Məhkəmə qərarları › İş №2(103)-5403/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5403/2023

28.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5403/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2rşı zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Açar sözlər: qətnamə hüquq və vəzifələrinə toxunduğunu iddia edən şəxsin şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2rşı zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(004)-1097/2023 nömrəli qərardadından Şahid3 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən və İran İslam Respublikası vətəndaşı X7 tərəfindən zəbt edilmiş köşkün boşaldılması və qanuni sahibliyində olan köşkdən istifadə edə bilmək üçün yaradılmış maneələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(004)- 4068/2022 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmış, məhkəmənin həmin tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2022-cü il tarixli, 2(004)-4068/2022 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizə vermişdir.

4. Ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(004)-4068/2022 nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(004)- 1097/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2(004)-1097/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

7. Cavabdeh qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2(103)-4170/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır.

8. Şahid3 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

9. Şikayətin əsaslarına görə, uzun müddətdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən köşk faktiki olaraq onun istifadəsindədir. Göstərilən xüsusat işdə iştirak еdən şəxslərin izahatlarında da ifadə olunmuşdur. Həmçinin, iddiaçının izahatı ilə təqsdiq оlunmuşdur. Lakin, məhkəmə onu işə cəlb еtmədən onun hüquq və mənafеlərinin pozulması ilə nəticələnən qətnamə qəbul еtmişdir.

10. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(004)- 1097/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qətnamənin Şahid3 hüquq və vəzifələrinə toxunduğu müəyyən edilmədiyindən geri qaytarılmışdır.

11. Qərardadın əsaslarına görə, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti verən X3 iş üzrə şahid qismində proses iştirakçısı kimi əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin 357-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən şahidin iş üzrə qəbul edilmiş məhkəmə aktlarından şikayət vermək hüququ müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı X3 şahid qismində dindirilərkən o, mübahisə predmeti barədə, yəni mübahisə predmetinin onun icarəyə götürdüyü köşkün kimin sahibliyinə verilməsi barədə olmasına dair kifayət qədər məlumatlı olmuşdur. Lakin həmin vaxt o, mübahisənin onun hüquqlarına toxunması barədə məlumat verməmiş və həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını məhkəmədən tələb etməmişdir. Həmçinin, X3 hazırda qətnamədən apellyasiya şikayəti verməklə onun maraqlarına toxunmasını bildirməsinə baxmayaraq, buna dair ərizə verməmiş, hətta apellyasiya şikayətində belə qətnamənin hansı hissədə onun hüquqlarına toxunmasını əsaslandırmamış və buna dair sübut təqdim etməmişdir.

12. Şahid3 həmin qərardaddan şikayət vermişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında tərəflərin izahatları, o cümlədən iddiaçının izahatı ilə təsdiq olunmuşdur ki, mübahisəli köşk uzun müddətdir ki, faktiki olaraq onun istifasindədir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə iclasında ifadə versəm də, məhkəmə onu işə cəlb etməmiş, lakin köşkün boşaldılmasına dair qətnamə qəbul etməklə mənim hüquq və mənafelərimin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, göstərdiyim kimi, uzun müddətdir ki, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, “İnşaatçılar” metro stasiyasının yaxınlığında yerləşən köşk faktiki olaraq mənim istifadəmdədir. Göstərilən xüsusat işdə iştirak edən şəxslərin izahatları, həmçinin iddiaçının izahatı ilə təsdiq olunmuşdur. Lakin, məhkəmə onu işə cəlb etmədən hüquq və mənafelərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılması əsası kimi ona istinad etmişdir ki, şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxsin mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı və məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-ci il tarixli, e-2(004)- 1097/2023 nömrəli qərardadı şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmuşdur.

17. İşdən görünür ki, tərəflər arasındakı hazırkı mübahisə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən köşkün boşaldılması ilə bağlıdır. İddiaçı bu barədə tələbini köşkün onun qanuni sahibliyinə verilməsi ilə əsaslandırmışdır.

18. Qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu iddia edən Şahid3 isə şikayətini köşkün onun faktiki istifadəsində olması ilə əsaslandırmışdır.

19. Məhkəmə kollegiyası Şahid3 dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq, əlavə olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsində 28 fevral 2023-cü il tarixli məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid3 köşkü iddiaçının oğlundan icarə əsasında götürdüyünü və icarə haqqı ödəməklə icarəçi kimi fəaliyyətini davam etdirdiyini bildirmişdir.

20. İşin məhz bu halı da onu deməyə əsas verir ki, Şahid3 qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanına bilməz.

21. Belə ki, sonuncunun icarəçi kimi, icarəyə götürdüyü obyektin əsl sahibinin kim olması barədə mübahisəyə müdaxilə etməsi məntiqə uyğun deyildir, belə bir müdaxilənin heç bir hüquqi əsası mövcud deyil. Bu apellyasiya şikayətinin icraata qəbul edildiyi və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Şahid3 maraqları baxımından işin hər hansı istiqamətdə araşdırılması hüquqi baxımdan mümkünsüzdür.

22. Qətnamənin nəticəvi hissəsində də köşkün məhz cavabdeh X8 tərəfindən boşaldılması və iddiaçının köşkdən istifadəsi üçün maneələrin aradan qaldırılması qət edilmişdir.

23. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(004)- 1097/2023 nömrəli qərardadından Şahid3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(004)- 1097/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar