2009-cu ilin sentyabr ayından Sumqayıt şəhərində maşın bazarında mühafizəçi işləmişdir. Onu Sabir müəllim işə götürmüşdür. O, işləyəndən sonra bilmişdir ki, bazarın yarısı cənab İddiaçı1 məxsusdur. Cavabdeh İddiaçı1 səlahiyyətli nümayəndəsi kimi tanımışdır. Əslində Cavabdeh özünü bazarın yiyəsi kimi aparmış və hər işlərinə qarışmışdır. Hər həftənin şənbə, bazar günləri gəlib yığılan pulları 10-15.000 manatı qabaqcadan götürüb aparırdı. Bunları Sabir müəllimin dediklərindən bilmişdir. Şahbaz Şazbahov o, gün olmurud ki, İddiaçı1 adını çəkməsin və onun adından Sabir müəllimə hədə-qorxu gəlməsin, təzyiq göstərməsin. Ağbaş Mahir adlı vergi işçisi və bundan başqa fövqalədə halların işçiləri tez-tez bazara gəglirdilər. Sabir müəllim, Müşviq müəllim və Cavabdeh arasında mübahisə olanda Cavabdeh onları İddiaçı1 adından və özünün vergidə, fbvqalədə hallarda tanışlarının adı ilə hədələyirdi. 2015-ci ildə Cavabdeh bazarın bir hissəsini zəbt etmişdir. Özü üçün xüsusi ofisin tikilməsinə göstəriş vermişdir. Cavabdeh özünü həmişə yüksək rütbəli, vəzifəli şəxslərlə sıx əlaqəsinin olmasını göstərirdi. Şahbazın arvadı Arzu da bazara gəlib onlara göstərişlər verirdi. Sabir müəllim dediyindən bilmişdir ki, Cavabdeh bir manatda olsun bazara vəsait qoymamışdır. İş üzrə şahid X15 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, 2001-ci ildən Sumqayıt maşın bazarı Vicdan-1 firmasında fəhlə işləyir. Həmin bazarın sahibi Sabir Tanrıverdiyev olmuşdur. Onu da işə Sabir Tanrıverdiyev götürmüşdür. 2009-cu ildə bazar bağlanmış, 2 aydan sonra bazarın fəaliyyəti bərpa olunmuşdur. Belə ki, 2009-cu ildə bilmişdir ki, bazarın yarısı İddiaçı1 məxsusdur. Həmin vaxt Sabir Tanrıverdiyev onları yığaraq Cavabdeh onlara İddiaçı1 səlahiyyətli nümayəndəsi kimi təqdim etmişdir. Həmin gündən Cavabdeh onlar İddiaçı1 sağ əli kimi tanımışlar. Amma Cavabdeh özünü müdir kimi aparmış və işlərnə qarışmışdır. Hər həftənin şənbə və bazar günləri Cavabdeh bazara gələrək Sabir müəllimlə mübahisə edərək qazetə bükülmüş halda pulları götürüb aparırdı. Cavabdeh bazara gələn gündən onların əmək haqqlarında gecikmələr olurdu. Cavabdeh bazara gəldikdən 15 dəqiqə sonra yüksək rütbəli şəxslər bazara gəlib onunla danışıqlar aparır, sonra isə onlar yola salırdı. Cavabdeh arvadı Arzu da bazara gələrək onların işlərinə qarışırdı. O, bir dəfə də olsun Cavabdeh göstərişinə əməl etməmişdir. O, deyirdi ki, bazar onundur və istədiyini edə bilər. İş üzrə şahid X6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, 1993-cü ildən Sumqayıt maşın bazarında Vicdan-1 firmasında nəzarətçi işləyir. X23 atası Tarverdiyev Sabir müəllim işə götürmüşdür. Bu maşın bazarını təməldən Sabir Müəllim tikmişdir. 2009-cu ildə müəyyən səbəblərdən bazar bağlanmışdır. Sabir müəllim cənab İddiaçı1 müraciət etdikdən sonra, yəni 2 aydan sonra bazar yenidən fəaliyyətə başladı. Ondan sonra bilmişlər ki, bazarın yarısı İddiaçı1 məxsusdur. Özünü İddiaçı1 səlahiyətli nümayəndəsi kimi təqdim edən Cavabdeh isə o, vaxtdan tanıyır. Cavabdeh bazarın bütün işlərinə qarışırdı. Bütün işçilərə əmək haqqını Sabir müəlim versə də, Şahbaz Şahbazov hər həftənin şənbə və bazar günləri bazara gəlirdi. Hətta qardaşı Yaqub və arvadı Arzu Şahbazova da bazara gələrək özlərini bazarın sahibi kimi aparırdılar. Sabir müəllim və oğlu Müşviq müəllmində də işlərinə qarışırdılar. Dəflərlə Sabir müəllimlə, Müşviq müəllimlə Şahbaz Şahbazvun və onu arvadı Arzu Şahbazovanın mübahisələrinin şahidi olmuşdur.Cavabdeh hər həftənin şənbə və bazar günləri yığılan pulları qəpiyinə qədər yığıb aparırdır. Cavabdeh qəzetə bükülü bağlamada pulları götürüb aparmasının şahidi olmuşdur. Hətta Sabir müəllimə məxsus 558 nömrəli ford markalı cip avtomaşının İddiaçı1 adından hədə-qorxu gələrək, təyziq göstərərək əlindən alıb mənimsəmişdir. Cavabdeh Müşviq müəllimə təyziq göstərmək üçün mütəmadi olaraq yeni işçisi olan, niva markalı avtomaşını sürən ağbaşlı Mahir adlı bir nəfəri və eyni zamanda FHN işçilərini bazara gətirir və deyirdi ki, Sabir müəllim və Müşviq müəllim onun əksinə getsələr FHN-nin işçilərinin əli ilə bazarı sökdürəcək, vergi Mahir müəllim əli ilə bazara böyük məbləğdə vergi cərimələri yazdıracaq. Həqiqətən də 2015-ci ilin 2-ci yarısında Sabir müəllim xəstə olduğu zaman bazara 170.000 manat vergi cəriməsi yazılmış və Sabir məüllim vəfat edəndən sonra 170.000 manat vergi cəriməsini Müşviq müəllimə ödətdirmişdir. Həmin 170.000 manat vergi cəriməsinin yalnız 100.000 manatlıq qəbzini Müşviq müəllim təqdim etmişdir. Qalan 70.000 manatlıq qəbz barədə hələ də indiyə kimi Müşviq müəllimə heç bir məlumat verilməmiş və qəbz təqdim olunmamışdır. Cavabdeh tərfindən 70.000 manat məbləğində ödəniş qəbzinin verilməməsi ilə əlaqədar Müşviq müəllimin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh Müşviq müəllimi aldadaraq 170.000 vergi cəriməsi adı ilə alsa da, dövlət büdcəsinə yalnız 100.000 manat ödəmiş, qalan 70.000 manatı isə mənimsəmişdir. Cavabdeh Müşviq müəllimi aldadıb 70.000 manat məbləğində pulu mənimsəməsi barədə Sumqayıt şəhər İcra Hakimiyytəinə və Vergi Orqanlarınqa müraciət olunmuşdur. Beləliklə məlum olmuşdur ki, Cavabdeh 7 ildən artıqdır ki, İddiaçı1 adından istifadə edərək gəlib bazardan yığıb apardığı pulları İddiaçı1 çatdırdığını bildirsə də, həmin pulları mənimsəmişdir. Cavabdeh vergi və digər yaratdığı süni problemlərlə Sabir müəllimi və Müşviq müəlimi özündən asılı vəziyyətə salmışdır. Hətta Sabir müəllimə özün üçün ofis də tikdirmişdir. Cavabdeh bazara gəlib getdikdən sonra Sabir müəllim işçilərə əmək haqqının verməkdə çətinliklər çəkirdi Bu da Sabir müəllimin səhhətinə çox pis təsir göstərmiş və bütün bunlar Sabir müəllimin ciddi xəstələnməsinə və tez bir zamanda vəfat etməsinə səsəb olmuşdur. İş üzrə şahid X7 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Sumqayıt maşın bazarında yəni Vicdan-1 firmasında nəzarətçi işləyir. X23 atası Tarverdiyev Sabir müəllim işə götürmüdür. Bu maşın bazarını təməldən Sabir Müəllim tikmişdir. 2009-cu ildə müəyyən səbəblərdən bazar bağlanmışdır.Sabir müəllim cənab lİlqr Əliyevə müraciət etdikdən sonra, yəni 2 aydan sonra bazar yenidən fəaliyyətə başladı. Ondan sonra bilmişlər ki, bazarın yarısı İddiaçı1 məxsusdur. Özünü İddiaçı1 səlahiyətli nümayəndəsi kimi təqdim edən Cavabdeh isə o, vaxtdan tanıyır. Cavabdeh bazarın bütün işlərinə qarışırdı. Bütün işçilərə əmək haqqını Sabir müəlim versə də, Şahbaz Şahbazov hər həftənin şənbə və bazar günləri bazara gəlirdi. Hətta qardaşı Yaqub və arvadı Arzu Şahbazova da bazara gələrək özlərini bazarın sahibi kimi aparırdılar. Sabir müəllim və oğlu Müşviq müəllmində də işlərinə qarışırdılar. Dəfələrlə Sabir müəllimlə, Müşviq müəllimlə Şahbaz Şahbazvun və onu arvadı Arzu Şahbazovanın mübahisələrinin şahidi olmuşdur.Cavabdeh hər həftənin şənbə və bazar günləri yığılan pulları qəpiyinə qədər yığıb aparırdır. Cavabdeh qəzetə bükülü bağlamada pulları götürüb aparmasının şahidi olmuşdur. Hətta Sabir müəllimə məxsus 558 nömrəli ford markalı cip avtomaşının İddiaçı1 adından hədə-qorxu gələrək, təyziq göstərərək əlindən alıb mənimsəmişdir. Cavabdeh Müşviq müəllimə təyziq göstərmək üçün mütəmadi olaraq yeni işçisi olan, niva markalı avtomaşını sürən ağbaşlı Mahir adlı bir nəfəri və eyni zamanda FHN işçilərini bazara gətirir və deyirdi ki, Sabir müəllim və Müşviq müəllim onun əksinə getsələr FHN-nin işçilərinin əli ilə bazarı sökdürəcək, vergi Mahir müəllim əli ilə bazara böyük məbləğdə vergi cərimələri yazdıracaq. Həqiqətən də 2015-ci ilin 2-ci yarısında Sabir müəllim xəstə olduğu zaman bazara 170.000 manat vergi cəriməsi yazılmış və Sabir məüllim vəfat edəndən sonra 170.000 manat vergi cəriməsini Müşviq müəllimə ödətdirmişdir. Həmin 170.000 manat vergi cəriməsinin yalnız 100.000 manatlıq qəbzini Müşviq müəllim təqdim etmişdir. Qalan 70.000 manatlıq qəbz barədə hələ də indiyə kimi Müşviq müəllimə heç bir məlumat verilməmiş və qəbz təqdim olunmamışdır. Cavabdeh tərfindən 70.000 manat məbləğində ödəniş qəbzinin verilməməsi ilə əlaqədar Müşviq müəllimin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh Müşviq müəllimi aldadaraq 170.000 vergi cəriməsi adı ilə alsa da, dövlət büdcəsinə yalnız 100.000 manat ödəmiş, qalan 70.000 manatı isə mənimsəmişdir. Cavabdeh Müşviq müəllimi aldadıb 70.000 manat məbləğində pulu mənimsəməsi barədə Sumqayıt şəhər İcra Hakimiyytəinə və Vergi Orqanlarınqa müraciət olunmuşdur. Beləliklə məlum olmuşdur ki, Cavabdeh 7 ildən artıqdır ki, İddiaçı1 adından istifadə edərək gəlib bazardan yığıb apardığı pulları İddiaçı1 çatdırdığını bildirsə də, həmin pulları mənimsəmişdir. Cavabdeh vergi və digər yaratdığı süni problemlərlə Sabir müəllimi və Müşviq müəlimi özündən asılı vəziyyətə salmışdır.Hətta Sabir müəllimə özün üçün ofis də tikdirmişdir. Cavabdeh bazara gəlib getdikdən sonra Sabir müəllim işçilərə əmək haqqının verməkdə çətinliklər çəkirdi Bu da Sabir müəllimin səhhətinə çox pis təsir göstərirdi. İş üzrə şahid X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Sumqayıt maşın bazarında Vicdan-1 firmasında mühafizə xidmətinin rəisi işləyir. Onu Müşviq müəllimin atası Sabir müəllim işə götürmüdür. Bu maşın bazarını təməldən Sabir müəllim tikmişdir. 2009-cu ildə müəyyən səbəblərdən bazar bağlanmışdır. Sabir müəllim cənab İddiaçı1 müraciət etdikdən sonra, yəni 2 aydan sonra bazar yenidən fəaliyyətə başladı. Ondan sonra bilmişlər ki, bazarın yarısı İddiaçı1 məxsusdur. Özünü İddiaçı1 səlahiyyətli nümayəndəsi kimi təqdim edən Cavabdeh isə o, vaxtdan tanıyır. Cavabdeh bazarın bütün işlərinə qarışırdı. Sabir müəllimə və Müşviq müəllimə İddiaçı1 adından xüsusi göstərişlər verirdi. Bütün işçilərə əmək haqqını Sabir müəlim versə də, Şahbaz Şahbazov hər həftənin şənbə və bazar günləri bazara gəlirdi. Hətta qardaşı Yaqub və arvadı Arzu Şahbazova da bazara gələrək özlərini bazarın sahibi kimi aparırdılar. Sabir müəllim və oğlu Müşviq müəllimin də işlərinə qarışırdılar. Dəfələrlə Sabir müəllimlə, Müşviq müəllimlə Şahbaz Şahbazvun və onu arvadı Arzu Şahbazovanın mübahisələrinin şahidi olmuşdur.Cavabdeh hər həftənin şənbə və bazar günləri yığılan pulları qəpiyinə qədər yığıb aparırdır. Cavabdeh qəzetə bükülü bağlamada pulları götürüb aparmasının şahidi olmuşdur. Hətta Sabir müəllimə məxsus 558 nömrəli ford markalı cip avtomaşının İddiaçı1 adından hədə-qorxu gələrək, təyziq göstərərək əlindən alıb mənimsəmişdir. Cavabdeh Müşviq müəllimə təyziq göstərmək üçün mütəmadi olaraq yeni işçisi olan, niva markalı avtomaşını sürən ağbaşlı Mahir adlı bir nəfəri və eyni zamanda FHN işçilərini bazara gətirir və deyirdi ki, Sabir müəllim və Müşviq müəllim onun əksinə getsələr FHN-nin işçilərinin əli ilə bazarı sökdürəcək, vergi Mahir müəllim əli ilə bazara böyük məbləğdə vergi cərimələri yazdıracaq. Həqiqətən də 2015-ci ilin 2-ci yarısında Sabir müəllim xəstə olduğu zaman bazara 170.000 manat vergi cəriməsi yazılmış və Sabir məüllim vəfat edəndən sonra 170.000 manat vergi cəriməsini Müşviq müəllimə ödətdirmişdir. Həmin 170.000 manat vergi cəriməsinin yalnız 100.000 manatlıq qəbzini Müşviq müəllim təqdim etmişdir. Qalan 70.000 manatlıq qəbz barədə hələ də indiyə kimi Müşviq müəllimə heç bir məlumat verilməmiş və qəbz təqdim olunmamışdır. Cavabdeh tərfindən 70.000 manat məbləğində ödəniş qəbzinin verilməməsi ilə əlaqədar Müşviq müəllimin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh Müşviq müəllimi aldadaraq 170.000 vergi cəriməsi adı ilə alsa da, dövlət büdcəsinə yalnız 100.000 manat ödəmiş, qalan 70.000 manatı isə mənimsəmişdir. Cavabdeh Müşviq müəllimi aldadıb 70.000 manat məbləğində pulu mənimsəməsi barədə Sumqayıt şəhər İcra Hakimiyytəinə və Vergi Orqanlarınqa müraciət olunmuşdur. Beləliklə məlum olmuşdur ki, Cavabdeh 7 ildən artıqdır ki, İddiaçı1 adından istifadə edərək gəlib bazardan yığıb apardığı pulları İddiaçı1 çatdırdığını bildirsə də, həmin pulları mənimsəmişdir. Cavabdeh vergi və digər yaratdığı süni problemlərlə Sabir müəllimi və Müşviq müəlimi özündən asılı vəziyyətə salmışdır.Hətta Sabir müəllimə özün üçün ofis də tikdirmişdir. Cavabdeh bazara gəlib getdikdən sonra Sabir müəllim işçilərə əmək haqqının verməkdə çətinliklər çəkirdi Bu da Sabir müəllimin səhhətinə çox pis təsir göstərirdi. Bütün bunlar Sabir müəllimin ciddi xəstələnməsinə və tez bir zamanda vəfat etməsinə səbəb olmuşdur. İş üzrə şahid X16 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Sumqayıt maşın bazarında Vicdan-1 firmasında baş nəzarətçi işləyir. Onu Müşviq müəllimin atası Sabir müəllim işə götürmüdür. Bu maşın bazarını təməldən Sabir müəllim tikmişdir. 2009-cu ildə müəyyən səbəblərdən bazar bağlanmışdır.Sabir müəllim cənab lİlqr Əliyevə müraciət etdikdən sonra, yəni 2 aydan sonra bazar yenidən fəaliyyətə başladı. Ondan sonra bilmişlər ki, bazarın yarısı İddiaçı1 məxsusdur. Özünü İddiaçı1 səlahiyətli nümayəndəsi kimi təqdim edən Cavabdeh isə o, vaxtdan tanıyır. Cavabdeh bazarın bütün işlərinə qarışırdı. Sabir müəllimə və Müşviq müəllimə İddiaçı1 adından xüsusi göstərişlər verirdi. Bütün işçilərə əmək haqqını Sabir müəlim versə də, Şahbaz Şahbazov hər həftənin şənbə və bazar günləri bazara gəlirdi. Hətta qardaşı Yaqub və arvadı Arzu Şahbazova da bazara gələrək özlərini bazarın sahibi kimi aparırdılar. Sabir müəllim və oğlu Müşviq müəllmində də işlərinə qarışırdılar. Dəflərlə Sabir müəllimlə, Müşviq müəllimlə Şahbaz Şahbazvun və onu arvadı Arzu Şahbazovanın mübahisələrinin şahidi olmuşdur.Cavabdeh hər həftənin şənbə və bazar günləri yığılan pulları qəpiyinə qədər yığıb aparırdır. Cavabdeh qəzetə bükülü bağlamada pulları götürüb aparmasının şahidi olmuşdur. Hətta Sabir müəllimə məxsus 558 nömrəli ford markalı cip avtomaşının İddiaçı1 adından hədə-qorxu gələrək, təyziq göstərərək əlindən alıb mənimsəmişdir. Cavabdeh Müşviq müəllimə təyziq göstərmək üçün mütəmadi olaraq yeni işçisi olan, niva markalı avtomaşını sürən ağbaşlı Mahir adlı bir nəfəri və eyni zamanda FHN işçilərini bazara gətirir və deyirdi ki, Sabir müəllim və Müşviq müəllim onun əksinə getsələr FHN-nin işçilərinin əli ilə bazarı sökdürəcək, vergi Mahir müəllim əli ilə bazara böyük məbləğdə vergi cərimələri yazdıracaq. Həqiqətən də 2015-ci ilin 2-ci yarısında Sabir müəllim xəstə olduğu zaman bazara 170.000 manat vergi cəriməsi yazılmış və Sabir məüllim vəfat edəndən sonra 170.000 manat vergi cəriməsini Müşviq müəllimə ödətdirmişdir. Həmin 170.000 manat vergi cəriməsinin yalnız 100.000 manatlıq qəbzini Müşviq müəllim təqdim etmişdir. Qalan 70.000 manatlıq qəbz barədə hələ də indiyə kimi Müşviq müəllimə heç bir məlumat verilməmiş və qəbz təqdim olunmamışdır. Cavabdeh tərfindən 70.000 manat məbləğində ödəniş qəbzinin verilməməsi ilə əlaqədar Müşviq müəllimin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh Müşviq müəllimi aldadaraq 170.000 vergi cəriməsi adı ilə alsa da, dövlət büdcəsinə yalnız 100.000 manat ödəmiş, qalan 70.000 manatı isə mənimsəmişdir. Cavabdeh Müşviq müəllimi aldadıb 70.000 manat məbləğində pulu mənimsəməsi barədə Sumqayıt şəhər İcra Hakimiyytəinə və Vergi Orqanlarınqa müraciət olunmuşdur. Beləliklə məlum olmuşdur ki, Cavabdeh 7 ildən artıqdır ki, İddiaçı1 adından istifadə edərək gəlib bazardan yığıb apardığı pulları İddiaçı1 çatdırdığını bildirsə də, həmin pulları mənimsəmişdir. Cavabdeh vergi və digər yaratdığı süni problemlərlə Sabir müəllimi və Müşviq müəlimi özündən asılı vəziyyətə salmışdır. O, Sabir müəllimə özün üçün ofis də tikdirmişdir. Cavabdeh bazara gəlib getdikdən sonra Sabir müəllim işçilərə əmək haqqının verməkdə çətinliklər çəkirdi. Cavabdeh bu cür hərəkətləri və özbaşınalıqlarına görə Sabir müəllimin səhhəti tez-tez pisləşirdi. Bu da Sabir müəllimin ciddi xəstələnməsinə və tez bir zamanda vəfat etməsinə səbəb olmuşdur. İş üzrə şahid X10 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Sumqayıt maşın bazarında Vicdan-1 firmasında baş nəzarətçi işləyir. Onu Müşviq müəllimin atası Sabir müəllim işə götürmüdür. Bu maşın bazarını təməldən Sabir müəllim tikmişdir. 2009-cu ildə müəyyən səbəblərdən bazar bağlanmışdır.Sabir müəllim cənab lİlqr Əliyevə müraciət etdikdən sonra, yəni 2 aydan sonra bazar yenidən fəaliyyətə başladı. Ondan sonra bilmişlər ki, bazarın yarısı İddiaçı1 məxsusdur. Özünü İddiaçı1 səlahiyətli nümayəndəsi kimi təqdim edən Cavabdeh isə o, vaxtdan tanıyır. Cavabdeh bazarın bütün işlərinə qarışırdı. Sabir müəllimə və Müşviq müəllimə İddiaçı1 adından xüsusi göstərişlər verirdi. Bütün işçilərə əmək haqqını Sabir müəlim versə də, Cavabdeh hər həftənin şənbə və bazar günləri bazara gəlirdi. Özünü bazarın sahibi kimi aparırdı.Cavabdeh hər həftənin sonu bazar günü gəlib yığılan pulları qəpiyinə qədər yığıb aparırdı. Şahbaz Şahbahovu qəzetə bükülü bağlamada pulları apardığını şahidi olmuşdur. Bu hərəkətləri ilə Sabir müəllimi və oğlu Müşviq müəllimdə böyük narazıçılıqlar yaranmışdır. Onlar İddiaçı1 böyük hörmətlə yanaşdıqları üçün Cavabdeh haqqıdan heç bir tədbir görmürdülər. Dəfələrlə onlar Şabaz Şahbzova onları İddiaçı1 görüşdürməsini desələr də o, müxtəlif bəhanələrlə onları yayındırmışdır. O, İddiaçı1 qorxulu bir adam olmasını bildirmişdir. Siz onun yanına getsəniz sizi qəbul etməz deyirdi. İddiaçı1 bir dəfə olsun başın Sumqayıt maşın bazarında gəlməmişdir. Cavabdeh özünü həmişə yüksək rütbəli vəzifəli şəxslərlə sıx əlaqədə olmasını nümayiş etdirmişdir. Cavabdeh vergi və digər yaratdığı suni problemlərlə Sabir müəllmi və Müşfiq müəllimi özündən asılı vəziyyətdə saxlayırdı. Həmişə Cavabdeh bazara gəlib getdikdən sonra Sabir müəllim işçilərə əmək haqqının verilməsində çətinlik çəkirdi. Cavabdeh bu cür hərəkətləri və özbaşınalıqlarına görə Sabir müəllimin səhhəti tez-tez pisləşirdi. Bu da Sabir müəllimin ciddi xəstələnməsinə və tez bir zamanda vəfat etməsinə səbəb olumşdur. İşin müəyyən edilmiş hallarından, iş üzrə alınmış ekspert rəyindən notarial qaydada təsdiq edilmiş şahid ifadələrindən müəyyən edilmişdir ki, "xxxx" MMC firmasının təsisçilərinin 26 may 2009-cu il tarixli qərarındakı imza cəmiyyətin təsisçilərindən olan İddiaçı1 tərəfindən icra edilməmiş, Cavabdeh İddiaçı1 adından, etibarından sui-istifadə edərək İddiaçı1 "xxxx" firmasındakı 50 % payının 25% öz adına rəsmiləşdirilməsinə nail olmuş, "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən Sumqayıt maşın bazarının fəaliyyəti və orada gedən proseslər, eləcə də yığılan pullar haqqında İddiaçı1 heç bir məlumat verməmiş və nəticə etibarilə 3.905.000 manat məbləğində pulu mənimsəmişdir. Kollegiya hesdab edir ki, iş üzrə alınmış ekspert rəyi və notarial təsdiqli ərizələr işin müəyyən olunmuş halları ilə üst-üstə düşür, bir-birini təkzib edən ziddiyyətli hallar müəyyən edilmir, ona görə də ekspert rəyi və ərizələr iş üzrə əsaslı və mötəbər sübutlar kimi qəbul olunmalıdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (Mülki Məcəllə 337.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinin tələbinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsinin tələbinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə kollegiyası hesab edir ki, 26 may 2009-cu il tarixdə Vicdan-1 firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilə cavabdeh tərəfindən iddiaçıların aldadılması yolu ilə bağlanmış əqd olduğundan etibarsızdır, eyni zamanda, 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun da etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-262/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5221/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5221/2021
03.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver