Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5512/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(Paylı mülkiyyətdə olan əşyanın bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X16 və X1 ibarət tərkibdə, Rüfanə Elxanı qızı Əzizzadənin katibliyi, İddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(006)-599/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflərin ataları Al-X7 mülkiyyətində iki daşınmaz əmlak-ünvan 1 ünvanında yerləşən bağ evi və ünvan 2şən qeyri-yaşayış binası olmuşdur. Al-X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin daşınmaz əmlakların 1/2 hissəsi üzərində iddiaçı və cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2.İddiaçi paylı mülkiyyətçi kimi öz mülkiyyət hüquqlarından irəli gələn hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Al-X5 miras qalan - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145,2 kv/m, yaşayış sahəsi 68,75 kv/m, yardımçı sahəsi 76,45/m olan 5 otaqlı bağ evinin və ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan 1/2 payda ümumi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdeh ilə iddiaçı arasında 1/2 nisbətdə bölünməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası Al-X13 26 avqust 2021-ci il tarixində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Azərbaycan Respublikası Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Ölüm haqqında şəhadətnamə”yə əsasən ölüm haqqında vətəndaşlıq vəziyyəti aktları kitabında 511 №-li, 10 may 2022-ci il tarixli qeyd aparılmışdır. Onun vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi övladları qızı İddiaçı və oğlu AlX11 müəyyən olunmuşdur. Onun mülkiyyətində olan ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyri-yaşayış binası və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145,2 kv/m, yaşayış sahəsi 68,75 kv/m, yardımçı sahəsi 76.45/m olan 5 otaqlı bağ evi övladları İddiaçı və Cavabdeh miras qalmışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəflər müraciət edilmişdir və Bakı şəhəri 4 saylı Bakı “Asan xidmət” mərkəzinin xüsusi notariusu X14 tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən 26 avqust 2021-ci il tarixində vəfat etmiş Al-Bakuni İssamƏbdeləziz oğlunun vərəsələri qızı İddiaçı və oğlu Cavabdehdur və hər biri əmlakda bərabər (1/2) hissə paya malikdir. Qanun üzrə vərəsəlik haqqındaşəhadətnamələrə əsasən iddiaçı: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tİ və MHQİ tərəfindən xx.xx.2002-ci il tarixdə X3 verilmiş 165 qeydə alma nömrəsi ilə 20 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.2 kv/m, yaşayış sahəsi 68,75 kv/m, yardımçı sahəsi 76,45/m olan 5 otaqlı bağ evi; və - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə Al-X10 verilmiş **********37-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarsa əsasən ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyriyaşayış binasından ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. Həmin bağ evi və qeyriyaşayış sahəsinə xüsusi mülkiyyət hüququ paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsusdur. Hal-hazırda miras qalmış əmlaklar üzərində iddiaçının xüsusi mülkiyyət hüququ cavabdeh tərəfindən kobud şəkildə pozulmaqdadır. İddiaçı paylı mülkiyyət hüququ ilə ona məxsus olan bağ evi və qeyriyaşayış sahəsi üzərindəki hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh iddiaçının bağ evinə və qeyri-yaşayış sahəsinə daxil olmasına, ona sahiblik etməsinə və ondan istifadə etməsinə imkan vermir. Həmçinin, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə edərək ondan fayda (gəlir, artım, bəhər) əldə etmək hüququ da pozulmaqdadır. Atasının vəfatından sonra cavabdeh qeyri-yaşayış sahəsini icarəyə verir, lakin icarədən əldə edilən vəsaitdən iddiaçıya heç bir pay vermir. Bununla bağlı iddiaçı cavabdehlə razılıq əldə etməyə çalışsa da, mümkün olmamışdır. Bundan başqa, iddiaçı cavabdehlə ümumi mülkiyyətdə olan hər iki əmlakın bölünməsi, onlardan payın ayrılması, həmçinin paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə etməyə çalışsa da, bununla bağlı da heç bir nəticə əldə olunmamışdır. Belə razılaşma mümkün olmadığından hesab edilir ki, mübahisə predmeti olan yaşayış və qeyri-yaşayış sahələri məhkəmə qaydasında açıq hərracda satılmalı və satış nəticəsində əldə edilən vəsait ümumi mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Bu qaydalara əsasən, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Lakin məhkəmənin diqqətinə çatdırılər ki, mübahisə predmeti olan yaşayış sahəsinin tərəflərin paylarına uyğun olaraq 2 (iki) hissəyə naturada təcrid şəklində bölünməsi texniki cəhətdən qeyri-mümkündür. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin tərəflərin paylarına uyğun olaraq 2 (iki) hissəyə naturada təcrid şəklində bölünməsinin mümkünlüyü isə yalnız məhkəmə ekspertizasının nəticəsində müəyyənləşdirilə bilər. 5.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Al-X5 miras qalan ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan 1/2 payda ümumi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdeh ilə iddiaçı arasında 1/2 nisbətdə bölünməsi haqqında qətnamə qəbul edilməsi xahiş etmişdir. 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, qarşı tərəflə ekspert rəyinə uyğun olaraq əmlakın aralarında bölünməsi barədə danışıqlar aparılmasına cəhd göstərilsə də, hər ikisi eyni hissəni tələb etdiklərindən aralarında barışığın əldə edilməsi mümkün olmamışdır. Ona görə də hazırda aralarındakı mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət vardır. Odur ki, bunu nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 iyul 2024-cü il tarixli, 2(006)-599/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Xəlilov) iddia tələbi qismən təmin edilərək, tərəflərin birgə mülkiyyətində olan ünvan 2şən ümumi sahəsi 483.3 kv/m olan qeyriyaşayış binası ilkin satış qiyməti 456.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti əmlakın paylı mülkiyyətçiləri İddiaçı və Cavabdeh arasında 1/2 paya münasibətdə bərabər bölünməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh tutulub ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan: 8.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, İddiaçı adına hüququ rəsmiləşdirilən ünvan 2şən ümumi sahəsi 483,30 kv.m olan qeyri-yaşayış binasının 1/2 hissəsi üzərində Cavabdeh adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 1/2 hissəsi üzərində Al X2 isə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. 9.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, İddiaçı adına hüququ rəsmiləşdirilən ünvan 1 ünvanında yerləşən bağ evinin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh hüquqları qeydiyyata alınmışdır. 10.Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 279876 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Al-X13 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2022-ci ildə 511 nömrə ilə qeyd edilmişdir. 11.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9857-9/9954 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri küçəsi, 54 ünvanında yeləşən qeyri-yaşayış sahəsinin tikililərinin planlı yerləşməsini, otaqlarının sayını, hər bir tikiliyə ayrı-ayrı giriş-çıxış qapılarının mövcud olduğunu nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinin tərəflərin 1/2 paylarına uyğun təcrid formada 2 ayrı-ayrı hissələrə bölünməsi İnşaat Norma və Qaydalarına, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri küçəsi, 54 ünvanında yeləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 456000.0 manat məbləğində müəyyən edilir. Rəyə 3 vərəqdən ibarət internet məlumatları əlavə edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. 12.Məhkəmə müəyyən etmişdir ki, tərəflərin ataları Al-X7 mülkiyyətində iki daşınmaz əmlak-ünvan 1 ünvanında yerləşən bağ evi və ünvan 2şən qeyri-yaşayış binası olmuşdur. Al-X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin daşınmaz əmlakların 1/2 hissəsi üzərində iddiaçı və cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2şən qeyri-yaşayış binasının naturada bölünməsini, naturada bölgü mümkün olmadıqda isə qeyri-yaşayış binasının açıq hərracdan satılmasını və satışdan əldə olunan pul vəsaitinin tərəflər arasında bölünməsini tələb etmişdir. Hazırda iddiaçı tərəf hər ikisinin naturada bölünmüş sahənin eyni hissəni tələb etdiyindən əmlakın naturada bölgüsünün mümkün olmamasını əsas gətirərək, əmlakın açıq hərracdan satılmasını tələb edir. Cavabdeh tərəf isə əmlakın açıq hərracdan satılmasına etiraz edir. 13.Məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. 14.Hazırki iş üzrə məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakın ilk növbədə naturada ayrılmasının mümkün olub-olmaması və əmlakın bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli qeyri-yaşayış sahəsinin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olması və həmin qeyri-yaşayış sahəsinin ümumi dəyərinin təqribən 456.000 manat məbləğində olması müəyyən edilmişdir. 15.Lakin iş üzrə mübahisəli qeyri-yaşayış binasının naturada bölünməsinin texniki cəhətdən mümkün olması ekspert rəyi ilə müəyyən edilsə də, hazırda tərəflər arasında əmlakın naturada bölünməsi ilə bağlı mübahisə mövcuddur. Belə ki, hər iki tərəf əmlak üzrə eyni sahəni tələb etdiyindən hazırki vəziyyətdə mübahisəli əmlakın naturada bölünməsi məqsədəmüvafiq deyildir (mübahisəli olduğundan). Bununla bağlı Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 16.Buna görə də məhkəmə hesab etmişdir ki, pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. 17.Məhkəmə həmçinin, tərəflərin məhkəmə iclası zamanı izahatlarına əsasən bildirmişdir ki, onlar naturada bölünməsi mümkün olan sahələrin qiymət fərqləri ayrı olacağı təqdirdə fərqliliyə uyğun bölgünün aparılmasını qeyd etsələr də, bu fikir qanunazidd bir fikirdir. Belə ki, məhkəmə bu fikirlə razılaşacağı təqdirdə qanunun ruhunu təşkil edən əmlak üzərində 1/2 pay mövhümü aradan qaldırmaqla qeyri-bərabər bir vəziyyətə gətirmiş olacaqdır. 18.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölgüsü mümkün olsa belə, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından və həmçinin, cavabdeh tərəfindən iddiaçının payına uyğun tələb olunan kompensassiyanın verilməsi ilə bağlı da tərəflər arasında mübahisə olduğundan, həmin əmlak ilkin satış qiymətinin 456.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və əldə olunacaq məbləğ tərəflərin payına mütənasib şəkildə bölünməlidir. 19.Məhkəmə qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulmalıdır. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 215.1, 220-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 217.3, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediməsini və ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyri-yaşayış binasının naturada tərəflər arasında bölünməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, məhkəmə qətnaməsinin 18-ci bəndinə əsasən “...hazırkı iş üzrə məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakın ilk növbədə naturada ayrılmasının mümkün olub-olmaması və əmlakın bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli qeyri-yaşayış sahəsinin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olması və həmin qeyri-yaşayış sahəsinin ümumi dəyərinin təqribən 456.000 manat məbləğində olması müəyyən edilmişdir...” İlk növbədə qeyd edir ki, mübahisəli əmlakın naturada bölünməsinin mümkün olması əvvəlcədən tərəflərə məlum idi. Belə ki, sözügedən qeyri-yaşayış sahəsi bir neçə ayrı-ayrı girişlərə malik tikililərdən ibarətdir ki, onların bölünməsi ümumiyyətlə hər hansı bir çətinlik törətmir və belə bölünmə iş üzrə tərəflərin hüquqlarının pozulmasına səbəb olmayaraq ümumi qeyri-yaşayış sahəsinin səmərəli istifadəsinə maneə yaratmır. Bu hal iş materiallarına əlavə edilmiş ekspertiza rəyində olan fotoşəkillərdə də öz təsdiqini tapır. Məhkəmə qətnaməsin 15-ci bəndində qeyd edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsi paylı mülkiyyətlə bağlı yaranmış mübahisələrdə birbaşa olaraq qaydalar müəyyən edib. Müvafiq qanunvericiliyə əsaslanaraq Plenum belə qənaətə gəlmişdir ki, paylı mülkiyyətlə bağlı məsələlərə baxılarkən aşağıdakı ardıcıllığa riayət edilməlidir: Payın naturada bölünməsinin mümkünlüyü; Payın naturada bölünməsi mümkün olmadıqda, payın dəyərinin digər payçı tərəfindən kompensasiya edilməsi; Kompensasiyanın ödənilməsi mümkün olmadıqda əmlakın açıq hərrac vasitəsilə satılması. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, əmlakın hərrac vasitəsilə satılması anınadək biz yuxarıda qeyd edilən digər mərhələlərdən də keçməliyik. Maraqlısı odur ki, Plenumun müəyyən etdiyi qaydaya əsasən yuxarıda qeyd edilən mərhələrdən birinin mövcud olması digər mərhələyə keçidi istisna edir. Çünki qərarda birbaşa göstərilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Lakin Nəsimi Rayon Məhkəməsi belə qənaətə gəlir ki, mövcud iş üzrə payın naturada bölünməsi mümkün olsa da, tərəflərin hər biri eyni payı istədiyindən bu artıq AR MM-nin 220.6-cı maddəsinin tərkibini yaradır və əmlakdan payın ayrılmasının açıq-aşkar məqsədəuyğun olmadığını bildirir. Məhkəmə yuxarıda göstərdiyi pillələrin 1-cisindən 3-cüsünə atlayır. Ortada olan kompensasiya hissəsini isə ümumiyyətlə unudur. Buna səbəb isə ilkin olaraq iddia ərizəsində ümumiyyətlə kompensasiya ilə bağlı hər hansı tələbin olmamasıdır. Hətta yuxarıda qeyd edildiyi kimi 4 aprel 2014-cü il tarixli Plenumun Qərarında birbaşa qeyd edilir ki, Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Plenumun qərarı ilə müəyyən edilmiş qayda hər 3 pillənin keçməsini nəzərdə tutsa da, iddiaçı məhkəməyə müraciət edərkən ümumiyyətlə “kompensasiya ödənilərək payın dəyərinin ödənilməsi” pilləsini unutmuş və tələbində bildirməmişdir. Belə isə məhkəmə iddia tələbindən kənara çıxaraq kompensasiyanın mümkünlüyünü də yoxlaya bilməmişdir. Çünki ilkin olaraq iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdir. Lakin məhkəmə Plenumun müəyyən etdiyi qaydaya zidd olaraq birinci mərhələni nəzərə almayaraq, ikinci mərhələnin mövcud olmadığına göz yumaraq üçüncü mərhələyə atlamışdır ki, yekunda əsassız olaraq əmlakın açıq hərrac vasitəsilə satılması qərara alınmışdır. Yuxarıda bildirdiyi kimi, məhkəmə payın naturada bölünməsini nəzərə almayaraq bildirmişdir ki, “Göründüyü kimi hazırkı iş üzrə mübahisəli qeyriyaşayış binasının naturada bölünməsinin texniki cəhətdən mümkün olması ekspert rəyi ilə müəyyən edilsə də, hazırda tərəflər arasında əmlakın naturada bölünməsi ilə bağlı mübahisə mövcuddur. Belə ki, hər iki tərəf əmlak üzrə eyni sahəni tələb etdiyindən hazırkı vəziyyətdə mübahisəli əmlakın naturada bölünməsi məqsədəmüvafiq deyildir (mübahisəli olduğundan). Bununla bağlı Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər...” b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında mübahisələndirilən əmlakın naturada bölünməsinə razı olduğunu, əmlakın hansı hissəsinin ona düşməsinin əhəmiyyətli olmadığını bildirdi. İzahatında əlavə olaraq qeyd etdi ki, iddianın obyektini təşkil edən qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə darvazadan girərkən sağ tərəfdə yerləşən hissəsinin İddiaçı, sol tərəfdə yerləşən hissənin Cavabdeh verilməsinə razı olduğunu bildirdi. 25.Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 mübahisələndirilən əmlakın naturada bölünməsinə etiraz etməyərək, iddianın obyektini təşkil edən qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə darvazadan girərkən sağ tərəfdə yerləşən hissəsinin İddiaçı verilməsinə razı olduğunu bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birininpayı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən(birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 27.Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 28.Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 29.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 30.Maddə 220.4.Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 31.Maddə 220.5.Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 32.Maddə 220.6.Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 37.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdəiştirak edən şəxslərə aid edilir. 38.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 39.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir. 43.İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, tərəflərin ataları Al-X7 mülkiyyətində iki daşınmaz əmlak-ünvan 1 ünvanında yerləşən bağ evi və ünvan 2şən qeyri-yaşayış binası olmuşdur. Al-X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin daşınmaz əmlakların 1/2 hissəsi üzərində iddiaçı və cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2şən qeyri-yaşayış binasının naturada bölünməsini, naturada bölgü mümkün olmadıqda isə qeyri-yaşayış binasının açıq hərracdan satılmasını və satışdan əldə olunan pul vəsaitinin tərəflər arasında bölünməsini tələb etmişdir. 44.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. 45.Beləliklə, Plenum Qərara almışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 46.İş üzrə məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakın ilk növbədə naturada ayrılmasının mümkün olub-olmaması və əmlakın bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli qeyri-yaşayış sahəsinin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olması və həmin qeyri-yaşayış sahəsinin ümumi dəyərinin təqribən 456.000 manat məbləğində olması müəyyən edilmişdir. 47.Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli əmlakın naturada bölünməsi mümkün olsa da, tərəflər bölünməsi tələb edilən əmlakın eyni sahəsini tələb etdiyindən hazırkı halda əmlakın naturada bölünməsi məqsədəmüvafiq deyil. Buna görə də məhkəmə hesab etmişdir ki, pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından ümumi paylı mülkiyyətdə olan əmlak açıq hərracdan satılaraq əldə edilmiş vəsait tərəflər arasında bərabər bölünməlidir. 48.Halbuki, məhkəmə kollegiyasının iclaslarında cavabdeh tərəf mübahisələndirilən əmlakın naturada bölünməsinə etiraz etmədiyini, əmlakın hansı hissəsinin ona düşməsinin əhəmiyyət kəsb etmədiyini bildirmişdir. 49.Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq cavabdehin əmlakın naturada bölünməsinə etiraz etmədiyinin və əmlakın bölünməsində ona hansı hissənin düşməsinə etirazının olmadığının nəzərə alınaraq, əgər əmlakın naturada bölünməsi barədə qətnamə qəbul edilərsə, iddianın obyektini təşkil edən qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə darvazadan girərkən sağ tərəfdə yerləşən hissəsinin İddiaçı verilməsinə razılığını bildiridiyini qeyd etmişdir. 50.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin əmlakın naturada bölüməsinə və ona hansı hissənin düşməsinə etirazının olmamağı və iddiaçı tərəfin əmlakın naturada bölünərsə qeyriyaşayış sahəsinin yerləşdiyi əraziyə darvazadan girərkən sağ tərəfdə yerləşən hissəsinin düşməsini istəməsi onu göstərir ki, tərəflər əmlakın nauturada bölünməsinə etiraz etmir. İddiaçı tərəfin mübahisələndirilən əmlakın bölünməsi halında ona hansı hissənin verilməsi barədə konkret iradə ifadəsi mövcud olsa da, cavabdeh tərəf əmlakın bölünməsinə rəğmən hansı hissənin ona düşməsinin fərq etmədiyini bildirir. 51.Tərəflərin mübahisələndirilən əmlakın göstərilən şərtlər daxilində bölünməsinə etirazlarının olmamasını nəzərə alan kollegiya hesab edir ki, məhkəmənin əmlakın naturada bölünməsinin məqdəsədəmüfaviq olmadığını əsas gətirərək tərəflərin paylarının əmlakın hərracda satılması yolu müəyyən edilməsi barədə gəldiyti nəticə işin hallarına uyğun olmamış, maddi hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 52.Beləliklə istinad olunan normaların tələbinə əsasən kollegiya hesab edir ki, tərəflərin hər birinin 1/2 hissədə paylı mülkiyyətində olan ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyri-yaşayış sahəsinin naturuda bölgüsü mümkün olduğundan və iddiaçı tərəfindən təklif edilən bölgü qaydasına cavabdeh tərəfin etirazının olmaması nəzərə alınmaqla, iddia tələbi təmin edilməli, ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyri-yaşayış sahəsinin ekspert sxemində göstərilən qaydada darvazadan daxil olarkən sağ tərəfdə yerləşən hissə 1/2 hissə payın əvəzi olaraq naturada İddiaçı, sol tərəfdə yerləşən hissə 1/2 hissə payın əvəzi olaraq naturada Cavabdeh verilməklə payların bu qaydada bölgüsü aparılmalıdır. 53.Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(006)-599/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyri-yaşayış sahəsinin naturuda bölgüsü mümkün olduğundan və iddiaçı tərəfindən təklif edilən bölgü qaydasına cavabdeh tərəfin etirazının olmaması nəzərə alınmaqla ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyri-yaşayış sahəsinin ekspert sxemində göstərilən qaydada darvazadan daxil olarkən sağ tərəfdə yerləşən hissə, 1/2 hissə payın əvəzi olaraq naturada İddiaçı, sol tərəfdə yerləşən hissə, 1/2 payın əvəzi olaraq naturada Cavabdeh verilməklə payların bu qaydada bölgüsü aparılmalıdır. 54.Kollegiya hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 manat Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 55.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(006)-599/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 2şən ümumi sahəsi 483,3 kv/m olan qeyri-yaşayış sahəsinin ekspert sxemində göstərilən qaydada darvazadan daxil olarkən sağ tərəfdə yerləşən (sahələr 57,2 kv.m, 92 kv.m, 46,8 kv.m, 30,8 kv.m) hissə-1/2 hissə payın əvəzi olaraq naturada İddiaçı, sol tərəfdə yerləşən (sahələr 159 kv.m, 45 kv.m, 22,8 kv.m) hissə- 1/2 payın əvəzi olaraq naturada Cavabdeh verilməklə payların bu qaydada naturada bölgüsü aparılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manat Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5512/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5512/2024
04.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver