Məhkəmə qərarları › İş №2(103)-5372/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5372/2025

25.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5372/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “pay hüququnun tanınması, pul və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2202/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “pay hüququnun tanınması, pul və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 11M dair Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 11M saylı evin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh paylarının müəyyən olunması, həmin ünvana İddiaçı buraxılması, Cavabdeh 14.000 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 135 manatının və vəkilə ödənilmiş xidmət haqqının 200 manatının alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili həmin qətnamədən apellyasiya şikayəti vermişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2202/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2202/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən prosessual müddətinin bərpasına dair vəsatət və apellyasiya şikayəti ilə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2202/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001)-2202/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş prosessual müddətinin bərpasına dair vəsatəti və ona əlavə edilmiş sənədləri geri qaytarılmış və Cavabdeh izah edilmişdir ki, o, vəsatəti gücləndirilmiş elektron imza ilə imzalamaqla yenidən məhkəməyə müraciət edə bilər. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş e-2(001)-2202/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mülki işi üzrə İddiaçı ona qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “pay hüququnun tanınması, pul və s” tələbinə dair iddia ərizəsinə baxılmışdır. İddia ərizəsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2202/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mülki işi üzrə iddia tələbi qismən təmin edilmişdir. Bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2202/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ona təqdim edilməmişdir, vəkil və nümayəndəsi vasitəsilə də qətnamə ona təqdim edilməyib, baxmayaraq ki, ona aid asan imza da vardır. Qətnamənin nəticə hissəsinin xx.xx.2025-ci il tarixdə elan olunmasını ona vəkil və nümayəndəsi vasitəsilə çatdırılıb. Qətnamənin alınma tarixini vəkil və nümayəndəsini ona bildirməyib, apellyasiya şikayətinin məhkəməyə təqdim edilməsini ona bildirib. Apellyasiya şikayətini ona göstərmədiyi üçün ondan şübhələnmiş və ona görə də 2-ci dəfə digər vəkillə xx.xx.2025-ci il tarixdə müqavilə imzalamışdır. O, vəkilinə təxribatın baş verə biləcəyini bildirmiş və xahiş etmişdir ki, apellyasiya şikayətini təcili hazırlayıb, məhkəməyə təqdim etsin. Vəkil və nümayəndəsi xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini hazırlayıb, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etdi. Sonradan şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin səbəbi aydın oldu ki, apellyasiya şikayətinin Binəqədi Rayon Məhkəməsinə çatdırılması bir gün gecikdirilib. Göründüyü kimi apellyasiya şikayətinin bir gün gec çatdırılmasının səbəbi onun qüsurundan deyil, təxribatın nəticəsindən baş vermişdir. Baş verənləri üzürlü hesab edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2202/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mülki iş üzrə buraxılmış prosessual müddəti üzürlü hesab edib, buraxılmış prosessual müddəti bərpa edilməsini, Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasına bir neçə saat fasilə verilməsini xahiş etmişdir. Eyni zamanda vəsatəti əsassız hesab edir, cavabdeh məhkəmədə peşəkar vəkillə iştirak edib, apelyasiya şikayətinin son gününü bilib. Məhkəmə əməkdaşını bəhanə edib, hər hansı üzrlü səbəb göstərmədən müddət bərpa edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)- 2202/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)-2202/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ərizənin dəlillərini, habelə mülki işin materiallarını nəzərdən keçirərək qeyd edir ki, ərizə təmin edilməli, cavabdehin məhkəmə müdafiəsi hüququ məhdudlaşdırılmamalıdır. Belə olan halda məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, müddətin buraxılması üzürlü hesab edilərək qəbul edilmiş qətnamənin əsaslılığını yuxarı instansiya məhkəməsində mübahisələndirmək imkanı yaradılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçıı Atif oğlunun nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı iddiası qismən təmin edilmiş qətnamə xx.xx.2025-ci il tarixdə emehkeme portalına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixdə o, xx.xx.2025-ci il tarixdə cavabdeh qətnamədən apelyasiya şikayəti vermişlər. Cavabdehin apellyasiya şikayəti müddət ötürülməklə verildiyi üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(001)-2202/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, müddət bərpa edilmişdir. Qərardad əsaslandırılmamış, yalnız qanun normaları sadalanmış, müddətin hansı səbəbdən bərpa edilməsi qərardadda açıqlanmamış, qeyd edilməmişdir. Vəsatətdə təxribat, vəkil və məhkəmə katibi ilə bağlı deyilənləri məhkəmə qərardadın mətninə qəsdən və qərəzlə daxil etməmiş, onları gizlətmişdir ki, qeyri-ciddi sözlər qərardadda görünməsin, müddəti bərpa etmək mümkün olsun. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2202/2025 saylı qərardadı əsassız olduğu üçün ləğv edilməli, müddətin bərpası vəsatəti rədd edilməlidir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2202/2025 saylı qərardadının ləğv edilməsi və müddətin bərpası ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “pay hüququnun tanınması, pul və s. tələbinə dair” mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)-2202/2025 saylı qərardadından İddiaçıı Atif oğlunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətə qarşı etirazını onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş e-2(001)-2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli mülki işi üzrə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) pay hüququnun tanınması, pul və s. tələbinə dair” iddia ərizəsinə baxılarkən İddiaçı vəkili Nümayəndə Məmməd oğlu öz təxribatçı əməlləri ilə Cavabdeh vəkili və nümayəndəsi qismində məhkəmədə iştirak edən Vəkil1 qanunsuz əməllərə cəlb edərək öz müdafiə etdiyi mülki işi üzrə Cavabdeh aldatmağa vadar etmişdir. İlkin olaraq Binəqədi Rayon Məhkəməsində vəkil və nümayəndə qismində iştirak edən Vəkil1 onu aldadaraq Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2202/2025 saylı qətnaməsindən 27 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti verdiyini bildirmişdir. O, Binəqədi Rayon Məhkəməsindən apellyasiya şikayətinin verilib-verilməməsini öyrəndikdə apellyasiya şikayətinin verilməməsi ona bildirildi. Qətnamənin alınma tarixini vəkil və nümayəndəsi Vəkil1 ona bildirməyib, apellyasiya şikayətinin məhkəməyə təqdim edilməsini ona bildirib, apellyasiya şikayətini ona göstərmədiyi üçün ondan şübhələnib və ona görə də, digər vəkillə xx.xx.2025-ci il tarixdə müqavilə bağlayıb. Vəkili Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin nə vaxt verildiyini ona deməyi bildirdikdən sonra o əvvəlki vəkil və nümayəndəsi olmuş Vəkil1 dəfələrlə zəng edib xahiş edib ki, qeyd olunan qətnamənin qəbul etdiyi tarixi ona bildirsin. O, isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini xx.xx.2025-ci il tarixdə aldığını ona bildirib. Yeni müqavilə bağladığı vəkil onun onu aldada biləcəyini və məhkəmədən soruşmağı ona bildirib. Bildirir ki, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin e-2(001)- 2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ona təqdim edilməmişdir, vəkil və nümayəndəsi vasitəsilə də qətnamə ona təqdim edilməyib, baxmayaraq ki, ona aid asan imza da vardır. Qətnamənin nəticə hissəsinin xx.xx.2025-ci il tarixdə elan olunmasını ona vəkil və nümayəndəsi olmuş Vəkil1 bildirib və bildirib ki, apellyasiya şikayətini o, 27 iyun 2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə göndərib, bu haqda onda onun səs yazısı da vardır. Yeni bağladığı müqavilə üzrə vəkil və nümayəndəsi 11 saylı Vəkil bürosunun vəkili Vəkil2 ilk vəkilinin ona aid apellyasiya şikayətini təqdim edib-etməməsi ilə əlaqədar hakim Rəşad Qoşqarlının katibliyinə xx.xx.2025-ci il tarixdə saat 14:03-də müraciət edib. Katiblikdən (hakim köməkçisi) ona cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməməsini və apellyasiya şikayətinin son verilməsi müddətinin iyul ayının 11-i olduğu bildirilmişdir. xx.xx.2025-ci il tarixdə ilk vəkili Vəkil1 Rəşid oğlu apellyasiya şikayətinin məhkəməyə xx.xx.2025-ci il tarixdə qəbul olunmasını bildirib. Vəkil və nümayəndəsi təkrarən Rəşad Qoşqarlının katibliyinə xx.xx.2025-ci il tarixdə saat 14:20-də müraciət edib. Katiblikdən (hakimin katibi) ona cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməməsini və apellyasiya şikayətinin verilməsi son müddətinin iyul ayının 11-i olduğu bildirilmişdir. Sadəcə olaraq o, vəkilinə təxribatın baş verə biləcəyini bildirib və xahiş edib ki, apellyasiya şikayətini təcili hazırlayıb, məhkəməyə təqdim etsin. Vəkil və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini hazırlayıb, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edib. Sonradan şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin səbəbi aydın olub ki, apellyasiya şikayətinin Binəqədi Rayon Məhkəməsinə çatdırılması bir gün gecikdirilib. Göründüyü kimi apellyasiya şikayətinin bir gün gec çatdırılmasının səbəbi onun qüsurundan deyil, təxribatın nəticəsindən baş vermişdir. İlkin olaraq buna səbəb onun əvvəlki vəkilinin onu aldatması, daha sonra məhkəmə işçilərinin hakim köməkçisinin və hakim katibinin vəkil və nümayəndəsini aldatması səbəbi olmuşdur. Baş verənləri üzürlü hesab edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi R.Qoşqarlıdan xahiş edib ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə bağlı buraxılmış prosessual müddəti üzürlü hesab etsin, buraxılmış prosessual müddəti bərpa etsin. Bir gün müddətinə buraxılmış prosessual müddəti bərpa etdikdən sonra iddiaçı tərəf çıxarılan məhkəmə qətnaməsinin ləğv olunacağından qorxaraq bu fikrə düşmüşdür. Hesab edir ki, mülki iş üzrə İddiaçı məhkəməyə onun iştirakı olmadan verdiyi yalan izahatlar və sübuta yetirilməmiş dəlillərin üstünün açılmaması məqsədilə iddiaçının özü və vəkili Nümayəndə Məmməd oğlu hər vasitəyə əl atmağa çalışır ki, apellyasiya şikayətinə baxılmasın. Qeyd olunan sənədləri əldə etmişdir, sənədlərin hamısı rus dilindədir, sənədləri azərbaycan dilinə tərcümə üçün təqdim edib, xx.xx.2025-ci il tarixədək məhkəməyə çatdıracaq. Qeyd edilənlərə əsaslanaraq xahiş edir ki, mülki iş üzrə İddiaçı və vəkili Nümayəndə Məmməd oğlu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli e-2(001)-2202/2025 saylı qərardadından verilmiş şikayəti əsassız və qanunsuz olduğu üçün rədd edilsin. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixli mülahizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh qeyri-ciddi, təsdiqi olmayan, düşünüb özündən çıxartdığı guya hadisələrlə məhkəmədə inam yaratmağa çalışır və özü də fikir vermir ki, məhkəməyə dedikləri fikirlərin, sözlərin əvvəli ilə axırı biri-birinə ziddir. Onlar vicdanlı tərəf olaraq bir mövqe tutmuş, bir fikir demiş, bəyan etmişlər ki, tərəflərin şərikliyi olub və s. 1) Cavabdeh hər dəfə şikayətvermə müddətinin gecikdirməsini 1-ci vəkilin üstünə atmağa çalışır, amma bu zaman bir neçə məqamı yaddan çıxarır: Sual yaranır əvvəlki vəkil apellyasiya şikayəti verməsi üçün dövlət rüsumunu ödəmişdi? Vəkil öz cibindənmi rüsumu ödəyəcəkdi? Sən öz adından rüsumu ödəmədən vəkil necə şikayəti verəcəkdi? 2) 1-ci vəkil şikayət vermişdisə, xx.xx.2025-ci il tarixdə niyə 2-ci vəkillə müqavilə bağlayırdı? Axı bu keçid mərhələsində müqavilə bağlamağa ehtiyac yox idi. Apellyasiya Məhkəməsində iclas təyin edildikdən sonra vəkil zərurəti yaranacaqdı. Tələm-tələsik 2-ci vəkillə müqavilə bağlamağa cavabdehi nə vadar etdi? Niyə cavabdeh bunların səbəblərini, əsl həqiqəti demir, qeyriciddi, həqiqəti əks etdirməyən sözlərdən istifadə etməyə çalışır. O, bir vəkil olaraq Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad müəllimin köməkçiləri ilə əlaqə saxlayıb, onlar qətnamədən şikayət müddətinin son gününü heç səhv deyə bilməzlər, bu mümkün deyil. Başqa tərəfdən elektron kabinetin var, aç bax. Yəni, söhbət ondadır və məntiqi ardıcıllıq ona gətirir ki, cavabdeh qətnamədən şikayət verilmədiyini bilib, 1-ci vəkillə münasibəti kəsib, 2-ci vəkil tutmaq qərarına gəlib. 3) İşin mahiyyəti ilə bağlı bildirir ki, 19cu Polis Bölməsində yazdığı izahat var, orada həqiqətləri deyib, sonradan bunu 1-ci instansiya məhkəməsində inkar etsə də ki, guya onların şərikliyi olmayıb, pulu o qoymuşdur, Xəyal heç kim olub. Bu gün isə cavabdeh Apellyasiya Məhkəməsinə 1-ci instansiya və 19 Polis Bölməsinə yazdıqlarından fərqli fikirlər yazıb. Bütün xərcləri və əziyyəti Xəyal çəkib, Rusiyadakı əmlak cavabdehin adına olsa belə, bütün ödənişlər Xəyal tərəfindən həyata keçirlib. Bu haqda yüzlərlə, minlərlə qəbz var, bir qismini məhkəməyə təqdim edirlər. Sual yaranır: əgər şəriklik yox idisə, onda niyə Xəyala o boyda səlahiyyətlə etibarnamə verilirdi və üstündən 10 ilə yaxın müddət keçməsinə baxmayaraq, narazılıq bildirilmirdi. Bütün bunlar Xəyalın şərikliyə vicdanla yanaşdığını, cığallıq etmədiyini, cavabdehin isə şərikliyə etibarlı olmadığını göstərir. Xahiş edir nəzərə alınsız və müddət bərpa edilməsin. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 61. İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırkı mülki işin sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2202/2025 saylı qətnaməsi tərəflərə rəsmi qaydada təqdim edilmiş, cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə aldığı qətnamədən ilk dəfə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, cavabdehin apllyasiya şikayəti müddətin bir gün ötürülməsi əsası ilə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır. Daha sonra cavabdeh müddətin bərpası barərdə vəsatətini və təkrar veridiyi apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etmiş, bu dəfə birinci instansiya məhkəməsi özünün xx.xx.2025-ci il tarixli qərardadı ilə “vəsatətin gücləndirilmiş elektron imza ilə imzalanmaması” əsası ilə vəsatəti və apellyasiya şikayətini geri qaytarmışdır. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(001)- 2202/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddət qısa vaxt ərzində (bir gün) buraxılmış, daha sonra o, vəsaətini və təkrar verdiyi apellyasiya şikayətini məhkəməyə təqdim etsə də, birinci istansiya məhkəməsi tərəfindən onun, yalnız təkrar təqdim etdiyi vəsatətinə baxılaraq müddətin üzürlü səbəblərdən buraxılması barədə qərar qəbul edilmişdir. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2202/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar