Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5379/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X7 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1234/2021 №-li iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 və həyat yoldaşı X5 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1963-cü ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. X2 07.10.2010-cu ildə vəfat etmişdir. X4 22 iyul 2006-cı ildə vəfat edib. Ata nənəsi X9 28 avqust 1985-ci ildə Ucar rayon notoriat kontorunda özünə məxsus əmlakları, o cümlədən Qazıyan kəndində olan 2 otaqlı evini nəvəsi yəni ona bağışlamağı vəsiyyət etmişdir. Ədliyyə Nazirliyi Dövlət Notoriat Arxivinə müraciət edərək bildirdi ki, vəsiyətnamənin 14.05.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. X3 28 avqust 1993-cü ildə Qazyan kəndində vəfat etmişdir. 2019-cu ildə Ucar rayon DƏDRX-nin Ərazi İdarəsinə müraciət edərək mərhum nənəsindən miras qalan Qazyan kəndindəki 2 otaqlı evi və həyətyanı torpaq sahəsini özəlləşdirmək istədi. Ucar rayon notoriat kontoru ondan X6 valideynlərinin ölüm faktını müəyyən edən sənədləri tələb etdi. Qeydiyyat orqanına müraciət etsə də, ölüm faktını aşkar etməyərək ona imtina verdilər. Təqdim etdiyi Ucar rayon LHB-nın Qazyan kənd ərazi dairəsi üzrə nümayəndəsi yazıb bildirir ki, X6 valideynləri Allahverdiyev Alməmməd və həyat yoldaşı X10 ilə birlikdə Qazyan kəndində yaşamış, vəfat etmişlər, (arayış №673 13.10.2019) Ölüm şəhadətnamələrini təqdim edə bilmədiyindən vərəsəlik şəadətnaməsini ala bilmir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1234/2021 №-li iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ilk növbədə Ucar rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərardad çıxararaq sənədləri geri qaytararaq və ona izah verərək yenidən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyini bildirmişdir. Hazırki məhkəmə qətnaməsində göstərilən nöqsanların Ucar rayon məhkəməsi tərəfindən ona izah edilmədiyindən geri qaytarılan sənədləri eyni formada Nərimanov məhkəməsinə vermişdir. Ucar rayon məhkəməsində sənədlərin çatışmamazlığı ilə bağlı iradlar olmadığından məhkəmənin qərar qəbul etməsini gözləyirdi. Belə olan halda o yenidən Maraqlı şəxsnə müraciət edərək nənəsinin valideynlərinin ölüm faktının qeyidi aşkar olunmaması barədə 08.04.2021-ci il tarixdə sənəd almışdır. Bu sənədləri Apellasiya şikayətimə əlavə edir. Bu səbəbdən də, müvafiq qətnamə ləğv edilməli və ərizə təmin edilməlidir. Ərizəçi məhkəmə iclasında apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə maraqlı şəxssin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, ərizəyə mahiyyəti üzrə hüquqi qiymət vermədən hesab edir ki, ərizə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə icraatın iddia icraatı və xüsusi icraat növlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 306.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat qaydasında baxılan işlərin dairəsi isə MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (305.1.1).Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı bəndndə göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. MPM-ə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (maddə 387.1). Göstərilənlərə əsasən və MPM-in 259.0.12, 306.4, 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərmanov Rayon Məhkəməsinin 2(005)-1234/2021 №-li iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi (Maraqlı şəxs) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə izah edilsin ki, ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5379/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5379/2021
10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver