Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5512/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızına qarşı geyim, qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin, qız və oğlan toyunun albomlarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Hüseynova (Baxışlı) Minarə Elçin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-2633/20 saylı 04.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Ağ qızıldan olan çəkisi 50 qram 750 əyarlı 1 cüt sırğa, qolbağ, sep, üzükdən ibarət dəst və ya onun dəyəri kimi 5000 manat; çəkisi 13 qram olan 750 əyarlı 1 ədəd “alyans” tipli üzük və ya onun dəyəri kimi 1200 manat, 1 ədəd çəkisi 8 qram 750 əyarlı ağ qızıldan bir ədəd üzük və ya onun dəyəri kimi 800 manat, həmçinin geyim əşyalarının siyahısına əsasən – dəyəri 120 manat olan qara klassik şalvar, dəyəri 80 manat olan xardal rəngli palto, dəyəri 35 manat olan qəhvəyi rəngli mini yubka, dəyəri 30 manat olan qara düz modelli yubka, dəyəri 80 manat olan qara uzunboğaz çəkmə (sapojki), dəyəri 40 manat olan xardal rəngli vodolazka, dəyəri 40 manat olan yaşıl və pudra rəngli vodolazka, dəyəri 250 manat olan pudra rəngli uzun nişan paltarı, dəyəri 20 manat olan pudra rəngli uzunqol kofta, dəyəri 60 manat olan kəlağayı, dəyəri 50 manat olan qara-qırmızı rəngli idman forması dəsti və dəyəri 20 manat olan idman şalvarı, dəyəri 40 manat olan tünd göy ev geyimi, şalvar və kofta, dəyəri 30 manat olan mayka və bric ev geyimi, dəyəri 50 manat olan qırmızı gecə geyimi, dəyəri 70 manat olan aq gecə geyimi, dəyəri 30 manat olan 1 ədəd daraq-fen, dəyəri 100 manat olan ağ hamam xalatı və hamam dəstləri, dəyəri 20 manat olan 2 ədəd qara mayka, dəyəri 20 manat 7 ədəd corab, dəyəri 50 manat olan 10 ədəd kopron corab, dəyəri 40 manat olan 4 ədəd çəkələk, dəyəri 100 manat olan əl, bədən, üz, ayaq kremləri (aroma collection), dəyəri 40 manat olan 1 ədəd ətir “Miss oliver”, dəyəri 50 manat olan makyaj silmək üçün kremlər, tonal krem (topface-instyle), dəyəri 60 manat olan “Ten palet” dodaq boyası, fırça, saç buran, çəhrayı rəngli şərf və ya həmin əşyalar olmadığı halda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızına qarşı geyim, qızıl-zinət əşyalarının, qız və oğlan toyunun albomlarının qaytarılmasi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, geyim və özünə hədiyyə olunmuş qızılzinyət əşylarını naturada və ya onların dəyərini təşkil edən 12.315 (on iki min üç yüz on beş) manat, iddia qaldırılması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun, qız və oğlan toyunun albomlarını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, geyim və özünə hədiyyə olunmuş qızıl-zinyət əşylarını naturada və ya onların dəyərini təşkil edən 13.215 (on üç min iki yüz on beş) manat, iddia qaldırılması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun, qız və oğlan toyunun albomlarını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 14.12.2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından uşaqları olmamışdır. Cəlilabad rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli 2(073)-709/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 1 saylı Bakı "ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 14 dekabr 201ö-cu il tarixli, 3380 nömrəli nikah pozulmuşdur. İddiaçı ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “Q” massivindəki 18 saylı evin 8-ci mənzilinə gəlin köçmüş, o cümlədən valideynlərinin ona verdikləri cehiz əşyalarını da həmin evə gətirmişdir. İddiaçı ilə cavabdeh qısa müddətdə ailə kimi birgə yaşamış, iddiaçı gəlin getdiyi ilk gündən ailəsi ilə əlaqə kəsilməklə telefonu Orxan tərəfindən əlindən alınmışdır. İddiaçı ilk dəfə həyat yoldaşı Orxan tərəfindən 20.12.2019-cu il tarixdə döyülmüş, belə ki, həmin tarixdə qardaşı Elvin Orxana zəng vuraraq nə səbəbdən telefonunun söndürüldüyünü və iddiaçı ilə danışmaq istədiyini bildirmişdir. Qardaşı ona alınacaq paltaryuyanın və soyuducunun ölçülərinin anasına bildirməsini xahiş etmişdir. İddiaçı qardaşı ilə danışdıqdan sonra öz telefonunu yandırıb anasına mesaj yazmaq istəyəndə Orxan buna imkan verməmiş və iddiaçını vəhşicəsinə döymüş, qapını da üzünə bağlayıb getmişdir. İddiaçı iş telefonu ilə ailəsinə əlaqə saxlayıb döyülməsi barədə məlumat vermişdir. Orxan gedəndən təxminən 30 dəqiqə sonra anası gəlmiş, sonra iddiaçını yaşadıqları evə aparmışdır. Böyüklər arasında danışıqdan sonra onlar dekabrın 20-i axşam təkrar evə qayıtmış, 21 dekabr 2019-cu il tarixdə Cavabdeh1 ertəsi günkü mübahisəni təkrar bəhanə edərək iddiaçını döymüşdür. Valideynləri isə yenə oğlanlarına haqq qazandırmışlar. Bu hadisələrdən sonra 23.12.2019-cu il tarixdə qaynanası və qaynatası evə gəlib bildirdilər ki, yaşadıqları həyətdə pula görə mənzillərindən birində bir nəfərin başını kəsiblər, etibarlı olması üçün qızılları ona verməsini istəmişdir. iddiaçı da etiraz etməyərək qızıl-zinət əşyalarını qaynanası X6 vermişdir. 28.12.2019-cu il tarixdə isə iddiaçı maaşı verilənə qədər Orxandan yol pulu istəmiş, o isə əvəzində iddiaçıya bildirmişdir ki, ona maaş düşmür, aldiği 300 manat əmək haqqını anası alacaqdır. Bunu deyib Orxan iddiaçını təkrar döyməyə başlamışdır. Orxan təkrarən iddiaçını döymüş, iddiaçı bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. İddiaçı qaynanası Cavabdeh2 ilə birlikdə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində bir yerdə işləmiş, iddiaçını da o həmin bağçadan bəyənib oğluna almışdır. İddiaçı ərinə evinə getmək istədiyini bildirdikdə, dedi ki, sabah çağırarsan gəlib onu apararlar. Səhər iddiaçının atası gələrək taksi ilə onu evinə aparmış, 30.12.2019-cu il tarixdə iddiaçının halı pisləşdiyi üçün təcili tibbi yardıma müraciət etməli olmuş, müayinə zamanı ona "başın səthi travması, bədənin müxtəlif nahiyyələrini əhatə edən digər müştərək səthi travması” diaqnozu qoyulmuşdur. İddiaçı evi tərk edərkən cehiz əşyaları, geyim paltarları və şəxsi əşyaları da cavabdehin yaşadığı evdə qalmış, dəfələrlə tələb etsə də cavabdeh cehiz əşyalarını, geyim və qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Bu əşyalar sonunucu dəfə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “Q” massivində yerləşən ev 18, mənzil 8-də qalmışdır. İddiaçının nə həyat yoldaşı, nə də ki ailə üzvləri onunla maraqlanmamışlar. Polisə müraciət etdikdən cehiz əşyaları qaytarılsada geyim və qızıl-zinət əşyaları qaytarılmamışdır. Cehiz əşyaları 15.01.2020-cil tarixdə “Ucuz” yükdaşıma şirkəti tərəfindən daşınmış və bu barədə təhviltəslim aktı tərtib olunmuşdur. İddiaçının Cavabdeh1 ilə yaşadığı evdə əmlakları –Boz kostyum şalvar pencək (manqodan alınıb baldızı Günellə birlikdə) - 250 AZN; Ağ uzunqol saroçka kofta (Ganclik Mallda baldızı ilə birlikdə “Manqo”dan alınıb) 130 AZN; Qara klassik şalvar (Ganclik Malldan baldızı ilə birlikdə İpəkyoldan alınıb) - 120 manat; Zərli boz qısaqol kofta (Baldızı Günellə birlikdə alınıb) - 50 AZN; Palto xardal rəngli (Amaor boutiquedən baldızı Günellə birlikdə alınıb) - 80 AZN; Qəhvəyi rəngli mini yubka (Amaor boutiquedən baldızı Günellə birlikdə alınıb) - 35 AZN; Qara düz model yubka (Baldızı Günellə birlikdə alınıb) - 30 manat; Sapaşki qara vilur (Baldızı Günellə birlikdə eccetric bakudan alınıb) - 80 AZN; Qırmızı rəngli kablok stilletto (izabel ayaqqabı evindən qaynanası alıb) - 70 AZN; Qara vilur stiletto kablok (Baldızı ilə birlikdə Papatya ayaqqabı evindən alınıb) - 30 AZN; Boz rəngli kablok stilleto (Baldızı ilə birlikdə Papatya ayaqqabı evindən alınıb)-30 AZN; Xardal rəng vadalaska (Amor boutiquedən Baldızı Günellə birlikdə alınıb) - 40 AZN; Yaşıl və qara rəngli qarışıq don - 100 manat (Qız toyunda xonçada gətirilib); Qara klac çanta (Baldızı Günellə birlikdə alınıb) - 50 AZN; Ağ çanta - (Qız toyunda xonçada qaynanası gətirib) - 30 AZN; Yaşıl və pudra rəngli vadalaska 2 ədəd - 40 AZN; Mavi və boz güllü kofta 2 ədəd - 40 AZN; Pudra rəng uzun nişan paltarı - 250 AZN (Princessa boutiquedən Günel, qaynanası və o, birlikdə almışdır); Pudra rəng uzunqol kofta - 20 AZN; Qırmızı kofta - 20 AZN; Kəlağayı (Nargiz Malldan alınıb) - 60 AZN; Spartivni dəsti qara-qırmızı rəng - 50 AZN (qız toyunda xonçada gətirilib); Qara spartivni şalvar - 20 AZN (qız toyunda xonçada gətirilib); Boz spartivni şalvar köynək - 50 AZN (xalası verib toydan sonra); Qırmızı spartivni şalvar köynək - 50 AZN (nənəsi Ofeliya verib); Güllü spativni dəsti - 50 AZN (dayısının yoldaşı Gülü verib); tünd göy ev geyimi, şalvar kofta - 40 AZN (qız toyunda xonçada gətirilib); Açıq çəhrayı yumşaq ev geyimi-50 AZN (qaynanası Türkiyədən Penti firmasında almışdı); Mayka bric ev geyimi - 30 AZN (qaynanası Türkiyədən Penti firmasından almışdı); Uzunqol kofta,şalvar gecə geyimi-50 AZN (qaynanam Türkiyədən Penti firmasından alm); Qırmızı gecə geyimi - 50 AZN (qız toyunda xonça gətirilmişdi); Ağ gecə geyimi - 70 AZN (qız toyunda xonça gətirilmişdi); Braun hava feni - 40 AZN; Daraq fen - 1 ədəd - 30 AZN; Ağ hamam xalatı və hamam dəstləri - 100 AZN; Kapron kalqotka- 2 ədəd- 20 AZN; Qara mayka - 2 ədəd - 20 AZN; Corablar 7 ədəd - 20 AZN; Ağ mayka - 2 ədəd - 20 AZN; Kapron corablar - 10 ədəd - 50 AZN; Damaşnik - 4 ədəd - 40 AZN; Əl, bədən, üz, ayaq kremləri (aroma collection) - 100 manat AZN; Miss fransız oliver ətir yeni - 1 ədəd 40 AZN; Üz baxım makyaj silmək üçün kremlər- 50 AZN; Tonal krem (topface-instyle)- 20 AZN; Ten palet. dodaq boyası, fırça - 60 AZN; Saç buran - 20 AZN; Çəhrayı rəngli şərf- 1 ədəd 20 AZN; Qız və oğlunun toyunun albomu; iddiaçıya hədiyyə olunmuş qızıl-zinyət əşyaları -Komplekt sırğa, üzük, sep, qolbaq, ağ qızıl brilliant 50 qram, əyarı 750 - 5.000 AZN; Nişan üzüyü ağ qızıl brilliant 13 qram əyarı 750 - 1200 AZN; Ağ qızıl üzük (nənənin hədiyyəsi) 8 qram əyarı 750 - 1.000 AZN; Boyunbağı sarı qızıl (tros qaynatanın hədiyyəsi) 20 qram əyarı 582 - 1500 AZN; Qolbaq sarı qızıldan (ad günü hədiyyəsi 7 qram əyarı 585- 400 AZN; Ağ qızıldan briliant qaşlı nişan üzüyü 6 qram əyarı 750- 500 manat; ağ qəhvəyi rəngli tüklü gödəkçə 500 manat; güzgü (gəlinin yanında aparılan)- 100 manat; 300 (üç yüz) aldığı əmək haqqı pulu cavabdeh tərəfindən götürülmüş və iddiaçıya qaytarılmamışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissədə ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunun normaları və işin faktiki halları nəzərə alınmamışdır, maddi hüquq normalarının tələbələri pozulmuşdur, işə birtərəfli baxılmışdır. Bu və digər əsasları gətirərək, İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qızı kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində, iddiaçı X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsini iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 ifadəsində göstərdi ki, iddiaçının xalasının yoldaşıdır. Minarə ilə Cavabdeh1 el adəti ilə toyu olmuşdur. Uşaqlar evlənməmişdən əvvəl cavabdeh tərəf deyirdi ki, oğlanın imkanı əladır, iki evi var. Bir gün Minarəgilə gedəndə sonuncu döyüldüyünü ona etiraf etmişdir. Həmin vaxt Minarə ev paltarı, xalatda olmuşdur. Minarənin cehiz əşyalarının cavabdehlərin evindən aparılmasında o da iştirak etmiş, lakin həmin əşyalar arasında qızıl olmamış və onu qaytarmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X8 ifadəsində göstərdi ki, ayın 29-u qızı Minarə ona zəng etmiş və o da Minarənin atasını yollamışdır ki, gedib qızını gətirsin. Minarəni cehiz əşyalarını götürməyə gedəndə qaynanası onun qızılların verməmişdir. O, qızın qaynanasına səsli mesaj yollamışdır ki, qızın qızıllarını qaytarsın, o isə cavabında qaytaracağını bidirsə də, hazıra kimi vədinə əməl etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X11 ifadəsində şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. İşə əlavə edilmiş “Ucuz Yükdaşıma” yekun təyinatı üzrə ünvanına çatdırılmasına dair Hüseynov Elçin, Mütəllimov Elxan, fəhlələr Ruslan, Orxan və Elmirin iştirakı ilə tərtib edilmiş 15.01.2020-ci il tarixli təhvil-təslim aktından görunur ki, yataq 2 ədəd dolab, yataq, sandıqca, termo, qonaq 1 ədəd, 6 stul, 1 ədəd stol, vitrin, televizor, kamot, tv altı, künc divanı, lüstur 3 ədəd pərdə 3 ədəd dolça 2 ədəd bahalı dekar xalça, , qazan dəsti qutusu 3 ədəd, 11 ədəd xrustal serviz, qab-qacaq daşınmışdır. İş materiallarına əlavə edilmiş Tibbi ərazi X1 Bakı şəhər Təcili və Təxrəsalınmaz Tibbi yardım stansiyası Publik hüquqi şəxsin 11.05.2020-ci il tarixli arayışından müəyyən olunur ki, 30.12.2019-cu il tarixdə saat 11:12-də “103” xidmətinə ünvan 1 ünvanından Minarınin (28 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 22 saylı bölmənin həkimi Əzim Əzimov icra edərək, xəstə X7 (28 yaş) “başın səthi travması bədənin müxtəlif nahiyyələrini əhatə edən digər müştərək səthi travması” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon PB-nin təhqiqatçısı polis mayoru X4 14.01.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X2 şikayət ərizəsi RPİ-nin 31-ci PB-nə daxil olmuşdur. Həmin qərara əsasən, toplanmış material üzrə cinayət işinin başlanıması rədd edilmişdir. İşdə olan “xxxx” MMC-nin 13.10.2020-ci il tarixli hesabatdan görünür ki, təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qızıl-zinət əşyalaranın dəyəri – 1 Dəst (1 cüt sırğa, qolbağ, sep, üzük, ağ qızıl) 1 dəst 50 qram 750 əyarlı 5000 manat; üzük (alyans 1 qaşlı) 1 ədəd 13 qram 750 əyarlı 1200 manat; üzük (ağ qızıl) 1 ədəd 8 qram 750 əyarlı 800 manat; boyunbağı (tros) 1 ədəd 20 qram 585 əyarlı 1500 manat; qolbağ 1 ədəd 7 qram 585 əyarlı 400 manat; üzük (ağ qızıl briliant qaşlı) 1 ədəd 6 qram 750 əyarlı 600 manat olmaqla cəmi 9500 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X9 Cavabdeh1 ilə 14 dekabr 2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və bundan sonra iddiaçı özünə məxsus cehiz əşyalarını cavcabdehlərlə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivində yerləşən 18 saylı evin 8 saylı mənzildə yerləşdirmişdir. İddiaçı X9 ilə Cavabdeh1 arasında nikah münasibətlərinə xitam verilmiş və iddiaçı 2019-cu ilin dekabr ayında ata evinə qayıtmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh1 tərəfindən imzalanaraq səlahiyətli nümayəndəsi-vəkili tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsi, eləcə də həmin etirazda qeyd olunan xüsusatlara uyğun gələn cavabdehlərin nümayəndəsi tərəfindən məhkəmə iclasında verilmiş izahatı ilə etiraf olunur ki, iddiaçı qaytarılmasını tələb etdiyi və sonuncuya mülkiyyət hüququ ilə məxsus olan “Ganclik Mall” Ticarət Mərkəzindən baldızı ilə birlikdə alınmış qara klassik şalvar, “Amaor” butiqdən baldızı Günellə birlikdə alınmış xardal rəngli palto və qəhvəyi rəngli mini yubka, baldızı Günellə birlikdə alınmış qara düz modelli yubka və qara “sapojki”, “Amaor” butiqdən baldızı Günellə birlikdə alınmış Xardal rəng vodolazka, yaşıl və pudra rəngli vodolazka, Princessa butiqdən Günel və qaynanası ilə aldığı pudra rəngli uzun nişan paltarı, pudra rəngli uzunqol kofta, qırmızı kofta, “Nargiz” Malldan alınmış kəlağayı, qız toyunda xonçada gətirilmiş qara-qırmızı rəngli idman forması dəsti və idman şalvarı, tünd göy ev geyimi, şalvar və kofta, Türkiyədən “Penti” firmasından qaynanası tərəfindən alınmış mayka və bric ev geyimi, qız toyunda xonçada gətirilmiş qırmızı və aq gecə geyimləri, 1 ədəd daraqfen, ağ hamam xalatı və hamam dəstləri, 2 ədəd qara mayka, 7 ədəd corab, 10 ədəd kopron corab, 4 ədəd domaşnik, Əl, bədən, üz, ayaq kremləri (aroma collection), 1 ədəd ətir “Miss oliver”, baxım makyaj silmək üçün kremlər, tonal krem (topfaceinstyle), “Ten palet” dodaq boyası, fırça, saç buran, çəhrayı rəngli şərf cavabdehin istifadəsi və sahibliyindədir. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus qeyd olunan əşyaların onda olmasının etiraf etməsini nəzərə alalaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, cavabdeh tərəfindən iddianın etiraf olunmuş hissəsi təmin olunmalı və qeyd edilən əmlaklar iddiaçıya qaytarılmalıdır. Göründüü kimi, tərəflər iddia ərizəsində göstərilən cehiz əşyalarının hansı miqdarda, çeşiddə olması, eləcə də onların nikahdan əvvəl iddiaçıya hədiyyə verilməsi və bununla da ona məxsus olması barədə barədə mübahisə etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfin iddiaçı X5 hədiyyə şəkilində ağ qızıldan hazırlanmış 585 əyarlı və brilliant qaşlısırğa, üzük, sep, qolbaqdan ibarət komplekt və nişan üzüyü, eləcə də sonuncuya məxsus olmuş, iddia ərizəsində nənəsi tərəfindən iddiaçıya hədiyyə olunmuş üzüyün mövcüdluğunu etiraf etməsini nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azaddır. İşin hallarından müəyyən olunmuşdur ki, iddiaçı X9 cavabdehlərlə birgə yaşadığı evi münaqişəli vəziyyətdə tərk etmişdir. İşin bu halı da sübut etmə vəzifəsinin bölgüsü baxımından iddiaçının özünə məxsus əşyalarının saxlanldığı yerdən aparılması ilə bağlı sübut etmə vəzifəsini cavabdehin üzərinə düşür. Bu isə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı tələb etdiyi əmlakların bir qisminin mövcud olması təsdiq olunduğuna görə, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar mübahisəli evdə qalaraq cavabdehin sahibliyinə keçmişdir. Belə olan halda Kollegiya hesab edir ki, cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf bu halları bildirdiklərində ardıcıl olmuşdur ki, bu da onun bildirdiklərinin inandırıcılığını artırır Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, ağ qızıldan hazırlanmış 585 əyarlı və brilliant qaşlısırğa, üzük, sep, qolbaqdan ibarət komplekt və nişan üzüyü, eləcə də nənəsi tərəfindən iddiaçıya hədiyyə olunmuş bir ədəd üzüyün tələb edilməsinə dair hissədə iddia əsalı olduğuna görə haqlı olaraq təmin edilmişdir. Məhkəmə bu halı da nəzərə almışdır ki, qeyd edilən əmlakların qətnamə icra olunan vaxt cavabdehin sahibliyində və istifadəsində olmaması istisna edilmədiyindən Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin göstərişinə görə həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməli və gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri qətnamədə həll olunmalıdır. Əşyaların qiymətini müəyyən edərkən məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə icraatı zamanı qızılların qiymətini iddia ərizəsində göstərilən məbləğdən aşağı qiymət olduğunu bildirmişdir. Lakin iddiaçının bu dediklərinə şübhə ilə yanaşaraq və eyni zamanda cavabdehin bununla bağlı məhkəməyə “xxxx” MMC-nin 13.10.2020-ci il tarixli hesabatı təqdim edilmişdir. Həmin hesabatın nəticələrinə görə ağ qızıldan olan 1 cüt sırğa, qolbağ, sep və üzükdən ibarət olan, çəkisi 50 qram 750 əyarlı 1 dəstin qiyməti 5000 manat, 1 ədəd çəkisi 13 qram olan 750 əyarlı nişan üzüyünün qiyməti 1200 manat, 1 ədəd çəkisi 8 qram olan 750 əyarlı üzüyün qiyməti 800 manat təşkil etdiyindən məhkəmə haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus həmin qızıl-zinət əşyalar naturada iddiaçıya qaytarılmalı, bu, mümkün olmadıqda isə onların dəyəri cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bununla belə yuxarıda qeyd olunan sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı sarı qızıldan olan boyunbağı və qolbağın ona hədiyyə edildiyini, cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını və ümumiyyətlə mövcudluğunu mötəbər şəkildə sübut edə bilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ağ qızıldan olan qiyməti 500 manat təşkil edən nişan üzüyü (qızıl-zinyət əşyalarının siyahısında 6-cı) barədə tələb araşdırılarkən müəyyən olundu ki, həmin üzük iddiaçının ailəsi tərəfindən nişan mərasimi zamanı Cavabdeh1 hədiyyə kimi verilmiş əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 181.1-ci və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Qeyd olunan qanunvericilik aktı normaları baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qızıl nişan üzüyü cavabdehə bağışlanmaqla sonuncunun sahibliyinə keçdiyi andan onun mülkiyyəti hesab edilir. Bu isə ona dəlalət edir ki, qeyd olunan nişan üzüyü iddiaçı X2 mülkiyyəti hesab edilmədiyindən həmin hissədə təmin edilməməsini mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticə hesab edir. Belə ki, həmin qızıl zinət əşyalarının mövcud olmasını təsdiq etmək üçün iddiaçı yalnız bir şahidin ifadəsini, eləcə də iddia ərizəsinə əlavə olunmuş gül üzüyunun fotoşəkilini təqdim etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin şahidin iddiaçının anası olduğuna görə sonuncunun ifadəsi digər sübutlarla təsdiq olunduğu halda mötəbər sübut kimi qəbul edilməmişdir. Ancaq məhkəmə araşdırması ilə bu hal baş vermədiyindən, təqdim olunmuş fotoşəkillə bağlı ilə isə iddiaçı ilə şahid biri-birinə zidd xüsusatları bildirdiklərindən məhkəmə şahidin ifadəsinə haqlı olaraq tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə 04 noyabr 2020-cu il tarixli qətnaməsi, iddianın təmin olunmamış hissəsində iddiaçı X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5512/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5512/2021
17.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver