Məhkəmə qərarları › İş №2(103)-5368/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5368/2022

15.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5368/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)- 235/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğluna qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 40173.81 manat məbləğində kredit borcu, 7752.2 manat məbləğində faiz borcu və 20381.23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 68307 (altmış səkkiz min üç yüz yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmctinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün edənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilin açıq hərracdan satılması. 68307 (altmış səkkiz min üç yüz yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmctinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması; ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 017L**********62 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9826.19 manat ödəmiş, onun 40173.81 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 413 gün üçün hesablanmış faiz borcu 7752.2 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 413 gün üçün hesablanmış cərimə 20381.23 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz, borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 017M**********01 saylı ipoteka müqaviləsi (İsmayıllı rayonu notariat ofisinin xüsusi notariusu A.N.Cabbarov tərəfindən təsdiq edilib) əsasında ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun b r hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gccikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ versn şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)- 235/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə 40173,81 manat məbləğində əsas borc, 7752,2 manat məbləğində faiz borcu, 4000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 51926,01 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, b.58 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 89000 manat manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracda satılması və ondan əldə ediləcək vəsait Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Abdulov X2 rayonu, Ağa Neymətulla küçəsi, b.58 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzili tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutullaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-235/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, bu səbəbdən də Vergi Xidmətlərindən qeydiyyatdan keçərək VÖEN ********** kodu ilə fəaliyyət göstərir. Sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı maliyyə dəstəyi üçün "xxxx" QSC-yə müraciət etmişdir. İddiaçı "xxxx" QSC ilə aralarında xx.xx.2019-cu il tarixli 017L**********62 saylı uzunmüddətli kredit müqaviləsi, 017R********** nömrəli kredit razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 50.000 (əlli min) manat Fərdi Mikro Kredit 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla kredit götürmüşdür. Qeyd edilən Kredit müqaviləsi üzrə 9.826,19 (doqquz min səkkiz yüz iyirmi altı manat, on doqquz qəpik) manat kredit borc ödəmiş və hazırda 40.173,81 (qırx min yüz yetmiş üç manat, səksən bir qəpik ) manat kredit borcu qalmışdır. Qeyd edir ki, xx.xx.2020-ci il tarixdən kredit borcunun banka ödəməməyi səbəbləri 2019-cu ilin sonunda Dünyada, həmçinin Respublikada “Covid-19” Pandemiyası olmuşdur. Məlumdur ki, 2019cu ilin martın sonundan 2022-ci ilin aprel ayına kimi müvafiq icra hakimiyyəti orqan tərəfindən Respublikada bir çox sahələrin fəaliyyəti dayandırılmışdır, eyni zamanda el şənlikləri, o cümlədən toy və nişan mərasimlərin keçirilməsi qadağan edilmişdir. Bu səbəbdən də işləddiyi mebel mağazasının fəaliyyəti dayanmış, sonradan fəaliyyətə icazə versələr də mağazada olan əşyalar, mebellər satılmamışdır. Hamıya bəllidir ki, “Covid-19” Pandemiyası ilə əlaqədar bir çox sahibkarlar iflasa uğramışdır, həmçinin onunda sahibkarlıq fəaliyyəti iflasa uğramışdır, lakin iflasla bağlı aidiyyəti orqanlara müraciət etməmişdir. Çünki, sahibkarlıq fəaliyyətini yenidən inkişaf etdirmək niyyətindədir. Məhkəməninin diqqətinə çatdırır ki, dəfələrlə şifahi formada kredit ödənişlərinin güzəşt edilməsi, həmçinin yeni kredit qrafikinin açılması və yenidən faizlərinin hesablanması barədə iddiaçı "xxxx" QSC-yə müraciət etmişdir. Lakin iddiaçı bank reallığı, o cümlədən dünyada və Respublikada olan “Covid-19” Pandemiyası ilə bağlı yayılmış xəstəliyin fəsadlarını nəzərə almamışdır. Əksinə bank onun sahibkarlıq vəziyyətinin ağır olduğunu bilə-bilə əlavə əsassız faizlər hesablamışdır. Qeyd edilən işin faktiki hallarını birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb. İşin faktiki hallarından görünür ki, onun ********** saylı VÖEN olmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, həmin fəaliyyətinin inkişafı ilə bağlı mikro kredit əldə etmək üçün iddiaçı "xxxx" QSC-yə müraciət etmişdir. Bağlanan Kredit Müqaviləsi üzrə razılaşmanın 1.3-cü bəndində kreditin məqsədi “mikro kredit təyinatə üzrə verilməsi” göstərilmişdir. Belə olan halda məhkəmə işə kommersiya mübahisəsi kimi qiymət verməli idi. Lakin məhkəmə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı işin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamış və eyni zamanda yoxlamamışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollgiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən kredit borcunun banka ödəməməyinin səbəbləri 2019-cu ilin sonunda dünyada, həmçinin Respublikada “Covid-19” Pandemiyası olmuşdur. Məlumdur ki, 2019-cu ilin martın sonundan 2022-ci ilin aprel ayına kimi müvafiq icra hakimiyyəti orqan tərəfindən Respublikada bir çox sahələrin fəaliyyəti dayandırılmışdır, eyni zamanda el şənlikləri, o cümlədən toy və nişan mərasimlərin keçirilməsi qadağan edilmişdir. Bu səbəbdən də işləddiyi mebel mağazasının fəaliyyəti dayanmış, sonradan fəaliyyətə icazə versələr də mağazada olan əşyalar, mebellər satılmamışdır. Hamıya bəllidir ki, “Covid-19” Pandemiyası ilə əlaqədar bir çox sahibkarlar iflasa uğramışdır, həmçinin onunda sahibkarlıq fəaliyyəti iflasa uğramışdır, lakin iflasla bağlı aidiyyəti orqanlara müraciət etməmişdir.Çünki, sahibkarlıq fəaliyyətini yenidən inkişaf etdirmək niyyətindədir.Məhkəməninin diqqətinə çatdırır ki, dəfələrlə şifahi formada kredit ödənişlərinin güzəşt edilməsi, həmçinin yeni kredit qrafikinin açılması və yenidən faizlərinin hesablanması barədə iddiaçı "xxxx" QSC-yə müraciət etmişdir.Lakin iddiaçı bank reallığı, o cümlədən dünyada və Respublikada olan “Covid-19” Pandemiyası ilə bağlı yayılmış xəstəliyin fəsadlarını nəzərə almamışdır. Əksinə bank onun sahibkarlıq vəziyyətinin ağır olduğunu bilə-bilə əlavə əsassız faizlər hesablamışdır.Qeyd edilən işin faktiki hallarını birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər müqavilə bağlayarkən belə fors-major hallara görə borcun ödənilməsi öhdəliyi ilə bağlı məsuliyyətdən azad olunması ilə və ya hər hansı formada öhdəlikdən azad olunmaya dair razılaşmaya dair cavabdeh sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, cavabdeh apellyasiya şikayətində digər bir dəlil olaraq göstərmişdir ki, işin faktiki hallarından görünür ki, onun ********** saylı VÖEN-i olmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, həmin fəaliyyətinin inkişafı ilə bağlı mikro kredit əldə etmək üçün iddiaçı "xxxx" QSC-yə müraciət etmişdir.Bağlanan Kredit Müqaviləsi üzrə razılaşmanın 1.3-cü bəndində kreditin məqsədi “mikro kredit təyinatə üzrə verilməsi” göstərilmişdir.Belə olan halda məhkəmə işə kommersiya mübahisəsi kimi qiymət verməli idi. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ********** saylı VÖEN-i olmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da tərəflər arasındakı kredit müqaviləsi və müqavilə ilə bağlı digər razılaşmalar imzalanarkən sahibkar olaraq imzalanmamış, rekvizitlər olaraq sahibkar kimi cavabdehin ********** saylı VÖEN-i qeyd edilməmişdir.Kollegiya qeyd edir ki, belə olan halda məhkəmə işə kommersiya mübahisəsi kimi qiymət verməli olması dəlili əsassızdır. Bundan başqa iddia tələbinin qismən əsaslı olması işin aşağıdakı faktiki halları ilə təsdiq olunur: Belə ki, iş materiallarından göründüyü kimi, "Accessbank” QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 017L**********62 saylı uzun müddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alan 120 ay müddətinə, 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "Accessbank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017L**********62 saylı uzun müddətli kredit müqaviləsi üzrə 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.6667 faiz olmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Ödəniş Planına əsasən Cavabdeh1 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə krediti aylıq 1866 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "Accessbank” QSC-yə 017R********** saylı, xx.xx.2019cu il tarixli Kredit razılaşması üzrə borcu aşağıdakı kimidir. Əsas məbləğ üzrə 40173,81 manat, faiz üzrə borc 7752,2 manat, cərimə borcu 20381,23 manat cəmi 68307,24 manat. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 017M**********01 saylı İpoteka Müqaviləsindən görünür ki, İpoteka saxlayan "Accessbank” QSC ipoteka qoyan – borc alan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 07 yanvar 2019-cu il tarixdə aşağıdakı şərtlərlə bağlanmış 017L**********62 saylı uzun müddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edir. İpoteka predmetinin təsviri və olduğu yer: ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzil. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 017S**********01 və 017S**********02 saylı Zaminlik müqavilələrindən görünür ki, borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zaminlər Cavabdeh3 və Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımaları barədə Zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzil "Accessbank” QSC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1547 nömrəli reyestr kitabının 141411 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci tarixli bildirişdən görünür ki, Cavabdeh2 öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "Accessbank” QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Beləliklə birinci instansiya məhkəməsində müəyyən edildi ki, Accessbank” QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 017L**********62 saylı uzun müddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alan 120 ay müddətinə, 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Accessbank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017L**********62 saylı uzun müddətli kredit müqaviləsi üzrə 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.6667 faiz olmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli Ödəniş Planına əsasən Cavabdeh1 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə krediti aylıq 1866 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 "Accessbank” QSC-yə 017R********** saylı, xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə borcu aşağıdakı kimidir. Əsas məbləğ üzrə 40173,81 manat, faiz üzrə borc 7752,2 manat, cərimə borcu 20381,23 manat cəmi 68307,24 manat. xx.xx.2019-cu il tarixli 017M**********01 saylı İpoteka Müqaviləsindən görünür ki, İpoteka saxlayan "Accessbank” QSC ipoteka qoyan – borc alan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 07 yanvar 2019-cu il tarixdə aşağıdakı şərtlərlə bağlanmış 017L**********62 saylı uzun müddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edir. İpoteka predmetinin təsviri və olduğu yer: ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzil. xx.xx.2019-cu il tarixli 017S**********01 və 017S**********02 saylı Zaminlik müqavilələrindən görünür ki, borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zaminlər Cavabdeh3 və Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımaları barədə Zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzil "Accessbank” QSC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1547 nömrəli reyestr kitabının 141411 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci tarixli bildirişdən görünür ki, Cavabdeh2 öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixli "Accessbank” QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8265 №-li rəyi ilə Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə (iddia tələbində göstərilən tarixə) borclunun kreditora olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2021ci il tarixinə əsas borc üzrə 41.147,15 manat, faiz borcu üzrə 8979,75 manat. Qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə cərimə borcunun hesablanması qaydası və cərimə hesabı olmadığından həmin müqavilə üzrə Cavabdeh1 cərimə borcu hesablanmadı. Bundan başqa məhkəmənin məhkəmə-mühasibat ekspertizası təyini haqqında xx.xx.2021 -ci il tarixli qərardadında “Cavabdeh1 və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 kredit razılaşması üzrə müqavilə müddətinin sonuna, xx.xx.2022-ci il tarixə əsas borcu və faiz borcu nə qədər təşkil edir” sualı qoyulmuşdur. Bildirilir ki, ümumiyyətlə kredit müqavilələri üzrə tədqiqat aparılarkən borc məbləği kredit verilən tarixdən rəy tərtib edilən tarixədək hesablanıla bilər. Ona görə də yuxarıda göstərilənləri nəzərə alaraq borc məbləğinin xx.xx.2022-ci il tarixə hesablanılması mümkün olmadı. Məhkəmə kollegiyası bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 oğluna münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 017R********** saylı xx.xx.2019cu il tarixli Kredit razılaşması üzrə 20381,23 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 4000 manata endirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə 40173,81 manat məbləğində əsas borc, 7752,2 manat məbləğində faiz borcu, 4000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 51926,01 manat borc tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin İddiaçı ASC qarşısında olan borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan məbləğ cavabdehlərin İddiaçı ASC qarşısında 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4-cü maddəsinə əsasən, tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5-ci maddəsinə əsasən, bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilin hazırki likvid qiyməti 89000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 89000 manat müəyyən edilməli, qeyd olunan daşınmaz əmlaklar açıq hərracda satılmalı və ondan əldə ediləcək vəsait Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh2 qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası “mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi” tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mənzilə istifadə hüquqlarının itirilməsi, cavabdehin ipoteka ilə yüklü edilmiş əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Ona görə də həmin hissədə iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzili tərk etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə 40173,81 manat məbləğində əsas borc, 7752,2 manat məbləğində faiz borcu, 4000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 51926,01 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, b.58 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 89000 manat manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracda satılması və ondan əldə ediləcək vəsait Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Abdulov X2 rayonu, Ağa Neymətulla küçəsi, b.58 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzili tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutullaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)- 235/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar