Məhkəmə qərarları › İş №2(103)-5519/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5519/2020

22.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5519/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh «xxxxxxx» X8 nümayəndəsi X4 iştirak ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxx» X6rşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi ev 8 ünvanında qeydiyyatdadır. xx.xx.2012-ci il tarixli 25BK/12 saylı X15nə əsasən «xxxxxxx» KB ASC ilə X9 arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən Həmidov Zeynala 60 ay müddətinə 73500 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 16BKG/14 saylı X13nə əsasən Bank ilə X9 arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən Həmidov Zeynala 36 ay müddətinə illik 19 %dərəcəsi ilə 80 000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli «xx.xx.2014-cü il tarixli 16BKG/14 saylı X13nə saziş»lə X9 ilə «xxxxxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 16BKG/14 saylı X13 bağlanmışdır. 25BKi/12 saylı xx.xx.2012-ci il tarixli ipoteka muqaviləsi üzrə qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini edilməsi məqsədi ilə X1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Adıçəkilən mənzil xx.xx.2012-ci il tarixdə ipoteka ilə yüklü edilən zaman iddiaçı yetkinlik yaşına çatmadığından onun razılığı tələb olunmamışdır. Lakin, sonrakı müqavilələr bağlanan zaman iddiaçı yetkinlik yaşına çatsa da, ondan heç bir razılıq alınmamışdır. Bu əsasdan iddia təmin olunmalı və ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxxxxx» X6rşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad olunması» tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «xxxxxxx» X8 nümayəndəsi X10 izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə tam, hərtərəfli və obyektiv araşdırılmış, işin hüquqi və faktiki halları aydınlaşdırmış və düzgün nəticəyə gəlinmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** №-li Şəxsiyyət Vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş və yaşayış yeri Bakı şəhəri Lökbatan qəsəbəsi, Sabir küçəsi ev 8-dir. İş materiallarından görünür ki, «xxxxxxx» KB ASC ilə X9 arasında xx.xx.2012-ci il tarixdə 25BK/12 saylı X15 bağlanılmışdır. İş materiallarından görünür ki, həmin Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün xx.xx.2012-ci il tarixli 25BKi/12 saylı İpoteka müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 25BKi/12 saylı İpoteka müqaviləsinə əsasən Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün xx.xx.2012-ci il tarixli 25BKi/12 saylı İpoteka müqaviləsinə əsasən yuxarıda qeyd olunan X15ndən irəli gələn öhdəliklərin icrası X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi ev 39, mənzil 33 ünvanında yerləşən mənzilin və X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid-2, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekası ilə təmin olunmuşdur. İş materiallarından görünür ki, daha sonra tərəflər arasında xx.xx.2014-cü il tarixdə 16 BKG/14 saylı X13 bağlanmışdır. Həmin müqavilədə kreditin təminatı kimi xx.xx.2012-ci il tarixli 25BKi/12 saylı İpoteka müqaviləsi göstərilmişdir (müqavilənin 5.1-ci bəndi). Eyni zamanda, X13nin 25BK/12 saylı xx.xx.2012-ci il tarixdə bağlanılan X15nin ayrılmaz tərkib hissəsi olması və onun hissəsi olan əlavə kredit, kredit xətti, overdraft və qarantiya müqavilələrini nəzərdə tutması qeyd olunmuşdur (Müqavilənin 8.2-ci bəndi). Daha sonra tərəflər arasında xx.xx.2014-cü il tarixdə xx.xx.2014-cü il tarixdə 16 BKG/14 saylı X13nə dair Saziş bağlanmışdır. Həmin Sazişə əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixdə 16 BKG/14 saylı X13nə 2014-cü ilin iyul ayı ərzində 1 ay güzəşt müddəti tətbiq edilmişdir (Sazişin 1-ci bəndi). Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Bank ilə X18 arasında kredit münasibətləri mövcud olmuş və həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının da qeydiyyatda olduğu fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin, X15 və onun təminatı olan ipoteka müqaviləsi bağlanılanzaman iddiaçı yetkinlik yaşına çatmadığından onun razılığı alınmamışdır. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, X13 2014-cü ildə, yəni iddiaçı yetkinlik yaşına çatdıqdan sonra bağlanmış olsa da, həmin Müqavilənin özündə bu X12 Müqaviləsinin ayrılmaz tərkib hissəsi olması qeyd olunmuşdur.Beləliklə, X13 özü müstəqil şəkildə ayrıca kredit hüquq münasibəti yaratmamışdır. Eyni zamanda, X13 bağlanan zaman, tərəflər arasında yeni bir İpoteka müqaviləsi bağlanmamış və 2012-ci ildə bağlanılmış İpoteka Müqaviləsi kreditin təminatı kimi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin (o cümlədən kredit kartı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Hazırkı halda iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddianın ikinci hissəsi, yəni əmlakın yüklülükdən azad edilməsi hissəsi ipoteka müqaviləsinin etibarsızlığı ilə birbaşa bağlı olduğundan, prosessual qənaət prinsipi baxımından həmin iddia da təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdeh «xxxxxxx» X6rşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad olunması» tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1519/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar