Məhkəmə qərarları › İş №2(103)-5286/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5286/2025

11.06.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5286/2025 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bir icraatda birləşdirilmiş ərizəçi Ərizəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi ilə bağlı və iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası cavabdehlər Ərizəçi və maraqlı şəxs1 qarşı mülki iş üzrə Açar sözlər: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin etibarsız hesab edilməsi Hakimlər X15 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8 iştirakı ilə, Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi ilə bağlı birinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası tərəfindən, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası cavabdehlər Ərizəçi və maraqlı şəxs1 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə iddiası ilə bağlı ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. ##.##.2019-cu il tarixdə Ərizəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin X1 Astrofizika Rəsədxanasına “Kosmik plazma və helio geofiziki problemlər” şöbəsində elmi işçi vəzifəsinə işə qəbul edilmişdir.

2. N.X1 Astrofizika Rəsədxanasının ##.##.2024-cü il tarixli, 32/31 Ş nömrəli hüquqi şəxslər üçün nəzərdə tutulmuş etibarnaməyə əsasən AMEA N.X1 Astrofizika Rəsədxanasının baş direktrou X6 həmin Rəsədxanasının Mühafizə qrupunun rəhbəri X3 X25 maraqlarını, Rəsədxananın hüquqi nümayəndəsi olaraq mediasiya sessiyalarında, məhkəmə iclaslarında təmsil etmək, habelə məhkəmə icra qərarlarını təmin etmək səlahiyyətlərini etibar etmişdir.

3. Ərizəçi ilə N.X1 Astrofizika Rəsədxanası (etibarnamə üzrə nümayəndəsi X3) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış ##.##.2024-cü il tarixli, MŞSMT-***-****-***** nömrəli barışıq sazişinin şərtlərinə əsasən “1. Tərəflər Ərizəçi əmək hüquqlarının pozulmasını etiraf etmişlər. 2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanasının ##.##.2024-cü il tarixli, **/**(Ş) nömrəli etibarnamə üzrə nümayəndəsi X3 mediasiya prosesində, ##.##.2008-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər olan müddət ərzində, həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Ərizəçi əmək haqqına əlavə olaraq 25% əlavə əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olmasını nəzərə almaqla pozulmuş əmək hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürmüşdür”.

4. N.X1 Astrofizika Rəsədxənası tərəfindən maraqlı şəxs1 ünvanlanmış ##.##.2024cü il tarixli məktubda X.Əzizovun səhvən barışıq sazişinə imza atdığı bildirilməklə sazişin etibarsız hesab edilməsi xahiş edilmişdir.

5. N.X1 Astrofizika Rəsədxənası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda sazişin ##.##.2024-cü il tarixdə Rəsədxanaya çatdırıldığı, sazişin heç də Xəyyam Əzizovla müzakirə olunan müddəaları əks etdirmədiyi bildirilmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh N.X1 Astrofizika Rəsədxanasına qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddia ərizənin rədd edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(102)- ***/**** nömrəli qərarına əsasən iddiaçı Ərizəçi kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Birinci iş üzrə ərizəçi Ərizəçi ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası arasında mediasiya prosesində bağlanmış ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

8. Ərizəçi ərizəni işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, N.X1 Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə göndərilmiş 32/13 (Ş) saylı, ##.##.2024-cü il tarixli məktubda baş direktor özü nazirə müraciət edib, onun haqlı tələbinin təmin olunmasını xahiş etmişdir. Bununla da sübut olunur ki, N.X1 Astrofizika Rəsədxanasının rəhbərliyi etibarnamə ilə nümayəndə göndərərək, mediasiya prosesində ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** saylı barışıq sazişini könüllü surətdə, razılıqla imzalatdırmışdır. Lakin ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** saylı barışıq sazişindən bir il müddət keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.X1 Astrofizika Rəsədxanası bu barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir və vaxtı uzatmaqda davam edir. Odur ki, həmin barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq, o, iş üzrə əvvəlcə X12 Xidmətinə rəsmi qaydada müraciət etmişdir. X12 göndərilmiş *-**-*/*- H-****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda ona əmək fəaliyyətinə başladığı ilk vaxtdan 42 günlük əmək məzuniyyətinin verilməli olduğu, həftəlik iş normasının 35 saat olması və hər ay ona verilən əmək haqqıya 25% əlavənin ödənilməli olması faktı təsdiq edilmişdir. Aşkar olunmuş bu pozuntularla əlaqədar müəssisənin işəgötürəni barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələri əsasında ##.##.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh qaydasında 700 (yeddi yüz) manat cərimə edilmişdir. Həmin cərimə işəgötürən tərəfindən ödənilmişdir. Beləliklə, X12 Xidmətindən əlavə ödənilməli 25% əmək haqqının, ildə 42 günlük məzuniyyət günlərinin və 36 saatdan çox olmayan həftəlik iş günlərinin ona verilməsi üçün N.X1 Astrofizika Rəsədxanasına göstəriş xarakterli məktub göndərilmiş və eyni zamanda, məhkəməyə müraciət etməyi ona tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarında aşkar surətdə yazılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuşdur. Həmin qərarda həm Sumqayıt Apellyasiya Məhkəməsi, həm də Şamaxı Rayon Məhkəməsi birbaşa savadsızlıqda günahlandırılmış və bu məsələyə mülki iddia icraatı qaydasında baxılmalı olmadığı açıq-aydın bildirilmişdir. Qeyd edilən qərarda yazıldığı kimi işdən görünür ki, mediasiya prosesində sözügedən barışıq sazişi bu gün də qüvvədədir və bu sazişdə qanuna zidd hərəkətə yol verilmədiyindən məcburi qaydada icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Barışıq Sazişinin imzalandığı vaxtdan 10 gündən olduqca çox uzun müddət keçdiyinə görə onun etibarsızlığı barədə qarşı tərəfin məhkəməyə hər hansı əsassız ərizəsi təmin edilə bilməz.

9. Maraqlı şəxs ərizəyə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2024-cü il tarixli, MŞSMT.030.****-***** nömrəli barışıq sazişini ərizəçi tərəfindən Ərizəçi özü şəxsən, X25 tərəfindən isə etibarnamə üzrə nümayəndə X4 imzalamışdır. X4 etibarnamə üzrə nümayəndələri olsa da, ona etibarnamə üzrə yalnız Rəsədxananın maraqlarının, hüquqi nümayəndəsi olaraq mediasiya sessiyalarında, məhkəmə iclaslarında, məhkəmə icra qərarlarının təmin edilməsi səlahiyyəti verilmiş, müəssisənin adından hər hansı bir sənədi və ya müəssisisə üçün hüquq və öhdəliklər yaradan əqdlərin bağlanması, onun şərtlərinin müəyyən edilməsi və imzalanması səlahiyyəti verilməmişdir. X3 buna səlahiyyəti olmasa da, cavabdeh maraqlı şəxs1 mediatoru Nağıyev İsmayıl Musa oğlu bu xüsusata diqqət yetirmədən, nümayəndəyə etibar edilmiş səlahiyyətlərdən kənara çıxan, hazırda mübahisələndirilən barışıq sazişi imzalatdırmışdır. Həmin barışıq sazişinin nümayəndə tərəfindən imzalanması və məzmununun Rəsədxananın mövqeyinə uyğun olmaması ilə bağlı çox saylı şikayətlərinə mediasiya təşkilatı və aidiyyəti qurumlar tərəfindən əhəmiyyət verilməsə də, tərəflər arasında yuxarıda qeyd olunan əmək mübahisəsi üzrə məhkəmə çəkişmələri getdiyindən, hazıradək barışıq sazişinin etibarsızlığı ilə bağlı ayrıca iddia icraatı qaydasında mübahisə qaldırılmamışdır. Lakin tərəflər arasındakı çəkişmənin bütün mərhələlərində hazırda etibarsızlığı tələb olunan barışıq sazişinin şərtləri ilə razı olmadıqları, onun məzmununun mediator tərəfindən təhrif edildiyi və qanunvericiliyin tələblərinə uyğun səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmadı bildirilmişdir. Hesab edirlər ki, barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, həmin barışıq sazişi onların adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, bağlandığı andan etibarsızdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi Ərizəçi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası arasında mediasiya prosesində bağlanmış ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** nömrəli barışıq sazişi “1. Tərəflər Ərizəçi əmək hüquqlarının pozulmasını etiraf etdilər. 2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanasının (##.##.2024-cü il tarixli **/**(Ş) nömrəli etibarnamə üzrə nümayəndəsi X3 (AA1399716/##.##.1993/5LS3NA6) mediasiya prosesində ##.##.2008-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər olan müddət ərzində həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Ərizəçi (AA2081250/##.##.1985/1CBJJ75) əmək haqqına əlavə olaraq 25% əlavə əmək haqqının, illik 42 gün məzuniyyətinin, həftəlik iş vaxtı normasının 35 saat olmasını nəzərə almaqla pozulmuş əmək hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürdü.” hissəsində təsdiq edilmişdir. (hakim X2)

11. Məhkəmə ərizəni təmin edərkən bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla Ərizəçi (Birinci tərəf) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** nömrəli barışıq sazişinin prosessual baxımdan etibarsızlığı xüsusatı (tamamilə və ya qismən) barədə əsaslı sübutlar mövcud deyildir. Mülki hüquq münasibətlərinin subyektləri öhdəliklərini hüquqi baxımdan vicdanla həyata keçirtməyə borcludurlar. Hüquqdan sui-istifadə etmək qadağandır.

12. Maraqlı şəxsin arqumentlərinə münasibətdə məhkəmə bildirmişdir ki, sözügedən sazişin etibarsızlığı xüsusatına digər mülki iş üzrə yekun hüquqi qiymət veriləcəkdir. Hazırki mülki iş üzrə işə baxılmasının prosessual müddəti nəzərə alındığından və sazişin etibarsızlığı digər mülki iş üzrə (Şamaxı Rayon Məhkəməsinin icraatında olan mülki iş) ayrıca mübahisələndirildiyindən hazırki ərizə üzrə etibarsızlıq əsaslarını yoxlamaq imkanı həm məhduddur, həm də buna zərurət yoxdur. Etibarsızlığın yalnız prosessual baxımdan əsaslılığını yoxlamaq imkanı hazırki mülki iş üzrə mümkün olsa da, ümumiyyətlə əqdin etibarsızlığı digər mülki iş üzrə mübahisələndirilmişdir. Belə ki, sözügedən sazişin etibarsızlıq xüsusatının əsasını maraqlı şəxsi təmsil etmiş nümayəndənin təmsilçilik səlahiyyətinin həddləri ilə (imza etmək, saziş bağlamaq səlahiyyəti ilə bağlı) bağlıdır. Həmin xüsusat və səlahiyyət barədə müvafiq etibarnamə üzrə etibarnamənin həqiqi məzmununun geniş və ya dar çərçivədən şərhi, etibarnamə verilən zaman tərəflərin, xüsusən maraqlı şəxsin rəhbərliyinin həqiqi iradə ifadəsini, niyyətlərini şərh etmək, nümayəndənin həqiqi səlahiyyətli olub-olmadığını müəyyən etmək geniş araşdırma tələb edir.

13. İkinci iş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası cavabdehlər maraqlı şəxs1 və Ərizəçi qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, maraqlı şəxs1 Ərizəçi ilə N.X1 Astrofizika Rəsədxanası arasında bağlanmış ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****- ***** nömrəli barışıq sazişinin etibarsız hesab edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu da qeyd etmişdir ki, Ərizəçi Rəsədxanaya qarşı əmək mübahisəsi açaraq, ilkin olaraq mübahisənin həlli üçün maraqlı şəxs1 müraciət etmişdir. Mediasiya prosesi maraqlı şəxs1 mediatoru Nağıyev İsmayıl Musa oğlu tərəfindən aparılmışdır. Mediasiya prosesində Ərizəçi şəxsən iştirak etmiş, Rəsədxananı ##.##.2024-cü il tarixli etibarnamə əsasında X3 təmsil etmişdir. Etibarnamənin məzmununa əsasən X3 Rəsədxananın maraqlarını, hüquqi nümayəndəsi olaraq mediasiya sessiyalarında, məhkəmə iclaslarında, məhkəmə icra qərarlarının təmin edilməsi səlahiyyəti verilmişdir. ##.##.2024-cü il tarixdə Mediasiya prosesinin tərəfləri arasında MŞS.MT.030.****-***** nömrəli “Barışıq sazişi” bağlanmışdır. Barışıq sazişi Ərizəçi, Rəsədxananın etibarnamə üzrə nümayəndəsi olaraq X3 və mediator Nağıyev İsmayıl Musa oğlu tərəfindən imzalanmışdır. Barışıq sazişinin məzmunu Rəsədxananın maraqlarına uyğun olmadığından və buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, həmin barışıq sazişinin etibarsız hesab edilməsi ilə bağlı ##.##.2024-cü il tarixdə cavabdeh maraqlı şəxs1, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Mediasiya Şurasına şikayətlərlə müraciət etmişlər. Həmin ərəfədə Ərizəçi Rəsədxanaya qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən II qrup əlilliyi qüvvədə olduğu müddətdə - ##.##.2008-ci il tarixdən ##.##.2022-ci il tarixədək 13 il 09 ay müddətində əmək haqqısına 25 faiz əlavənin verilməsi, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunması və həftəlik iş normasının 35 saat müəyyən edilməsinə dair ona əlavə ödənişlərin verilməsi, II qrup əlilliyi nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin ikiqat hesablanması, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilmədiyindən, bunun ayrıca hesablanması, devalvasiyadan əvvəl olan 2008-2015-ci illərdə onun üçün hesablanacaq əlavə ödənişlərə görə milli valyutanın o dövrki yüksək dəyərinin nəzərə alınması və mediasiya prosesində ödədiyi 200 manat xərcin də, cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə həmin mülki iş üzrə icraata xitam verilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında hazırkı iddiada mübahisələndirilən barışıq sazişi olduğundan, iddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında, cavabdeh isə Barışıq Sazişinin etibarsızlığı ilə bağlı iddia icraatı qaydasında ayrıca məhkəməyə müraciət edə bilərlər. Tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2024-cü il tarixli, MŞSMT.030.****-***** nömrəli barışıq sazişini ərizəçi tərəfindən Ərizəçi özü şəxsən, X25 tərəfindən isə etibarnamə üzrə nümayəndə X4 imzalamışdır. X4 etibarnamə üzrə nümayəndə olsa da, etibarnamə üzrə ona yalnız Rəsədxananın maraqlarını, hüquqi nümayəndəsi olaraq mediasiya sessiyalarında, məhkəmə iclaslarında, məhkəmə icra qərarlarının təmin edilməsi səlahiyyəti verilmiş, müəssisənin adından hər hansı bir sənədi və ya müəssisisə üçün hüquq və öhdəliklər yaradan əqdlərin bağlanması, onun şərtlərinin müəyyən edilməsi və imzalanması səlahiyyəti verilməmişdir. X3 buna səlahiyyəti olmasa da, maraqlı şəxs1 mediatoru Nağıyev İsmayıl Musa oğlu bu xüsusata diqqət yetirmədən, nümayəndəyə etibar edilmiş səlahiyyətlərdən kənara çıxan, hazırda mübahisələndirdiyi barışıq sazişini imzlatdırmışdır. Həmin barışıq sazişinin nümayəndə tərəfindən imzalanması və məzmununun Rəsədxananın mövqeyinə uyğun olmaması ilə bağlı çox saylı şikayətlərinə cavabdeh və aidiyyəti qurumlar tərəfindən əhəmiyyət verilməsə də, tərəflər arasında yuxarıda qeyd olunan əmək mübahisəsi üzrə məhkəmə çəkişmələri getdiyindən, hazıradək barışıq sazişinin etibarsızlığı ilə bağlı ayrıca iddia icraatı qaydasında mübahisə qaldırmamışdır. Lakin tərəflər arasındakı çəkişmənin bütün mərhələlərində hazırda etibarsızlığını istədikləri barışıq sazişinin şərtləri ilə razı olmadıqlarını, onun məzmununun mediator tərəfindən təhrif edildiyini və qanunvericiliyin tələblərinə uyğun səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmadığını bildirmişdilər. Barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, həmin barışıq sazişi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, bağlandığı andan etibarsızdır.

15. Cavabdeh maraqlı şəxs1 iddiaya qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia əsassız, eyni zamanda prosessual müddət üzürsüz səbəbdən ötürülməklə verildiyi üçün rədd edilməlidir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin X1 Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov ##.##.2024-cü il tarixli ərizə ilə maraqlı şəxs1 müraciət edərək, Ərizəçi ilə bağlanmış ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** nömrəli barışıq sazişinin etibarsız hesab olunmasını xahiş etmiş, təşkilat tərəfindən isə ərizəyə cavab olaraq bildirilmişdir ki, mediasiya təşkilatı və ya mediatorun, mediasiya prosesində imzalanmış barışıq sazişini ləğv etmək, etibarsız hesab etmək kimi səlahiyyəti yoxdur. Əqdlərin ləğvi və ya etibarsızlığı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə müstəvisində baxıla bilər. Göründüyü kimi, ən azından iddiaçının ##.##.2024-cü il tarixdə artıq barışıq sazişini mübahisələndirərək onu etibarsız hesab etməsini ifadə etmişdir. Belə olan halda, iddiaçı ən geci ##.##.2025-ci il tarixədək sözügedən sazişin etibarsız hesab olunması üçün məhkəməyə müraciət etməli idi. Ona görə də, müddət elə ##.##.2024-cü il tarixdən hesablanmalı və ötürlmüş müddətə görə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia rədd olunmalıdır.

16. Cavabdeh Ərizəçi ərizə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etmə müddətini üzürsüz səbəbdən çox ötürmüşdür. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən mediasiya prosesində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsinə dair onun bağlandığı tarixdən 10 gün ərzində məhkəməyə şikayət etmək olar. Lakin iddiaçı barışıq sazişindən 1 ildən çox müddət keçdikdən sonra, özü də o, barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etdikdən sonra müraciət etmişdir. İş materiallarından aşkar görünür ki, o, barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etdikdən sonra, N.X1 Astrofizika Rəsədxanası da sözügedən barışıq sazişinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmiş, lakin iddia müddətini üzürsüz səbəbdən çox ötürmüşdür. Halbuki, həmin iddia müddəti cəmi 10 gün idi. Barışıq sazişi qarşılıqlı razılıq əsasında onların arasında bağlanılıb. N.X1 Astrofizika Rəsədxanası “Barışıq Sazişi”ndən narazı olardısa, müddəti ötürmədən ##.##.2024-cü il tarixədək barışıq sazişinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edə bilərdi. Lakin onlar bunu etməmişlər və prosessual müddəti üzürsüz səbəbdən olduqca çox uzun müddətdir ki, ötürmüşlər. Məhkəmədən hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası ilə Ərizəçi arasında bağlanmış ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** nömrəli barışıq sazişi etibarsız hesab edilmişdir. (hakim X9).

18. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mediasiya prosesi nəticəsi olaraq bağlanmış ##.##.2024-cü il tarixli, MŞS-MT***-****-***** nömrəli barışıq sazişi etibarsızdır. Barışıq sazişi təmsilçi vasitəsi ilə bağlansa da, etibarnamədə barışıq sazişinin bağlanması səlahiyyətinin verildiyi göstərilməmişdir. “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydasının 11.5-ci bəndinə əsasən barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir. Barışıq sazişi iddiaçı tərəfindən bəyənilməyib. Saziş bağlandıqdan dərhal sonra iddiaçı sazişə etirazını yazılı qaydada bildirmişdir. Səlahiyyətsiz təmsilçi vasitəsi ilə bağlanmış əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdin etibarsızlığının təsbiti üçün iddia müddəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Birləşdirilmiş işlər üzrə məhkəmələr öz mövqelərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 6.1-ci, 16.1-ci, 337-ci, 351-ci, 354-cü, 357-ci, 359-360-cı, 560.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 119-cu, 217.1ci, 218.3-cü, 355-23.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1ci, 33-cü, maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Birinci iş üzrə çıxarılmış qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Maraqlı şəxs apellyasiya şikayətini birinci iş üzrə iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində təsdiq edilməsi tələb olunan əqdi, bu halda barışıq sazişinin etibarlılığını yoxlamaq əvəzinə, prosessual müddətin olmadığını əsas gətirmişdir. Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı təqdim edilən ##.##.2024-cü il tarixli etibarnamə araşdırılmamış, iş materiallarına əlavə edilməmiş, iş üzrə ədalətli və obyektiv qərar qəbul edilməsi və mediasiya prosesi zamanı nümayəndə tərəfindən təqdim edilən etibarnamə üzrə sonuncunun hazırda mübahisə predmeti olan barışıq sazişinin şərtlərinin müəyyən edilməsi, onun razılaşdırılması və imzalanması səlahiyyətlərinin olub-olmamasının müəyyən edilməsi üçün mediasiya prosesi zamanı toplanmış materialların mediasiya təşkilatından tələb edilməsinə dair şifahi vəsətətə də münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə icraatın dayandırılması barədə ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadında hazırki iş üzrə icraatın dayandırılmasını Şamaxı Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli (hazırda Yasamal Rayon Məhkəməsinin icraatında olan e-e-*(***)-****/**** nömrəli) mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəyə baxılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Belə çıxır ki, həmin vaxt birinci instansiya məhkəməsi özü də qəbul edirdi ki, əqdin etibarsızlığının dəlilləri yoxlanılıb, onun etibarlı olub-olmaması məsələsinə qiymət verilməyincə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məsələyə qiymət verilə bilməz. Apellyasiya instansiyası iş üzrə icraatın dayandırılması barədə qərardadı ləğv edərkən, işə mahiyyəti üzrə baxılması zamanı prosessual tələblərin pozularaq təsdiq edilməsi tələb olunan əqdin etibarlılığının yoxlanılmasını gözardına vurmağı nəzərdə tutmamış, əksinə, həmin icraat zamanı əqdin etibarlılığının yoxlanılmasının təmin edilməsini öz qərardadının 13-cü bəndində aşağıdakı kimi nəzərdə tutmuşdur: “Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ayrıca icraat mövcud olduğundan, bu sazişin müstəqil qaydada mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir. Sazişin qanuna uyğunluğu, etibarlı olması da müstəqil iddia vasitəsi ilə yox, məhz həmin icraat vasitəsi ilə yoxlanmalıdır.” Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin ##.#.2025-ci il tarixli qərardadında qeyd olunan göstərişlər və AR MPM-nin 355-26.1-ci maddəsinin tələbləri pozulmaqla, barşıq sazişinin təsdiqindən imtina edilməsi əvəzinə, işin hallarına uyğun və düzgün olmayan, qeyri-obyektiv və ədalətli olmayan şəkildə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilmişdir.

22. İkinci iş üzrə çıxarılmış qətnamədən cavabdeh Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

23. Cavabdeh apellyasiya şikayətini ikinci iş üzrə iddiaya qarşı verdiyi ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Bununla yanaşı, * saylı Sumqayıt Mediasiya Təşkilatının iclasına Rəsədxanadan göndərilmiş səlahiyyətli nümayəndə X3 ##.##.2024-cü il tarixdə Barışıq Sazişi imzalamağa gəldiyini və məhz bunun üçün dəvət edildiyini əvvəlcədən bilirdi. X5 da onu məhz Barışıq Sazişi imzalamaqdan ötrü göndərmişdir. Lakin baş direktor Namiq Cəlilov bir ildən çox vaxt keçəndən sonra məhkəməyə müraciət etmişdir. “N.X1 Astrofizika Rəsədxanası”nın qarşısında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sözləri yazılmışdır. Halbuki, “N.X1 Astrofizika Rəsədxanası” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə tabedir, Azərbaycan Milli Elmlər Akademiyasına tabe deyildir.

24. Birinci iş üzrə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə mümkün hesab edildikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanasının cavabdeh Ərizəçi qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair e-2(004)-4956/2025 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə qədər qeyd edilən *(***)-****/**** saylı iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə həmin mülki iş qeyd edilən e-2(004)-4956/2025 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə dayandırılmış iş üzrə icraat təzələnmiş və hər iki işə bir icraatda baxılması davam etdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Birinci iş üzrə apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

26. İkinci iş üzrə cavabdeh Ərizəçi ikinci iş üzrə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı həmin iş üzrə iddiaya qarşı verdiyi ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Barışıq sazişi təsdiq olunub icra edilən zaman maraqlı şəxs N.X1 Astrofizika Rəsədxanasının Rəhbərliyinin cibindən pul getməyəcək, həmin pul ayrıca Dövlət və ya Maliyyə Fondundan hesablanıb ona ödəniləcəkdir. Yəni bu işdə heç kim cərimələnməyəcək və ya kimsə cibindən ona pul verməyəcəkdir. ##.##.2024-cü il tarixdə Xəyyam Əzizov sözügedən Barışıq sazişini imzalamazdan bir neçə dəqiqə əvvəl iş üzrə maraqlı şəxs olan X25 baş direktoru Namiq Cəlilova telefonla zəng etmiş və xeyli danışmışlar. Etibarnamə ilə nümayəndə Xəyyam Əzizov maraqlı şəxs olan X25 baş direktoru Namiq Cəlilovdan “hə, imzala” cavabını aldıqdan sonra həmin Barışıq sazişini imzalamış və onlar dostcasına birlikdə Rəsədxanaya getmişlər. Lakin baş direktor Namiq Cəlilov bir neçə gündən sonra “mən istəsəm, öz razılığımla imzalatdırdığım sənədi geriyə oxutduraram, ləğv etdirərəm” deyib özü qəsdən tərslik edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanasının nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, eyni zamanda, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, şikayətlərinin və ikinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

28. İştirak etdiyi məhkəmə iclasında birinci iş üzrə ərizəçi Ərizəçi maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Bundan sonra birinci iş üzrə icraat dayandırılmış, ikinci iş də birinci işə birləşdirildikdən sonra iş üzrə icraat təzələnmişdir. Lakin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən ikinci iş üzrə cavabdeh maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır; 22.1-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” yazılı şəkildə bağlanır və həmin müqavilədə müqavilənin tarixi, vaxtı və tərtib olunduğu yer; tərəflərin adları və rekvizitləri; mübahisənin predmeti; tərəflərin seçdiyi mediator (mediatorlar) və ya mediasiya təşkilatı haqqında məlumatlar; mediasiya prosesi ilə əlaqədar xərclərin ödənilməsi şərtləri və qaydası; əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət; mediasiya prosesinin keçirilmə müddəti və qaydası; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər; 22.2-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə “mediasiya prosesinin tətbiqi barədə müqavilə”yə əlavə və dəyişikliklər edilə bilər; 22.3-cü maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” təmsilçi vasitəsilə bağlanıla, ona əlavə və dəyişikliklər edilə bilər. Təmsilçiyə verilən etibarnamədə bu Qanunun 22.1-ci və 22.2-ci maddələrində göstərilən səlahiyyətlər xüsusi olaraq göstərilməlidir; 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur; 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdı; 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-26.1.1-ci və 355-26.1.2-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir; 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. ““Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli Qərarının: 9.1.3-cü maddəsinə əsasən mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək tərəflərin hüquqlarına aid edilmişdir; 11.1-ci maddəsinə əsasən əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir; 11.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır. Barışıq sazişində Qanunun 33.1-ci maddəsində qeyd olunan məlumatlar göstərilir; 11.3-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi imzalandığı gün tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 (bir) iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir; 11.4-ci maddəsinə əsasn Barışıq sazişi qanuna və Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır; 11.5-ci maddəsinə əsasən barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Hazırda birləşdirilmiş mülki işlər üzrə çıxarılmış qətnamələrdən verilmiş apellyasiya şikayətlərinin hər ikisində qətnamələrin ləğv edilib, birinci iş üzrə ərizənin, ikinci iş üzrə isə iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamələr tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci iş üzrə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, ikinci iş üzrə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd edir ki, Ərizəçi ##.##.2019-cu il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin X1 Astrofizika Rəsədxanasına (bundan sonra Rəsədxana) “Kosmik plazma və helio geofiziki problemlər” şöbəsində elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. Onların arasında əmək haqqı və digər ödəmələrlə bağlı mübahisə yaranmış və həmin mübahisənin nəticəsi olaraq mediasiya prosesində ##.##.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən tərəflər Ərizəçi əmək hüquqlarının pozulmasını etiraf etmişlər, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanasının ##.##.2024-cü il tarixli, **/**(Ş) nömrəli etibarnamə üzrə nümayəndəsi X3 mediasiya prosesində, ##.##.2008-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər olan müddət ərzində, həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Ərizəçi əmək haqqına əlavə olaraq 25% əlavə əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olmasını nəzərə almaqla pozulmuş əmək hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürmüşdür.

41. Hazırda Ərizəçi imzalanmasına baxmayaraq, Rəsədxananın barışıq sazişinin könüllü icrasından imtina etdiyini əsas gətirərək onun məcburi qaydada icrasının təmin edilməsi məqsədi ilə təsdiq edilməsini, Rəsədxana isə həmin sazişi imzalayan X3 etibarnamə üzrə barışıq sazişinin imzalanması səlahiyyətinin verilmədiyini əsas gətirərək, onun etibarsız hesab edilməsini tələb edir. Qeyd edilənlər öz növbəsində ilk öncə barışıq sazişinin etibarlı əqd olub-olmamasına qiymət verilməsini şərtləndirir. Belə ki, bu Sazişin etibarsız olması onun və ya hər hansı bir hissəsinin məcburi qaydada icrasının təmin edilməsi məqsədi ilə təsdiq edilməsini istisna edir. Bununla belə, mülki işlər üzrə əldə edilməsi istənilən nəticələr biri digərini istisna edən nəticələrdir və bir mülki iş üzrə ərizənin uğurlu olmaqla təsdiq edilməsi, digər mülki iş üzrə ərizənin rədd edilməsini şərtləndirmiş olacaqdır.

42. Məhkəmə kollegiyası barışıq sazişinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə Barışıq sazişinin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyü təsbit edilmiş, lakin bu zaman təmsilçilik üçün verilmiş etibarnamədə təmsilçinin bu səlahiyyətinin xüsusi olaraq göstərilməsi zəruri hesab edilmişdir. Başqa sözlə, Sazişin təmsilçi vasitəsi ilə bağlanılması üçün etibarnamədə onun bu səlahiyyətinin dəqiq göstərilməsi tələb olunur.

43. Belə ki, “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydasının 11.5-ci bəndinə əsasən barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Lakin təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

44. Hazırda etibarsızlığı mübahisələndirilən ##.##.2024-cü il tarixli, MŞSMT-***- ****-***** nömrəli Barışıq sazişi Rəsədxananın adından bu münasibətlərdə etibarnamə əsasında onu təmsil edən Mühafizə qrupunun rəhbəri X3 tərəfindən imzalanmışdır. İş materiallarında olan və * saylı Mediasiya Təşkilatına təqdim edilməklə həmin Sazişə əlavə edilmiş Rəsədxanasının ##.##.2024-cü il tarixli, **/**Ş nömrəli hüquqi şəxslər üçün nəzərdə tutulmuş etibarnaməsinə əsasən Rəsədxanasının baş direktrou X6 Mühafizə qrupunun rəhbəri X3 Rəsədxananın maraqlarını (təmsil etmək), Rəsədxananın hüquqi nümayəndəsi olaraq mediasiya sessiyalarında və məhkəmə iclaslarında (iştirak etmək), habelə məhkəmə icra qərarlarını təmin etmək səlahiyyətlərini etibar etmişdir.

45. Bununla belə, mübahisələndirilən ##.##.2024-cü il tarixli Barışıq sazişini ikinci tərəf kimi N Rəsədxananın nümayəndəsi qismində X3 imzalasa da, Rəsədxana tərəfindən ona verilmiş etibarnamədə onun barışıq sazişini imzalamaq səlahiyyəti nəinki xüsusi olaraq, hətta ümumi şəkildə belə göstərilməmişdir.

46. Nəzərə alınmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

47. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

48. Artıq müəyyən edildiyi kimi, mübahisəli barışıq sazişini ikinci tərəf kimi Rəsədxananın adından buna hər hansı səlahiyyəti olmayan şəxs imzalamış, bununla da Sazişin etibarlı sayılması üçün zəruri şərtlərdən biri olan lazimi subyektlərin (səlahiyyətli nümayəndənin) iştirakı təmin edilməmişdir. Həmin Sazişin səlahiyyətsiz təmsilçi vasitəsi ilə bağlanması da onun etibarsız olduğunu təsdiq edir. Bu da öz növbəsində Saziş üzrə Rəsədxanın Ərizəçi qarşısında hər hansı hüquq və vəzifələrinin yaranmasını istisna edir.

49. Bununla yanaşı məhkəmə kollegiyası ikinci iş üzrə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə cavabdehlərin ərizələrinə münasibətdə qeyd edir ki, Ərizəçi ilə Rəsədxana arasında barışıq sazişi bağlandıqdan sonra Rəsədxana maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müvafiq olaraq ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə məktub ünvanlayaraq, barışıq sazişinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan sonra Ərizəçi əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş və Rəsədxana həmin iş üzrə təqdim etdiyi ərizədə barışıq sazişinin etibarsızlığı ilə bağlı zəruri məqamları məhkəmənin diqqətinə çatdırmışdır. Həmin mübahisəyə birinci, apellyasiya və kassasiya instansiyalarında baxılmış və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Belə ki, məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Ərizəçi barışıq sazişini təsdiq edilməsi barədə xüsusi icraat qaydasında, N.X1 Astrofizika Rəsədxanası isə barışıq sazişinin etibarsızlığı ilə bağlı iddia icraatı qaydasında ayrıca məhkəməyə müraciət edə bilər. Bundan sonra Ərizəçi ##.##.2025-ci il tarixdə, N.X1 Astrofizika Rəsədxanası isə ##.##.2025-ci il tarixdə hazırki iddialarla məhkəməyə müracət etmişdir.

50. Bununla belə, N.X1 X28 sazişi bağlandıqdan sonra onun bəyənməsinə yönəlmiş hər hansı hərəkət etməmiş, əksinə bu Sazişə yazılı qaydada etiraz edərək, onun icra etməmiş, aralarında olmuş hər 3 mülki işdə Sazişin etibarsız olması mövqeyindən çıxış etmişdir. Bu Saziş də səlahiyyətsiz şəxs tərəfindən bağlanması səbəbindən hüquqi nəticə etibarı ilə əhəmiyyətsizdir. Bu səbəbdən cavabdehlərin, o cümlədən Ərizəçi bu mövqeyi əsassızdır, hazırki iddia iddia müddəti tətbiq edilməklə rədd edilə bilməz.

51. Eyni zamanda, bu Sazişin etibarsız hesab edilməsi onun, o cümlədən hər hansı bir hissəsinin məcburi qaydada icrasının təmin edilməsi məqsədi ilə təsdiq edilməsini istisna edir. Qeyd edilənlər öz növbəsində Rəsədxananın apellyasiya şikayətinin əsaslı, Ərizəçi apellyasiya şikayətinin isə əsassız olduğunu təsdiq edir və birinci iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və barışıq sazişinin təsdiqindən imtina edilməsini şərtləndirir.

52. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, ikinci iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmalı, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanasına aid edilmədir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İkinci iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Birinci iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanası arasında mediasiya prosesində bağlanmış ##.##.2024-cü il tarixli, MŞS.MT.030.****-***** nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.X1 Astrofizika Rəsədxanasına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar