Məhkəmə qərarları › İş №2(103)-5363/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5363/2023

23.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5363/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1971/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC-nə və Cavabdeh4 MMC və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Capitals Auction MMC-nin xx.xx.2023-cü il tarixli, 20 saylı “Hərracın yekunları barədə protokolu”nun etibarsız hesab edilməsi, cavabdeh Capitals Auction MMC-nin “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi” etibarsız hesab edilməsi, cavabdeh Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin “Qiymətləndirmə hesabatı” etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, 0,0304 ha. torpaq sahəsi və onun üzərindəki müasir tipli çay evinin İddiaçı mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1971/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Qərardadın “icraatın dayandırılması” hissəsindən Cavabdeh2 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1971/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1971/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər; 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır; Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspertin rəyi təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmalıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayət ərizəsində qeyd etmişdir ki, hazırda xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0304 hektar torpaq sahəsinin üzərində heç bir tikili mövcud deyildir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin ümumi sahəsi təqribən 0.06 hektar olmaqla qalan hissəsi dövlətin mülkiyyətindədir. Dövlətin mülkiyyətində olan adı çəkilən qonşu torpaq sahəsinin üzərində bir-birindən qeyd olunan çay evi və ofis tikilisi, həmçinin əvvəllər müxtəlif təyinatlarda istifadə oluna n və hazırda uçuq vəziyyətdə olan tikililər mövcuddur. Qeyd olunan bütün bu tikililərə giriş küçədən 4 metr enində olan darvaza vasitəsi ilədir. Ekspertiza qarşısında qoyulmuş sualda mülkiyyəötimdə olan torpağın və üzərindəki tikilinin birgə qiymətləndirilməsi qeyrimümkündür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1971/2023 saylı, 22 iyun 2023-ci il tarixli qərardadında adıçəkilən çay evinin həqiqətən də xüsusi mülkiyyətində olan 0.0304 hektar torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsini dəqiq müəyyən etməmişdir. Lakin, cavabdeh şikayətində şikayətin dəlillərini sübut edən sənədləri şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1971/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1971/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar