Məhkəmə qərarları › İş №2(103)-5274/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5274/2025

20.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5274/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsinə dair” ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), ızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsinə dair” xüsusi icraat qaydasında verilmiş ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(011)-157/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Ərizəçi ilə Maraqlı şəxs arasında 9 saylı mediasiya təşkilatında aşağıdakı şərtlərlə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01949 nömrəli barışıq sazişi bağlanmışdır:

1. Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra ikinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1 Tərəflər arasında 26 aprel 2019-cu il tarixində 5 saylı Bakı “ Asan Xidmət “ mərkəzinin Qeydiyyat Şöbəsində 1394 nömrəsi ilə qeydə alınmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikahın pozulması ilə bağlı iddia tələbini qəbul edir. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Atanın) himayəsinə verilsin. 1.3 Tərəflər razılaşdılar ki, Birinci Tərəf 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1-indən 5-inə qədər İkinci Tərəfə 10 000 (on min) manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanları daxilində İkinci Tərəfə ödəyəcək. 1.4 Birinci Tərəf öhdəsinə götürür ki, İkinci Tərəfin mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşını İkinci Tərəfin mülkiyyətində qalır. 1.5 Tərəflərin öncədən razılaşdırılması ilə İkinci Tərəf hər həftənin cümə günü (beşinci gün) övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) göruşə və ünsiyyət yarada bilər. Tərəflərin razılığı ilə görüş günü dəyişdirilə bilər. 1.6 Tərəflər razılaşdılar ki, Birinci Tərəf birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X7 ilə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxa bilər.

2. İkinci Tərəf öhdəsinə götürür ki, Ərizəçi xüsusi mülkiyyətində olan Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1791 saylı bağ sahəsi; Bakı Şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 175 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M17, mənzil 2) ünvan 1 ünvanında yerləşən mənzillərdən; xx.xx.2023-cü il tarixli LMN nömrəli 709-09- 2023 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əldə edilmiş 10AC999 Dövlət nömrə nişanlı Lamborghini Urus universal minik avtomobili; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan avtomaşınların (90AG999 Dövlət nömrə nişanlı Mercedes Benz S450 Minik markalı, 90AF999 Dövlət qeydiyyat nişanlı Audi6 markalı minik maşını, 90AK999 Dövlət nömrə nişanlı Mercedes Benz G63 minik markalı nəqliyyat vasitələri) Birinci Tərəfin mülkiyyətində qalmasına razılıq verir.

3. Tərəflər razılaşdılar ki, Barışıq Sazişinin imzalandığı andan etibarən yəni, xx.xx.2023-cü il tarixindən etibarlıdır və Tərəflər indi və gələcəkdə Barışıq Sazişində qeyd olunanmaddələr üzrə bir-birilərinə qarşı tələb və istəkləri olmayacaq.

4. Tərəflər öhdəliklərinə götürür ki, Barışıq Sazişində razılaşdıqları maddələr üzrə gələcəkdə məhkəməyə müraciət etməyəcəklər.

2. Maraqlı şəxs cavabdehlər Ərizəçi və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ərizəçi ilə onun arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və digər cavabdeh X2 tərəfindən təsdiq edilmiş MŞB/9/2023-01949 nömrəli barışıq sazişinin 1.2-ci, 1.5-ci, 1.6-cı, 2-ci, 3-cü və 4-cü bəndlərinin etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 3823/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin iş üzrə alınmış Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən uşağın yüksək maraqları, gələcək mənafeləri və daha yaxşı tərbiyə almasının vacibliyi nəzərə alınaraq xx.xx.2020-ci il tarixli X4 atası Ərizəçi himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “Barışıq Sazişinin” təsdiq edilərək məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “Barışıq Sazişinin” təsdiq edilərək məcburi icraya yönəldilməsi tələbinə dair Ərizəçi iş üzrə borclu Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixində nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. İlk vaxtlarda münasibətləri normal olsa da, sonradan Maraqlı şəxs ona qarşı aşkar şəkildə bir neçə şəxslə xəyanət etməsi səbəbindən aralarında olan nikahın pozulması qərarına gəldilər. Bu məqsədlə tərəfindən borclu Maraqlı şəxs Mediasiyaya müraciət etmək və aralarında olan münasibətlərin həll edilməsini təklif etmişdir. Qarşılıqlı razılıq əsasında Bakı şəhər 9 saylı Mediasiya təşkilatına müraciət etmişlər. xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında “Barışıq Sazişi” imzalandı. xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “Barışıq Sazişinə” əsasən aşağıdakı razılığa gəldilər: “1.Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra ikinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1 Tərəflər arasında 26 aprel 2019-cu il tarixində 5 saylı Bakı “ Asan Xidmət “ mərkəzinin Qeydiyyat Şöbəsində 1394 nömrəsi ilə qeydə alınmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikahın pozulması ilə bağlı iddia tələbini qəbul edir. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Atanın) himayəsinə verilsin. 1.3 Tərəflər razılaşdılar ki, Birinci Tərəf 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1-indən 5-inə qədər İkinci Tərəfə 10.000 (on min) manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanları daxilində İkinci Tərəfə ödəyəcək. 1.4 Birinci Tərəf öhdəsinə götürür ki, İkinci Tərəfin mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşını İkinci Tərəfin mülkiyyətində qalır. 1.5 Tərəflərin öncədən razılaşdırılması ilə İkinci Tərəf hər həftənin cümə günü (beşinci gün) övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) göruşə və ünsiyyət yarada bilər. Tərəflərin razılığı ilə görüş günü dəyişdirilə bilər. 1.6 Tərəflər razılaşdılar ki, Birinci Tərəf birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X7 ilə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxa bilər. 2. İkinci Tərəf öhdəsinə götürür ki, Ərizəçi xüsusi mülkiyyətində olan Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1791 saylı bağ sahəsi; Bakı Şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 175 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M17, mənzil 2) ünvan 1 ünvanında yerləşən mənzillərdən; xx.xx.2023-cü il tarixli LMN nömrəli 709-09- 2023 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əldə edilmiş 10AC999 Dövlət nömrə nişanlı Lamborghini Urus universal minik avtomobili; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan avtomaşınların (90AG999 Dövlət nömrə nişanlı Mercedes Benz S450 Minik markalı, 90AF999 Dövlət qeydiyyat nişanlı Audi6 markalı minik maşını, 90AK999 Dövlət nömrə nişanlı Mercedes Benz G63 minik markalı nəqliyyat vasitələri) Birinci Tərəfin mülkiyyətində qalmasına razılıq verir. 3. Tərəflər razılaşdılar ki, Barışıq Sazişinin imzalandığı andan etibarən yəni, xx.xx.2023-cü il tarixindən etibarlıdır və Tərəflər indi və gələcəkdə Barışıq Sazişində qeyd olunanmaddələr üzrə bir-birilərinə qarşı tələb və istəkləri olmayacaq. 4. Tərəflər öhdəliklərinə götürür ki, Barışıq Sazişində razılaşdıqları maddələr üzrə gələcəkdə məhkəməyə müraciət etməyəcəklər”. - Tərəfindən üzərinə düşən öhdəliklər icra edilmiş və tərəflərindən 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1- indən 5-inə qədər Maraqlı şəxs 10 000(on min) manat (artan və azala bilən) məbləğində alimenti ödəmişdir (qəbz ərizəyə əlavə edilir), - Maraqlı şəxs mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşının Maraqlı şəxs mülkiyyətində qalmış, - hər həftənin cümə günü (beşinci gün) Maraqlı şəxs övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) göruş və ünsiyyət yaradılmışdır. Lakin buna baxmayaraq borclu Maraqlı şəxs Barışıq Sazışının 1.5ci bəndinin tələblərini kobud şəkildə pozaraq xx.xx.2020-ci il təvəllüdlü X7 adlı bir nəfər uşaqları görüş və ünsiyyət adı ilə apararaq geri gətirməmişdir. Bu hal ərizəçidə ciddi narazılıq yaratmış və uşağının talehi onu narahat edir. Belə ki, Maraqlı şəxs onunla nikahda olduğu müddətdə aşkar xəyanəti tam sübut olunmuş və uşağının gələcəyi üçün təhlükədir. O, uşağı istismar etməklə onun gələcəyinə ciddi fəsadlar verə bilər. Ərizəçi valideyndir və uşağının hüquqlarını müdafiə edir. Göründüyü kimi, borclu Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış “Barışıq Sazişinin” tələblərini pozmuşdur. Onun bu davranışları gələcəkdə Barışıq Sazinin icra edilməsində ciddi problemlər yaradacaqdır.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 157/2025 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) ərizə təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

8. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 34.3 və 34.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 305.1.17, 355-23.1, 355-23.2, 355-25.3, 355-26-cı maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan Maraqlı şəxs ondan apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və ərizənin 1.2 və 2-ci bəndləri üzrə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın hansı valideynin yanında saxlanılması məsələsi məhkəmədə həll olunur və birmənalı olaraq azyaşlı uşaqlar ananın himayəsinə verilirlər. Bundan başqa, mediator “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən, uşağın maraqlarına toxunan münasibətlərdən irəli gələn mübahisələr üzrə işlərə baxarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəyini almalı olduğu halda almamış, səlahiyyətini aşmaqla mübahisəli sazişi təsdiq etmişdir. “Mediasiya haqqında” Qanunun tələbinə əsasən, mövcud mübahisə mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Mübahisəli sazişin 2-ci bəndində göstərilən avtomobillərin heç biri ərizəçiyə məxsus olmadığı halda mediator həmin avtomobillərin Ərizəçi mülkiyyətində qalması ilə bağlı bəndi əlavə etmiş və məhkəmə həmin bəndi təsdiq etmişdir ki, bu da qanunvericiliyin pozulması deməkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardada əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3823/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini alması göstərilmiş və məhkəmə, mülki işi dayandırılmasına əsas olmuş hallar aradan qalxdığını, iş üzrə icraat təzələnməli və iş üzrə məhkəmə baxış iclas təyin edilməli olduğunu qeyd etmişdir. Lakin iş materiallarına, işdə iştirak edən şəxsin ərizəsi əlavə edilməmiş, qərardadın özündə isə işin təzələnmənin məhkəmənin öz təşəbbüsü ilə olduğunu qeyd etməmişdir. Əslində isə məhkəmə öz təşəbbüsü ilə hazırki iş üzrə qətnamənin qanuni qüvvəsini almasını görə bilməz. “E-məhkəmə” portalı üzrə qeyd etdiyi funksiya yoxdur. Hesab edir ki, məhkəmə iş üzrə maraqlı şəxsdir, işin obyektiv, tam və ədalətli araşdırması niyyətində deyil, daha çox ərizəçinin mənafeyini müdafiə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Ərizəçi apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti sadəcə olaraq qətnamənin icra prosedurunu yubatmaq məqsədi daşıyır. Apellyasiya şikayətində maraqlı şəxsin nümayəndəsi tərəfindən Barışıq Sazişinin müvafiq bəndləri, 1.2 və 2-ci bəndləri mübahisələndirilmişdir. Halbuki, tərəflər arasında Barışıq Sazişinin (əqdin) mübahisələndirilməsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Hazırki mərhələdə barışıq sazişinin xüsusi icraat qaydasında təsdiqi prosedurunda sazişin bəndlərinin, özünün mübahisələndirilməsi tamamilə əsassızdır, maraqlı şəxs tərəfindən sadəcə olaraq banşıq sazişinin təsdiqinin prosessual məsələləri mübahisələndirilə bilərdi. Qərardaddan şikayət verilərkən sazişi təsdiqləyən məhkəmə aktının prosessual tələblərə uyğun çıxarılmadığına istinad oluna bilər. Şikayət icraatında aparılan araşdırmanın həddi həmin dəlillər əsasında qərardadın yoxlanılması ilə məhdudlaşır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, uşaq azyaşlı olduğuna görə onun atanın himayəsinə verilməsi qanunsuzdur. Vahid məhkəmə təcrübəsinə görə azyaşlı uşaqlar ananın himayəsinə verilir. Sazişdə əmlaklarla göstərilən məsələ birinci instansiya məhkəməsinin qətnaməsində təhrif olunmuşdur. Maraqlı şəxs bildirir ki, mənzillər deyil, nəqliyyat vasitələrinin Ərizəçi qalması ona bildirilmişdir. Avtomobillərin isə bir qismi MMCnin mülkiyyətində, digəri isə lizinqdədir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Maraqlı şəxs istəyi barışıq sazişində onun xeyrinə olan məsələlərin icra olunması, onun ziyanına olan məsələlərin isə icra olunmamasıdır. Hazırda Maraqlı şəxs Ərizəçi hər ay 20.000 manat pul istəyir ki, məhkəmələrdə mübahisələri bitirsin.

14. Ərizəçi həmçinin bildirdi ki, barışıq sazişi ilə bağlı mübahisəyə iki ilə yaxın baxıldı, Maraqlı şəxs ilə razılaşma videoya çəkilmiş, bütün məsələlər müzakirə olunmuş və razılıq əldə olunmuşdur. Bundan 3 gün sonra mediasiyada barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs məqsədi sazişin icrasını uzatmaqdır.

Tətbiq edilən hüquq

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1.2. Barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə ərizə təmin edilmiş və apellyasiya şikayətində qətnamə iş üzrə Maraqlı şəxs tərəfindən yalnız barışıq sazişinin 1.2 və 2-ci bəndlərinə münasibətdə mübahisələndirildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin bəndlərin təsdiq edilməsi ilə bağlı hissələrin yoxlanılması təşkil edir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5274/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-157/2025 nömrəli qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işdə olan barışıq sazişinin 1.2-ci bəndinə əsasən müəyyən olunur ki, tərəflər birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün atasının himayəsinə verilməsi barədə razılaşmışlar.

22. İş üzrə Maraqlı şəxs hazırda ona istinad edir ki, mediator tərəfindən qanunun tələblərinə əsasən, uşağın maraqlarına toxunan münasibətlərdən irəli gələn mübahisələr üzrə işlərə baxarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəyini almalı olduğu halda almamış, səlahiyyətini aşmaqla mübahisəli sazişi təsdiq etmişdir.

23. Kollegiya bununla bağlı qeyd edir ki, sözügedən saziş bağlanarkən uşağın valideynlərindən hansının yanında saxlanılması ilə bağlı tərəflər arasında mübahisə olmamış və onlar uşağın atanın himayəsində qalması barədə razılığa gəlmişlər.

24. Maraqlı şəxs sözügedən barışıq sazişinin həmin bəndinin etibarlılığını mübahisələndirmiş, lakin onun iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(011)-3823/22024 nömrəli qətnaməsi ilə təmin edilməmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.

25. Bundan əlavə, həmin iş üzrə alınmış Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən uşağın yüksək maraqları, gələcək mənafeləri və daha yaxşı tərbiyə almasının vacibliyi nəzərə alınaraq xx.xx.2020-ci il tarixli X4 atası Ərizəçi himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir.

26. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan təlblərinə görə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün iki şərtdən biri mövcud olmalıdır: barışıq sazişi könüllü qaydada icra edilməməlidir; barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır.

27. Kollegiya hesab edir ki, Maraqlı şəxs barışıq sazişinin həmin bəndi üzrə öhdəliklərini könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi mübahisələndirilən hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-157/2025 nömrəli qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi ilə bağlı hissədə dəyişdirilmədən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar