Məhkəmə qərarları › İş №2(103)-5227/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5227/2022

20.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5227/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qərardadından Cavabdeh4 MMC tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Cavabdehlər "xxxx" MMC və Cavabdeh3 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 46/2022 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. Həmçinin, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 46/2022 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)46/2022 saylı qətnaməsindən Cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və məhkəmə qətnaməsindən müddət ötürüldükdən sonra şikayət verilməsi qarşı tərəfin hüquqlarının əsassız məhdudlaşmasına gətirib çıxardığından apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qərardadından Cavabdeh4 MMC tərəfindən şikayət verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli 2(007)-46/2022 saylı qərardadları ilə şikayətlər təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətləri və iş materiallarını araşdırıb hesab edir ki, şikayətlər qismən təmin olunmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qərardadları ləğv olunmalı və "xxxx" MMC (Cavabdeh3) tərəfindən və Cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük şərtlərinə cavab veribverməməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi qeyd edir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh3 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 46/2022 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması, qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə biləcəyi qərara alınmışdır.Halbuki, cavabdehlərdən biri kimi, "xxxx"MMC tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Cavabdeh3 isə "xxxx"MMC-nin qanuni təmsilçisi kimi apellyasiya şikayətini imzalamışdır. Odur ki, 1-ci instansiya məhkəməsi cavabdehlər "xxxx" MMC və Cavabdeh3 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qətnaməsindən birgə apellyasiya şikayəti verib-vermədiyini aydınlaşdırmamışdır. Həmçinin, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 46/2022 saylı qərardadında göstərilir ki, “İş materiallarında olan qaimədən və xx.xx.2022ci il tarixli aktdan görünür ki, həmin qətnamə Cavabdeh4 MMC-nin işçisi Nəbibəyli Urfan adlı şəxsə xx.xx.2022-ci il tarixdə, saat 12:09-da verilmiş və qəbzə imza çəkilməklə rəsmi qaydada qəbul edilmişdir. Lakin, cavabdeh qanunvericiliyin yuxarıda qeyd olunan normasına əməl etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Belə ki, hazırki apellyasiya şikayəti Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məxsus şəxsi elektron kabineti vasitəsilə xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə Sisteminə daxil edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Halbuki məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Çünki Cavabdeh4 MMC-nin Nəbibəyli Urfan adlı işçisi və ya nümayəndəsi yoxdur. Cavabdeh4 MMC-nin cəmi bir işçisi var və oda direktoru X2r. Məhkəmə Kollegiyası qeyd edir ki, Cavabdeh4 MMC-nin Nəbibəyli Urfan adlı işçisi və ya nümayəndəsi olub –olmaması 1-ci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, Cavabdeh4 MMC-nin nümayəndəsi Vəkil3 məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə yazaraq mülki iş üzrə məhkəmə qətnaməsinin rəsmi qaydada ona verilməsini xahiş etməsinə və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbzə imza çəkilərək qətnamə onun tərəfindən qəbul edilməsinə, həmin vaxtdan da apellyasiya şikayəti verilməsi müddətinə riayət etməklə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilməsinə heç bir hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Beləliklə, Kollegiya hesab edir ki, şikayətlər qismən təmin olunmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qərardadları ləğv olunmalı və "xxxx" MMC (Cavabdeh3) tərəfindən və Cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük şərtlərinə cavab verib-verməməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: Şikayətlər qismən təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-46/2022 saylı qərardadları ləğv olunsun və "xxxx" MMC (Cavabdeh3) tərəfindən və Cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük şərtlərinə cavab verib-verməməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir. . Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar