Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5416/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-yə iddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh İddiaçı qarşı mülki iş (Açar sözlər: «əmlakın boşaldılması və təhvil verilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr qeydinin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlərin nümayəndəsi (birləşdirilən iş üzrə iddiaçı LPO MMC-nin) və vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1463/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı və LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Bakı şəhəri 12 saylı Dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) alqı-satqı müqaviləsi ilə Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti(bundan sonra “KHVTİC”) ünvan 1 ünvanda yerləşən «KHVTİC kiçik avtomobil emalatxanası» obyektini 135.144.000 manata (AZM) İddiaçı satmışdır.
2. Notariat işindəki materiallarla təsdiq olunur ki, İddiaçı müqavilə üzrə 135.144.000 manat (AZM) satıcı “KHVTİC”-nin hesabına mədaxil etmişdir(xx.xx.2005-ci il tarixli AİT seriyalı 80703 saylı kassa mədaxil qəbzi). “KHVTİC”-nin Respublika X6 Bürosunun 29 noyabr 2004-cü il tarixli 32 saylı qərarı ilə İddiaçı 05 noyabr 2004-cü il tarixdə “KHVTİC” Respublika Şurasına müraciət edərək, ünvan 1 ünvanda yerləşən «KHVTİC kiçik avtomobil emalatxanası» obyektinin balansdan çıxarılması şərti ilə satılmasına icazə verilməsini xahiş etmişdir. Respublika Şurası həmin obyektin qorunub saxlanılmasında qarşıya çıxan çətinlikləri və Könüllü Hərbi X3 Cəmiyyətinin maliyyə vəziyyətinin son dərəcə ağır olmasını nəzərə alaraq tərəflər arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsini, sözügedən obyektin balansdan çıxarılması şərti ilə İddiaçı satılmasına icazə verilməsini qərara almışdır. xx.xx.2004-cü il tarixli aktdan görünür ki, “KHVTİC” RŞ əmlakının satılması üzrə təşkil edilmiş komissiya əmlakın satış qiymətinin balans dəyərinə bərabər olmasını təsdiq edərək hesaba köçürülməsini təklif etmişlər. Cəmiyyətin xx.xx.2005-ci il tarixli arayışından görünür ki, obyekt inzibati, kommunal və digər təşkilatlar tərəfindən girov qoyulmamış, həbs edilməmişdir.
3. Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 15 avqust 2005-ci il tarixli 009956 saylı texniki pasportdan görünür ki, həmin Büro tərəfindən ünvan 2 ünvanda yerləşən kiçik avtomobil emalatxanası qeyri-yaşayış sahəsinə dair İddiaçı adına müəssisə və obyektin texniki pasportu tərtib edilmiş, pasportda texniki göstəricilər (parametrlər) müfəssəl şəkildə qeyd olunmuşdur.
4. xx.xx.2007-ci il tarixli ərizə ilə İddiaçı “KHVTİC”-in Respublika Şurasının sədri, polkovnik N.H.Orucova müraciət edərək, kiçik avtomobil təmiri emalatxanasının onun tərəfindən cəmiyyətə bəxşiş edilməsinə razılıq verilməsini xahiş edib.
5. “KHVTİC” Respublika X6 Bürosunun 06 aprel 2007-ci il tarixli 9 saylı protokolundan və eyni tarixli qərarda göstərilib ki, İddiaçı kiçik avtomobil emalatxanasını KHVTİC RŞ-ya bağışlaması məsələsinə baxılmış, məsələ ətrafında çıxışlar dinlənilmiş, həmin obyektin bağışlanması barədə obyekt sahibi İddiaçı məlumatı Rəyasət Heyəti Bürosunun üzvləri tərəfindən qəbul edilmiş, kiçik avtomobil emalatxanası obyektinin 03 aprel 2007-ci il tarixdən “KHVTİC” RŞ-nın balansına alınması, İddiaçı tərəfindən alınmış avadanlıqların geri qaytarılması qərara alınmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 1022 ünvan 3 ünvanda yerləşən 436,80 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə qarşı əmlakın boşadılması tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan «Hərbi vətənpərvərlik və X2» MMC-nin cavabdeh qismində işə cəlb edilməsini, xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi giriş 67 ünvanda yerləşən, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr saylı, ümumi sahəsi 436,80 m2 olan qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına boşaldılması, cavabdehlər tərəfindən ona daşınmaz əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və həmin daşınmaz əmlakın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
8. İddiada göstərilib ki, daşınmaz əmlak iddiaçı tərəfindən 10 iyun 2005-ci il tarixdə notarial alğı-satqı müqaviləsi əsasında əldə edilmiş və daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Maddi imkanı olmadığına görə həmin əmlakı təmir edə bilməmiş və bir müddət ora gedib-gəlməmişdir. Daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi Könüllü Hərbi X3 Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etmiş və əmlakını dövlətə vermiş, onun əmlakı Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2023-cü il tarixli 2353 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir. İddiaçı cari ilin iyul ayında əmlaka baxış keçirmək üçün içəri daxil olmaq istəmiş, lakin qapının kilidinin dəyişmiş olması və özünü mühafizəçi kimi təqdim edən şəxsin kilidi qıraraq içəri daxil olmağa icazə verməməsi halı ilə qarşılaşmışdır. Mühafizəçi bildirmişdir ki, hal-hazırda əmlak Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansındadır. Daşınmaz əmlakın dövlət reystrindən çıxarışı təqdim etdiyinə baxmayaraq, mühafizəçi bunun səhv olduğunu israr edərək əmlaka girişi məhdudlaşdırmışdır.
9. Ləğv prosesində olan «Hərbi vətənpərvərlik və X2» MMC də İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,ünvan 2 (yeni qaydalarla ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 436.8 m2 olan qeyri-yaşayış binasına dair “KHVTİC” ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaradılmış daşınmaz əmlakın dövlət reyestr qeydinin (reyestr nömrəsi: **********80-06301) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
10. Bu iddiada isə göstərilib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyəti yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2023-cü il tarixli 2353 nömrəli «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir. Həmin Fərmanın 3-cü hissəsi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsini təmin etməsi qərara alınmışdır. «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 noyabr tarixli 2353 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2023-cü il tarixli 918s nömrəli Sərəncamının 2.1-ci hissəsi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Həmin Sərəncamın 2.2-ci hissəsi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 noyabr tarixli 2353 nömrəli Fərmanı, həmin Fərmanın icrasının təmin edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 dekabr tarixli 918s nömrəli Sərəncamından irəli gələn məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 10 yanvar 2024-cü il tarixli 10 nömrəli Əmrinin 1-ci hissəsinə müvafiq «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvetmə komissiyası yaradılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2005-ci il tarixli, AN-İ N° ******* saylı daşınmaz əmlakın alğı- satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən «KHVTİC kiçik avtomobil emalatxanası» alıcının (yəni cavabdehin) mülkiyyətinə verilmişdir. Lakin sonradan, yəni xx.xx.2007-ci il tarixdə cavabdeh İddiaçı tərəfindən verilmiş notarial ərizə əsasında həmin əmlak iddiaçı cəmiyyətin özünə qaytarılmışdır. Belə ki, həmin ərizədə cavabdeh tərəfindən qeyd edilmişdir ki, «cəmiyyətin maliyyə vəziyyətini nəzərə alaraq, kiçik avtomobil təmiri emalatxanasını cəmiyyətə (KHVTİC) bəxşiş etməyimə razılıq verəsiniz». Bunun əsasında, Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti Respublika X6 Bürosunun iclası çağrılmış, 09 saylı, xx.xx.2007-ci il tarixli qərarla İddiaçı qeyd edilən ərizəsi qəbul edilmiş, ünvan 1 ünvanda yerləşən kiçik avtomobil emalatxanası obyekti 03 aprel 2007-ci il tarixdən KHVTİC RŞ-nin balansına alınmışdır. Göründüyü kimi həm iddiaçının, həm də cavabdehin həmin emalatxananın qaytarılması ilə bağlı aydın iradə ifadəsi olmuş, uzun illər bununla əlaqədar hər hansı mübahisə yaşanmamışdır. Faktiki olaraq tərəflər arasında bağışlama müqaviləsi olmuş, lakin bu, yazılı müqavilə qaydasında rəsmiləşdirilməmişdir. Bunun əsasında Könüllü Hərbi X3 Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012ci il tarixli 681 nömrəli Fərmanına əsasən ləğv edildikdə, tərtib edilmiş təhvil-təslim aktında (27-ci səhifə, 76. bənd) həmin emalatxanaya istinad olunmuş, KHVTİC-nin balansında olan digər əmlaklarla birlikdə bu emalatxana da «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansına keçmişdir. Bu emalatxananın balansda olmasını xx.xx.2024-cü il tarixə «Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi» hesabatı, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu təsdiq edir. Həmin məktubda da göstərilmişdir ki, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansında olan bu emalatxananın Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansına verilməsinə etiraz edilməmişdir. Göründüyü kimi məhz cavabdehin xx.xx.2007-ci il tarixli ərizəsi və Könüllü Hərbi X3 Cəmiyyəti Respublika X6 Bürosunun 09 saylı, xx.xx.2007-ci il tarixli qərarı əsasında balansa qəbul edilmiş emalatxana daha sonrakı bütün sənədlərdə, rəsmi hesabatlarda cəmiyyətin əmlakı kimi qeydiyyatı aparılmışdır. Lakin cavabdeh sonradan, faktiki olaraq «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin ləğv edilməsini bildikdən sonra öz adına formal reyestr qeydi yaratmaq, hüquqdan sui-istifadə etməklə özü üçün hüquqlar əldə etmək məqsədilə çıxarış əldə etmişdir. Məhz buna görə də xx.xx.2007-ci il tarixli ərizəni verdiyi gündən cavabdeh heç vaxt əmlakdan istifadə etməmiş, ora gəlməmiş, hər hansı etirazını bildirməmişdir. Bu isə tamamilə məntiqə və həyatın normal axarına ziddir. Necə ola bilər ki, şəxs 2005-ci ildə qeyri-yaşayış sahəsi əldə etsin, lakin ondan istifadə etməsin, onunla maraqlanmasın. Əgər İddiaçı həqiqətən həmin əmlakın mülkiyyətçisi olsa idi, oradan başqa şəxslərin istifadə etdiyini müəyyən edər, onlara etiraz edər və boşaldılma üçün müvafiq orqanlara müraciət edərdi. Bu halda cavabdeh yalnız 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Bunun səbəbi isə qeyd edildiyi kimi «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin ləğv edilməsini bilməsidir. Hətta xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 436,80 m2 olan qeyriyaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və İddiaçı təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Hazırki iddia ilə məhkəməyə müraciətdə əsas məqsəd mübahisə predmeti olan əmlakın dövlətə qaytarılmasından ibarətdir. Çünki yuxarıda da qeyd olunduğu kimi «Hərbi Vətənpərvərlik və X2» MMC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş, onun əmlakının müvafiq dövlət orqanları, o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırmaqla dövlətə qaytarılması nəzərdə tutulmuşdur. Məhz buna görə də Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansında olan bu emalatxananın Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansına və Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bu halda Könüllü Hərbi X3 Cəmiyyəti Respublika X6 Bürosunun 09 saylı, xx.xx.2007-ci il tarixli qərarı hədiyyə alan qismində hədiyyəni qəbul etməsini tam olaraq sübuta yetirir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2029/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərardadı ilə yuxarıda qeyd edilən tələblər üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
12. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1463/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) İddiaçı iddiasının rədd edilməsi; iddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin iddiasının isə təmin edilərək İddiaçı ilə “KHVTİC” arasında bağlanmış xx.xx.2005-ci il tarixli AN-İ seriyalı ******* saylı 4Ə- 03-609 reyestr saylı daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2024-cü il tarixdə İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi və LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-dən xx.xx.2005- ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ödənilmiş ********* (yüz otuz beş milyon yüz qırx dörd min manat) köhnə Azərbaycan manatına görə denominasiya qaydalarına uyğun olaraq 27028,80 (iyirmi yeddi min iyirmi səkkiz manat səksən qəpik) manatın tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin isə tərəflərə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99 (yeni qaydalarla: AZ1022, ünvan 6 ünvanında dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, istifadə verilmiş 0,0481 ha torpaq sahəsində yerləşən sahəsi 436,80 kv.m.olan qeyri-yaşayış sahəsinin onun faktiki sahiblik və istifadəsinə verilməsini, maneələrin aradan qaldırılmasını tələb etmişdir. İddiaçının həmin sahə üzərində mülkiyyət hüquqları xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla onunla Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti arasında xx.xx.2005-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi əsasında qeydə alınmışdır. Araşdırılmış iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti, Cəmiyyətin inzibati binasının tikintisi üçün 1958-ci ildə ona ayrılmış torpaq sahəsinin sərhədləri daxilində kiçik avtomobil təmiri emalatxanasının inşasına dair qərar qəbul etmiş, emalatxananın tikintisini başa çatdırmış, tikilinin istismara və balansa qəbuluna dair qərarlar qəbul etmişdir. Emalatxananın tikintisi başa çatdıqdan sonra Cəmiyyətin ali orqanı onun özgəninkiləşdirilməsi barədə qərar qəbul etməklə xx.xx.2005-ci il tarixdə bağlanmış əqd əsasında onu İddiaçı notariat orqanında təsdiqlənmiş müqavilə əsasında satmışdır. Notariat işi materiallarında olan sənədlərdən müəyyən edilir ki, notariat orqanı mübahisəli müqavilə bağlanan anda satıcının əmlakın satılmasına dair hüquqlarına yalnız həmin şəxsin özünün təqdim etdiyi sənədlər üzərindən qiymət verilmişdir. Satıcının təqdim etdiyi sənədlər özünün həmin əmlakın tikintisinə razılıq verməsi, tikintini həyata keçirməsi və bundan sonra tikintini başa çatdıraraq onun istismarına razılıq verməsindən ibarət olmuşdur. Hər nə qədər də Cəmiyyət həmin an üçün onun istifadəsinə verilmiş torpaq sahəsində bina inşa etməsinə dair səlahiyyətli olmasını öz nizamnaməsinə əsasən müəyyən etdiyini əsaslı hesab etsə də, həmin dövrdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən həmin tikilinin aparılmasına dair lazımi icazələrin alınmasını şərtləndirən müddəalarında hazırki hala münasibətdə istisna müəyyən edilməmişdir. Belə ki, hüquqi şəxsin əmlak üzərində hüquqlarının qanuni əsası olmadan ehtimal əsasında davranışı əsas olmuşdur. İddiaçı mülkiyyət hüquqlarının pozulmasına dair dəlilləri o baxımdan təkzib olunur ki, İddiaçı Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti ilə xx.xx.2005-ci il tarixdə alqısatqı müqaviləsi bağlasa da, faktiki olaraq həmin əmlakı mülkiyyətinə qəbul etməmiş, habelə əmlak üzərində faktiki istifadə və sahibliyi də həyata keçirməmişdir. Üstəlik də İddiaçı xx.xx.2007-ci il tarixdə ərizə əsasında həmin əmlakın Cəmiyyətə əvəzsiz verilməsinə dair razılığını ifadə etmişdir. İddiaçının iddia etdiyi kimi mübahisəli əmlakı 2005-ci il tarixdə notariat orqanında rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə əldə etməsinə baxmayaraq iddiaçı həmin əmlak üzərində bu və ya digər hüquqlarının qeydə alınmasını həyata keçirməmiş, hətta ötən müddət ərzində bir gün belə olsun əmlak üzərində faktiki olaraq hüquqlarını həyata keçirməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız alqı-satqı müqaviləsinin bağlanmasından 19 il sonra hüquqların dövlət qeydiyyatına dair çıxarış əldə etməklə hazırki iddia tələbini irəli sürmüş və bununla da sankı əmlaka faktiki istifadə və sahibliyi həyata keçirən qarşı tərəf olan hüquqi şəxsi fakt qarşısında qoymuşdur. Məhkəmə hesab edir ki, bu hal hüquqdan sui- istifadədir və bu isə yolverilməzdir. Məhkəmə LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin alqı-satqı müqaviləsi ilə bağlı etibarsızlıq tələbini təhlil edərkən bir daha vurğulayır ki, Könüllü Hərbi X3 Cəmiyyətinin qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakı özünün xüsusi mülkiyyət kimi qiymətləndirməklə əqd bağlaması sözsüz ki, həmin əqdin etibarlılığını aradan qaldırır. Cəmiyyətin istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələrində müxtəlif tikililər inşa etməsi heç də cəmiyyətə həmin tikilini qanuni daşınmaz əmlak statuslu hesab etməklə özgəninkiləşdirməsinə əsas verə bilməz. Məhkəmə İddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin mübahisəli müqavilə üzrə tərəf olmadığından belə bir iddia tələbi irəli sürməyə dair subyektiv hüququnun olmaması ilə bağlı bildirir ki, LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin ləğv prosesi çərçivəsində mübahisəli əmlak müvafiq normativ aktlar əsasında MMC-nin balansına verilmiş əmlaklar içərisində yer almaqdadır. Bu hal da bir daha onu təsdiq edir ki, İddiaçı həmin əmlaka aidiyyəti yalnız formal şəkildə bağlanmış alqı-satqı müqaviləsindən istifadə edərək 19 il sonra hüquqlarının da formal qeydiyyata alınmasına nail olmaqdan ibarət olmuşdur. Məhkəmə subyektiv hüquq ilə bağlı məsələyə bir daha vurğu edərək qeyd edir ki, Prezidentin müvafiq Fərmanı çərçivəsində Könüllü Hərbi X3 Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etməsi və əmlakını dövlətə verməsi nəzərə alınmaqla, digər əmlaklar kimi mübahisəli əmlakın da həmin Fərman əsasında yaradılmış «Hərbi vətənpərvərlik və X2» MMC-yə verilməsi qərara alınmışdır. LPO «Hərbi vətənpərvərlik və X2» MMC hazırda ləğv etmə prosesindədir və bu fakt isə hüquqi şəxsin əmlakının (hətta balansında olan faktiki əmlak kimi) müqəddəratının həlli baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən sözsüz ki, LPO MMC belə bir tələbin irəli sürülməsində subyektiv hüquqa malik hesab edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi mübahisəli əqd bağlanarkən Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyətinin mülkiyyətində olmamışdır. Qanunvericiliyin tələblərindən aydın şəkildə göründüyü kimi, xx.xx.2005-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanarkən müqavilə predmeti olan qeyri- yaşayış sahəsi nəinki Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyətinin mülkiyyətində olmadığından, ümumiyyətlə həmin əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmadığından, həmin müqaviləni bağlamaq səlahiyyəti (əqdi bağlamaq üçün zəruri olan mülkiyyət hüququ mövcud olmadığından) olmamışdır. İstər əmlakın notarial alqı-satqının predmeti olmaması əsasına görə, istərsə də satıcının əmlakı satmağa səlahiyyətinin olmaması səbəbdən, həmin əqd bağlandığı andan etibarsızdır. Odur ki, LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin xx.xx.2005-ci il tarixli, AN- İ N ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı tələbi əsaslı hesab edilməli, eləcə də, həmin əqdə əsasən müqavilənin digər tərəfi olan İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Həmçinin İddiaçı hüquqlarının müdafiə olunması baxımından, qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiyi vəsaitin ona geri qaytarılması təmin edilməli, bu vaxt əhəmiyyətsiz əqd üzrə ödənilmiş 135.144.000 manata (AZM) görə denominasiya qaydalarına uyğun olaraq 27028,80 manat məbləğində pul LPO «Hərbi vətənpərvərlik və X2» MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarətdir ki, müqavilə özlüyündə əhəmiyyətsiz hesab edilsə də, həmin müqavilə üzrə əmlakın dəyərinin Cəmiyyətin hesabına mədaxil edilməsinə dair qəbz və ödənişin həyata keçirilməsi bu və ya digər formada iddiaçı və cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə bu halı işin mübahisəsiz halı kimi qəbul edir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi vətənpərvərlik və X2» MMC-yə qarşı «əmlakın boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiasına münasibətdə qeyd edir ki, İddiaçı qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbini irəli sürməyə subyektiv hüququ əqdin etibarsızlığı və onun əsasında aparılmış qeydiyyatın ləğvi nəticəsində aradan qalxmış hesab edilir. Belə ki, mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni hazırda İddiaçı təqdim etdiyi hüquqların dövlət reyestrindən çıxarış bağlandığı andan etibarsız olan əqdə əsasən verilmişdir. Bu səbəbdən, iddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin iddiası təmin edilərək, həmin əqd etibarsız hesab edilmiş, əqd əsasında aparılmış qeydin və təqdim olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır. Mahiyyət etibarı ilə ikinci iddianın təmin edilməsi birinci iddianın təmin edilməsini mümkünsüz edir. Bu səbəbdən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi vətənpərvərlik və X2» MMC-yə qarşı «əmlakın boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiası əsaslı hesab edilə və təmin oluna bilməz. Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
14. Qətnamədən İddiaçı və LPO «Hərbi vətənpərvərlik və X2» MMC apellyasiya şikayəti vermişdir.
15. Birinci iddia üzrə İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, birinci instansiya məhkəməsi bir tərəfdən hesab edib ki, əmlak hüquqi cəhətdən mövcud olmamışdır və Könüllü Hərbi X3 Cəmiyyəti (KHVTİC) həmin əmlakı İddiaçı sata bilməzdi. Buna baxmayaraq məhkəmə hesab edib ki, həmin əmlak LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin ləğv prosesi çərçivəsində müvafiq normativ aktlar əsasında MMC-nin balansına verilmiş əmlaklar içərisində yer almaqdadır. Bununla da birinci instansiya məhkəməsi öz mövqeyini təkzib etmişdir. Başqa sözlə, əmlak dövlət reyestrində qeydiyyata alınmamışdırsa, hər hansı müəssisənin balansında ola bilməzdi. Belə olan halda, Könüllü Hərbi X3 Cəmiyyəti (KHVTİC) İddiaçı etibarlı və ya etibarsız müqavilə əsasında satmış olduğu əmlakı mübahisələndirmək üçün LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin subyektiv hüququ mövcud olmur.
16. İkinci iddia üzrə iddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMC (nümayəndəsi və vəkili Nümayəndə) isə qətnamənin LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-dən xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ödənilmiş ********* (yüz otuz beşmilyon yüz qırx dörd min manat) köhnə Azərbaycan manatına görə denominasiya qaydalarına uyğun olaraq 27028,80 (iyirmi yeddi min iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilməsini xahiş edib göstərir ki, qətnamənin məhz bu – 27028,80 (iyirmi yeddi min iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində pulun iddiaçı SadıxovCeyhun Rüfət oğluna ödənilməsi hissəsi ilə razı deyil. Belə ki, xx.xx.2007-ci il tarixində cavabdeh İddiaçı tərəfindən verilmiş notarial ərizə əsasında həmin əmlakın bağışlanması xahiş edilmişdir. Həmin ərizədə İddiaçı tərəfindən qeyd edilmişdir ki, cəmiyyətin maliyyə vəziyyətini nəzərə alaraq, kiçik avtomobil təmiri emalatxanasını cəmiyyətə (KHVTİC) bəxşiş etməyimə razılıq verəsiniz. Bunun əsasında, Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti Respublika X6 Bürosunun iclası çağrılmış, 09 saylı, xx.xx.2007-ci il tarixli qərarla İddiaçı qeyd edilən ərizəsi qəbul edilmiş, ünvan 7 ünvanda yerləşən kiçik avtomobil emalatxanası obyekti 03 aprel 2007-ci il tarixdən KHVTİC RŞ-nin balansına alınmışdır. Həmin ərizə və ərizənin reyestrdən çıxarışı vəkil sorğusu əsasında əldə edilmiş və məhkəməyə təqdim edilmişdir. Ərizədən də göründüyü kimi SadıxovCeyhun həmin əmlakın bağışlanması istəmiş, yəni pulsuz olaraq əmlakı cəmiyyətə vermiş, cəmiyyət də həmin əmlakı öz balansına qəbul etmişdir. Bu ərizə onu göstərir ki, İddiaçı ödədiyi vəsaitdən imtina etmiş, bununla bağlı aydın iradə ifadəsi olmuşdur. Belə olan təqdirdə məhkəmənin şəxsin iradəsinə zidd olaraq vəsaiti yenidən ona qaytarması qanuni olmamışdır. Digər tərəfdən, Mülki məcəllənin 337.5-ci maddəsinə əsasən, “Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” Göründüyü kimi qanunvericilik məhz ödənişi alan tərəfin geri qaytarması öhdəliyini müəyyən etmişdir. İndiki halda LPO "Hərbi Vətənpərvərlikvə X2" MMC ödənişi qəbul edən tərəf olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyəti Cəmiyyəti yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyəti Cəmiyyətinə verilmişdir. Göründüyü kimi, KHVTİC hüquqi varislik qaydasında LPO "Hərbi Vətənpərvərlik və X2" MMC-yə çevrilməmişdir. Onun əmlakı dövlət tərəfindən qəbul edilmiş və LPO "Hərbi Vətənpərvərlik və X2" MMC-yə verilmişdir. Ona görə də hal-hazırda həmin əmlakla bağlı müqavilənin etibarsızlığı tələbi məhz LPO "Hərbi Vətənpərvərlik və X2" MMC tərəfindən qaldırılmışdır. Lakin ödənilmiş vəsaiti geri qaytarmaq LPO "Hərbi Vətənpərvərlik və X2" MMC-nin öhdəliyi kimi müəyyən olunmur.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (birləşdirilən iş üzrə iddiaçı LPO MMC-nin) və vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 326. Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. .Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı: Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
26. Hər iki apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün iddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi, cavabdehin apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-dən xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ödənilmiş ********* (yüz otuz beş milyon yüz qırx dörd min manat) köhnə Azərbaycan manatına görə denominasiya qaydalarına uyğun olaraq 27028,80 (iyirmi yeddi min iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilsin.” hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin hər iki apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
27. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
28. 1-ci iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, 2-ci iddianın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
29. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə 1-ci iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır, 2-ci iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından haqlı sayılır.
30. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
31. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
32. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddiaların və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
33. Əvvəla, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına hər hansı bir hüquqla qeydə alınmaması işin mübahisəsiz halıdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır(MM.m.146.3). Demək ki, göstərilən vaxt daşınmaz əmlakın dövlət reyestri obyekti olmayan əmlak üzərində sərəncam verilməsi qanuna uyğun olmayıb. Təsdiqləmə zamanı da notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Çünki təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır(MM.m.144.1).
34. Buna baxmayaraq, qeyd olunan qeyri-yaşayış sahəsi bir tikinti obyekti olaraq mövcud olub və sonradan məlum Fərmana əsasən LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin balansına verilmiş əmlaklar içərisində yer alması qanunsuz ola bilməzdi. Deməli MMC-nin də həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin etibarsızlığının (əhəmiyyətsizliyinin) təsdiqi üçün iddia irəli sürməyə subyektiv hüququ olmaya bilməzdi. Ən azından ona görə ki, müqavilə bağlanarkən daşınmaz əmlakın dövlət reyestrinin müstəqil obyekti olmasa da sonradan qanunla müəyyən edilmiş qaydada həmin ünvandakı digər tikililərin tərkib hissəsi kimi onun balansına verilmişdir.
35. Bundan əlavə, İddiaçı Azərbaycan Respublikası Könüllü Hərbi X3 Cəmiyyəti ilə xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, faktiki olaraq həmin əmlaka dair 2024-cü ilədək mülkiyyət hüququ qeydə alınmayıb, üzərində bir an da olsa belə faktiki istifadə və sahibliyi həyata keçirməyib. Üstəlik xx.xx.2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə əsasında Cəmiyyətə əvəzsiz bağışlamışdır.Yalnız alqı-satqı müqaviləsinin bağlanmasından 19 il sonra qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olduqdan sonra hüquqdan başqasına zərər vurmaq məqsədi ilə hazırkı 1-ci iddianı irəli sürüb ki, bu da vicdanlılığın tələb etdiyi tərz sayılmır. 36.Göstərilənlərlə yanaşı LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin apellyasiya şikayətinin dəlilləri də onun mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsini etibarsız əqd əsasında olsa da əvəzi ödənilməklə əldə edib. Yəni, xx.xx.2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə əsasında Cəmiyyətə əvəzsiz bağışlasa da, bundan əvvəl mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin əldə edilməsinə əsas olmuş müqavilənin əhəmiyyətsizliyi təsdiq olunur. Demək ki, bağışlamaya əsaslanıb xx.xx.2005-ci il tarixli müqavilə üzrə ödənilən vəsaitin geri qaytarılmaması açıq-aşkar ədalətsiz nəticə olardı. Ödənişi qəbul edənin cavabdeh MMC olmaması da heç nəyi dəyişmir. Çünki ödənişi qəbul edən olmasa da, qeyri-yaşayış sahəsini balansına qəbul edəcək şəxs olduğundan əvəzində ödənişi qaytarmaq öhdəliyi də onun üzərinə düşür.
37. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən İddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür 1-ci iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı və hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
38. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1463/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1463/2025 saylı, 10 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.