Məhkəmə qərarları › İş №2(103)-5549/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5549/2025

22.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5549/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı (X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilərək mənzilin rəsmi təhvil verilməsi, mənzilin təmirinə maeələrin aradan qaldırılması tələbinə dair ilkin, Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2nə qarşı müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınmasına, qeyd edilən əmlakın iddiaçının sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Açar sözlər: (mənzil mübahisəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X16 (sədrlik edən və məruzəçi), X14 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh1, onun nümayəndəsi X21 və nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-132/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 21 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, “Sifarişçi”- X20 168750 manat məbləği “Podratçı”- EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4cü mərtəbəsi, ümumi sahəsi 112,5 m² olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1500 manat, cəmi 168750 manat ödənilməsi razılaşdırılıb.

2. 21 dekabr 2016-cı il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112,5 m2- dən ibarət olan, 58 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə X11 "xxxx" MMC-yə borcu yoxdur.

3. 30 aprel 2018-ci il tarixli,174 nömrəli müqavilənin surətindən görünür ki, “Sifarişçi” -İddiaçı 118 125 manat pul məbləğini “Podratçı”- Cavabdeh2 MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1050 manat, cəmi 118125 manat ödənilməsi razılaşdırılıb.

4. 30 aprel 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112,5 m2- dən ibarət olan, 58 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.

5. "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə X20, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan 2 (iki) otaqdan ibarət 58 saylı mənzilindən və pay hüququndan imtina edir və həmin mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirdi. Gələcəkdə həmin mənzilə dair "xxxx" MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyin bildirib.

6. 12 fevral 2019-cu il tarixli, 296 nömrəli müqavilənin surətindən görünür ki, “Sifarişçi’'- Cavabdeh1 140 625 manat məbləği “Podratçı”- Cavabdeh2 MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli. 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4cü mərtəbəsi, ümumi sahəsi 112,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisini “Podratçı”- Cavabdeh2 MMC-yə həvalə edib. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1250 manat, cəmi 140625 manat ödənilməsi razılaşdırılıb.

7. 12 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində “EVROSTROY-S.S" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112,5 m2-dən ibarət olan, 58 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu yoxdur.

8. “Best Doors”Dəmir və Taxta Qapılar mağazasına xx.xx.2023-cü il tarixli sifarişin formasından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil üçün 1100 manat ödəyərək qapı sifariş vermiş, 50 manat ödənilmiş, 1050 manat borc pul məbləği qalmışdır.

9. 25 aprel 2023-cü il tarixli, 050 nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC Bakı şəhəri, Nərimanov Rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan “Sifqarişçi”nin sahiblik və istifadəsinə verdiyi 2-ci giriş, yaşayışın 4-cü mərtəbəsi, 2 otaqdan ibarət 58 saylı mənzilin daxili təmirinə icazə verir, “Sifarişçi”- Cavabdeh1 isə həmin mənzili sahiblik və istifadəsinə qəbul edib bu müqavilədə göstərilən şərtlər daxilində təmir işlərini aparmağı ilə bağlı müqavilə bağlanmışdır. “Sifarişçi” müqavilənin 2.4.-cü bəndi üzrə işıq, su və qaz sayğacları və onların texniki cəhətdən quraşdırılması üzrə “Podratçı”ya 1950 (bir min doqquz yüz əlli) manat məbləğində vəsait ödəyəcəyi qeyd edilib.

10. 05 iyul 2023-cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləsinin surətindən görünür ki, "Azərsu”Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsi (bundan sonra – “istehlakçı") Cavabdeh1 ilə Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ nömrəli "Su təchizatı və tullantı suları haqqında “Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlamışlar.Həmin müqavilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DUİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tuliantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

11. xx.xx.2023-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqaviləsinin surətindən görünür ki, Paylayıcı- “Azəriqaz" İB bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını-Cavabdeh1 keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

12. 25 aprel 2023-cü il tarixli müqavilənin surətindən görünür ki,”İcraçı”-"xxxx" MMC öz üzərinə ,”Sifarişçi”- Cavabdeh1 tapşırığı ilə Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyətyanı sahəsinin yaşıllaşdırılması, abad saxlanılması öhdəliyini götürüb. Sifarişçi hər ayın 1 tarixindən gec olmayaraq 1m² üçün 0.70 azn ödəməyi öhdəsinə götürüb.

13. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 aprel 2018-ci il tarixli, 12 fevral 2019-cu il tarixli maliyyə arayışların, 30 aprel 2018-ci il tarixli 174 saylı, 12 fevral 2019-cu il tarixli 296 saylı və 25 aprel 2023-cü il tarixli 050 saylı müqavilələrin üzərlərində olan "AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti EVROSTROY-S.S” məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş 30 aprel 2018-ci il tarixli 174 saylı, 12 fevral 2019-cu il tarixli 296 saylı və 25 aprel 2023-cü il tarixli 050 saylı müqavilələrin son vərəqində olan “Sifarişçi” qrafasındakı imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişdirlər. Təqdim edilmiş 30 aprel 2018-ci il tarixli 174 saylı, 12 fevral 2019-cu il tarixli 296 saylı müqavilələrin mətni əvvəl çap edilmiş, sonra möhür əksləri vurulmuş, daha sonra isə “Yeqanova A.R” adlarının qarşısındakı imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdurlar. Təqdim edilmiş 25 aprel 2023- cü il tarixli 050 saylı müqavilədə "xxxx"MMC qrafasındakı imza əvvəl sənədin üzərinə faksimile klişe vasitəsilə əks olunmuş, sonra isə möhür əksi vurulmuşdur. Təqdim edilmiş 30 aprel 2018-ci il tarixli və 12 fevral 2019-cu il tarixli maliyyə arayışlarında çap mətni möhür əksi və imza ilə kəsişmədiyi üçün onların icra ardıcıllıqları üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş 25 aprel 2023-cü il tarixli 050 saylı müqavilənin mətni şırnaqlı printerdə çap edildiyi üçün mətnin möhür əksi və imzanın icra ardıcıllıqları üzrə tədqiqat aparılmamışdır.

14. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında olan 30 aprel 2018-ci il tarixli 174 nömrəli müqavilənin 2-ci vərəqində “Sifarişçi” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında olan 12 fevral 2019-cu il tarixli 296 nömrəli müqavilənin 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza, 2-ci vərəqində “Sifarişçi” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza; "xxxx" MMC ilə Cavabdeh1 arasında olan ”25 aprel 2023-cü il tarixli 050 nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilənin 3-cü vərəqində “Sifarişçı”qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur.

15. "xxxx"MMC-nin 06 mart 2025-ci il tarixli rəyindən görünür ki, EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X20 arasında bağlanılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinin tikintisinə dair 21 dekabr 2016-cı tarixli 26 saylı müqavilənin foto şəkli “SAMSUNG” markalı (model: GT-P6800) Planşet vasitəsilə çəkilmişdir və həmin foto şəkillərin montaj edilməsi və ya digər texniki düzəlişlərə məruz qalması müəyyən edilmir.

16. "xxxx" MMC-nin 12 mart 2025-ci il tarixli məktubundan görünür ki, texniki avadanlıq (planşet, telefon, kamera və s.) vasitəsilə hər hansı bir sənədin çəkilməsi zamanı sənədin əsli (orijinal) və ya surəti olub-olmamasının müəyyən edilməsi mümkün deyil, “sənədlərin materiallarının tədqiqi” ekspert ixtisası üzrə tədqiqat prosesinə daxil olmur və bu məsələnin həlli üçün xüsusi bilik tələb olunmur.

a) Birinci instansiya məhkəməsində icraat

17. İlkin iddia üzrə İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı (X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilərək mənzilin rəsmi təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilinə dair İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə, həmin mənzilin təmirinə cavabdehler "xxxx" MMC və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması; cavabdehlər Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilənin etibarsız hesab edilməsi; faktiki olaraq İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin rəsmi olaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 174 nömrəli müqaviləyə əsasən sifarişçi İddiaçı hər kv metr üçün 1050 manat olmaqla 118125 manat məbləğində pulu podratçı "xxxx" MMC-yə ödəməyi, podratçı isə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilini sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli maliyyə arayışından da görünür ki, mənzilin tam dəyəri İddiaçı tərəfindən ödənilmiş və podratçı "xxxx" MMC-yə borcu yoxdur. Beləliklə, mənzilə görə ödəniş iddiaçı tərəfindən tam şəkildə edilmiş və faktiki olaraq ona təhvil verilmişdir. Bina uzun müddətdir ki, hazır edilmiş və iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Belə ki, iddiaçı mənzil hazır olduqdan sonra ora giriş qapısı quraşdırmış və hətta qismən təmir işləri də aparmışdır. Lakin cavabdeh "xxxx" MMC mənzilin təmirinin davam etdirilməsi, iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırır və bu hüququn reallaşdırılmasına imkan vermir. Digər Cavabdeh1 da mübahisəli mənzilin guya sifarişçi "xxxx" MMC tərəfindən ona satıldığını bildirmiş və buna dair müqavilə təqdim etmişdir. Belə ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqaviləyə əsasən sifarişçi Cavabdeh1 hər kv metr üçün 1250 manat olmaqla 140625 manat məbləğində pulu podratçı "xxxx" MMC-yə ödəməyi, podrtaçı isə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilini sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin mənzil Cavabdeh1 təhvil verilməmişdir və hazırda iddiaçı Azər Hsəənovun faktiki sahibliyindədir. Mənzilin açarları da hazırda iddiaçıdadır. Göründüyü kimi, cavabdeh "xxxx" MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmişdir. Lakin İddiaçıla bağlanmış müqavilənin tarixi daha əvvələ aiddir. Qeyd edir ki, bina hazır olandan mübahisəli mənzil iddiaçıya faktiki olaraq təhvil verilmişdir. Həmin mənzilə iddiaçı tərəfindən qapı da quraşdırılmışdır. Sadəcə iddiaçı mübahisəli mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsinin rəsmiləşdirilməsini istəyir. Belə ki, ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X11 adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işi mövcud deyil. Sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcuddur. Deməli, belə nəticəyə gəlmək olar ki, həmin ərizə verilərkən X20 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilənin əsli deyil, kserosurəti təqdim edilmişdir. Və yaxud müqavilə notariat ofisinə, ümumiyyətlə təqdim edilmədən N.Xəlilovun imtina ərizəsi təsdiq edilmişdir. X9 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli mövcud deyildirsə və həmin müqavilənin mövcud olması digər cavabdeh "xxxx" MMC tərəfindən təsdiq olunmursa, o zaman X11 mübahisəli mənzildən imtina etməsi barədə xx.xx.2019- cu il tarixli ərizəsinin də heç bir mənası yoxdur. Deməli, X20 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilə və N.Xəlilovun notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməz və onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası yoxdur. Lakin cavabdehlər Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilə isə etibarsız hesab edilməlidir. Cavabdehlər Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilənin etibarsız hesab edilməsi onunla əsaslandırılır ki, hazırki işdə mübahisəli mənzilin X15 nə vaxt satılması, ona mənzilin təhvil verilib-verilməməsi müəyyən edilməlidir. Çünki bu vəziyyətdə Cavabdeh1 daha əvvəl mənzili almış şəxsin hüquqlarının daşıyıcısı olacaqdı və hüququn nə vaxt yaranması ilə bağlı məsələ bu tip işlərdə vacibdir. Qeyd edir ki, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzili "xxxx" MMC tərəfindən faktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu ora qapı quraşdırmış və qismən təmir işləri görmüşdür. Lakin MMC İddiaçı təmiri davam etdirməyə imkan verməyərək mənzilə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırmış və mənzili rəsmi olaraq ona təhvil verməmişdir. Hətta mənzil İddiaçı rəsmi təhvil verilməsəydi də belə öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Müqavilədən də göründüyü kimi mübahisəli mənzilə dair İddiaçı ilə bağlanmış müqavilə daha əvvəl, yəni xx.xx.2018-ci il tarixə aiddir. Daha doğrusu, X20 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin kserosurəti mötəbər sənəd hesab edilmədiyinə görə mübahisəli mənzilin daha əvvəl MMC tərəfindən X15 verilməsi inkar olunur. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 296 nömrəli müqavilə isə xx.xx.2019-cu il tarixə aiddir, yəni İddiaçıla bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən sonraya aiddir. Göründüyü kimi cavabdeh Zərifə X7 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əslini məhkəməyə təqdim edə bilmir, həmçinin belə bir müqavilənin mövcud olması "xxxx" MMC tərəfindən də təsdiq olunmur.

19. İlkin iddia tələbinə cavabdeh, eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə və üçüncü şəxs Cavabdeh1 qarşı 2(005)-1683/2024 saylı mülki iş üzrə iddia ərizəsi icraatınıza qəbul edilmişdir. İddiaçının ərizəsində göstərilən xüsusatlar yalan və tamamilə cəfəngiyyatdır. İddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4- cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzil 21 dekabr 2016-cı il tarixdən X15 məxsus olmuş (bu barədə həmin tarixdə Cavabdeh2 MMC Xəlilov Nicatın adına verdiyi müqavilə və maliyyə arayışının surətlərini qoşmaya əlavə edir), həmin mənzili 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək alıb, “SİPARK” adı altında fəaliyyət göstərər. Cavabdeh2 MMC də 296 nömrəli müqavilə, maliyyə arayışı tərtib edərək 12 fevral 2019-cu il tarixdə Cavabdeh1 vermişdir (bu barədə sübutları qoşmaya əlavə olunur). Aldığı mənzili təmir etdirərkən İddiaçı mənzilimi təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapını özbaşınalıq edərək çıxarmış, həmin mənzili "xxxx" MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia etmişdir. Bu barədə cavabdeh DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət verib. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır (həmin qərarın surətini qoşmaya əlavə edir). Qeyd olunan mənzilin işığı, suyu və qazı ASAN Kommunalda onun adına qeydiyyatdan keçmiş və sayğaclar qoyulmuşdur. Əlavə olaraq mənzili təmir etməyi ilə bağlı Cavabdeh2 MMC onunla ayrı bir müqavilə bağlayaraq mənzili təmir etməyinə icazə vermişdir.

20. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2nə qarşı müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınmasına, qeyd edilən əmlakın iddiaçının sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2nə qadağan edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışının 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilin giriş qapısının dəyərini təşkil edən 1100 (bir min yüz) manat pulun, tikinti materiallarının dəyərini təşkil edən 2165,90 (iki min bir yüz altmış beş manat doxsan qəpik) manat pulun, hər birinin qiyməti 50 manat olmaqla iki ədəd drelə görə 100 (bir yüz) manat pulun, qarşılıqlı iddia tələbinə görə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və vəkil xidmətinə görə ödədiyi 320 (üç yüz iyirmi) manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsi, ilkin iddiarun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir).

21. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində göstərilən xüsusatlar yalan və tamamilə cəfəngiyyatdır, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzil 21 dekabr 2016-cı il tarixdən X15 məxsus olmuş həmin mənzili 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək almışdır, “SİPARK” adı altında fəaliyyət göstərən Cavabdeh2 MMC də 296 nömrəli müqavilə, maliyyə arayışı tərtib edərək 12 fevral 2019- cu il tarixdə Cavabdeh1 vermişdir. Aldığı mənzili təmir etdirərkən İddiaçı mənzilini təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapını özbaşınalıq edərək çıxarmış, həmin mənzili Cavabdeh2 MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia etmişdir. Bu barədə o, DİN-nin 102 XidmətiZəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət vermişdir. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır. Qeyd olunan mənzilin işığı, suyu və qazı ASAN Kommunalda onun adına qeydiyyatdan keçmiş və sayğaclar qoyulmuşdur. Əlavə olaraq mənzili təmir etməyi ilə bağlı Cavabdeh2 MMC onunla ayrı bir müqavilə bağlayaraq mənzili təmir etməyinə icazə vermişdir. Göründüyü kimi, Cavabdeh2 MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmiş, lakin o, mənzili X10 aldığına görə, daha əvvəl 21 dekabr 2016-cı il tarixdə X20 Cavabdeh2 MMC-dən mənzili almış və 12 fevral 2019-cu il tarixdə ona satmışdır. Ona görə də həmin mənzil ona məxsusdur. Həmçinin Cavabdeh2 MMC ona bildirmişdir ki, iddiaçını tanımır. Mənzilin ona məxsus olduğunu təsdiq etdiyindən, mənzillə bağlı digər sənədləşmə hərəkətlərini Cavabdeh2 MMC onunla etmişdir. Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzil 21 dekabr 2016-cı il tarixdən X15 məxsus olmuş, həmin mənzili 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək almış, “SİPARK” adı altında fəaliyyət göstərən Cavabdeh2 MMC də 296 nömrəli müqavilə, maliyyə arayışı tərtib edərək 12 fevral 2019-cu il tarixdə Cavabdeh1 vermişdir. Aldığı mənzili təmir etdirərkən İddiaçı mənzilini təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapı və təmir-tikinti materiallarını özbaşınalıq edərək çıxararaq oğurlamış və əvəzində 3 gün ərzində iki dəfə başqabaşqa qapılar qoymuş, üstəlik Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılarkən olanları etiraf etmişdir. İddiaçı həmin mənzili Cavabdeh2 MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia edir. Bu barədə o, DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət vermişdir. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır. Qeyd olunan mənzilin işığı, suyu və qazı ASAN Kommunalda onuna adına qeydiyyatdan keçmiş və sayğaclar qoyulmuşdur. Əlavə olaraq mənzili təmir etməyi ilə bağlı Cavabdeh2 MMC onunla ayrı bir müqavilə bağlayaraq mənzili təmir etməyinə icazə vermişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmiş, lakin o, mənzili X10 aldığına görə, daha əvvəl 21 dekabr 2016-cı il tarixdə X20 Cavabdeh2 MMC-dən mənzili almış və 12 fevral 2019-cu il tarixdə ona satmışdır. Ona görə də həmin mənzil ona məxsus olduğunu qeyd edir. Həmçinin Cavabdeh2 MMC bildirmişdir ki, dediyinə görə ilkin iddiaçını tanımır. Mənzilin ona məxsus olduğunu təsdiq etdiyindən, mənzillə bağlı digər sənədləşmə hərəkətlərini Cavabdeh2 MMC onunla etmişdir. Belə olan halda da iddiaçının və cavabdehin onu çıxılmaz vəziyyətə salmaları müəyyən olunur. Həmçinin Cavabdeh2 MMC iddiaçını tanımadığı bildirmiş,mənzilin ona məxsus olduğunu təsdiq etdiyindən, mənzillə bağlı digər sənədləşmə hərəkətlərini Cavabdeh2 MMC onunla etdiyindən və iddiaçının iddia ərizəsi əsassız olduğundan iddia rədd edilməlidir.

22. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2018-ci ildə “Sipark”Yaşayış Kompleksidən(Cavabdeh2 MMC) 1 və 2 otaqlı iki ədəd – 57 və 58 saylı mənzilləri almışdır. Həmin mənzillərin qapısı olmadığı üçün Murad adlı komendant qapı qoyulmasına icazə verdi, onlar tərəfindən mənzillərə qapı qoyuldu. Hər qapı üçün 200 manat ödəniş ediyini və iki dəst açar verildiyini bildirdi. Açarlardan birini binada təmir aparıldığı üçün mənzilə daxil olmaq lazım gələcəyi üçün MTK tərəfindən açarın birini götürdüklərini qeyd etdi. Mənzilə baxmağa getdikləri zaman üzbəüz mənzilin sahibi ilə MTK arasında mübahisə olduğunu və onun mənzilini başqa ikinci şəxsə satıldığını bildirib. Bundan sonra şübhəyə düşərək mənzilin qapılarına öz nömrələrini yazdığını bildirdi. Başqa nömrədən cavabdehin oğlu tərəfindən zəng gələrək, mənzilin sahibi olduqlarını və həmin mənzilin də onlara satıldığını bildiriblər. Dəfələrlə bu məsələ ilə bağlı görüşdüklərini, Samir adlı şəxs etiraf edərək bu məslənənin həll edəcəyini bildirib. O bildirib ki, həmin binada iki mənzilə sahib olduğu üçün mənzildən çıxamğı münasib deyil və cavabdehə ödənişin edilməsini tələb edib. MTK ilə cavabdeh bu barədə razılaşdıqlarını qeyd etdi. 1400 manat ilkin ödəniş kimi cavabdehə ödəniləcəyi bildirilsə də mənzillə bağlı hər hansı məlumat əldə edilməyib.

23. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdirlər. Qeyd etmişdir ki, müqavilə bağlanan zaman mənzil tərəfə göstərilib, mənzilin qapısı "xxxx" MMC tərəfindən qoyulmuş qapı olub. Faktiki olaraq mənzil hazırda İddiaçı istifadəsindədir və qismən təmir işləri aparılmışdır. Tərəfin təmir və kommunal xidmətlər ilə bağlı müqaviləsi olmadığını bildirdi. Hazırda İddiaçı arayış və digər sənədlər verilmir. Eyni zamanda digər sakinlərə də sənədlərin təqdim edilmədiyini bildirdi. İddiaçı mülkiyyətində olan mənzilin qapısını dəyişib, "xxxx" MMC tərəfindən qoyulmuş qapı İddiaçı ödənişinə daxil olduğunu bildirdi. Cavabdeh2 MMC-nin əməllərində tərəflərə qarşı dələduzluq əlamətləri olduğundan, xüsusi qərardadın qəbul edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Bildirmişlər ki, X.Nicatla "xxxx" MMC arasında müqaviləsinin təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən sorğu verilsə də, icra edilməmişdir. Təmir haqqında müqavilə 2023-cü ilin aprel ayında "xxxx" MMC tərəfindən verilmişdir. Mənzilin açarının Cavabdeh1 olduğunu bildirdi. Təmirin aparılması üçün materiallar alındığını qeyd etdilər. İlkin iddia üzrə iddiaçının Ə.Zərifəyə məxsus qapını icazəsiz sökərək, özünə aid digər mənzildə saxladığını,mübahisəli mənzildə olan təmir tikinti materiallarının da ilkin iddia üzrə iddiaçı tərəfindən məhv edildiyini bildirdi. Məhkəmədən deyilən halların nəzərə alınmasını xahiş etdilər.

25. Məhkəmə iclasında izahat verən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X21 qeyd etmişdir ki, Ə.Zərifənin oğludur, bütün proseslərdə bilavasitə o iştirak etmişdir. İddiaçılər dəfələrlə görüşüb məsələni həll etməyə çalışdıqlarını bildirdi. Qeyd etdi ki, uşaqları həmin mənzilin yaxınlığında yerləşən məktəbdə təhsil aldıqlarından, H.Azərə təkif edib ki, o MMC-dən pulunu geri alsın, mənzil isə Ə.Zərifədə qalsın. İddiaçı də bu təkliflə razılaşmışdır, hətta MMC-nin nümayəndələri də ilkin olaraq pul məbləğini qaytaracaqlarını bildirmiş, lakin sonra vədlərinə əməl etməmişdirlər.

26. Məhkəmə baxış iclasında dindirilən şahid X22 ifadəsində göstərmişdir ki, İddiaçı onun tələbə yoldaşı olub və qohumluq münasibətləri yoxdur. Binanın tikintisi getdiyi zaman İddiaçı həmin binadan mənzil almaq istəyirdi. Binanın tikintisi başa çatdıqdan sonra oradan mənzil alıb və baxış üçün mənzilə birlikdə gediblər. Mənzildə olarkən qonşu mənzil sahibinin MTK ilə mənzilinin ikinci şəxsə satıldığı ilə bağlı mübahisə etdiyini bildirib. Bundan sonra onlarda bununla bağlı şübhə yarandığı üçün qapıya əlaqə nömrələri qeyd etnəyə qərar veriblər. Həmçinin buna görə də mənzillə bağlı videolar da çəkiblər. Həmin mənzilin alındığı zaman iddiaçının mübahisəli mənzil olmasından məlumatı olmadığını bildirdi.

27. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 izahatında göstərmişdir ki, mənzili 2016-cı ildə şəxsi istifadəsi üçün almış, direktor Aida Yeqanova sənədi imzalamışdır. Binanı tikən olaraq Seymur və Samir olaraq tanıyır, onlar da onun kimi Şəmkir rayonundandırlar. 2019-cu ildə mənzili Cavabdeh1 satmışdır. Zərifə xanımı makler vasitəsi ilə tanımışdır. Mənzili satanda bina yeni tikilirdi. Layihə ilə mənzili göstərmişdir. Mənzili satan vaxt həmin mərtəbənin tikilməsini xatırlamır. Mənzili 03 saylı Notariat İdarəsində Cavabdeh1 xeyrinə imtina etmişdir. Müqaviləni isə şirkətin 2-ci mərtəbəsində satış ofisində şirkətin nümayəndəsinə təhvil vermiş, yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir. Mənzili kv.m 1500 manata alıb, 1250 manata Zərifə xanıma satmışdır. Təcili pul lazım olduğu üçün ucuz qiymətə satmış, pulu da MTK-nın qarşısında Zərifə xanımdan almışdır. Mənzillə bağlı Zərifə xanımın ona borcu yoxdur. Alqısatqıdan başqa münasibətləri – qohumluq, tanışlıq və s. yoxdur. Sənədlərin əsillərini şirkətə qaytarmış, lakin surətləri özündə qalmışdır. Mənzili satdıqdan sonra həmin mənzillə bağlı məhkəmə mübahisəsi olmamışdır.

28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-132/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən – M.Əfəndizadə) ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 174 nömrəli Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4- cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2nə qadağan edilməsi qət edilmişdir.

29. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-132/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-132/2025 saylı qətnaməsində düzəlişlər edilməsi, qətnamənin “qət etdi” hissəsində “Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi” cümləsinin “Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti İddiaçı və "xxxx" MMCdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin” cümləsi ilə əvəz edilməs qərara alınmışdır.

30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-132/2025 nömrəli əlavə qətnaməsi ilə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 174 nömrəli müqaviləyə əsasən ödənilmiş 118125 (bir yüz on səkkiz manat yüz iyirmi beş) manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 310 (üç yüz on) manat məbləğində pulun İddiaçı və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir.

31. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli mənzillə bağlı 3 müqavilə bağlanmışdır: 1.X20 ilə EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 dekabr 2016-cı il tarixli müqavilə 2.İddiaçı ilə Cavabdeh2 MMC- arasında 30 aprel 2018-ci il tarixli,174 nömrəli müqavilə, 3.Cavabdeh1 ilə “Podratçı”- Cavabdeh2 MMC-arasında 12 fevral 2019-cu il tarixli,296 nömrəli müqavilə

32. Tərəflərin izahatlarından görünür ki, İddiaçı müqaviləsi 2018-ci ildə, Cavabdeh1 isə müqaviləsi 2019-cu ildə verildiyindən və hər ikisinin adına olan müqavilələrə MTK-nın möhürü vurulduğundan, yaranmış mübahisəli məsələ ilə əlaqədar şirkətə birlikdə müraciət etmişlər, şirkət hər ikisindən üzürxahlıq etməyə çalışaraq səhv etdiklərini, onların problemini həll etməli olduqlarını, birinə mənzil digərinə isə pul verilməsini bildirərək hər ikisinin məsələsini həll edəcəklərini bildirmələrinə baxmayaraq məsələ öz həllini tapmadığından aralarında mübahisə əvvəl polisdə araşdırılmış, sonda məhkəməyə müraciət etmişlər.

33. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil müəqqəti təminat tədbiri barədə qərardadın icrası məqsədilə möhürlənmişdir; mənzilin divarları müəyyən yerlərdə ağardılmışdır. Mənzildə təmir avadanlıqlarının olması müəyyən edilmədi. Cavabdeh1 ustaların təmir avadanlıqları və mənzilə qoydurduğu qapını İddiaçı tərəfindən götürüldüyünü göstərdi. İddiaçı tərəfindən mənzilin dəyişdirdiyi qapısını digər mənzilinə qoymasını bildirmişdir. Baxış zamanı Cavabdeh2ndən heç kim iştirak etmədiyi üçün onların mövqeyini öyrənmək mümkün olmadı.

34. Beləliklə də tərəflər mübahisəli mənzillə bağlı qarşı tərəfin adına olan müqavilələrin qanuniliyini mübahisələndirirlər.

35. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı üçüncü şəxs X20 ilə MMC arasında mübahisəli mənzilə dair xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin bağlanmasının ehtimal olunan olması və N.Xəlilovun notarial ərizəsinin mötəbər sənəd kimi qəbul edilə bilinmədiyi üçün onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası olmamasını, həmin mənzilin MMC tərəfindən faktiki olaraq ilk iddiaçıya təhvil verilməsinə, buna görə də Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilənin etibarsız hesab edilməli olmasını iddia etmişdir. İlk iddia üzrə Cavabdeh1 isə mübahisəli mənzilin 12 fevral 2019-cu il tarixdə Xəlilov Nicata 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək almasını, ona görə də qarşılıqlı iddia qaldıraraq həmin mənzil ona məxsus olduğu üçün İddiaçı ilə MMC arasmda bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı müqavilənin etibarsız hesab edilməsini iddia etmişdir. İlkin iddia üzrə üçüncü şəxs X11 iddialarla bağlı mövqeyinə görə mübahisəli mənzili 2016cı ildə şəxsi istifadəsi üçün almış və 2019-cu ildə mənzili 03 saylı Notariat İdarəsində Cavabdeh1 xeyrinə imtina etmişdir. Mənzili təcili pul lazım olduğu üçün ucuz qiymətə 1500 manata alıb, 1250 manata Zərifə xanıma satmışdır.

36. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin həlli mübahisəli mənzilin məhz kimin tərəfindən ilk olaraq əldə edilməsi təşkil edir. Məhkəmə qeyd etmişdir ki, ilk iddiaçının Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilənin etibarsızlığına dair iddiasının əsasını mənzilin ilk alıcısı özünün olması təşkil edir.

37. Məhkəmə ilk iddiaçının tələbinin əsası kimi istinad etdiyi X20 ilə MMC arasında xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin bağlanmasının ehtimal olunması və N.Xəlilovun notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməməsi və onun adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud olmamaqla sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcud olmasına dair Bakı şəhəri 3 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna istinad etməklə həmin ərizə verilərkən sözügedən şəxslər arasında bağlanmış müqavilənin əsli deyil, kserosurəti təqdim edilməsinə dair mövqeyini ilk iddiaçı tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirmişdir. Belə ki, üçüncü şəxs X11 izahatından görünür ki, mənzili 3 saylı Notariat İdarəsində Cavabdeh1 xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarmış və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir.

38. Məhkəmə üçüncü şəxsin izahatında göstərilənləri inandırıcı saymaqla hesab etmişdir ki, notariat orqanında ərizədə şəxsin imzasının təsdiq edilməsinə dair notariat əməliyyat aparılarkən bu halda notariat icraatı açılmır, lakin elektron notariat informasiya sisteminə məlumat daxil edilir ki, notariat da həmin sistemdən çıxarışı təqdim etmişdir. Notariat icraatının açılmaması notariat əməliyyatı aparılarkən X11 adına olan müqavilənin əslinin olmaması anlamına gəlməyə əsas vermir. Əksinə məhkəmənin qənaətinə görə məhz müqaviləni əslinə baxış keçirmədən belə X11 ərizəsində onun imzası təsdiq edilməsində heç bir qanunsuzluq yoxdur. Belə ki, ərizənin məzmununda göstərilənlər X4 iradə ifadəsidir və ilk iddiaçı tərəf ərizənin məzmununda mübahisəli mənzillə bağlı göstərilənlərin həqiqətə uyğun olmamasını təkzid edən heç bir sübut təqdim etməmişdir.

39. Məhkəmə daha sonra hesab etmişdir ki, X20 ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli mövcud olmasa da onun mübahisəli mənzildən imtina etməsi barədə xx.xx.2019-cu il tarixli ərizəsinin də heç bir mənasının olmamasına dair ilk iddiaçının arqumenti də tam əsassızdır. Belə ki, iş materiallarından görünür ki, MMC Cavabdeh1 ilə 12 fevral 2019-cu il tarixli, 296 nömrəli müqavilədən əlavə, 5 aprel 2023-cü il tarixli,050 nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilə də bağlamış, mənzilin daxili təmirinə icazə vermiş, mənzildə işıq, su və qaz sayğacları və onların texniki cəhətdən quraşdırılmış, onunla hətta "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Su kanal İdarəsi «05 iyul 2023- cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə», “Azəriqaz" İB xx.xx.2023-cü il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə» imzalanmışdır.

40. Beləliklə də məhkəmənin qənaətinə görə mübahisəli mənzilin ilk alıcısı olmuş X20 ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli mövcud olmasa da işin faktiki araşdırılmış halları Cavabdeh1 həmin mənzili MMCdən birbaşa deyil, mənzilin əvvəlki sahibi olmuş X5 almasını, eləcə də sonuncunun MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan 2 (iki) otaqdan ibarət 58 saylı mənzilindən və pay hüququmdan imtina etməsi və həmin mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etməməsini bildirməsi, gələcəkdə həmin mənzilə dair Cavabdeh2 MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyinə dair notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsinin şübhə altına almağa əsaslar mövcud deyidir.

41. Həmçinin məhkəmə qeyd etmişdir ki, X11 izahatında mübahisəli mənzilin əldə etməsini aydın və müfəssəl təsvir etmiş, sadaladığı hallar bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Buna görə də onun izahatında mənzilin alınmasına dair verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirilir və onun izahatının mötəbər olmasına dəlalət edir.

42. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddiaçı tərəfin mübahisələndirdiyi müqavilənin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından ilk iddiaçının iddiası əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, işin araşdırılmış halları X20 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin mövcudluğunu təsdiq etdiyi üçün ilk iddiaçı mübahisəli mənzilin ilk sahibi olmamış və belə olan halda cavabdeh MMC-nın tərəfindən mənzil artıq ona satıldığı üçün digər şəxsə, konkret olaraq A.Qurbanova satıla bilməzdi. Başqa sözlə, mülkiyyətində olmayan mənzillə bağlı onunla müqavilə bağlana bilməzdi və eyni zamanda, o vicdanlı alıcı hesab edilə bilməz. Belə ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin dispozisiya şərtləri mövcud deyildir, ilk iddiaçı mənzili daşınmaz əmlakı dövlət reyestrində aparılmış qeydə əsaslanaraq əldə etməmişdir. Müəyyən edilmişdir ki, mübahisəli mənzil qanunvericiliklə qadağan olunmayan əsaslarla Cavabdeh1 satılması faktı baş vermiş və cavabdeh MMC də öz növbəsində mübahisəli mənzilin növbəti sahibi kimi onunla müvafiq müqaviləni bağlamışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Başqa sözlə, Cavabdeh1 mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur və onunla MMC arasınla bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir.

43. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki işin faktiki halları baxımından da ilk iddia üzrə MM-in 452.1-ci maddəsinin tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-in istinad olunan 452.1- ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir. Başqa sözlə, daşınmaz əşyalar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların özgəninkiləşdirilməsi zamanı alğısatqı müqaviləsinə əsasən alıcının əmlak barəsində yalnız sahiblik və istifadə hüquqları yaranır, sərancam hüququ isə müqavilənin dövlət qeydiyyatından sonra əmələ gəlir, yəni mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatı ilə bağlı olur, rəsmi reyestrdə qeydə alınması tələb olunmayan istənilən daşınar əşyalar barəsində isə belə qaydaya riayət edilməsi tələb olunmur, yəni əşyanın əldə edilməsi ilə eyni vaxtda həmin əşyaya mülkiyyət hüququ da əldə edənə keçir. Bununla da müəyyən olunur ki, Cavabdeh1 mübahisəli mənzili MMC-dan tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir, yəni həmin mənzil ilk iddiaçının adına qeydə alınmamışdır və müvafiq olaraq onun mülkiyyətində deyildir. Başqa sözlə, sözügedən cavabdehə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir. Beləliliklə də Mülki Məjəllənin 452.1-ci maddənin hazırki halda ilk iddiaçıya münasibətdə tətbiq edilməsi yolverilməzdir.

44. Məhkəmə ilk iddia üzrə dindirilmiş şahid ifadəsinə və iş üzrə keçirilmiş ekspertiza rəylərinə qiymət verərək hesab etmişdir ki, bu ifadə və rəylər ilk iddiaçının tələbinin əsası kimi istinad edilən halların əsaslı olmasını təsdiq etmir. Belə ki, hər iki tərəfin adına olan 2018 və 2019-cu illərdə bağlanmış müqavilələrdə möhur "xxxx"MMC-yə məxsus olması və İddiaçı da MMC ilə mübahisəli mənzillə bağlı müqavilə bağlaması faktları işin mübahisəsiz hallarıdır. Lakin işin araşdırılmış halları onun mənzilin ilk alıcısı olmadığını təsdiq etdiyi üçün şahid ifadəsi və ekspert rəyi artıq sübut əhəmiyyəti daşımır.

45. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ilk iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

46. Məhkəmə ilk iddia üzrə irəli sürülən dəlillərin, ümumilikdə ilk iddianın əsassız olması fonunda qarşılıqlı iddia tələblərinə də qiymət verərək hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı müqavilə qanunvericiliyin tələbləri nöqteyi nəzərindən bağlandığı andan etibarsız əqd olması tam olaraq sübuta yetirilir.

47. Həmçinin, məhkəmə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, hesab etmişdir ki, qarşılıqlı iddiaçının qanuni əsaslarla əldə etdiyi həmin mənzil üzərində olan huquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir.

48. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1a məxsus mübahisəli mənzildə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsi, artıq həmin mənzilə heç bir hüququ olmayan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və digər Cavabdeh2nə qadağan edilməlidir.

49. Lakin məhkəmə qarşılıqlı iddianın digər hissəsi olan mənzilin giriş qapısının dəyərini təşkil edən 1100 (bir min yüz) manat pulun, tikinti materiallarının dəyərini təşkil edən 2165,90 (iki min bir yüz altmış beş manat doxsan qəpik) manat pulun, hər birinin qiyməti 50 manat olmaqla iki ədəd drelə görə 100 (bir yüz) manat pul tələbinin təmin edilməsini mümkünsüz sayaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh A.Qurbanovun mübahisəli mənzil yerləşən binada digər mənzili vardır və özünün izahatından görünür ki, hazırda Zərifə xanımın mübahisəli mənzilə qoyduğu qapısı ona aid olan digər mənzildədir və istədiyi vaxt götürə bilərlər. Göründüyü kimi, qarşılıqlı iddiaçının pulunu tələb etdiyi giriş qapısı mövcuddur və cavabdeh onu qaytarmağa da etiraz etmir. Belə olan halda həmin qapının pulunun tutulmasına dair tələb əsaslı sayıla bilməz. Həmçinin qarşılıqlı iddiaçı mübahisəli mənzildə tikinti materialları və inşaat alətlərinin pulunu tələb etsə də, həmin əmlakların mənzildə mövcud olmasına dair sübutlar təqdim etmədiyi üçün iddia bu hissədə də əsaslı sayıla bilməz.

50. Göstərilənlərə əsasən məhkəmə hesab emişdir ki, qarşılıqlı iddia qismən, yəni İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı müqavilənin etibarsız hesab edilməli, iddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2nə qadağan edilməli olması hissəsində təmin edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

51. Əlavə qətnamə üzrə məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində restitusiya – yəni İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilən 118125 manat pulun qaytarılması məsələsi həll edilməmişdir. Halbuki, etibarsız əqd üzrə tərəflər bir-birinə aldıqlarını qaytarmalıdırlar.

52. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 33-cü; Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152..5, 157.4, 157.7, 337.1, 337.4, 337.5, 390.1, 405.1, 425.1, 752.1, 759.1, 759.2, 452.1, 452.2, 443.1, 337.1, 337.5-ci; “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı; Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarı; “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 107, 115.0.6, 106.1, 121.1, 13.7, 14.2, 77.1, 88, 217.3, 62.1, 104.2, 217.4, 218.1, 229.1, 229.1.1, 229.1.2, 229.1.3, 229.2, 229.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

53. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

54. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində qeyd edilir ki, məhkəmə ilk iddiaçının tələbinin əsası kimi istinad etdiyi X20 ilə MMC arasında xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin bağlanmasının ehtimal olunması və N.Xəlilovun notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməməsi və onun adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud olmamaqla sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcud olmasına dair Bakı şəhəri 3 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna istinad etməklə həmin ərizə verilərkən sözügedən şəxslər arasında bağlanmış müqavilənin əsli deyil, kserosurəti təqdim edilməsinə dair mövqeyini ilk iddiaçı tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirir (səhifə 15, abzas 2). Belə ki, üçüncü şəxs X11 izahatından görünür ki, mənzili 3 saylı Notariat İdarəsində Cavabdeh1 xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarmış və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir (səhifə 15, abzas 3). Məhkəmə üçüncü şəxsin izahatında göstərilənləri inandırıcı saymaqla hesab edir ki, notariat orqanında ərizədə şəxsin imzasının təsdiq edilməsinə dair notariat əməliyyat aparılarkən bu halda notariat icraatı açılmır, lakin elektron notariat informasiya sisteminə məlumat daxil edilir ki, notariat da həmin sistemdən çıxarışı təqdim etmişdir. Notariat icraatının açılmaması notariat əməliyyatı aparılarkən X11 adına olan müqavilənin əslinin olmaması anlamına gəlməyə əsas vermir. Əksinə məhkəmənin qənaətinə görə məhz müqaviləni əslinə baxış keçirmədən belə X11 ərizəsində onun imzası təsdiq edilməsində heç bir qanunsuzluq yoxdur. Belə ki, ərizənin məzmununda göstərilənlər X4 iradə ifadəsidir və ilk iddiaçı tərəf ərizənin məzmununda mübahisəli mənzillə bağlı göstərilənlərin həqiqətə uyğun olmamasını təkzid edən heç bir sübut təqdim etməmişdir (səhifə 15, abzas 4). Qeyd edir ki, məhkəmənin gəldiyi bu qənaət əsassızdır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X11 adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işi mövcud deyil. Sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcuddur. Deməli, belə nəticəyə gəlmək olar ki, həmin ərizə verilərkən X20 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisi barədə müqavilənin əsli deyil, kserosurəti təqdim edilmişdir. Və yaxud müqavilə notariat ofisinə, ümumiyyətlə təqdim edilmədən N.Xəlilovun imtina ərizəsi təsdiq edilmişdir. X9 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli mövcud deyildirsə və həmin müqavilənin mövcud olması digər cavabdeh "xxxx" MMC tərəfindən təsdiq olunmursa, o zaman X11 mübahisəli mənzildən imtina etməsi barədə xx.xx.2019-cu il tarixli ərizəsinin də heç bir mənası yoxdur. Deməli, X20 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilə və N.Xəlilovun notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməz və onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası yoxdur. Daha sonra, qətnamədə qeyd edilir ki, müəyyən edilmişdir ki, mübahisəli mənzil qanunvericiliklə qadağan olunmayan əsaslarla Cavabdeh1 satılması faktı baş vermiş və cavabdeh MMC də öz növbəsində mübahisəli mənzilin növbəti sahibi kimi onunla müvafiq müqaviləni bağlamışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Başqa sözlə, Cavabdeh1 mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur və onunla MMC arasında bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir (səhifə 16, abzas 8). Məhkəmənin bu fikri ilə yuxarıda qeyd edilənlərə əsasən razılaşmaq mümkün deyil. Cavabdeh1 mənzilin qanuni sahibi hesab edilə bilməz. O mənzilə dair birbaşa MMC ilə müqavilə bağlamışdır ki, bu müqavilə də İddiaçı MMC ilə bağladığı müqavilədən sonrakı tarixə təsadüf edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kredi torundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edir ki, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzili "xxxx" MMC tərəfindən faktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu ora qapı quraşdırmış və qismən təmir işləri görmüşdür. Lakin, MMC İddiaçı təmiri davam etdirməyə imkan verməyərək mənzilə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırmış və mənzili rəsmi olaraq ona təhvil verməmişdir. Hətta mənzil İddiaçı rəsmi təhvil verlməsəydi də belə öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Müqavilədən də göründüyü kimi mübahisəli mənzilə dair İddiaçı ilə bağlanmış müqavilə daha əvvəl, yəni xx.xx.2018-ci il tarixə aiddir. Daha doğrusu, X20 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin kserosurəti mötəbər sənəd hesab edilmədiyinə görə mübahisəli mənzilin daha əvvəl MMC tərəfindən X15 verilməsi inkar olunur. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 296 nömrəli müqavilə isə xx.xx.2019-cu il tarixə aiddir, yəni İddiaçıla bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən sonraya aiddir. Göründüyü kimi cavabdeh Zərifə X7 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əslini məhkəməyə təqdim edə bilmir, həmçinin belə bir müqavilənin mövcud olması "xxxx" MMC tərəfindən də təsdiq olunmur. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, cavabdeh Z.X7 ilə "xxxx" MMC arasında bağlanması ehtimal olunan xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin bağlanmasını sübut edə bilmədiyinə görə onun özü ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən sonraya aid olmuş olur. Belə olduğu təqdirdə isə Mülki Məcəlləsinin 452.1-ci maddəsi tətbiq olunmalıdır. Cavabdehlər Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 296 nömrəli müqavilənin etibarsız hesab edilməsi onunla əsaslandırılır ki, hazırki işdə mübahisəli mənzilin X15 nə vaxt satılması, ona mənzilin təhvil verilib-verilməməsi müəyyən edilməlidir. Çünki bu vəziyyətdə Cavabdeh1 daha əvvəl mənzili almış şəxsin hüquqlarının daşıyıcısı olacaqdı və hüququn nə vaxt yaranması ilə bağlı məsələ bu tip işlərdə vacibdir. Məhkəmə tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

55. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

56. Etirazda apellyasiya şikayətinin dəlilləri üzrə qeyd olunur ki, ünvan 1 ünvanladığı xx.xx.2024cü il tarixli məktubuna əsasən X11 adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud olmaması səbəbindən mənzilin tikintisi barədə müqavilənin əslinin deyil, kserosurətinin təqdim edilməsi barədə apellyatorun fikri onun şəxsi mülahizəsindən başqa bir şey deyildir. Belə ki, apellyatorun fikrincə, əgər notariat işi yoxdursa, deməli Nicat Xəlilov tərəfindən müqavilənin əsli deyil, kserosurəti təqdim edilmişdir. Hamıya məlumdur ki, notariat hərəkətlərinin aparılmasını tənzimləyən qanunvericilik aktlarının tələbinə görə, notariat hərəkətləri yalnız sənədin əsli əsasında aparılır və sözügedən müqavilənin əslini görmədən notarius Nicat Xəlilovun ərizəsini təsdiq edə bilməzdi. 21 dekabr 2016-cı il tarixli 26 saylı müqavilənin mövcud olmasının "xxxx" MMC tərəfindən təsdiq edilməməsi dəlili ilə apellyator məhkəməni çaşdırmağa çalışır. İş materialları ilə sübut olunur ki, müqavilənin mövcud olmaması "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir. Sadəcə MMC nə onların vəkil sorğusuna, nə də məhkəmə sorğularına cavab verməmişdir. Bu isə sözügedən müqavilənin mövcud olmaması anlamına gəlmir.

b) Proses iştirakçılarının izahatı

57. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iş materiallarında elektron qaydada olsa da, ərizəni yenidən təqdim etmək istəyir. Həmin ərizədə qeyd edilir ki, X17, X23 və X12 Cavabdeh2 MMC-nin rəhbər şəxsləri olaraq aşağıda adları qeyd olunan şəxslərin mülkiyyətində olan, Cavabdeh2 MMC-nin nəzdində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada alqı-satqı etmələrinə etiraz etmir. 10 nəfər şəxsin adı yazılıb, onların siyahısında X20 da var və birinci sırada qeyd edilib.

58. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında və sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində xüsusilə vurğulanır ki, İddiaçı bildirir ki, Nicat Xəlilov tərəfindən verilmiş notarial təsdiqli ərizə mötəbər sübut kimi qəbul edilə bilməz və bu hal müqavilənin əslinin olmadığını göstərir. Çünki, əgər Nicat Xəlilovda müqavilənin əsli olsaydı, notariusa həmin müqavilənin əslini təqdim edərdi və mənzilə dair imtinası da qanuni hesab edilə bilərdi. Birinci instansiya məhkəməsi bu halı bir cümlə ilə əsaslandıraraq qeyd edir ki, bu mövqe iddiaçının subyektiv mülahizəsi kimi qiymətləndirilir. Lakin, üçüncü şəxs X11 izahatında mənzili 3 saylı Notariat İdarəsində Cavabdeh1 xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarması və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilməsi ilə bağlı bildirdiklərini isə inandırıcı saymışdır. Hesab etmişdir ki, notariat orqanında ərizədə şəxsin imzasının təsdiq edilməsinə dair notariat əməliyyat aparılarkən bu halda notariat icraatı açılmır. O özü araşdırma aparmış, həmin ərizə ilə bağlı notariat işinin açılmaması ilə bağlı bir məcburiyyət yoxdur. Hazırki işdə mütləq müqavilənin əsli, ya da notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilməliydi ki, həmin ərizə etibarlı hesab edilmiş olsun. Nicat Xəlilov məhkəmədə həmin mənzillə bağlı 2016-cı ildə müqavilə bağlanıldığını bildirsə də, ya həmin müqavilənin əsli onun özündə, ya da Cavabdeh1 olmalıydı. Buna görə də onlar hesab edir ki, həmin müqavilənin əsli olmayıb. Bununla bağlı notariusa sorğu verilmişdi, xx.xx.2024-cü il tarixli sorğuya cavabda bildirilib ki, Nicat Xəlilov adından verilmiş xx.xx.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud deyil, sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcuddur. Bu da onu təsdiq edir ki, belə bir müqavilə yoxdur, həmin ərizəni verməyə Nicat Xəlilovun hüququ yoxdur. Ona görə də hesab edir ki, X13 həmin müqavilənin əsli olmadığından, o, həmin mənzilin qanuni sahibi deyil və 2019-cu ildə mənzili Cavabdeh1 sata bilməzdi. Çünki 2018-ci ildə İddiaçı ilə "xxxx" MMC arasında mübahisəli mənzillə bağlı müqavilə bağlanılıb. Hətta, İddiaçı iki qonşu mənzilin alınması ilə bağlı müqavilə var. Mənzil ona təhvil verildiyi üçün o, açarı dəyişib, təmir üçün mənzildə əşyalar da olub. Əsas odur ki, faktiki olaraq mənzil İddiaçı olub. İcra məmuru ilə məhkəmə həmin evə getdikdə, evin açarı İddiaçı olub. Hətta təhvil verilməsəydi belə, İddiaçı ilə olan müqavilə qarşı tərəflə olan müqavilədən daha əvvəlxx.xx.2018-ci ildə bağlanılıb. X3 adına olması iddia edilən 2016-cı il tarixli müqavilədə mənzilin bir kv/m-nin qiyməti 1500 manat kimi göstərilsə də, 2019-cu ildə Cavabdeh1 adına bağlanmış müqavilədə qiymət 1250 manat kimi qeyd edilir. Bu necə ola bilər ki, həmin dövrlər üzrə qiymətlər artmalı olduğu halda azalmışdır. İddiaçı isə 1050 manata birbaşa MMC-dən almışdır. "xxxx" MMCdən heç kim məhkəmə iclasında iştirak etməyib. Bununla yanaşı o, komendantın məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdi. Lakin, həmin şəxs məhkəmə iclasına gəlmədi.

59. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, mənzilin təhvil vaxtı təxmini 2022-ci ilin sonlarıdır, binanın özü həmin dövrdə hazır olmuşdu. İnsanlara təmir üçün icazə verirdilər. Oranın komendantı ilə danışdılar, orada iki qonşu mənzil almışdı, biri bir otaqlı, digəri iki otaqlı idi. Bina tikilmişdi, qapı qoyulmamışdı. Qapı qoyuldu, açarları aldı, bir açarı ona verdi, dedi ki, lazım olacaq. 1-2 aydan sonra qarşı tərəflə rastlaşmışlar. O, qapıya nömrə yazmışdı. Hər iki evin bir kv/m-ni 1050 manatdan almışdı. Qapının açarını dəyişməmişdir, qapını ilk dəfə o (iddiaçı), qoydurmuşdur və açar da onda olub.

60. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli mənzil ilk öncə X15 məxsus olub. Bu notarial qaydada payların ötürülməsi ilə təsdiq edilib. Qarşı tərəfin əsas dəlillərindən biri iddiaçı tərəfindən yanaşı mənzillərin alınmasıdır. Lakin, bu o mənzilin iddiaçıya məxsus olmasını təsdiq etmir. Belə ki, X11 da həmin binadan başqa mənzillər alması iş materialları ilə öz təsdiqini tapır. N.Xəlilov mənzilini Cavabdeh1 satıb, birinci instansiya məhkəməsində sərbəst ifadə verərək bildirmişdir ki, mənzili 2016-cı ildə alıb. N.Xəlilovun cavabdeh qarşısında heç bir məsuliyyəti yoxdur. Bununla yanaşı qeyd etmək istəyir ki, hər bir işlə bağlı notariat işi açılması məcburi deyil. Notarius N.Xəlilovun payların ötürülməsi ilə bağlı ərizəsini təsdiq edib və bu proses orijinal sənədlər əsasında aparılmalıdır. Orijinal müqavilənin şəkli çəkilib, istifadə edilən Samsung markalı planşet üzrə ekspertiza təyin edilib və mütəxəssis rəyinə əsasən müəyyən olunub ki, həmin şəkil orijinal sənəddən çəkilmişdir, şəkil sonradan əlavə olunmayıb. Orijinal sənədin onlara verilməsi, 2016-cı ildə X20 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin təqdim edilməsi ilə bağlı vəkil sorğularına, məhkəmənin sorğularına cavab verilməyib. Eyni zamanda qarşı tərəf mənzilin onlara təhvil verilməsini təsdiq edən heç bir sənəd təqdim edə bilməyiblər. Lakin Cavabdeh1 adına müqavilə bağlanılıb, təmirə icazə verilib və faktiki olaraq mənzil onlara təhvil verilib. Bununla yanaşı Cavabdeh1 tərəfindən Su təchizatı və tullantı sularının axıdılmasına dair xx.xx.2023-cü il tarixli müqavilə də bağlanılıb. Bu da onu göstərir ki, Cavabdeh1 həmin mənzili təhvil alıb. Cavabdeh1 həmin mənzilin mübahisəli olması ilə bağlı məlumatı olmayıb.

61. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında və sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, X11 adına müqavilənin olmasını təsdiq edən əsaslardan birinin Samsung markalı planşetlə çəkilmiş şəkillər olmasına istinad edilir və bununla bağlı mütəxəssis rəyi təqdim edilir. Lakin, tərəfindən bununla bağlı ekspertiza mərkəzinə ünvanlanmış müraciətinə cavab məktubu birinci instansiya məhkəməsinə təqdim edilib. Həmin məktubda qeyd edilir ki, texniki avadanlıq və ya planşet vasitəsi ilə çəkilmiş şəkillərdən hər-hansı bir sənədin əsli və ya surətinin olmasını müəyyən etmək mümkün deyil və sənədlərin materiallarının tədqiqi ekspert ixtisası üzrə tədqiqat prosesinə daxil deyil, bunun üçün xüsusi bilik tələb edilmir. Bu da o deməkdir ki, ekpsert planşetdə olan həmin şəklin orijinal sənəddən çəkildiyini müəyyən edə bilməz. Həmin müqavilənin əslini müəyyən etmək ona görə zəruridir ki, əgər Nicat Xəlilovun adına olması qeyd edilən müqavilə yoxdursa, evi ilk alan İddiaçıdur. Çünkü onun müqaviləsi 2018-ci ildə bağlanılıb. Həmin müqavilənin əslini müəyyən etmək ona görə zəruridir ki, əgər Nicat Xəlilovun adına olması qeyd edilən müqavilə yoxdursa, evi ilk alan İddiaçıdur. Çünkü onun müqaviləsi 2018-ci ildə bağlanılıb.

62. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və ilkin iddia üzrə üçüncü şəxs X20 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh və üçüncü şəxsin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

63. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ-İV hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

64. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

68. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissələrində yoxlanılması təşkil edir. Çünki ilkin iddia üzrə iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, qarşı tərəf isə apellyasiya şikayəti verəməmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

69. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, mübahisə predmeti olan - Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil barəsində 3 müqavilə bağlanmışdır.

1. X20 ilə EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 dekabr 2016-cı il tarixli müqavilə,

2. İddiaçı ilə Cavabdeh2 MMC- arasında 30 aprel 2018-ci il tarixli,174 nömrəli müqavilə,

3. Cavabdeh1 ilə “Podratçı”- Cavabdeh2 MMC-arasında 12 fevral 2019-cu il tarixli, 296 nömrəli müqavilə.

71. İlkin iddia üzrə İddiaçı Cavabdeh1 ilə “Podratçı”- Cavabdeh2 MMC-arasında 12 fevral 2019cu il tarixli, 296 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb edərək iddia edir ki, iddiaçı ilə bağlanmış müqavilə daha əvvəl bağlanmış, X20 ilə bağlanmış müqavilənin əsli mövcud olmadığından və X20 tərəfindən həmin mənzildən imtina etməsi barədə ərizənin əsli deyil elektron notariat informasiya sistemindən çıxarışı mövcud olduğundan deməli həmin ərizə verilərkən X20 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin əsli təqdim edilməmişdir.

72. Birinci instansiya məhkəməsi X11 mübahisəli mənzildən və pay hüququndan imtina etməsi və həmin mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etməməsini bildirməsi, gələcəkdə həmin mənzilə dair Cavabdeh2 MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyinə dair notarial qaydada təsdiq edilmiş ərizəsinin şübhə alıtna alınmasına əsasların mövcud olmamasına, işin araşdırılmış hallarının X20 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin mövcudluğunu təsdiq etdiyi üçün ilk iddiaçı mübahisəli mənzilin ilk sahibi olmamasına və mübahisəli mənzil artıq X15 daha əvvəl satıldığı üçün, ilkin iddia üzrə iddiaçıya satıla bilməməsinə istinad edərək ilkin iddia tələbini rədd etmişdir.

73. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının iddia ərizəsindəki dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə X20, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan 2 (iki) otaqdan ibarət 58 saylı mənzilindən və pay hüququndan imtina edir və həmin mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirdi. Gələcəkdə həmin mənzilə dair Cavabdeh2 MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyini bildirib.

74. Üçüncü şəxs X11 izahatından görünür ki, mənzili 3 saylı Notariat İdarəsində Cavabdeh1 xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarmış və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir.

75. "xxxx" MMC-nin 06 mart 2025-ci il tarixli rəyindən görünür ki, EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X20 arasında bağlanılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilinin tikintisinə dair 21 dekabr 2016-cı tarixli 26 saylı müqavilənin foto şəkli “SAMSUNG” markalı (model: GT-P6800) Planşet vasitəsilə çəkilmişdir və həmin foto şəkillərin montaj edilməsi və ya digər texniki düzəlişlərə məruz qalması müəyyən edilmir. 76.Cavabdeh2 MMC-nin rəhbərliyi tərəfindən imzalanmış 2019-cu il tarixli möhürlü ərizədə qeyd olunur ki, X17, X23 və X12 Cavabdeh2 MMC-nin rəhbər şəxsləri olaraq aşağıda adları qeyd olunan şəxslərin mülkiyyətində olan, Cavabdeh2 MMC-nin nəzdində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada alqı-satqı etmələrinə etiraz etmir. 10 nəfər şəxsin adı yazılıb, həmin siyahıda X11 da adı var. 77.Göründüyü kimi X20 mübahisəli mənzildən və pay hüququndan imtina etmiş, daha sonra 12 fevral 2019-cu il tarixli, 296 nömrəli müqaviləyə əsasən “Sifarişçi’'- Cavabdeh1 140 625 manat məbləği “Podratçı”- Cavabdeh2 MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli. 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 58 saylı mənzilin tikintisini “Podratçı”- Cavabdeh2 MMC-yə həvalə edib. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1250 manat, cəmi 140625 manat ödənilməsi razılaşdırılıb.

78. 12 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində “EVROSTROY-S.S" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112,5 m2-dən ibarət olan, 58 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu yoxdur.

79. 25 aprel 2023-cü il tarixli, 050 nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC Bakı şəhəri, Nərimanov Rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan “Sifqarişçi”nin sahiblik və istifadəsinə verdiyi 2-ci giriş, yaşayışın 4-cü mərtəbəsi, 2 otaqdan ibarət 58 saylı mənzilin daxili təmirinə icazə verir, “Sifarişçi”- Cavabdeh1 isə həmin mənzili sahiblik və istifadəsinə qəbul edib bu müqavilədə göstərilən şərtlər daxilində təmir işlərini aparmağı ilə bağlı müqavilə bağlanmışdır. “Sifarişçi” müqavilənin 2.4.-cü bəndi üzrə işıq, su və qaz sayğacları və onların texniki cəhətdən quraşdırılması üzrə “Podratçı”ya 1950 (bir min doqquz yüz əlli) manat məbləğində vəsait ödəyəcəyi qeyd edilib.

80. 25 aprel 2023-cü il tarixli müqavilənin surətindən görünür ki,”İcraçı”-"xxxx" MMC öz üzərinə ,”Sifarişçi”- Cavabdeh1 tapşırığı ilə Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyətyanı sahəsinin yaşıllaşdırılması, abad saxlanılması öhdəliyini götürüb. Sifarişçi hər ayın 1 tarixindən gec olmayaraq 1m² üçün 0.70 azn ödəməyi öhdəsinə götürüb.

81. “Best Doors” Dəmir və Taxta Qapılar mağazasına xx.xx.2023-cü il tarixli sifarişin formasından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil üçün 1100 manat ödəyərək qapı sifariş vermiş, 50 manat ödənilmiş, 1050 manat borc pul məbləği qalmışdır.

82. 05 iyul 2023-cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləsinin surətindən görünür ki, "Azərsu”Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsi (bundan sonra – “istehlakçı") Cavabdeh1 ilə Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ nömrəli "Su təchizatı və tullantı suları haqqında “Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlamışlar.Həmin müqavilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DUİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tuliantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

83. xx.xx.2023-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqaviləsinin surətindən görünür ki, Paylayıcı- “Azəriqaz" İB bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını-Cavabdeh1 keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

84. AR DİN Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi tərəfindən Cavabdeh1 ünvanlanan məktubdan görünür ki, yeni aldığı mənzildə təmir işləri aparılmasına İddiaçı maneçilik törətməsi və digər qanunsuz hərəkətlərə məruz qalmağı barədə müraciəti əsasında araşdırma aparılarkən həmin mənzili Cavabdeh1 və İddiaçı satmış X20 və Cavabdeh2 MMC-nin aralarında «yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə instansiyalarında baxılması müəyyən olunduğuna görə toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasına xitam verilmişdir.

85. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanmış materialda əməldə cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir.

86. Həmin qərardan görünür ki, İddiaçı izahatında qeyd etmişdir ki, 2023-cü ilin iyun ayında həmin yaşayış binasına gedib qapının qoyulmasına görə Nural adlı komendanta 200 manat vermiş, qısa müddət keçmiş komendant zəng edib nənzilin qapısını qoyduğunu bildirdiyindən həmin ünvana gedib qapının açarlarını Nuraldan almış, Nural 1 ədədini özündə saxlamışdır (i.v.164, İ cild).

87. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət 58 saylı mənzil müəqqəti təminat tədbiri barədə qərardadın icrası məqsədilə möhürlənmişdir; mənzilin divarları müəyyən yerlərdə ağardılmışdır. Mənzildə təmir avadanlıqlarının olması müəyyən edilmədi. Cavabdeh1 ustaların təmir avadanlıqları və mənzilə qoydurduğu qapını İddiaçı tərəfindən götürüldüyünü göstərdi. İddiaçı tərəfindən mənzilin dəyişdirdiyi qapısını digər mənzilinə qoymasını bildirmişdir. Baxış zamanı Cavabdeh2ndən heç kim iştirak etmədiyi üçün onların mövqeyini öyrənmək mümkün olmadı.

88. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin araşdırılmış halları X20 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26 nömrəli müqavilənin mövcudluğu təsdiq edildiyi üçün ilk iddiaçı mübahisəli mənzilin ilk sahibi olmamış və belə olan halda cavabdeh MMC tərəfindən mənzil artıq X2 üçün MMC özünün sərəncamında olmayan bir mənzili başqa şəxsə, İddiaçı satıla bilməzdi.

89. Beləliklə müəyyən edilir ki, mübahisəli mənzilin qanunvericiliklə qadağan olunmayan əsaslarla Cavabdeh1 satılması faktı baş vermiş və cavabdeh MMC də öz növbəsində mübahisəli mənzilin növbəti sahibi kimi onunla müvafiq müqaviləni bağlamışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Başqa sözlə, Cavabdeh1 mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur və onunla MMC arasınla bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir.

90. Məhkəmə kollegiyası ilkin iddianın əsassızlığını şərtləndirlən halların eyni zamanda qarşılıqlı iddia tələbinin əsaslı olmasına səbəbiyyət verməsi ilə bağlı işin müəyyən edilmiş fakitki hallarını nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli 174 saylı müqavilənin əhəmiyyətsiz olması barədə mövqeyi qanuni və əsaslı olmuşdur.

91. Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatroun özünə aid edilməlidir.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-132/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar