Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5602/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq. Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «əmlak kirayə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin, əşya və avadanlıqların təhvil verilməsi və kirayə haqqı tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş, eyni zamanda, vəsatət verərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)- 525/2022 nömrəli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(005)-525/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(005)-525/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)- 525/2022 nömrəli qərardadından Cavabdeh şikayət vermiş və qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş öyrənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)- 525/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir.(i/vərəqi- 14-15) Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)- 525/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə .(i/vərəqi-14-15) münasibət bildirmədən şikayəti apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq şikayət məhkəmə qərardadı rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır (maddə 133.4 -133.5). İşin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpası barədə verdiyi ərizəyə baxaraq onun əsaslı olub-olmaması məsələsinə münasibət bildirmədən şikayəti baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə MPM-in 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Yaranmış vəziyyət isə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilərək, MPM-in 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət edilməsi üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: lkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «əmlak kirayə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin, əşya və avadanlıqların təhvil verilməsi və kirayə haqqı tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)-525/2022 nömrəli qərardadından Cavabdeh şikayətinə apellyasiya qaydasında baxılması qeyri mümkün hesab olunsun. Bakı apellyasiya məhkəməsinin şikayətin mümkün sayılması barədə qərardadı ləğv olunsun. Posessual qaydalara riayət edilməsi üçün mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5602/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5602/2022
08.08.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver