Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5262/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10, X3, Bakı şəhəri 50 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı ilk; X10 və X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil; Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı və Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, müqavilənin ləğvinin nəticələri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10, X3, Bakı şəhəri 50 nömrəli notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin, əvəzsiz istifadə müqaviləsinin və çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın geri qaytarılması tələbinə dair” ilkin; Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı; Cavabdeh1 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupu və onun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı; müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(005)-324/2021 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10, X3 və X12 tərəfindən birgə verilmiş və üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə 05 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzil (5 otaqlı, yaşayış sahəsi 69 kv.m olan, bundan sonra – 7,8 saylı mənzil) 35.000.000 manata sonuncuya satılmış və xx.xx.1996-cı il tarixdə həmin mənzillər xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir.
2. Cavabdeh2 xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzili (5 otaqlı yaşayış sahəsi 69 kv.m olan) 246.000.000 manata Maraqlı şəxs satmış və xx.xx.2004-cü il tarixdə həmin mənzil (5 otaqlı, yaşayış sahəsi 147,1 kv.m olan) xüsusi mülkiyyət kimi sonuncunun adına qeydiyyatdan keçmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-659/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddiası təmin edilərək, onun 7,8-ci mənzilə əlavə tikilmiş tikililərə mülkiyyət hüququ tanınmaqla, mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş reyestrinə və daşınmaz əmlakın təsvir edildiyi qeydiyyat jurnalına aparılmış tikililərin mövcud vəziyyətdə əlavə edilməsi, 7,8-ci mənzilə yeni texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsinin cavabdeh inzibati orqana tapşırılması qət edilmişdir.
4. 28.02.2007-ci il tarixdə 7,8 saylı mənzil (5 otaqlı, 284,5 kv.m ümumi, 147,1 kv.m yaşayış sahəsi olan) daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir.
5. Sonuncu xx.xx.2009-cu il tarixli etibarnamə ilə 7,8-ci mənzillə bağlı sərəncam verməyi, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2034-cü il tarixədək Cavabdeh1 (mənzili aldığı Cavabdeh2 əri) etibar etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başcısının 7-8-ci mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında 268 saylı, xx.xx.2011-ci il tarixli sərəncamında qeyd olunmuşdur ki, RİH-in Mənzil məsələləri üzrə ictimai komissiyası mənzilə baxış keçirərək müəyyən etmişdir ki, ümumi sahəsi 459,0 kv.m, yaşayış sahəsi 175,8 kv.m, köməkçi sahəsi isə 283,2 kv.m olmaqla 6 otaqlıdır. Komissiya sözügedən mənzilin yaşayış və köməkçi sahələrinin mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair müsbət rəy vermiş və bu barədə xx.xx.2011-ci il tarixli aktı tərtib edilmişdir. Həmin aktın təsdiq edilməsi, mənzilin ümumi sahəsi 459,0 kv.m, yaşayış sahəsi 175,8 kv.m, köməkçi sahəsi isə 283,2 kv.m olmaqla 6 otaqlı hesab edilməsi qərara alınmış, buna uyğun olaraq Maraqlı şəxs adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunmuşdur.
7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1178/11 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs iddiası təmin edilərək, onun mülkiyyətində olan 7,8ci mənzilin texniki pasportunun tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrində dəyişikliklərinn edilməsi və bu barədə çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin Bakı Şəhər Ərazi İdatəsinin üzərinə qoyulması qət edilmişdir.
8. Satıcı qismində İddiaçı MMC (bundan sonra – MMC), alıcılar Cavabdeh2 və Cavabdeh1, eyni zamanda zamin kimi MMC-nin tərkibinə daxil olduğu “Gilan Holding” Şirkətlər Qrupu (bundan sonra - Holdinq) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 1927-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın (bundan sonra - bina) ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51, 52 və 53-cü mənzillərin, binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsinin (obyektin), 3, 4 və 5-ci mərtəbələrdə yerləşən mənzillərin bütövlükdə həmin cavabdehlərin mülkiyyətinə verilməsi təşkil edir.
9. Müqavilənin 2.2.1-ci bəndinə görə alıcılar 1-ci bənddə göstərilən qeyri-yaşayış sahəsi və mənzillər üzərində mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alındığı andan 10 gün müddətində tərəflərin qarşılıqlı razılığı ilə 2.290.000 manat məbləğində dəyərləndirilən (320 kv.m yaşayış sahəsi x 2000 manat + 330 kv.m qeyri-yaşayış sahəsi x 5000 manat = 2.290.000 manat) ünvan 2 ünvanında yerləşən mənzilləri və qeyri-yaşayış sahələrini boşaldaraq MMC-nin göstərdiyi fiziki və ya hüquqi şəxsin sərəncamına verməli və buna dair mülkiyyətçinin adından baş etibarnamə təqdim etməlidirlər.
10. Sözügedən müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavədə göstərillmişdir ki, müqavilənin predmetini binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51-ci mənzilin Cavabdeh4 Qəmbər oğlunun, 52-ci mənzilin Cavabdeh5, 53-cü mənzilin X7 (maraqlarına toxunulan şəxs); binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin 2-ci və 4-cü mərtəbələrində yerləşən mənzillərin Cavabdeh2 və Cavabdeh1, 3-cü mərtəbəsindəki mənzilin Cavabdeh3 və X1 birgə mülkiyyətinə və 5-ci mərtəbəsində yerləşən mənzilin X5 mülkiyyətinə verilməsi təşkil edir.
11. Sözügedən müqaviləyə xx.xx.2012-ci il tarixli 2 nömrəli əlavədə göstərilmişdir ki, müqavilənin predmetini binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən: 51-ci mənzil - sahəsi 147.4 kv.m, 52-ci mənzil - sahəsi 97.9 kv.m, 53-ci mənzil - sahəsi 70.0 kv.m; binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsində yerləşən: 1-ci mərtəbədə 79 saylı qeyri-yaşayış sahəsi - 190,59 kv.m, 2-ci mərtəbədə 80 saylı qeyri-yaşayış sahəsi - 190,0 kv.m, 3-cü mərtəbədə 76 saylı mənzil - 190,0 kv.m, 4-cü mərtəbədə 77 saylı mənzil - 190,0 kv.m, 5- ci mərtəbədə 78 saylı mənzil -181,7 kv.m təşkil edir.
12. Sözügedən müqaviləyə xx.xx.2019-cu il tarixli 3 nömrəli əlavədə isə göstərilmişdir ki, daşınmaz əmlak alqı-satqısına və zaminliyə dair xx.xx.2012-ci il tarixli, 17/112 saylı müqavilədə binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsində yerləşən 3-cü mərtəbədəki 76 saylı, 4-cü mərtəbədəki 77 saylı və 5-ci mərtəbədəki 78 saylı sahələrin yaşayış sahəsi olaraq alıcıların birgə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. MMC tərəfindən həmin sahələr dövlət reyestr xidmətində qeyri-yaşayış sahələri olaraq qeydiyyatdan keçirilərək, ardıcıl şəkildə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış sahəsi çıxarışları alınmışdır. Bu müqavilənin predmetini həmin sahələrin qeyri-yaşayış sahələri olaraq Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilməsi təşkil edir.
13. MMC ilə Cavabdeh2, Cavabdeh1 və MMC-nin tərkibinə daxil olduğu Holdinq arasında bağlanmış xx.xx.2012-ci il traixli üçtərəfli müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavəyə əsasən icraçı qismində MMC ilə sifarişçi kimi Cavabdeh4 Qəmbər oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 18/102 saylı müqavilənin 1-ci bəndinə görə, bu müqavilənin predmeti MMC-nin inşa etdiyi binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 51 saylı sahəsi 147.4 kv.m olan 5 otaqlı mənzilin bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh4 Qəmbər oğluna təhvil verilməsindən ibarətdir.
14. MMC ilə Cavabdeh2, Cavabdeh1 və MMC-nin tərkibinə daxil olduğu Holdinq arasında bağlanmış xx.xx.2012-ci il tarixli üçtərəfli müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavəyə əsasən icraçı qismində MMC ilə sifarişçi kimi Cavabdeh5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19/102 saylı müqavilənin 1-ci bəndinə görə, bu müqavilənin predmeti MMC-nin inşa etdiyi binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 52 saylı sahəsi 97.9 kv.m olan 3 otaqlı mənzilin bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh5 təhvil verilməsindən ibarətdir.
15. MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmiş və bundan sonra cavabdehlərlə onun arasında Bakı şəhəri 50 saylı notariat ofisində aşağıdakı müqavilələr bağlanmışdır: - MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 2-ci mərtəbəsindəki, ümumi sahəsi 190.0 kv.m olan 80 saylı qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 285.000 manata sonunculara satılması barədə xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 2-ci mərtəbəsindəki, ümumi sahəsi 190.59 kv.m olan 79 saylı qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 285.000 manata sonunculara satılması barədə xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 79 saylı qeyriyaşayış sahəsinin altında 80 kv.m sahəsi olan qarajın sonuncuların əvəzsiz istifadəsinə verilməsi barədə xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsi; - MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış binada ümumi sahəsi 143.2 kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 172.000 manata sonunculara satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış binada ümumi sahəsi 193.2 kv.m olan qeyri-yaşayış sahəsinin ümumilikdə 232.000 manata sonunculara satılması barədə xx.xx.2019cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış binada ümumi sahəsi 193.2 kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 232.000 manata sonunculara satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - MMC ilə Cavabdeh4 Qəmbər oğlu arasında bağlanmış binada ümumi sahəsi 151.5 kv.m, yaşayış sahəsi 81.8 kv.m olan 51 saylı mənzilin 76.000 manata sonuncuya satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - MMC ilə Cavabdeh5 arasında bağlanmış binada ümumi sahəsi 85 kv.m, yaşayış sahəsi 51.4 kv.m olan 52 saylı mənzilin 42.500 manata sonuncuya satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi.
16. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən sözügedən binada 190.1 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə, 184.1 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə və 193.2 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla Cavabdeh2 və Cavabdeh1; 51 saylı mənzil (yeni qaydalarla: AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 4, M6, m1) xx.xx.2019-cu il tarixdə Cavabdeh4 Qəmbər oğlunun, 52 saylı mənzil (yeni qaydalarla: AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 4, M6, m2) isə xx.xx.2019-cu il tarixdə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir.
17. Bundan sonra, Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ümumi sahəsi 143.2 kv.m olan qeyri-yaşayış sahəsini qızları olan X10 bağışlamış və həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyat aparılmışdır.
18. Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) ilə digər qızları və Cavabdeh3 arvadı olan X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə ümumi sahəsi 193.2 kv.m olan qeyriyaşayış sahəsi sonuncuya bağışlamış və xx.xx.2020-ci tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı MMC cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı notariat kontorunda tərtib edilmiş MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqavilələrinin və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin; MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı və xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin; MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müaviləsinin və MMC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın MMC-nin mülkiyyətinə qaytarılması, xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavədə göstərilən Cavabdeh2 və Cavabdeh1 təhvil verilmiş, binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-yə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin aldatma yolu ilə ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq hazırda istintaq aparılır. Cinayət işinə görə Cavabdeh2, Cavabdeh1 və onları təmsil edən Cavabdeh3 2011-2012-ci illərdə MMC-yə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 12, korpus 7, mənzil 7 və 8 saylı evlərdə guya dəyəri 2.290.000 manat olan 320 kv.m yaşayış və 330 kv.m sahədən ibarət qeyri-yaşayış sahələri olduğunu, həmin ünvanların söküntüyə düşdüyünü bildirmiş və həmin sahələrin əvəzində eyni kvadratda MMC-nin inşa etdiyi binalardan əvəzləşdirmə qaydasında yaşayış və qeyri-yaşayış sahəsi verilməsini istəmişlər. İddiaçı da verdikləri məlumatlara inanaraq, həmin sahənin müqabilində əvəzləşdirmə qaydasında onlara yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşmış və müvafiq müqavilələrə əsasən MMC-yə məxsus daşınmaz əşyaların Cavabdeh1 və yaxınlarına satılması notarial qaydada rəsmiləşdirilmişdir. Həmçinin, aralarında binada 80 kv.m sahədən ibarət qarajın əvəzsiz və müddətsiz istifadəyə verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilə də bağlanmışdır. Həmin daşınmaz əşyalarla bağlı alqı-satqı müqavilələri tərtib edilsə də, Cavabdeh1 və yaxınları tərəfindən şirkətə pul vəsaiti ödənilməmişdir. Sonradan iddiaçıya Cavabdeh1 və yaxınlarının cəmi 130 kv.m sahəsi olan iki ədəd 7 və 8 saylı mənzillərinin olduğu məlum olmuş və bununla da aldadıldığını bilmişdir. Həmin faktla bağlı müraciətləri əsasında xx.xx.2020-ci il tarixdə CM-in 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır.
21. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqavilələrinin və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin və MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı və xx.xx.2019cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli 574652 nömrəli, xx.xx.2019-cu il tarixli 574651 nömrəli və xx.xx.2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, MMC-nin iddiasındakı “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbin xx.xx.2020-ci il tarixdə cavabdehlərin həmin daşınmaz əşyalardan çıxarılmasını nəzərə alaraq rədd edilməsi (çünki həmin əşyalar artıq cavabdehlərin sahibliyində deyil), MMC-dən və onun tərkibinə daxil olduğu Holdinqdən 2.935.897 ABŞ dolları və 630.000 manatın Cavabdeh2 xeyrinə ödənilməsi, həmin məbləğ tam ödənilənədək icarə haqqı olaraq onlardan Cavabdeh3 xeyrinə 850 manat və Günel Məmmədovanın xeyrinə hər ay 750 manat, eyni zamanda əldən çıxmış fayda kimi Cavabdeh2 xeyrinə hər ay 1.500 manat ödənilməsi, Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülən iddiaların rədd edilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı kimi 510 manat, dövlət rüsumu kimi 30 manat və bundan sonra çəkiləcək xərclər) MMCdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Qarşılıqlı iddia ərizəsində ilk iddiaya münasibətdə bildirilmişdir ki, müqavilənin ləğv edilməsi əsasları və qaydası Mülki Məcəllənin 421-423-cü maddələrində nəzərdə tutulmuş və həmin hallar sırasında cinayət işin qaldırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, MMC iddiasında cavabdehlərin ona müraciət etdiyini bildirsə də, onların bu barədə heç bir müraciətləri olamamış, əksinə MMC özü onlara məxsus mənzilləri boşaltmalarını təklif etmiş və əvəzində tikəcəyi binadan həmin mənzillərin ümumi sahəsindən 30% artıq mənzil və qeyri-yaşayış sahələri ilə təmin edəcəyini bildirmişdir. İddiaçının cavabdehlərə məxsus sökülən mənzillərin sahələri ilə bağlı aldadılması barədə dəlili əsassızdır, ona görə ki, köçürülmə həyata keçirilərkən ünvanda bütün ölçmə-hesablama işlərini MMC öz nümayəndələri və Nərimanov RİHnin, eləcə də FHN-nin mütəxəssislərinin nəzarəti altında aparmış, sökülən evlər və qeyri-yaşayış sahələri video və foto görüntüyə alınmış, ölçmə-hesablama işlərinin nəticləri iddiaçının özünün şəxsən imzaladığı rəsmi müqavilələrdə əsk edilmişdir. Digər tərəfdən, iddiaçı aldadıldığını bildirsə də, bu faktı nə vaxt bilməsi məsələsinə aydınlıq gətirməmişdir, bu hal isə iddia müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etmək üçün əhəmiyyət kəsb edir. Tikilən binada qarajın əvəzsiz istifadəyə verilməsi barədə müqavilənin bağlanması isə Cavabdeh2 və Cavabdeh1 sökülən ünvanda qaraj kimi istifadə etdikləri 6-7 maşınlıq sahələrinin olması ilə bağlı olmuşdur. MMCnin dəlillərindən biri də cavabdehlərlə aralarında alqı-satqı müqavilələri tərtib edilsə də, həmin əşyaların dəyərinin cavabdehlər tərəfindən ödənilməməsi ilə bağlıdır. Halbuki, MMC-nin də qeyd etdiyi kimi onun tərəfindən inşa edilən binalardan Cavabdeh2 və Cavabdeh1 verilən mənzillər və qeyri-yaşayış sahələri alqı-satqı yolu ilə deyil, əvəzləşdirmə qaydasında verilmişdir ki, bu halda müqavilə üzrə hər hansı pul vəsaitinin ödənilməsindən söhbət gedə bilməz.
23. Qarşılıqlı iddia tələbi isə işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MMC-dən onlara məxsus mənzil 7 və 8 ünvanında yerləşən, söküldüyü anda 320 kv.m yaşayış sahəsi, ümumi sahəsi 650 kv.m olan yaşayış və qeyri-yaşayış sahələrinin naturada bərpasını və ya bu mümkün olmayacağı təqdirdə (çünki cavabdeh artıq həmin ünvanda iddiaçılara məxsus mülkləri sökərək yerində çoxmənzilli hündürmərtəbəli bina tikib), tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli mənzil alqı-satqısına və zaminliyə dair müqavilənin 2.2.1-ci bəndində göstərilən məbləği - 2.290.000 manatın müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun, yəni 2.290.000:0,78=2.935.897 ABŞ dollarının onlara ödənilməsini tələb edirlər. Eyni zamanda, Cavabdeh2 və Cavabdeh1 MMC-nin əvəzləmə yolu ilə onlara verdikləri obyektləri (birinci və ikinci mərtəbələri) aylıq icarə haqqı 1000 manat (son ay 1500 manata qaldırılacağı ilə bağlı razılaşılmışdı) olmaqla icarəyə vermişdilər ki, bu da onların ailə büdcəsi üçün çox böyük əhəmiyyət kəsb edirdi. MMC-nin də öz iddiasında göstərdiyi kimi, müraciəti əsasında xx.xx.2020-ci il tarixdə CM-in 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və bunun nəticəsində xx.xx.2020-ci ildə cavabdehlər yaşadıqları mənzillərdən, heç bir qanuni əsaslar və məhkəmə qərarı olmadan zorla, polis gücü ilə çıxarılmışlar və obyektlər dağıdılaraq istifadəyə yararsız hala salınmışdır. Ona görə də, cavabdehlərin sökülən sahələrin dəyərinin qaytarılması ilə bağlı tələbləri icra edilənədək, əldən çıxmış fayda kimi, Cavabdeh2 ayda 1500 manat ödəməlidir. Bundan başqa, Günel Məmmədova və Turan Haqverdiyeva qanuni əsaslarla onlara məxsus olan yaşayış və qeyri-yaşayış sahələrindən xx.xx.2020-ci ildə zorla çıxarıldıqlarına görə, yaşamaq üçün biri aylıq icarə haqqı 850 manat, digəri isə 750 manat olmaqla iki mənzil kirayəyə götürülmüşdür ki, bu da onlara vurulmuş əlavə ziyandır. Cavabdehlər qanuni əsaslarla onlara məxsus olan mülklərdən zorla çıxarıldıqları üçün bir çox ev və şəxsi əşyalarını xilas edə bilməmiş, bununla da əlavə zərərə uğramışlar. Bu zərərin məbləği 30.000 manat dəyərləndirilməklə MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Mülklər dağıdılarkən cavabdehlər tərəfindən sonradan onların öz hesablarına binada etdikləri yaxşılaşdırmalara: əlavə tikili və təmir işlərinə ziyan vurulmuş, qapı-pəncərələr, daxili arakəsmələr, hamam aksessuarları, şkaflar, rəflər, stol-stullar, mebellər, örtülü balkonlar vəhşicəsinə məhv edilmişdir ki, bu zərər 100.000 manat dəyərləndirilir və bu məbləğ MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Eyni zamanda, iddiaçının yalan, əsassız və böhtan xarakterli şikayəti əsasında mülklərin dağıdılması və cavabdehlərin zorla yaşadıqları mənzillərdən çıxarılmaları, uşaqların psixolgiyasına, ömür boyu onları təqib edəcək sağalmaz yaralar vurulmuşdur. Bu mənəvi zərər iddiaçılar tərəfindən 500.000 manat məbləğində dəyərləndirilir və bu məbləğ MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Cavabdeh4 və Cavabdeh5 məxsus binanın 51 və 52- ci mənzilləri isə xx.xx.2019-cu il tarixli alqısatqı müqavilələri əsasında onların qanuni sahibliklərində və mülkiyyətlərindədir. Həmin müqavilələr bağlanarkən heç bir qanunsuzluğa yol verilməyib və onların ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur.
24. Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi verərək, digər cavabdehlərlə eyni tələbləri irəli sürmüş və iddiasını eyni məzmunda əsaslandırmışdır.
25. Cavabdehlər Turan Haqverdiyeva və Günel Məmmədova da öz növbəsində iddia ərizəsi ilə müraciət edərək, MMC-dən Turan Haqverdiyevanın xeyrinə 100.000 manat mənəvi zərər, 30.000 manat yaxşılaşdırma xərcləri və 579.000 manat mənzilin qiyməti olmaqla, cəmi 709.000 manatın; Günel Məmmədovanın xeyrinə isə 100.000 manat mənəvi zərər, 15.000 manat yaxşılaşdırma xərcləri və 429.000 manat mənzilin qiyməti olmaqla, cəmi 544.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
26. Bu tələb belə əsaslandırılmışdır ki, MMC tərəfindən geri tələb edilən və şikayəti əsasında onların azyaşlı uşaqları ilə birlikdə çıxarıldığı, dağıdılan daşınmaz əşyalardan: sözügedən binada 76 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 tərəfindən Turan Haqverdiyevaya, 78 saylı mənzil isə Günel Məmmədovaya bağışlanmış, bu barədə qanuni müqavilələr bağlanmış və həmin mənzillər üzərindəki mülkiyyət hüquqları qanunda nəzərdə tutulan qaydada qeydiyyata alınmışdır. MMC özünün qanunsuz və əsassız şikayətləri, hərəkətləri ilə onlara xüsusilə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Onlar bütövlükdə qarşılıqlı iddiaya qoşulur, onu müdafiə edirlər, əlavə olaraq onlara və azyaşlı uşaqlarına vurulan mənəvi ziyanın qarşılığında hər birinə ayrı-ayrılıqda 100.000 manat ödənilməsini tələb edirlər.
27. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 eyni zamanda, ilk iddiaya qarşı etiraz və mülahizələr təqdim edərək, bildirmişlər ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq, Cavabdeh4 müqavilədə 76.000 manat göstərilsə də, əslində 145.000 dollar ödəməklə ümumi sahəsi 151.5 kv.m olan 5 otaqlı mənzil, Cavabdeh5 isə müqavilədə 42.500 manat göstərilsə də, əslində 125.000 dolları ödəməklə ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzil satın almış və mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişlər. Hesab edirlər ki, ona qarşı qaldırılmış iddia qanunsuz və əsassız olmaqla bərabər iddiaçı tərəfindən onların mülkiyyət hüququnu heç bir əsas olmadan şübhə altına almaqla, əsassız olaraq məhkəmə mübahisələrinə cəlb edilmələri ilə onlara külli miqdarda maddi və mənəvi ziyan vurulmuş olacaqdır. Ona görə də məhkəmədən iddia tələbinin onlara münasibətdə rədd olunmasına və əsassız iddia vermiş iddiaçıdan mübahisə ilə əlaqədar boş yerə itirdikəri iş vaxtlarına görə qanunla müəyyən olunmuş qaydada cərimə tutularaq onlara və dövlətin nəfinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
28. İddiaçının nümayəndəsi və vəkili isə qarşılıqlı iddialara dair mülahizələr təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin ilk variantındakı əvəzləşdirmə barədə müddəalar hazırkı müqavilələrin ləğv edilməsinə mane deyil və başlanmış cinayət işi məhz əvəzləşdirmə ilə bağlı məsələlərə hüquqi qiymət verilməsi ilə bağlıdır. Cavabdehlər özləri də müqavilələr bağlanarkən hər hansı məbləğdə pul ödəmədiklərini etiraf edirlər və bu vəziyyəti əvəzləşdirmə ilə əlaqələndirsələr də, bu hal alqı-satqı müqaviləsinin mahiyyətini və doğurduğu hüquqi nəticələri ləğv etmir. Eyni zamanda, cavabdehlərin təqdim etdiyi etiraz və mülahizələrdə, eləcə də, qarşılıqlı iddia ərizələrində olan ziddiyyətli məqamlar təsdiq edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 da vicdanlı alıcılar sayıla bilməzlər. Belə ki mənzillərin onlar tərəfindən alınması üçün ödənilməli olan pul məbləğləri fərqli şəkildə göstərilmişdir. Belə ki, Cavabdeh5 etiraz və mülahizəsində bildirir ki, müqavilədə qiymət 42.500 manat göstərilsə də, faktiki olaraq 125.000 ABŞ dolları ödəmişdir, Cavabdeh2 və ailəsi isə bildirir ki, guya həmin evi ona 115.000 manata satmışlar. Cavabdeh4 isə etiraz və mülahizəsində bildirir ki, evi almaq üçün müqavilədə 76.000 manat göstərilsə də, 145.000 ABŞ dolları ödəmişdir, Cavabdeh2 və ailəsi isə qarşılıqlı iddia ərizələrində bildirirlər ki, evi ona 100.000 manata satmışlar. Göründüyü kimi, rəqəmlər belə MMC-nin iddiasının əsaslı olduğunu, bütün müqavilələrin ləğv edilməli olduğunu göstərir. Bundan başqa, verilmiş qarşılıqlı iddialarının nəticə hissəsində alqı-satqı müqavilələrinin ləğv edilməsinin tələb edilməsi dolayısıyla ilk iddianın əsaslı olması və iddianın etirafı kimi qiymətləndirilməlidir. Qarşılıqlı iddianın nəticə hissəsində dəymiş ziyanın ödənilməsi tələbi isə MMC-yə qarşı irəli sürülə bilməz, çünki qeyd edilən dağıntı, söküntü kimi hərəkətlərin MMC tərəfindən həyata keçirilməsini təsdiq edən heç bir sübut yoxdur, ola da bilməz, çünki o, belə hərəkətlərə yol verməmişdir. İddia tələbləri konkret olaraq cavabdehlər tərəfindən MMC-yə hər hansı pul vəsaitlərinin ödənilməməsi səbəbindən alqı-satqı müqavilələrinin ləğv edilməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, yəni mülkiyyətin MMC-yə geri qaytarılması barədədir.
29. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişlər ki, mübahisələndirilən, geri qaytarılması tələb edilən daşınmaz əşyalar barəsində tərəflər arasında mənzil alqı-satqısına və zaminliyə dair müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmış və müqavilənin bağlanmasından keçən 8 il 8 ay ərzində həmin əşyalar mübahisəsiz və maneəsiz olaraq cavabdehlərin sahibliyində, istifadəsində, qanuni mülkiyyətində olmuş, həmin əşyalara onlar xidmət etmiş, yaxşılaşdırmış və qorumuşlar. İddiaçı isə bu müddət ərzində məhkəməyə müraciət etməməklə iddia hüququnu itirmişdir.
30. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin hüquqi əsaslarının artırılması barədə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizələrində, müqavilələrin və çıxarışların ləğv edilməsi üçün göstərilən əsaslara MMC-nin onları aldatdığı nəzərə alınaraq Mülki Məcəllənin 339.2-ci maddəsində nəzərdə tutulmuş əsasın da əlavə edilməsini xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Nərimanov RİH-yə yazıqları ərizəyə cavab olaraq onlara təqdim edilmiş məktubdan aydın olur ki, MMC və tərkibinə daxil olduğu Holdinq bilə-bilə qəzalı vəziyyətdə olan, istismara yararsız binada mənzil və obyektlər vermiş, bununla da onları aldatmışdır.
31. İşə əlavə edilmiş Nərimanov RİH-nin Cavabdeh3 və qeyrilərinə ünvanlanmış H-17/2- 162/2-7/1 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən sözügedən yaşayış binasına bitişik “B” blokuna baxış keçirilmiş (bu barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt iş materiallarına əlavə edilmişdir – İİİ cild, səh. 170), binanın yükdaşıyan kontruksiyalarında müxtəlif dərəcəli deformasiyalar və çatların, örtük tavanda açıq görünən deformasiyaların mövcudluğu müəyyən edilmiş və qeyd olunanlar nəzərə alınaraq faciəli hadisələrin baş verməməsi üçün “B” blokunun istismarının, mühəndis kommunikasiya təminatının dayandırılması və s. tədbirlər görülməsi məqsədəuyğun hesab edilmişdir. Eləcə də, bina memarlıq və tarixi baxımından heç bir əhəmiyyət kəsb etmədiyindən burada bərpa-gücləndirmə işlərinin aparılması iqtisadi və texniki cəhətdən səmərəli hesab edilmir və onun təcili sökülməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq sözügedən binanın qeyri-yaşayış sahəsinin icarədarları, yaşayış sahələrinin (mənzillərin) sakinləri təcili olaraq həmin sahələrdən çıxarılmış 1-ci və 2-ci mərtəbənin icarədarları özlərinə məxsus bütün əşya və avadanlıqları həmin sahələrdən çıxarmış, sanitar cihaz və avadanlıqları 1-ci və 2-ci mərtəbədə qismən zədələnmişdir.
32. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 007- 12844-1220 saylı məktubla bildirilmişdir ki, MMC-nin direktorunun Cavabdeh1 və qeyrilərinin qanunsuz hərəkətləri ilə bağlı müraciəti əsasında İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmaqla tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən ərizəçiyə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
33. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilk iddia tələbi təmin edilmiş, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 və X2 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X9 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və "xxxx" MMC ilə Cavabdeh1 və X2 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışlar, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2 hədiyyə alan X10 və X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri və onların nəticələrinin etibarsız hesab edilməsi və əmlakların İddiaçı MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1də göstərilən, Cavabdeh1 və X6 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, qarşılıqlı iddiaların və müstəqil tələbin isə rədd olunması qət edilmişdir.
34. Məhkəmə müəyyən etmişdir ki, sökülən 7,8-ci mənzilin ümumi sahəsi 459,0 kv.m, yaşayış sahəsi 175,8 kv.m, 6 otaqlı olmaqla Maraqlı şəxs mülkiyyətində olmuşdur. Sonuncu mənzillə bağlı sərəncam verməyi, bagışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2034cü il tarixə kimi Cavabdeh1 etibar etmişdir. Ləğv edilməsi tələb olunan alqı-satqı müqavilələri üzrə alıcılar tərəfindən satıcıya müqavilələrdə nəzərdə tutulmuş məbləğlər ödənilməmişdir. Belə ki, notariat işləri nəzərdən keçirilərkən həmin işlərdə ödəniş qəbzləri mövcud olsa da, həmin məbləğlər satıcı, yəni MMC-nin özü tərəfindən hesaba yerləşdirilmişdir. Alqı-satqı müqavilələri üzrə alıcılar tərəfindən pul vəsaitlərinin ödənilməməsi qarşılıqlı iddiaçıların da iddialarındakı etirafları ilə təsdiq olunur. Beləliklə, bağlanmış müqavilələr pərdələnmiş əqd olmuş, müqavilə öhdəlikləri alıcılar tərəfindən yerinə yetirilməmiş, müqavilələr formal olaraq baglanmışdır.
35. Bundan başqa, müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqısatqısına və zaminliyə dair müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavədə göstərilən MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 təhvil verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, müqavilələr üzrə öhdəliklər alıcılar tətəfindən pozuldugundan ilk iddiaya təmin olunmalıdır.
36. Məhkəmə qarşılıqlı iddialara münasibətdə isə qeyd etmişdir ki, müqavilələrin və çıxarışların ləgvi barədə ilk tələb təmin olundugundan həmin hissədə qarşılıqlı iddianın təmininə əsaslar qalmamışdır. Digər tələblər isə maddi (icarə haqqı, əldən çıxmış fayda və s.) və mənəvi zərər ödənilməsi ilə bağlıdır ki, iddiaçının cavabdehlərə, onların əmlakına hər hansı zərər yetirməsi sübuta yetirilməmiş, buna dair sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir. Sadalanan xüsusatlara görə, qarşılıqlı iddialar təmin olunmamalıdır.
37. Məhkəmə müstəqil tələbi rədd edərkən isə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olsa da, müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəməyə buna dair sübutlar təqdim etmədiklərindən idda tələbi rədd edilməlidir.
38. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 152.1, 152.5, 157.2, 157.4, 158.3, 337.1-337.5, 339.2, 339.3, 405.1, 421.1-421.3, 423.2, 424.1-424.5, 567, 598.1, 1096.1, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli Qərarına “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
39. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ərizə ilə müraciət edərək, iş üzrə əlavə qətnamə və əlavə qərardad çıxarılmasını xahiş etmişlər. Ərizələr eyni məzmunda belə əsaslandırılmışdır ki, qarşılıqlı iddiaların rədd edilməsi ilə qismən razılaşırlar. Belə ki, xx.xx.2020-ci il tarixdə qanuni əsaslarla yaşadıqları və mülkiyyətlərində olan evlərindən çıxarılmalarında MMC-nin və Holdinqin iştirakı sübut edilmədiyi üçün, onlara qarşı irəli sürdükləri iddianın maddi (şəxsi əmlakların və tikintiyə edilən yaxşılaşmaların korlanması, məcburi icarələrdə yaşadıqlarına görə aylıq icarə haqqları və s.) və mənəvi ziyana görə kompensasiya tələbi hissəsinin rədd edilməsi əsaslıdır. Bununla bağlı Nərimanov RİH-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışlar. Qarşılıqlı iddia ərizəsində onlar, həm də tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, mənzil alqı-satqısına dair müqavilə üzrə MMC-nin və Holdinqin onlara ödəməli olduqları 2.935.897 ABŞ dollarını tələb etmiş, lakin qətnamədə iddianın bu hissəsinə münasibət bildirilməmişdir. Onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Nərimanov RİH-yə yazdıqları ərizəyə cavab olaraq təqdim edilən cavab məktubundan aydın olub ki, MMC və Holdinq bilə-bilə qəzalı vəziyyətdə olan, istismara yararsız binada mənzil və obyektlər verməklə onları aldatmışlar. Hesab edirlər ki, müqavilələrin və sair rəsmi sənədlərin ləğvi üçün aldatma əlavə bir hüquqi əsasdır və qərar qəbul edilərkən mütləq nəzərə alınmalıdır. Qarşılıqlı iddia ərizəsinin hüquqi əsaslarının dəyişdirliməsi (artırılması) barədə xx.xx.2020-ci il tarixli ərizələrində göstərdikləri kimi, onlar iddia ərizələrinə yeni tələb əlavə edərək, iddiaçının mübahisələndirdiyi müqavilələrin yalnız yalan əqd, yəni qətnamədə haqlı olaraq qeyd edildiyi kimi, başqa əqdləri pərdələyən əqd olduqları üçün yox, həm də aldatma yolu ilə bağlandığı üçün etibarsız elan edilməsini və ləğv edilməsini xahiş etmişlər. Lakin qətnamədə onların bu tələbinə də hüquqi qiymət verilməmişdir ki, bu da həmin hissədə əlavə qətnamə çıxarılması üçün əsasdır. Eyni zamanda, qətnamədə belə nəticəyə gəlinmişdir ki, “Tərəflər əvvəlki vəziyyətə qaytarılsın.” Bu o deməkdir ki, onlar iddiaçının əmlakını ona, iddiaçı da onların əmlakını özlərinə qaytarmalıdır. Ancaq qətnamədə gələcəkdə onun icrası qaydası, vaxtı, qaytarılmalı olan əmlakın miqdar açıq göstərilməmişdir ki, bu da gələcəkdə tərəflər arasında yersiz mübahisələrə və yeni məhkəmə işlərinə əlavə vaxt itkisinə səbəb ola bilər. Bu barədə də əlavə qətnamə qəbul edilməsinə ehtiyac var.
40. Birinci instansiya məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizələr təmin edilməmiş və məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iş üzrə məhkəmə qətnaməsi ilə qarşılıqlı iddia tələbləri rədd edilərkən bütün tələblərə ümumi qiymət verilməklə, maddi və prosessual hüquq normalarına istinad olunmaqla, onların rədd edilməsi qənaətinə gəlinmişdir. Ona görə də, iş üzrə əlavə qətnamə çıxarılmasına dair MPM-in 229-cu maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətlərinin dəlilləri
41. Cavabdehlər və maraqlarına toxunulan şəxs kimi X12 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın 51 və 52-ci mənzillərə, yəni cavabdehlər Natiq Məmmədov və Cavabdeh5 aid hissəsi istisna olmaqla, hər iki iddianın təmin olunması, yəni iddiaçının mübahisələndirdiyi mənzillərin və obyektlərin ona qaytarılması, iddiaçıdan isə 2.935.897 ABŞ dolları və 630.000 manat alınaraq bərabər paylarla olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizələri və əlavə qətnamə çırxarılması barədə ərizələrlə eyni məzmunda əsaslandırılmışdır.
42. İkinci apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədən xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iclasında xəbərdar olmuşdur. Nərimanov Rayon Məhkəməsi rəsmi olaraq onun mülkiyyəti kimi qeydə alınan ünvan 5 ünvanında daimi istifadə hüququ ilə yaşamış cavabdehlərlə iddiaçı arasında mübahisəyə baxmış, bir mülkiyyətçi kimi onun qanuni maraqlarını nəzərə almadan, onun həmin məhkəmədə iştirakını təmin etmədən, hüquqlarını pozan qərar qəbul etmişdir. İddiaçı mülkiyyət hüquqları ilə ona məxsus mənzilləri və obyektləri söküb yerində hündür mərtəbəli, çoxmənzilli ev tikib və ona kompensasiya ödəməmişdir. İddiaçı bu gün də onun adında olan həmin ünvandakı mənzilləri ondan almadan faktiki olaraq qanunla ona məxsus olan torpaq sahəsində qanunsuz bina tikmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1901/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
45. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi proses iştirakçılarının məhkəməyə təqdim etdiyi sübutları tədqiq etmiş, qiymətləndirmiş və tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş hallarla bağlı gəldiyi nəticəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
46. Məhkəmə kollegiyası apellyatorların qarşılıqlı iddia tələbləri tam nəzərə alınmadığından əlavə qətnamə çıxarılmasına və qətnaməyə izah verilməsinə dair ərizələrinin təmin edilməməsi barədə dəlillərinə münasibətdə isə bildirmişdir ki, həmin dəlillərin rədd edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərardadı olduğundan bu hallar yenidən qiymətləndirilə bilməz.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
47. Cavabdehlər və maraqlarına toxunulan şəxs kimi X12 (vəkil X8) birgə kassasiya şikayəti vermişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-13/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qərarı ilə (X13 (məruzəçi), X15 və X18) verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni baxışa göndərilmiş, qarşılıqlı iddia üzrə 630.000 manat maddi və mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır.
49. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
50. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bina üzərində MMC-nin mülkiyyət hüququ qeydə alındıqdan sonra, MMC ilə cavabdehlər arasında ilk və qarşılıqlı iddia ərizələrində ləğv edilməsi tələb edilən notarial alqı-satqı müqavilələri bağlanmış və mənzillər və qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində cavabehlərin adına qeydiyyata alınmışdır. Hazırda həmin müqavilələr ləğv edilmiş, onlar əsasında verilmiş çıxarışlar və bağışlama müqavilələri etibarsız hesab edilmişdir və bu hissənin qanuniliyi hazırki kassasiya baxışının predmetini təşkil etmir. Cavabdehlər də qarşılıqlı iddialarında həmin müqavilələrin ləğvini tələb etmiş və həmin əmlaklara maraqlarının qalmamasını nümayiş etdirmiş və artıq mövcud olmayan ünvan 2 ünvanında yerləşən əmlakın xx.xx.2012-ci il tarixli müqavilə üzrə MMC ilə razılaşdırılmış dəyərinin (2.290.000 manat - müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları) onlara qaytarılmasını tələb edirlər. Lakin bu tələb üzrə ümumiyyətlə məhkəmələr tərəfindən qətnamədə hər hansı bir əsaslandırma aparılmadan rədd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd edilən hissədə göstərilən hallara cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə tərəflərin ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.
51. Göstərilənlər nəzərə alınmaqla işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçıların dəyişdirmə predmeti olan əmlakın dəyərinin (2.935.897 ABŞ dolları) qaytarılması (əmlak artıq mövcud olmadığından) tələbini yoxlayarkən, məhkəmənin xidməti vəzifəsinə görə tələblərin irəli gəldiyi əqdin etibarlılığı ilə bağlı şərtlərin ödənilib-ödənilmədiyi yoxanılmalı, yoxlama nəticəsində əqdlərin etibarlı olduğu nəticəsinə gəldikdə isə, bu tələbin əsasları istiqamətində araşdırma aparılmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən əqdlərin etibarlılıq şərtləri yoxlanılarkən bu hal da nəzərə alınmalıdır ki, dəyərinin qaytarılması tələb edilən əmlakın mülkiyyətçisi olan Maraqlı şəxs məhkəmə prosesinə cəlb edilməklə, mübahisəli məsələ ilə bağlı münasibəti öyrənilməlidir.
Proses iştirakçılarının izahatı
52. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
53. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
54. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır
58. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 59.Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
65. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
66. Qətnamə yalnız qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi və üçüncü şəxs Maraqlı şəxs şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan, qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
68. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzili (5 otaqlı, yaşayış sahəsi 69 kv.m olan) xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 246.000.000 manata Maraqlı şəxs satmış və mənzil xüsusi mülkiyyət kimi sonuncunun adına qeydiyyatdan keçmişdir. Bundan sonra yeni mülkiyyətçi tərəfindən həmin ünvanda əlavə tikililər aparılmaqla sahəsi genişləndirilmiş və müvafiq inzibati orqanlar tərəfindən, həmçinin məhkəmə qaydasında tanınmışdır.
69. Maraqlı şəxs əmlakın mülkiyyətçisi olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə proseslərinə cəlb edilməmişdir.
70. Qarşılıqlı iddia tələbində ünvan 2 ünvanında yerləşən əmlakın xx.xx.2012-ci il tarixli müqavilə üzrə MMC ilə razılaşdırılmış dəyərinin (2.290.000 manat - müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları) qaytarılması tələb edilmişdir.
71. Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə mənzillə bağlı sərəncam vermək də daxil olmaqla müəyyən hərəkətlər etməyi xx.xx.2034-cü il tarixədək mənzili aldığı Cavabdeh2 əri Cavabdeh1 etibar etmişdir.
72. Satıcı qismində MMC, alıcılar qismində Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə və ona əlavələrə əsasən, MMC, inşa etdiyi binada işin faktiki hallarında sadalanan mənzilləri və qeyri-yaşayış sahələrini alıcıların mülkiyyətinə verməyi, alıcılar isə bunun əvəzində tərəflərin qarşılıqlı razılığı ilə 2.290.000 manat məbləğində dəyərləndirilən (320 kv.m yaşayış sahəsi, 330 kv.m qeyri-yaşayış sahəsi olan) ünvan 2 ünvanında yerləşən mənzilləri və qeyri-yaşayış sahələrini boşaldaraq MMC-nin göstərdiyi fiziki və ya hüquqi şəxsin sərəncamına verməyi və buna dair mülkiyyətçinin adından baş etibarnamə təqdim etməyi öhdələrinə götürmüşlər.
73. Kollegiya qeyd edir ki, ilk öncə tələblərin irəli gəldiyi əqdin etibarlılığı ilə bağlı şərtlərin ödənilib-ödənilmədiyi yoxanılmalı, yoxlama nəticəsində əqdin etibarlı olması nəticəsinə gəlindikdə, bu tələbin əsasları istiqamətində araşdırma aparılmalıdır.
74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci tarixli qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.”
75. İşin müəyyən edilmiş hallarına əsasən hər iki iddianın predmetini təşkil edən xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi dəyişdirmə qaydaları çərçivəsində MMC ilə cavabdehlər arasında bağlansa da, cavabdehlər tərəfindən MMC-yə təqdim olunan ünvan 2 ünvanında yerləşən əmlak onların deyil, Maraqlı şəxs mülkiyyətində olmuşdur. Sonuncu həmin əmlakla bağlı cavabdehlərdən Cavabdeh1 ümumi etibarnamə versə də, həmin əmlakla bağlı xx.xx.2012-ci il tarixli müqaviləni MMC ilə alıcı qismində Cavabdeh1 və əmlakın keçmiş mülkiyyətçisi olan arvadı Cavabdeh2 imzalamışlar. Halbuki, həmin vaxt onlardan heç biri əmlakın mülkiyyətçisi olmamışdr. Cavabdeh1 yeni mülkiyyətçi Maraqlı şəxs adından təmsilçilik səlahiyyəti olsa da, müqavilədə təmsilçi kimi deyil, müqavilənin tərəfi olan alıcı kimi göstərilmişdir.
76. Qanunun tələbinə görə isə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
77. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. ... Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir.”
79. Göründüyü kimi, tələbin əsaslandığı xx.xx.2012-ci il tarixli əqd tələb edilən əqdin etibarlılığına dair şərtlərə cavab verməmişdir, belə ki, əqdin subyekt tərkibinə dair şərti pozulmuşdur.
80. Beləliklə, iddia tələbinin əsaslandığı əqd əhəmiyyətsizdir, ona görə də həmin əqd üzrə hüquqi nəticə əmələ gəlməmişdir, yəni müqavilə üzrə Cavabdeh1 və Cavabdeh2 iddia olunan subyektiv hüquqları yaranmamışdır, həmin əqd üzrə onların tələblərinin hüquqi əsası yoxdur. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi də hüquqi baxımdan mümkün deyil.
81. Kollegiya Cavabdeh1 və Cavabdeh2 “istifadə hüquqlarının əvəzləşdirilməsi” barədə dəlillərinə də tənqidi qiymət verərək qeyd edir ki, xx.xx.2012-ci il tarixli müqavilənin məzmunundan göstərilən hal müəyyən olunmur, həmin əqdi onlar mülkiyyətçi kimi təsdiq etmişlər.
82. Kollegiya onu da qeyd edir ki, Maraqlı şəxs apelyasiya şikayətində ona məxsus evin sökülməsi nəticəsində ona kompensasiya ödənilməməsi səbəbindən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin onun belə bir tələbi olmamış, apellyasiya baxışında verdiyi iddia ərizəsi isə geri qaytarılmışdır. Qeyd olunanlar o anlama gəlir ki, Maraqlı şəxs özü müvafiq kompensasiyanı almaqda israrlıdır.
83. Belə vəziyyətdə xx.xx.2012-ci il tarixli əqdin etibarsızlığı nəticəsində restitusiya tətbiq etmək mümkün deyil, çünki Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olmayan əmlak barəsində sərancam vermiş, Maraqlı şəxs isə müvafiq tələbi olmamışdır.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.