Məhkəmə qərarları › İş №2(103)-5316/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5316/2022

18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5316/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4305/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1978-ci il təvəllüdlü X5 7 may 2022-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4305/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (Mülki Prosesual Məcəlləsinin 153.2.1, 153.3-cü maddələrinə istinadən) Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi tələbinə” dair iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır.Qərarda qeyd edilmişdir ki, ərizəçi, hazırki tələb ilə müvafiq tibb müəssisəsinə, onun cavabından asılı olaraq isə (ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunduğu halda) tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında məhkəməyə müraciət etməli olduğu halda, ərizə ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etdiyindən onun icraata qəbul edilərək baxlması mümkün deyil və ona görə də ərizənin qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunmalıdır. Ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 307.2.3, 307.2.8-ci maddələrinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə tərəflərindən göndərilmiş sənədləri düzgün araşdırmamış, iş materiallarına mövcud müəssisəsinin cavabını göz ardı etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin alınması məqsədilə tibb müəsisəsinə müraciət edilməməsi qeyd edilmiş və bununla bağlı olara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Nazirlər Kabinetinin Qərarına istinad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən Qərarın 9.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisə məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməsi müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarla təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1, 4.2 və 4.3-cü bəndlərində qeyd edilir ki, haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsin aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim edən doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq orqanına məlumat verir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitab arxivindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qeyd edilən normalara istinad edilsə də, istinad edilmiş normalara uyğun olmayan ziddiyyətli məhkəmə aktı qəbul edilmişdir. Qeyd edək ki, ölüm haqqında şəhatdətnamənin alınması üçün zəruri hesab edilən sənədin, ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası icbari Tibbi Sığorta üzrə Dövlət Tibbi Ərazi üzrə X2 “Bakı şəhər Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 32 nömrəli Birləşmiş şəhər Poliklinkinə təqdim edilməsi üçün müraciət edilmişdir. Belə ki, müraciət əsasında mərhumun tibbi kartası araşdırılmış və xx.xx.2021-ci il tarixində xəstəxanaya müraciət etdiyi müəyyən edilmişdir. Həmin cərrah tərəfindən sağ baldırın irinli yarası diaqnozu ilə yardım göstərilmiş və məsləhət verilmişdir əlavə 2019-cu ildə də son əlin fleqmona diaqnozu ilə həkim terapevt tərəfindən müalicə olunmuş, ağ ciyərin ocaqlı vərəmi diaqnozu qovulmuşdu 09-cu il tarixində “ağ ciyərin vərəmi” diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır. Beləliklə, tibb müəssisəsi ambulator kart araşdırıldıqdan sonra vəfatının əsaslı səbəbi müəyyən oluna bilmədiyi üçün ölüm arayışını (Forma 106) əsaslı olaraq verməmişdir. Göründüyü kimi tibb müəsisənin əsaslı olaraq Forma 106 sənədin verilməsindən imtina edildiyin hazırki iş üzrə inzibati icraat qaydasında məhkəməyə müraciət edilməsindən söhbət gedə bilməz. Belə olduğu təqdirdə xüsusi icraat qaydasında Xətai Rayon Məhkəməsi hazırki işi icraatına qəbul edərək işə mahiyyəti üzrə baxmalıdır.Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın tələbindən də aydın olduğu kimi hazırki mülki iş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyi Tibbi Ərazi üzrə X2 “Bakı şəhər Bakı Baş Səhiyyə Mərkəzi Publik şəxs 7 nömrəli şəhər Poliklinkası tərəfindən ölüm haqqında arayış təqdim edilmədiyindən müvafiq qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməməsinin səbəbi kimi TTY-in şəxsin vəfatından sonra gəlməsi, ölüm səbəbini müəyyən edilə bilməməsi qeyd etmişdir. Bu əsasla da ölüm səbəbi müəyyən ediilmədiyindən Forma 106 verilə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4305/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 307, 385.2, 387.1, 395, 397.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, işə əlavə olunan sənədlərdən tərəflərin müvafiq icra hakimiyyəti orqanına müraciəti, orada verilmiş cavab və mübahisənin məhkəmədən kənar həllinin mümkünsüz olduğu müəyyən edilmişdir. Ona görə formal baxımdan tələbin mahiyyəti üzrə əsassız olaraq baxılmaması ərizəşinin əlaqəli bir sıra hüquqlarının pozuntusuna, habelə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradır. Qeyd edilən xüsusatlar baxımından iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən (zərurət yarandığı təqdirdə çəkişmə şəraitində) müzakirə edilməli, vəzifəli şəxslərin səlahiyyət həddində imtinanın qanunvericiliklə müəyyən edilmiş əsaslara görə qanuniliyi və ərizəçinin hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi ilə əlaqəli olan qanunvericiliklə müəyyən edilmiş zəruri şərt ətraflı arşdırılmalıdır. Qeyd edilməlidir ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən (308-310.1 maddələr): Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərt kimi əks edilmişdir). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi Mülki Prosessual Məcəllənin 307.2.3-ci maddəsinə istinadən xx.xx.1978-ci il təvəllüdlü X5 7 may 2022-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.3-ci maddəsinə əsasən: doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının məhkəmə tərəfindən müəyyən edilməsi barədə işlərə baxılması göstərilmişdir. 307.2.8-ci maddəyə əsasən isə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi barədə işlərə baxılması mümkünlüyü təsbit edilmişdir. Ərizədə 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi göstərilməsinin aidiyyəti müəyyən edilməmişdir. Ona görə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardad ləğv edilməli və icraatın mümkünlüyünə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Ərizənin yenidən mümkünlüyü zamanı maddələrin hansının təsir dairəsinə aid dispozitiv şərtlərin tələblərinə müvafiq, ilkin olaraq hansı orqan tərəfindən hansı vəzifələrin həyata keçirilməli olduğu, inzibati icraat çərşivəsində bu imkanların tükəndiyi və ya tükənmədiyi təqdirdə hansı qaydada hansı orqana müraciət etməli olduğu iddianın yolverilməzliyə görə məhkəmə qərardadında əks edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən: Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4305/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət X1rşı “ölüm faktının müəyyən edilməsi tələbinə” dair ərizəsinin mümkünlük məsələsinə baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar