Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5286/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxxxxxxxx" BOKT MMC-yə qarşı “ipoteka müqaviləsinin və sazişin etibarsız elan edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(003)-1758/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış ünvan 1 ünvanda yerləşən əmlakın ipotekası barədə xx xxxx 2009-cu il tarixli, AZBA-001575 nömrəli ipoteka müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli Sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X2 cavabdeh "xxxxxxxxxx bank olmayan kredit təşkilatı” məhdud məsuliyyətli cəmiyyəti ilə illik 30 faizdən artıq olmamaqla, 120 ay müddətinə 300 000 (üç yüz min) ABŞ dolları kredit verilməsini nəzərdə tutan xx xxxx 2009cu il tarixli, AZBA-001575 saylı kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə İddiaçı məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 511 nömrəli reyestr kitabının 47140 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində yerləşən 2A nömrəli binada 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx xxxx 2009-cu il tarixli, AZBA-001575 nömrəli ipoteka müqaviləsi və X1 məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 1177 nömrəli reyestr kitabının 106831 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 81 nömrəli binada 67,2 kv.m ümumi, yaşayış və - yardımçı sahəsindən ibarət 3 otaqlı 55 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx xxxxxxx 2013-cü il tarixli, AZBA-001575 nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Daha sonra xx.xx.2013cü il tarixli, NZİRA-001575-009 saylı Razılaşma ilə illik 20 faiz hesablanmaqla 90.000 (doxsan min) ABŞ dolları kredit verilmiş və kreditin 60 ay ərzində aylıq 2.390 ABŞ dolları olmaqla qaytarılması müəyyən edilmişdir. O, öz mənzilini xx xxxx 2009-cu il tarixli, AZBA001575 saylı kredit müqaviləsi üçün ipoteka ilə yüklü etmişdir, lakin xx xxxxxxx 2013cü il tarixli, AZBA-001575-009 saylı Razılaşma ilə illik 20 faizli 90.000 ABŞ dolları kredit verilməsi üçün yüklü etməmişdir. Belə ki, notarial qaydada təsdiqlənmiş xx.xx.2013-cü il tarixli Sazişin 3.1-ci bəndində qeyd edilir ki, “...442.000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti....”, yəni alqı-satqının manatla aparıldığını bildiyi üçün kreditin də manatla verildiyini fikirləşmişdir. Göründüyü kimi o, əqdin məzmunu barədə səhv etmişdir. O da konstitusion hüquqlarından istifadə edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlakın ipotekası barədə xx xxxx 2009-cu il tarixli, AZBA-001575 nömrəli ipoteka müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli Saziş etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdehlə bağlanmış ünvan 1 ünvanda yerləşən əmlakın ipotekası barədə xx xxxx 2009-cu il tarixli, AZBA001575 nömrəli ipoteka müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli Sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1758/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1758/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh öz mənzilini xx xxxx 2009-cu il tarixli AZBA-001575 saylı kredit müqaviləsi üçün ipoteka ilə yüklü etmişdir. Lakin xx xxxxxxx 2013-cü il tarixli AZBA-001575-009 saylı razılaşma ilə illik xx xxxxxx 90000 ABŞ dolları kredit verilməsi üçün yüklü etməmişdir. Notariat qaydasında təsdiqlənmiş xx.xx.2013-cü il tarixli sazişin 3.1-ci bəndində qeyd edilir ki, “...442000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti...”, yəni alqı-satqının manatla aparıldığını bildiyi üçün kreditin də manatla verildiyini fikirləşmişdir.. cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 317.1, 347.2-ci maddələrinə istinad etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxxxxxxxx BOKT" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, AZBA-001575 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhər, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində istifadədə olan 0,11042 ha torpaq sahəsində yerləşən 2a nömrəli, 5 mərtəbəli binada yerləşən 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzil öhdəliklərin təminatı kimi "xxxxxxxxxx BOKT" MMC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 37.800 (otuz yeddi min səkkiz yüz) ABŞ dolları məbləğində və ya bu müqavilənin imzalandığı tarix üçün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi valyuta kursu üzrə müvafiq manat ekvivalentində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişdən görünür ki, kredit müqaviləsinə dəyişikliklərin edilməsi ipoteka müqaviləsinə də dəyişikliklərin edilməsini zəruri etmişdir və nəticədə tərəflər xx xxxx 2009- cu il tarixli, ‘‘AZBA-001575“ saylı ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən etmişlər: 3.1. İpoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası: "İPOTEKASAXLAYAN" ilə "Borclu" arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış və X1 illik 40% (qırx) faizdən artıq olmamaq şərti ilə ümumilikdə 120 (yüz iyirmi) aydan artıq olmayan müddətə hissə-hissə 442000 (dörd yüz qırx iki min) ABŞ dolları və ya ona müvafiq manat (AZN) ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutan xx xxxxxxx 2013-cü il tarixli Sazişlə dəyişikliklər edilmiş xx xxxx 2009-cu il tarixdə Bakı şəhərində bağlanmış "AZBA-001575" saylı kredit müqaviləsidir. İpoteka İlə təmin edilmiş öhdəliyin hissə-hissə icra olunması baxımından müvafiq ödənişlər kredit müqaviləsi tərəflərinin qarşılıqlı razılığı ilə hər ayın yeddisi və ya iyirmi ikisi tarixlərinin birində həyata keçirilir və ödənişlərin məbləğləri verilmiş kreditlərin həmin ay üçün müəyyən edilmiş əsas məbləğin müvafiq hissəsi və faizlərin cəmindən ibarət olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallarda baş verir: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Mülki Məcəllənin 337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etbarsızdır. Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü hallar Mülki Məcəllənin 347-ci maddəsində sadalanan hallarla uzlaşmır. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilinə əsasən, iddiaçı əqdin etibarsız olmasının əsası kimi notarial qaydada təsdiqlənmiş xx.xx.2013-cü il tarixli Sazişin 3.1-ci bəndində qeyd edilən “...442.000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti...”, yəni alqı-satqının manatla aparıldığını bildiyi üçün kreditin də manatla verildiyini fikirləşmişdir. İddiaçı arzuladığı əqdin məzmunu barədə səhv etdiyini qeyd etsə də bunu təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli əqdlər xx xxxx 2009-cu il və xx.xx.2013-cü il tarixlərində bağlanıldığı halda, bunların etibarsızlığına dair iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci ildə müraciət olunmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının müqavilənin etibarsız sayılmasına əsas ola biləcək hallar barədə məhkəməyə müraciət etməmişdən bir ay əvvəl məlumatlı olmasının ağlabatan hesab etməməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da kollegiya iddiaçının əqdin etibarsız sayılması üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüş olduğunu hesab edir. Beləliklə kollegiya hesab edir ki, iddiaçının ünvan 1 ünvanda yerləşən əmlakın ipotekası barədə xx xxxx 2009-cu il tarixli, AZBA-001575 nömrəli ipoteka müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Sazişin etibarsız hesab edilməsinə dair apellyasiya şikayətinin dəlilləri heç bir sübut növü ilə təsdiq edilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1758/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5286/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5286/2020
07.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver