Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-53/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(006)-1798/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 7130 F N:li «Kredit müqaviləsi»nə əsasən, cavabdehə mənzilin alınması üçün istifadə etmək məqsədilə 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla 56.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 7130 F N:li «Kredit müqaviləsi»nin təminatı qismində, digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 üvanında yerləşən mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 07.12. 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir.Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Cavabdehin xx.xx.2019-cu il tarixə banka 52.010,90 manat məbləğində əsas borc, 8.519,19 manat məbləğində faiz borcu, ümumilikdə 60.530,09 manat məbləğində kredit borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1798/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 07 dekabr 2017-ci il tarixli 7130 F nömrəli kredit müqaviləsi üzrə 52.010,90 manat əsas borc, 8.519,19 manat faiz borcu, cəmi 60.530,09 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 19,80 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 5 saylı evin 60 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 85.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, satışdan əldə edilmiş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 5 saylı evin 60 saylı mənzilinin satıldıqdan sonra bir ay ərzində Seyidov X3, Cavabdeh2, X2 və Seyidov X4 tərəfindən boşaldılması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ondan müqaviləyə xitam vermədən kredit və faizləri tələb edir. Bundan əlavə əsas və faiz məbləği çox hesablanmışdır. Əsas borc üzrə 20.000 manat məbləğində pul ödəmiş, lakin bank faiz və cəriməyə silmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi. Mənzilin hərracdan ilkin satış qiymətinin 85.000 manat məbləğində müəyyən edilməsi hissəsində də razı deyil. İş üzrə ekspertiza təyin olunmuş, lakin ekspert əmlaka baxış keçirmədən və real bazar dəyəri nəzərə alınmadan rəy vermişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 5 saylı evin 60 saylı mənzilinin satıldıqdan sonra bir ay ərzində Seyidov X3, Cavabdeh2, X2 və Seyidov X4 tərəfindən boşaldılması barədə də qətnamə çıxarmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2017-ci il tarixli 7130 F nömrəli kredit müqaviləsinə əsasən, bank cavabdehə 48 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 56.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.5-ci yarımbəndinə əsasən müqavilənin 2.4.3-cü yarımbəndində gğstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən kredit alan kredit verənə kredit məbləğinin 5 %-i miqdarında cərimə ödəyir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 dekabr 2017-ci il tarixli 7130 F nömrəli saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 57,84 kv.m ümumi, 43,14 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzil öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli X6 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçıASC tərəfindən Cavabdeh1 hesabına 55.400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində, 57,84 kv.m ümumi, 43,14 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 634 nömrəli reyestr kitabının 58226 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindənRX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5, 5-ci giriş, 60 nömrəli mənzil xx.xx.2017-ci il tarixli 7130 F nömrəli kredit müqaviləsi üzrə 48 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X2, Seyidov X3 və Seyidov X4 Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka (girov) qoyulmasına etiraz etməmişlər. İddiaçı ASC tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ünvanlanmış məktubun təsdiq olunmuş surətinə əsasən xx.xx.2017-ci il tarixli, 7130 F nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə, tələbin Azərbaycan Respubliksası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı ASC-yə ipotekaya qoyulmuş, yəni Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1-a yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəkdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli Arayışa əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 7130 F nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 banka ödənilməmiş əsas borcu 52.010,90 manat, ümumi faiz borcu 8.519,19 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 İsmyıl qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 5 saylı evin 60 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında Seyidov X3 (xx.xx.1946-cı il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1957-ci il təvəllüdlü), X2 (xx.xx.1989-cu il təvəllüdlü) qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsinin qərardadına əsasən "xxxx" -MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, mənzilin daxilinə baxış keçirilməsi üçün cavabdeh tərəfindən lazımi şərait yaradılmadığından, müəyyən edilə bilinməyən, lakin qiymətə təsir göstərən xüsusiyyətlərinə görə mənzilin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan, 57.84 kv.m ümumi, 43.14 kv.m yaşayış və 14.7 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 60 nömrəli mənzilin hazırki orta bazar qiyməti 85.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 425, 385.1, 443.1, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, xx.xx.2019-cu il tarixli Arayışa əsasən onunla İddiaçı ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 7130 F nömrəli kredit müqaviləsinə əsasən 52.010,90 manat əsas, 8.519,19 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 269, 270.1, 295, 317.1, 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 34.1.3, 39.3.3, 47.4, 59.3.2-ci maddələrini tətbiq edərək və ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətləri ekspert rəyinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh edilmiş ödənişlər nəticəsində müqavilə üzrə daha az borcunun yarandığı barədə sübutlar təqdim etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən tərəflər arasında bununla bağlı mübahisə olduğundan birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini məhkəmə baxışı zamanı keçirilmiş müstəqil qiymətləndirici rəyi əsasında müəyyən etmişdir. Cavabdeh həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakların qiymətinin ekspert rəyindən fərqli olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 5 saylı evin 60 saylı mənzilinin satıldıqdan sonra bir ay ərzində Seyidov X3, Cavabdeh2, X2 və Seyidov X4 tərəfindən boşaldılması barədə də qətnamə çıxarmasına münasibətdə qeyd edilməlidir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindənRX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5, 5-ci giriş, 60 nömrəli mənzil xx.xx.2017-ci il tarixli 7130 F nömrəli kredit müqaviləsi üzrə 48 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X2, Seyidov X3 və Seyidov X4 Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka (girov) qoyulmasına etiraz etməmişlər. Bundan başqa, qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13888/2019 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-53/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işin icraatı təzələnmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-902/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1147/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(102)-83/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-902/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(006)-1798/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2(103)-53/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-53/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver