Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5547/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh Xasay oğlunun, onun nümayəndəsi-vəkili Novruzov Dünyamin Məmmədəli oğlunun, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh Xasay oğluna qarşı “qeyri-yaşayış sahəsindən sahibiik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh Xasay oğlunun səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-467/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018- ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X10”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınının həyata keçirilməsinə Cavabdeh Xasay oğlu tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh Xasay oğluna qarşı “qeyri-yaşayış sahəsindən sahibiik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş (xx.xx.2018-ci il tarixli, Seriya RX, Ne 1389339, qeydiyyat nömrəsi **********) şıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X11”ə baxan 161,9 kv.m qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınınm həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə ünvanında 4 ədəd 24 mərtəbəli yaşayış binası inşa edilmiş və həmin binalar MMC-yə məxsusdur. Həmin binalardan 2 saylı binanın 1-ci mərtəbəsində, MMC-nin tərtib və təsdiq etdiyi eskiz layihəsi üzrə müqavilə əsasında 174 kv.m, qeyri-yaşayış sahəsi X1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən həmin qeyri yaşayış sahəsinə X6 adına xx.xx.2017-ci il tarixdə **********44-05301- 083001 reyester nömrəli, ********** qediyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhər 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin 174 kv.m (çıxarışa əsasən 161,9 kv.m.) qeyri yaşayış sahəsi X8 tərəfindən ona satılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən həmin qeyri-yaşayş sahəsinin mülkiyyət hüququna dair yeni ona şıxarış (xx.xx.2018-ci il tarixli, Seriya RX, № 1389339, qeydiyyat nömrəsi **********) və texniki pasport (**********44-05301-083001) verilmişdir.Həmçinin həmin qeyri yaşayış sahəsinin altındakı sahədə onun tərəfindən alınmış və ona məxsusdur. Lakin Cavabdeh onun mülkiyyət hüququnu pozaraq həmin qeyri-yaşayış sahəsindən istifadə etməyə maneçilik törədir. Belə ki, cavabdeh heç bir qanuni əsas olmadan həmin ünvanda təmir işləri aparmağa cəhd göstərmiş və bununla əlaqədar olaraq ora tikinti materialları toplamışdır.O bunu belə əsaslandırmışdır ki, həmin qeyri-yaşayış sahəsinin yarısı, yəni 87 kv.m qeyri yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarış və texnikipasporta (**********44-05301-083010) əsasən ona məxsusdur. Cavabdeh tərəfindən təqdim edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 ünvanında 24 mərtəbələi binanın 1-ci mərtəbəsində 83,7 kv.m qeyi-yaşayış sahəsi ona məxsusdur. Lakin texniki pasportda qeyriyaşayış sahəsinin cizgisi göstərilsə də həmin sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsi və hansı tərəfə baxması konkret olaraq əksini tapmamışdır. “xxxx” MMC-nin səlahiyyətli şəxsləri cavabdeh Ş.X.Xasıyevə məxsus qeyri-yaşayış sahəsinin binanın digər hissəsində yerləşməsini dəfələrlə onlara bildirərək ona məxsus qeyri-yaşayış sahəsinin yerini dəqiq göstərmişlər. Ona məxsus qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, həmin sahənin konkret olaraq yerləşmə yeri göstərilməklə dəqiq cizgisi verilmişdir. Həmin cizgidə ona məxsus Fəzail Bayramov küçəsində yerləşən 161,9 kv.m qeyri yaşayış sahəsinin bir tərəfinin Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfinin isə “X11”ə baxması göstərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh əsassız olaraq onun həmin daşınmaz əmlakdan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr törətməklə mülkiyyət hüquqlarını pozur. Qeyriyaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə törədilən maneələrə, mülkiyyət hüququnun pozulmasına dərhal son qoyulmasına dair rəsmi məktubla cavabdehə müraciət edilsə də, bunun heç bir nəticəsi olmamışdır.Qeyd olunanları nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh Xasay oğlunun səlahiyyətli nümayəndəsi Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, kollegiyanın əvvəlki iclasında iştirak edərək,apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdeh və onun nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh Xasay oğlunun apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan “xxxx” MMC ilə alıcı X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11/7 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 1-cı mərtəbəsındə yerləşən ümumi sahəsı 174 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvıl verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin ümumi dəyəri 522000 manatı ödəməyı öz öhdəsınə goturmüşdür. İş materiallarında olan "xxxx” MMC tərəfindən verilmış maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsi, 1156 ünvanında yerləşən 2 saylı yaşayış bınasının 1-ci mərtəbəsındə yerləşən, ümumi sahəsi 174 kv.m-dən ibarət olan qeyrıyaşayış sahəsinın dəyəri payçı X8 tərəfindən tam ödənilmişdir və onun MMC-nə borcu yoxdur. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(82)2970/2017 saylı qərarının surətindən görünür ki, iddiaçı X3 cavabcleh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın X4 Bakı şəhər Ərazi idarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edılməsi'’ tələbınə daır iddıatələbi təmin edilərək, Bakı şəhəri, Fəzail Bayramov kuçəsı, 1156 unvanında yerləşən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən, ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində iddiaçı X3 adına mülkıyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsı vəzıfəsı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsı yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə olunmuşdur. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X5 məxsus Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tərtib edilmiş **********44-05301-083001 reyester nömrəli texniki pasportun surətindən görünür ki, qeyriyaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X10”ə baxır. İş materiallarında olan satıcı X8 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya satmışdır. Müqavilə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-827 nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 17686 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə qeyri-yaşayış sahəsinin dəyəri 204885 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 94200 manatını satıcıya xx.xx.2013-cü il tarixinədək ödəyir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən qeyd olunan mənzilin dəyəri “xxxx” MMCyə ödənilmişdir və onun MMC-nə borcu yoxdur. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsı 83.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 219 nömrəli reyestr kitabının 20585 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********66 saylı məktubun surətindən görünür ki, cavabdehin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsui, 1156 məhəllədə inşa edilmiş 2 sayiı binada yerləşən qeyri-yaşayış sahəsinə verilmiş sənədlərin araşdırılması barədə xx.xx.2018-ci il tarixli ********** saylı müraciətinə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, digər vətəndaşa “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışı və xx.xx.2017-ci il tarixli 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2017-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. Sonradan sözügedən qeyri yaşayış sahəsi xx.xx.2017-ci ii tarixü alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Eyni zamanda, Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışı, yerləşmə cizgisi və xx.xx.2018-ci il tarixii 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən xx.xx.2018-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. 1 sayiı Bakı Ərazi İdarəsinə “xxxx” MMC tərəfindən təqdim olunmuş cizgiyə əsasən müraciət olunduğu tədqirdə texniki pasportda cari dəyişiklik aparılacaqdır. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən mübahisəli ərazidə yerli baxış keçirilmiş, həmin yerli baxışda müəyyən edilişdir ki, Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156-cı məhəllədə yerləşən yaşayış binasında ümumi sahəsı 174 kv.m-dən ibarət olan mübahisəli sahə bir tərəfdən Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfdən isə “X10”ə baxır. Mübahisəli əmlakın yerləşdiyi ərazinin quruluşundan müəyyən edilir ki, Cavabdeh iddia etdiyi 87 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin altındaki mərtəbədə qeyri-yaşayış sahəsi mövcuddur, həmin sahə ilə qonşuluqda olan 87 kv.m-dən ibarət olan sahənin altında isə Binanın yeraltı qarajının giriş-çıxışı yerləşir və bu sahənin Binadan kənarına çıxışı mövcud deyildir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, satıcı “xxxx” MMC ilə alıcı X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11/7 saylı müqaviləyə əsasən Bakı şəhəri, Fəzail Bayramov küçəsı, 1156 ünvanında yerləşən 2 saylı yaşayış binasının 1-cı mərtəbəsındə yerləşən ümumi sahəsı 174 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcıya satılmış, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)2970/2017 saylı qərarı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın X4 Bakı şəhər Ərazi idarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edılməsi'’ tələbinə daır iddıa tələbi təmin edilərək qeyd olunan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına mülkıyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrındən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. Lakin, qeyri-yaşayış sahəsi üzərində hüquq qeydiyyata alındığı zaman cavabdeh təşkilat tərəfindən məhkəmə qərarı səhv icra olunmuş və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın nömrəsi göstərilməmişdir. Daha sonra mübahisəli sahə X8 tərəfindən İddiaçı satılmışdır və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4 və 139-1.1.6-cı maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 521-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, mübahisəli Bakı şəhəri, Fəzail Bayramov kuçəsı. 1156 unvanında yerləşən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsındə yerləşən. ümumi sahəsı 161.9 kv.m-dən ibarət olan, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə mərkəzinə, digər tərəfi isə “X10”ə baxan qeyriyaşayış sahəsinin İddiaçı məxsus olması, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyriyaşayış sahəsinin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5547/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5547/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver