Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5328/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş “şəxsin ölüm faktının müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə tələb olunub ki, ərizəçinin babası, 1845-ci il təvəllüdlü X1 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunsun. Qətnamə ilə qət olunub ki, ərizə təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ərizə təmin olunsun. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mülki-Prosessual Məcəllənin 307.2.3-cü maddəsində qeyd olunub ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, maddədə “şəxsin” ifadəsindən istifadə olunub. “Fiziki şəxs” anlayışı Mülki Məcəllənin 24.1-ci maddəsində müəyyən olunub. Orada qeyd olunub ki, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Ona görə də fiziki şəxsin ölüm faktının müəyyən edilməsi əvvəlcə onun şəxsiyyəti (soyadı, adı, ata adı, təvəllüdü və s.) müəyyən olunmalıdır. Lakin hazırkı işdə ərizəçinin babasının şəxsiyyətini müəyyənləşdirməyə imkan verən sənədlər yoxdur. Odur ki, ölüm faktının müəyyən edilməsi barədə ərizə təmin edilə bilməz, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5328/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5328/2021
18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver