Məhkəmə qərarları › İş №2(103)-5531/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5531/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5531/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinəyönəldilməsi, əmlakın boşaldılması və satışdan əldə edilən vəsait kifayət etmədikdə borcun ümumi qaydada tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-152/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qızı ilə "İddiaçı" ASC arasında bağlanmış xx xxxx 2016-ci il tarixli 16002-0007/525385 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 "İddiaçı" X6 xeyrinə 50557.06 AZN kredit borcu, 9025.97 AZN kreditdən istifadəyə görə faiz borcu, 1538.71 AZN cərimə olmaqla, cəmi 61121.74 AZN məbləğində pulun və ödənilmiş 30 AZN dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1 A ünvanda yerləşən, (ümumi sahəsi 161.2 kv.m., yaşayış sahəsi 46.74 kv.m., yardımçı sahəsi 60.5 kv.m.), 4 otaqlı 93 saylı mənzil tutmanın yönəldilməsi, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 "İddiaçı" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, ünvan 1 A ünvanda yerləşən, (ümumi sahəsi 161.2 kv.m., yaşayış sahəsi 46.74 kv.m., yardımçı sahəsi 60.5 kv.m.), 4 otaqlı 93 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 tərəfindən ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)- 152/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı X10 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 16002-0007/525385 nömrəli kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 50557.06 manat əsas, 6979,17 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 58036,23 (əlli səkkiz min otuz altı manat, iyirmi üç qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı X6 xeyrinə ödənilməsi, tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı X7rşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 93 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 93 nömrəli mənzilinin ilkin satış qiymətinin 320.000 manat müəyyən olunması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 93 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 tərəfindən mənzilin boşaldılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya qaydasında işə baxılarkən iddiaçı və cavabdeh qarşılıqlı razılıq əldə etmiş və ərizələr ilə Məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizələrə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:

1. Bu sazişə əsasən “Borclu” qəbul və etiraf edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-152/2019 saylı qətnaməsi üzrə onun “Bank”a olan əsas borcu 50557.05 manat əsas borcu, 6979.17 manat faiz borcu, 500 manat penya olmaqla, cəmi 58036.23 (əlli səkkiz min otuz altı manat iyirmi üç qəpik) manat məbləğindədir.

2. Bu Saziş bağlanan anadək Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcunun (50557.06 manat) 14400 (on dörd min dörd yüz) manat hissəsini ödəmiş, əsas borc üzrə qalıq məbləğini (36157,06 manat) isə xx xxxxxxxx 2021 -ci ilə qədər, 12 ay ərzində (hər ay ən azı 3013 manat olmaqla) tam ödəniləcəkdir.

3. Bu Sazişin 2-ci bəndinə uyğun olaraq Borclu tərəfindən əsas borc məbləği tam ödənildikdən sonra Borcluya əsas borc üzrə hesablanmış 6979.17 manat faiz borcu və 500 manat penya bağışlanacaq və ipoteka predmeti olan əmlak girovdan azad ediləcəkdir.

4. Bu sazişin 2-ci bəndinə uyğun olaraq “Borclu” öhdəliyini vaxtında və tam şəkildə icra etməyəcəyi təqdirdə “Bank” “Borclu”nun ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 93 nömrəli mənzilinə tələb yönəltmək hüququna malik olmaqla yanaşı, ödənilməyən borc məbləğinə, o cümlədən faiz və penya üzrə borca görə Mərkəzi Bankın ödəniş gününün uçot dərəcəsinə uyğun olaraq faizlər hesablaya bilər.

5. Tərəflər arasında bu razılaşma imzalananadək olan təminat müqavilələri (ipoteka müqaviləsi) dəyişmədən qüvvədə qalır. “Borclu” bu razılaşmada nəzərdə tutulmuş müddətdə borcunu barışıq sazişində qeyd olunan şərtlər çərçivəsində icra edə bilmədikdə, yaxud lazımi qaydada icra edə bilmədikdə, borcun ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi icra olunacaq və ödənilməyən borc üzrə tələb ipoteka predmeti olan mənzilə yönəldiləcək.

6. Bu sazişin icrası ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

7. Bu saziş 3 nüsxədə tərtib edilir və hər nüsxə eyni hüquqi qüvvəyə malikdir.

8. Barışıq Sazişinin təsdiq olunmasının hüquqi nəticələri onlara aydındır. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və sazişi bağlamış şəxslər sazişi imzalamışlar. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, saziş qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Hazırki mülki iş üzrə iş üzrə iddiaçı X11-Soltan oğlu ilə cavabdeh X5 bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:

1. Bu sazişə əsasən “Borclu” qəbul və etiraf edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-152/2019 saylı qətnaməsi üzrə onun “Bank”a olan əsas borcu 50557.05 manat əsas borcu, 6979.17 manat faiz borcu, 500 manat penya olmaqla, cəmi 58036.23 (əlli səkkiz min otuz altı manat iyirmi üç qəpik) manat məbləğindədir.

2. Bu Saziş bağlanan anadək Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcunun (50557.06 manat) 14400 (on dörd min dörd yüz) manat hissəsini ödəmiş, əsas borc üzrə qalıq məbləğini (36157,06 manat) isə xx xxxxxxxx 2021 -ci ilə qədər, 12 ay ərzində (hər ay ən azı 3013 manat olmaqla) tam ödəniləcəkdir.

3. Bu Sazişin 2-ci bəndinə uyğun olaraq Borclu tərəfindən əsas borc məbləği tam ödənildikdən sonra Borcluya əsas borc üzrə hesablanmış 6979.17 manat faiz borcu və 500 manat penya bağışlanacaq və ipoteka predmeti olan əmlak girovdan azad ediləcəkdir.

4. Bu sazişin 2-ci bəndinə uyğun olaraq “Borclu” öhdəliyini vaxtında və tam şəkildə icra etməyəcəyi təqdirdə “Bank” “Borclu”nun ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 93 nömrəli mənzilinə tələb yönəltmək hüququna malik olmaqla yanaşı, ödənilməyən borc məbləğinə, o cümlədən faiz və penya üzrə borca görə Mərkəzi Bankın ödəniş gününün uçot dərəcəsinə uyğun olaraq faizlər hesablaya bilər.

5. Tərəflər arasında bu razılaşma imzalananadək olan təminat müqavilələri (ipoteka müqaviləsi) dəyişmədən qüvvədə qalır. “Borclu” bu razılaşmada nəzərdə tutulmuş müddətdə borcunu barışıq sazişində qeyd olunan şərtlər çərçivəsində icra edə bilmədikdə, yaxud lazımi qaydada icra edə bilmədikdə, borcun ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi icra olunacaq və ödənilməyən borc üzrə tələb ipoteka predmeti olan mənzilə yönəldiləcək.

6. Bu sazişin icrası ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

7. Bu saziş 3 nüsxədə tərtib edilir və hər nüsxə eyni hüquqi qüvvəyə malikdir.

8. Barışıq Sazişinin təsdiq olunmasının hüquqi nəticələri onlara aydındır. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-152/2019 nömrəli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar