Məhkəmə qərarları › İş №2(103)-5363/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5363/2022

20.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5363/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(001)-2153/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin boşaldılmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(001)-2153/2022 saylı qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 vəssatəti təmin edilərək, iş üzrə icraat Bakı şəəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan 2(001)-4031/2022 saylı mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin 23 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixli məhkəmənin ilkin hazırlıq iclasında AR MPM-nin 262.0.1-ci maddəsinə istinad olunmaqla 2(001)-4031/2022 saylı mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(001)-2153/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4031/2022 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4031/2022 saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Göründüyü kimi, icraatın dayandırılmasına əsas olan 2(001)-4031/2022 saylı mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-ci maddəsinə əsasən məhkəmə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(001)- 2153/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar