Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5563/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8161/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi x1 Cavabdeh oğluna qarşı“Kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstəmişdir ki, Cavabdeh ilə İddiaçı ASC-nin Bakı filialı arasında xx.xx.2015-ci il tarixli, 1967 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 6400 (altı min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş Kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2015-ci il tarixli, 1967 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus Mercedes Benz S 500 markalı, boz metal rəngli, buraxılış ili 2007-ci il olan, 99FF616 dövlət nömrə nişanlı avtomobil ləğv prosesində olan İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtlı vaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı vəşifahi xəbərdarlıq edilsə də, heçbir nəticəsi olmamışdır. İddiaçı iddia ərizəsini MM-nin 442, 443.1, 445.7, 317.1-ci maddələri ilə əsaslandıraraq Cavabdeh xx.xx.2019-cu il tarixə hesablanmış banka ödənilməmiş 5088.23 ABŞ dolları əsas borcu, 942.19 ABŞ dolları faiz borcu, 2260.49 ABŞ dolları cərimə borcu, 533.92 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsininxx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 8824.83 ABŞ dolları məbləğdə pul vəsaitinin və bu mülki mübahisənin araşdırılmasıüçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi; İpoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Mercedes Benz S 500 markalı, boz met. rəngli, buraxılış ili 2007-ci il olan, **-FF-*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, avtomobilin açıq hərracda satılması və həmin avtomobilin satışından əldə olunan pul vəsaitinin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8161/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5088.23 ABŞ dolları əsas borcun, 942.19 ABŞ dolları faiz borcunun, gecikdirilmiş vaxt üçün hesablanmış 533.92 ABŞ dolları məbləğində borcun, cəmi 6564,34 ABŞ dollarının Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus bank qarşısında girov qoyulmuş və banka təhvil verilmiş Mercedes Benz S 500 markalı, boz metal rəngli, buraxılış ili 2007-ci il olan, ** FF *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 75 %, yəni 22,5 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 25 %, yəni 7,5 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8161/2019 saylı xx xxxxxx 2020-ci il tarixli əlavə qətnaməsi ilə Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 1967 saylı kredit müqaviləsi üzrə 226 ABŞ dolları cərimənin (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8161/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən tərəfindən vəsatət verilərək əmlaka düzgün qiymət qoyulmamasını bildirmiş və tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etsə də məhkəmə ona qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5043/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1967 saylı kredit müqaviləsinəəsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 22 faiz hesablanmaq şərti ilə 6.400 ( altı min dörd yüz) ABŞdolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən borcalan Cavabdeh bankla arasında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bu Müqavilədə göstərilən əmlak bankın xeyrinə girov qoyulmuşdur. Girov predmeti Mercedes Benz S 500 markalı, boz metal rəngli, buraxılış ili 2007-ci il olan, ** FF *** dövlət nömrə nişanlı avtomobildir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli maliyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə əsas borcu 5088.23 ABŞ dolları, müqavilə müddəti (xx.xx.2015-xx.xx.2017) üçün hesablanmış və tələb olunan faiz borcu 942.19 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə cərimə borcu 2260.49 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 533.92 ABŞ dolları olmaqla, cəmi 8824.83 ABŞ dolları borcu vardır. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin AA seriyalı, 133865 çıxarışının surətindən görünür ki, Cavabdeh məxsus mercedes Benz S 500 markalı, boz metal rəngli, buraxılış ili 2007-ci il olan, ** FF *** dövlət nömrə nişanlı avtomobil ləğv prosesində olan İddiaçı ASCdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Təhvil- Təslim aktının surətindən görünür ki, LPO İddiaçı ASC-nin “Bakı” filialının müştərisi Cavabdeh mülkiyyətində olan **-FF-*** qeydiyyat nişanlı “Mercedes Benz” S 350 markalı avtomobili bankın kredit şöbəsinin mütəxəssisi olan x3 təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsa---sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, mə-sə--lən, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hə-rə-kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 -ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh bankla arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, 5088.23 ABŞ dollarıəsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 942.19 ABŞ dollarıfaiz borcu, eyni zamanda kredit müqaviləsinin müddəti bitdikdən sonra dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 533.92 ABŞ dolları İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh tərəfindən girov qoyulmuş və banka təhvil verilmiş avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətindəcavabdehiş məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etsə də, iş materiallarında olan borcunun təkzib edəcək sübut təqdim etməmiş və hazırki borcunun daha az olmasını göstərəcək hər hansı əsas göstərməmişdir. Kollegiya həmçinin girov predmeti olan avtomobilin hazırki halda qiymətinin müəyyənləşdirilməsinə lüzum duymur. Belə ki, avtomobil daşınar əşya olduğu kimi eyni zamanda aşınmayan məruz qalan və qiyməti dəyişkəndir. Kollegiya hesab edir ki, işin ədalətli həlli baxımından girov pedmetinin icra mərhələsində qiymətləndirilməsi daha məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8161/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8161/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5563/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5563/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver