Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5260/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Natavan Məmmədovanın, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair 2(011)-65/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apxxxxlyasiya şikayətinə əsasən işə Bakı Apxxxxlyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 24 oktyabr 2014cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə əsas borca görə 12573,15 manat, faiz borcuna görə 6239,40 manat, cərimə borcuna görə 10.200 manat olmaqla borcun cəmi məbləğində 29012,55 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 24 oktyabr 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə cəmi 29012,55 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m. yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli, RBYF5336 saylı Baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. Daha sonra 24 oktyabr 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 40 ay müddətinə 24 sentyabr 2020-ci il tarixinədək uzadılması üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında əlavə saziş bağlanılmışdır. 24 oktyabr 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə sazişin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri icra etməmişdir. 24 oktyabr 2014-cü il tarixli RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə sazişdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75.15 kv.m. ümumi, 48.05 kv.m. yaşayış, 27.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzil İddiaçı ASC-nin qarşısında 24 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 24 oktyabr 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə saziş üzrə Cavabdeh1 əsas borca görə 12573,15 (on iki min beş yüz yetmiş üç manat on beş qəpik) manat, faiz borcuna görə 3039,54 (üç min otuz doqquz manat əlli dörd qəpik) manat, cərimə borcuna görə 1000 (bir min) manat olmaqla cəmi 16612,69 (on altı min altı yüz on iki manat altmış doqquz qəpik) manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun və ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 31 (otuz bir) manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 75,15 kv.m. ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzilin ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İddiaçı apxxxxlyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(011)-65/2021 saylı qətnaməsinin qismən - faiz borcuna dair hissədə ləğv edilməsi, həmin hissədə Cavabdeh1 Mürüvot oğlundan 24 oktyabr 2014- cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı Əlavə Saziş üzrə faiz borcuna görə 6239,40 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apxxxxlyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekpert tərəfindən rəy hazırlanarkən cavabdehin kredit müqaviləsi üzrə ödənişlərinin silinməsinə dair İddiaçı ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlar nəzərə alınmamışdır. Yəni açıq aydın ekspert rəyindən görünür ki, əsas borcu 1569,92 manat artırmış, 20.09.2021-ci il tarixli faiz borcunu isə 1460,13 manat isə faiz borcunu azaltmışdır. Bxxxxəliklə, ekspert ödənişlər nəzərə alınmadan tərtib edilmişdir. Bundan əlavə, sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən faiz məbləğinin nəzərə almadan qətnamə qəbul edilmişdir. Bxxxxə ki, məhkəmə hər iki tərəfin təqdim etdiyi sübutlar əsasında araşdırmanı aparıb məhkəmə qərarı qəbul edir. Məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsini qismən zaminlərə münasibətdə qanunsuz hesab edirlər. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, bankın hüquqları və qanunla qorunan mənafxxxxəri mühüm dərəcədə pozulmuşdur. Apxxxxlyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 apxxxxlyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apxxxxlyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apxxxxlyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apxxxxlyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apxxxxlyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə faiz borcunun tutulmasına dair iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli, RBYF5336 saylı Baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. Daha sonra 24 oktyabr 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 40 ay müddətinə 24 sentyabr 2020-ci il tarixinədək uzadılması üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında əlavə saziş bağlanılmışdır. 24 oktyabr 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə sazişin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri icra etməmişdir. 24 oktyabr 2014-cü il tarixli, RBYF-5336 saylı Baş kredit müqaviləsinə əsasən 24 may 2017-ci il tarixli 1 saylı əlavə sazişdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 75.15 kv.m. ümumi, 48.05 kv.m. yaşayış, 27.1 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 25 nömrəli mənzil İddiaçıASC-nin qarşısında 24 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 noyabr 2020ci il tarixdə verilmiş rəydən görünür ki, Cavabdeh1 20 sentyabr 2020-ci il tarixə banka olan borcu əsas borc üzrə 14143,07 manat, faiz borcu üzrə 3039,54 manat məbləğində müəyyən edilmişdir. “xxxx” Qiymətləndirmə MMC tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin likvid dəyəri 95.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq bxxxxə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bxxxxə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Apxxxxlyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Bxxxxə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehdən 6239,40 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, ekspert rəyində cavabdehin müqavilə müddətinin bitdiyi tarixə olan faiz borcu 3.039,54 manat hesablanmışdır. Bxxxxəliklə, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apxxxxlyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X1 apxxxxlyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(011)-65/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - faiz borcunun tutulmasına dair iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apxxxxlyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5260/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5260/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver