Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5371/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X5, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 125 ünvanında yerləşən 46 saylı mənzilə dair X8 ilə Cavabdeh2 arasında 38 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 40- 157 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi: Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 121 ünvanında yerləşən 15 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 38 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, atası Cavabdeh1 anası - X9 ilə 1964-cü ildə rəsmi nikaha daxil olmuş, 1997-ci ilədək bir yerdə yaşamış və onların 3 oğlan, 1 qız övladı olmuşdur. Anası ilə nikahda olduğu dövrdə atası qeyri-rəsmi olaraq ikinci dəfə ailə qurmuş və 4 uşağı dünyaya gəlmişdir. Bütün bunlara dözə bilməyən anası 1997-ci ildə evi tərk etmişdir. Lakin atası ilə anası arasındakı nikaha xitam verilməmişdir.Bundan sonra atası sözügedən mənzili qeyri-rəsmi nikahdan olmuş oğlunun adına rəsmiləşdirmək məqsədi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək anasının “ölmüş elan edilməsi” barədə qətnamə çıxarılmasına nail olmuş, nəticədə cavabdehlər arasında bağışlama müqavilələri bağlanmış, Cavabdeh2 adına müvafiq çıxarışlar tərtib edilmişdir. Daha sonra o, anasının ölmüş hesab edilməsi barədə qətnamədən xəbər tutmuş, həmin qətnamə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Hesab edir ki, cavabdeh onun anasını ölmüş elan etməklə, arvadının razılığı olmadan ümumi mülkiyyətdə olan mənzilləri bağışlama müqaviləsi ilə özgəninkiləşdirdiyindən həmin müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, iddiaçını atası vəfat edib, o, öz əmlakını ikinci nikahdan olan qohumlarına bağışlayıb. İddiaçının anası isə uzun müddətdir ki, itkin düşüb, əgər həqiqətən də o, vəfat edibsə, o zaman iddiaçı varis kimi subyektiv hüquqa malikdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili E.Xanalıyev apelyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 125, mənzil 46 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh2 bağışlamışdır. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 125, 46 nömrəli mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2919 nömrəli reyestr kitabının 272380 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2018-ci il. xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 121, mənzil 15 ünvanında yerləşən məzili hədiyyə alan Cavabdeh2 bağışlamışdır. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 121, 15 nömrəli mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1027 nömrəli reyestr kitabının 92469 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2018-ci il. xx xxxxxx 2019-cu il tarixli, 11 №-li arayışdan görünür ki, Cavabdeh1 və X4 nikahı xx xxxxxxxx 1964-cü il tarixdə bağlanmış, bu barədə 206 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rəhimova soyadı verilmişdir. xx xxxxxx 2020-ci il tarixli, **********20 saylı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 121, 15 saylı mənzil ilkin X3 adına xx xxxx 1995-ci il tarixdə qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın 4Ə-3-550 reyestr nömrəli xx xxxxxxxx 2009-cu il tarixli bağışlanma müqaviləsinə əsasən sözügedən mənzil X6 adına qeydiyaytdan keçmişdir. 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-911 reyestr nömrəli xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, sözügedən mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı notariat ofisinun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxx 2019-cu il tarixli 4Ə 163 reyestr nömrəli bağışlanma müqaviləsindən görünür ki, sözügedən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx xxxxxx 2020-ci il tarixli, **********25 saylı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Cavabdeh1 adına xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 136, mənzil 3 dövlət reyestrində qeydiyyatdan keçirilmiş və hazırda onun mülkiyətindədir. Cavabdeh1 adına xx xxxxxxx 2012-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, mənzil 3 dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Lakin 38 saylı NK-nın xx xxxxxx 2012-ci il tarixli 4Ə/03- 328 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, sözügedən ünvan Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, AK. Həsən Əliyev küçəsi, ev 125, mənzil 46 dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Lakin 38 saylı NK-nın xx xxx 2019-cu il tarixli 4Ə-157 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, sözügedən ünvan Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Akad. Həsən Əliyev küçəsi, ev 121, 15 saylı mənzil xx xxxx 1995-ci il tarixdə X3 adına ilkin dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. 15 saylı DNK-nın xx xxxxxxxx 2009-cu il tarixli 4Ə-3-№550 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, sözügedən ünvan X6 adına özgəninkiləşdirilmiş və xx xxxxxxx 2009-cu il tarixli MH ******* seriyalı çıxarışla rəsmiləşdirilmişdir. 51 saylı NK-nın xx xxxxxxxx 2018-ci il tarixli 4Ə-911 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, sözügedən ünvan Cavabdeh1 adına özgəninkiləşdirilmiş və xx xxxxxxxx 2018-c il tarixli RX ******* seriyalı çıxarışla rəsmiləşdirilmişdir. 38 saylı NK-nın xx xxx 2019-cu il tarixli 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, sözügedən ünvan Cavabdeh2 adına özgəninkiləşdirilmişdir, hazırda mülkiyyətindədir və xx xxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2985/2019 saylı qətnaməsinə əsasən xx.xx.1946-cı il təvəllüdlü, ünvan 2 mənzil 32 ünvanında qeydiyyatda olan Rəhimova (Qurbanova) Nərgiz Bilal qızı ölmüş elan edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 14220/19 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1 “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsi təmin edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsindən maraqlarına toxunan şəxs kimi apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14220/19 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş və sözügedən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İddiaçı X1 iddia tələbinin əsasını X4 ölmüş elan edilməsi ilə bağlı qətnamənin ləğv edilməsi faktı təşkil edir. Bu baxımdan N.B.Qurbanovanın yaşadığı ehtimal olunur. Bu halda isə “mübahisələndirilən birgə nikah dövründə əldə etdiyi əmlak ilə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsızlığını” birbaşa özü mübahisələndirə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmala) qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi”nə dair tələb ilə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından birinci instansiya məhkəməsi onun iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-5371/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5371/2020
19.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver