Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5323/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Ayaz Məmmədzadənin, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMCnincavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6575 saylı kredit müqaviləsi üzrə əsas borc 1.500.000 (bir milyon beş yüz min) manat, faiz borcu 175.000.04 (yüz yetmiş beş min manat 4 qəpik) manat olmaqla, cəmi 1.675.000,04 (bir milyon altı yüz yetmiş beş min manat 4 qəpik) manat, 6576 saylı kredit müqaviləsi üzrə əsas borc 1.500.000 (milyon beş yüz min) manat, faiz borcu 175.000,04 (yüz yetmi beş min manat 4 qəpik) manat olmaqla, cəmi 1.675.000,04 (bir milyon altı yüz yetmiş beş min manat 4 qəpik) manat, 6577 saylı kredit müqaviləsi üzrə əsas borc 1.500.000 (bir milyon beş yüz min) manat, faiz borcu 175.000,04 (yüz yetmiş beş min manat 4 qəpik) manat olmaqla, cəmi 1.675.000,04 (bir milyon altı yüz yetmiş beş min manat 4 qəpik) manat, 6578 saylı kredit müqaviləsi üzrə əsas borc 1.500.000 (bir milyon beş yüz min) manat, faiz borcu 175.000,04 (yüz yetmiş beş min manat 4 qəpik) manat olmaqla, cəmi 1.675.000,04 (bir milyon altı yüz yetmiş beş min manat 4 qəpik) manat, 6579 saylı kredit müqaviləsi üzrə əsas borc 1.500.000 (bir milyon beş yüz min) manat, faiz borcu 175.000,04 (yüz yetmiş beş min manat 4 qəpik) manat olmaqla, cəmi 1.675.000,04 (bir milyon altı yüz yetrıiş beş min manat 4 qəpik) manat və 6580 saylı kredit müqaviləsi üzrə əsas borc 237.600 (iki yüz otuz yeddi min altı yüz) manat, faiz borcu 27.667,39 (iyirmi yeddi min altı yüz altmış yeddi manat 39 qəpik) manat olmaqla, cəmi 1.675.000,04 (bir milyon altı yüz yetmiş beş min manat 4 qəpik) manat, 6 (altı) kredit müqaviləsi üzrə ümumi 8.639.816,59 (səkkiz milyon altı yüz otuz doqquz min səkkiz yüz on altı manat, 59 qəpik) manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi; Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 243,2 kv.m. qeyri-yaşayış sahəsi olan (90 saylı ofis), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 212,4 kv.m qeyri-yaşayış sahəsi olan (92 saylı ofis), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 135.0 kv.m. qeyri-yaşayış sahəsi olan (95 saylı ofis), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 104,4 kv.m qeyri-yaşayış sahəsi olan (98 saylı ofis), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 109,3 kv.m qeyri-yaşayış sahəsi olan (99 saylı ofis) və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7- ci mərtəbəsində 226,8 kv.m. qeyriyaşayış sahəsi olan (33 saylı mağaza) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 və Cavabdeh3 qaytarılması; Daşınmaz əmlakın satıldıqdan 1 (bir) ay sonra boşaldılması; Satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh1 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarıma tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh1 vəkili şikayəti müdafiə eədərk təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı qismində "xxxxxxxxxxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan "İddiaçı" MMC qeyd olunmuş, iddia ərizəsi "İddiaçı" MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən imzalanmışdır. İş materiallarında "xxxxxxxxxxxx" QSC tərəfindən "İddiaçı" MMC-yə tələbin güzəşt edilməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMCməhkəmədə hazırkı iddianı öz adından yox, bu və ya başqa cavabdeh barəsində tələb hüququna malik olan “xxxxxxxxxxx” QSC-nin adından qaldıra bilərdi. Kollegiya hesab edir ki, iddia ərizəsi iddiaçı qismində səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, mübahisələndirilən məhkəmə qətnaməsi ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384.0.4, 391 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nincavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlansın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5323/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5323/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver