Məhkəmə qərarları › İş №2(103)-5638/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5638/2020

01.09.2020 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5638/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi X1rşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və “X5 Mərkəzi” MMC) “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1464/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evinin ipotekasına xitam verilməsinə və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(103)-921/2015 saylı qətnaməsi ilə İddiaçı 48246 manat əsas, 6571 manat faiz borcu, 4500 manat dəbbə pulu olmaqla cəmi 59317 manat məbləğində pulun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar birinci hərrac xx xxxxxxxx 2015-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi xx xxxxxxx 2015-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra da hərrac baş tutmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 4 il keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Tələbkar və ipoteka saxlayan “xxxxxxxxxxxxxxxxxx” ASC ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evi təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1464/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamənin icrası ilə əlaqədar birinci hərrac xx xxxxxxxx 2015-ci il tarixində keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi isə xx xxxxxxx 2015-ci il tarixinə təyin edilmişdir. Yalnız bundan sonra xx.xx.2015 və xx.xx.2015-ci il tarixli məktublar ilə “X5 Mərkəzi” MMC tərəfindən həmin əmlak Banka təqdim edilmiş və bu zaman Bank tərəfindən “X5 Mərkəzi” MMC-yə və Nəsimi rayon İcra Şöbəsinə xx.xx.2015-ci il tarixli məktub ünvanlanmış, icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Göründüyü kimi, Bank tərəfindən hərrac baş tutduqdan sonra 1 ay ərzində icra sənədi üzrə icraatın dayandırılması və icra sənədinin icra şöbəsinə geri qaytarılması barədə məktub ünvanlanmışdır, lakin məhkəmə tərəfindən bu məsələyə heç bir hüquqi qiymət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(103)-921/2015 saylı icra vərəqəsinə əsasən, cavabdeh İddiaçı xx.xx.2007-ci il tarixli 85 saylı kredit müqaviləsi üzrə yaranmış 48246 manat məbləğində əsas, 6571 manat məbləğində ona hesablanmış faiz borcu, 4500 manat məbləğində kredit məbləğinin gecikdirilməsi ilə əlaqədar dəbbə pulu olmaqla, ümumilikdə 59317 manat məbləğində pul “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi, döngə 5-də istifadədə olan 0, 01648 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli, 3 otaqlı, 56,9 kv.m yaşayış, 60,4 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evinə yönəldilərək mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə ediləcək məbləğ cavabdeh İddiaçı banka olan borcuna ödənilməli və satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməli, İddiaçı “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatı İddiaçı tutularaq “X7” MMC-yə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən “X5 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubu ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsini rəhbər tutaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi, döngə 5-də istifadədə olan 17 nömrəli fərdi yaşayış evinin satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon İcra şöbəsinin depozit hesabına keçirilməsi xahiş edilmişdir. “X5 Mərkəzi” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı xx.xx.2015-ci il tarixli bildirişə əsasən, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin (ilkin satış qiyməti 110000 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtları (xx.xx.2015-ci il tarixində) barədə məlumat verilmişdir. “X5 Mərkəzi” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı xx.xx.2015-ci il tarixli bildirişə əsasən sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin (ilkin satış qiyməti 93500 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtları (xx.xx.2015-ci il tarixində) barədə məlumat verilmişdir. İddiaçı tərəfindən "xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi X3 ünvanlanan ərizəyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və yüklülüyün götürülməsi ilə bağlı olaraq DƏDRX-nin Bakı Ərazi İdarəsinə müvafiq məktub verilməsi xahiş edilmişdir. “Market” qəzetinin buraxılış çıxarışında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, ev 17-nin ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxxxx 2015-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. “Super Market” qəzetinin buraxılış çıxarışında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, ev 17-nin ilkin satış qiyməti 93500 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxxx 2015-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. "xxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2015-ci il tarixli məktubu ilə İddiaçı haqqında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-921/2015-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-921/2015-ci il tarixli icra vərəqəsi həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-cu maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(103)-921/2015 saylı icra vərəqəsi üzrə ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinə dair xx xxxxxxx 2015-ci il tarixdə keçirilmiş ikinci hərrac baş tutmamışdır. "xxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2015-ci il tarixli məktub ilə həmin icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-921/2015-ci il tarixli icra vərəqəsi həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra qeyd edilən icra sənədi yenidən icraya yönəldilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli ipoteka predmetinin tələbkara təklif edildikdən sonra 1 ay müddətində icra sənədinin məhkəməyə geri qaytarılması barədə "xxxxxxxxxxxxxxxxxx" ASC-nin icra qurumuna müraciət etməsini, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını nəzərə almadan, İddiaçı 4 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia tələbi üzrə əsassız olaraq ipotekaya xitam vermişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinə xitam verilməsi üçün qeyd olunan maddədə nəzərdə tutulan əsasın əmələ gəlməsi mülki iş materialları ilə istisna edildiyindən, iddiaçının hazırkı tələbi açıq-aşkar əsaslı deyildir və iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxxxxxxxxxxxxxxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməklə, həmçinin həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilməklə, əslində borclu İddiaçı "xxxxxxxxxxxxxxxxxx" ASC-yə olan kredit borcu təminatsız qoyulmuş olar. Beləliklə, qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli və iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi X2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1464/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx" ASC-nin ləğvedicisi X1rşı fərdi “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar