Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-551/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafyel qızının katibliyi, İddiaçı Baxşəliyev Simay Rəsul oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1875/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh oğluna qarşı qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun istifadəsində olan torpaq sahəsində tikilmiş hasarın, hasarın içərisində tikilmiş tikililərin və ona məxsus torpaq sahəsinin qarşısında olan tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və ona məxsus torpaq sahəsinə giriş-çıxışa olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 400 saylı sərəncamı ilə X4 avtomobillərin texniki xidmət fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fərdi sahibkar kimi qeydiyyatdan keçərək, Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərəncamında dəyişiklik edilməsi haqqında xx xxxxxx 2001-ci il tarixli, 61 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Səlyan şosesi küçəsində (Sahil qəsəbəsinin giriş hissəsindəki ərazidə) hər biri 6X4 m ölçüdə xidmət boksunun, avtomobillərin yuyulması boksunun və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının X8 adına keçirilməsi və həmin obyektlərin fəaliyyət göstərilməsi qərara alınmışdır. X12 xx xxx 2014-cü il tarixdə Sahil qəsəbəsinin Səlyan şosesi küçəsində (Sahil qəsəbəsinin giriş hissəsindəki ərazidə) yerləşən hər biri 24 kv. m ölçüdə nəzərdə tutulmuş avtomobillərin yuyulması boksunun və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasından kommersiya məqsədilə istifadə etmək, torpaq və obyekti özəlləşdirmək üçün lazım olan sənədləri toplamaq və sair hüquqlarının ona verilməsinə dair etibarnamə vermişdir. Lakin Cavabdeh qanunsuz olaraq həmin sahəni zəbt etməklə, orada hasar çəkmiş, həmin ərazidə tikinti işləri apararaq onun həmin sahədən istifadə etməsinə maneələr yaratmışdır. Həmçinin cavabdeh həmin ərazidə əlavə tikililər tikərək, ona məxsus obyektlərin giriş-çıxışını da bağlamışdır. Dəfələrlə bu barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, heç bir nəticəsi olmamış, onun tələblərinə məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şiayətini müdafiə edərək təmin olunmsını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Bakı şəhəri 45 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən təsdiq edilərək, reyestrdə 7E-349 nömrəsi ilə qeyd edilmiş AR-İ seriyalı, 318554 nömrəli, xx xxx 2014-cü il tarixli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X3 rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2001-ci il tarixli, 61 saylı sərəncamına əsasən Qaradağ rayonu Sahil qəsəbəsində, Səlyan şosesi küçəsində (Sahil qəsəbısinin giriş hissəsindəki ərazidə) yerləşən hər biri 24 km. m. ölçüdə tikilmiş avtomobillərin yuyulması boksunun və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasından kommersiya məqsədilə istifadə etmək, torpağı və obyekti özəlləşdirmək üçün lazım olan sənədləri toplamaq, əlaqədar idarə və təşkilatlara vermək, ona çatası kadastr planı, texniki pasport, reyestrdən çıxarış və 1 saylı forma üzrə arayış almaq, əmlakı özəlləşdirdikdən sonra, həmin əmlaka sərəncam vermək, satmaq, bağışlamaq, ipoteka (girov) qoymaq, dəyişmək, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi ünvan 2 mənzil 21 ünvanda qeydiyyatda olan İddiaçı oğuna etibar etmişdir. İddia tələbindən görünür ki, İddiaçı oğlu Qaradağ rayonu Sahil qəsəbəsində, Səlyan şosesi küçəsində (Sahil qəsəbısinin giriş hissəsindəki ərazidə) aparılmış tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun olmadağını mübahisələndirilərək sökülərək maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, müvafiq iddia tələbi ilə X12 məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuş, o həmin hüququn realizəsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və həmin hüququn realizəsinin bilavasitə təmin edilməsi üçün hazırkı iddiaçı olan İddiaçı həvalə etməmişdir. Belə olan halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, X2 Simay Rəsul oğluna etibarnamə versə də, onun məhkəmədə iddia qaldırmaq hüququ olmadığına görə həmin torpaq sahəsi ilə bağlı hər hansı hüququ da yaranmamışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia tələbi tələbə cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. Belə ki, Cavabdeh həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur, həmin torpaq sahəsi üzərində hər hansı şəxsin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Lakin Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barəsində” 425 saylı, xx xxx 1995-ci il tarixli sərəncamına əsasən vətəndaş X9 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən 300,0 kv. m. torpaq sahəsi ayrılıb verilmişdir. Göründüyü kimi, Sahil qəsəbəsinin Səlyan şosesi küçəsində (Sahil qəsəbəsinə giriş hissəsindəki ərazidə) aparmış olduğu tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi və maneənin aradan qaldırılmasına dair iddia tələbi həmin tələbi irəli sürmək üçün subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Bundan başqa işə apellyasiya qaydasında baxılarkən məhkəmənin xx xxxxxxx 2019cu il tarixli qəardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş “xxxx” MMC tərəfindən verilmiş MB-13/668 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2001-ci il tarixli, 61 saylı sərəncamı ilə X8 adına ayrılmış Sahil qəsəbəsinin Səlyan şosesi küçəsində (Sahil qəsəbəsinin giriş hissəsindəki ərazidə) yerləşən hər biri 24 kv.m ölçüdə nəzərdə tutulmuş avtomobillərin yuyulması boksunun və avtomobillərin ehtiyat hissələrinin satışı mağazası İddiaçı məxsus torpaq sahəsində inşa edilmişdir. Məhkəmə kollegiyası “xxxx” MMC tərəfindən verilmiş MB-13/668 saylı mütəxəssis rəyinə tənqidi yanaşaraq, hesab edir ki, rəyin hazırlanma metologiyası hər hansı bir normativ-hüquq aktlarına istinad olunmamış və kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququəmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. X1 hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-551/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-551/2020
19.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver