Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5655/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-190/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdehtərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X2 Binəqədi filialı ilə Cavabdeharasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 480/f-l4 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan 25 945,94 ABŞ dolları, faiz borcundan 6 803,43 ABŞ dolları, cərimə faizindən 11 751,42 ABŞ dolları olmaqla, cəmi 44 500,79 ABŞ dolları və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması; Həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh məxsus olan MASERATİ QUATROPORTE, Ban ZAMLK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan, ** MM *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASCyəödənilməsi; İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X2 Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 480/f-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 (on səkkiz) % faiz olmaqla 30 (otuz) ay müddətinə 46 500 (qırx altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 480/f-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan MASERATİ QUATROPORTE, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA № 124954 saylıçıxarış Banka təqdim edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu kredit borcunu vaxtlı vaxtında ödəməmişdir. Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli, 480/f14 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etməmiş, xx xxxxxx 2018-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcundan 20 554,06 ABŞ dolları, faiz borcundan 10 171,36 ABŞ dollarıödəniş etmişdir. Hazırda Cavabdeh Banka 25 945,94 ABŞ dolları, faiz borcundan 6 803,43 ABŞ dolları, cərimə faizindən 11 751,42 ABŞ dolları olmaqla, cəmi 44 500,79 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün cavabdehdən müqavilə üzrə 25 945,94 ABŞ dolları əsas, 6 803,43 ABŞ dolları faiz, 11 751,42 ABŞ dolları cərimə faizi borcu alınaraq İddiaçı ASCyə qaytarılmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə görə “Borcalan” tərəfindən kredit müqaviləsi üzrə borcunun ödənilməsi Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafıkinə əsasən ödəyir. Müqavilənin tələbinə görə “Borcalan Banka kreditdən istifadəyə görə illik 18% faiz, kreditin və ona hesablanmış faizlərin qaytarılma müddətini pozduğu halda isə 36% faiz cərimə faizi ödəyir”. Müqavilənin 3.15-ci bəndinə əsasən Borcalan kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə filial “verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək və borc tələbini banka girov qoyulmuş avtomobilə yönəldə bilər”. Müqavilənin 3.1.2-ci bəndinə görə “Borcalanın kredit üzrə yaranan əsas və faiz borclarını vaxtında ödəməzsə borcun dərhal qaytarılmasını (məhkəmə qaydasında) tələb etmək” hüququ vardır. Tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 355/f-l5 saylıİpoteka müqaviləsinin 1.2-ci bəndinə görə “İpoteka qoyana veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi bu müqaviləüzrə ipoteka predmeti olan cavabdehə məxsus MASERATİ QUATROPORTE, Ban ZAMJK39B000061733 rəngi- ağ, buraxılış ili 2011-ci il olan avtomobil ilə təmin edilir”. Müqavilənin 2.1.3-cü bəndinə görə “İpoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi halda İpoteka saxlayan ipoteka predmetinin ona verilməsini tələb edə bilər”. 2.1.7-ci bəndə görə isə “İpoteka qoyulmuş avtomobilin satışından əldə edilən vəsait İpoteka saxlayanın tələblərini tam ödəmədikdə qalan məbləğin İpoteka qoyanın digər əmlakları hesabına ödənilməsini tələb edə bilər”. Müqavilənin 4.1-ci bəndinə görə “İpoteka qoyan kredit müqaviləsi üzrəöhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdəİpoteka saxlayan özünün tələbinin ödənilməsi üçün məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəldə bilər”. Həmin müqavilənin 4.2-ci bəndinə görə “İpoteka qoyanın əsas öhdəliyini, yaxud onun bir hissəsini vaxtında icra etməməsi və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətini ardıcıl olaraq iki dəfə pozması ipoteka predmetinə tutmanın yönəldilməsi anı hesab olunur”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-190/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə - 17873,16 ABŞ dolları, faiz borcu üzrə - 2009,74 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixdən – xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228,23 ABŞ dolları,1787 ABŞ dolları cərimə, ümumilikdə 21898,13 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan Maserati Quatroporte, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manatının iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun “Cavabdeh əsas, faiz və dəbbə pulunun İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin borc məbləğlərini düzgün hesablamaması, faiz və cərimə borcunu əsassız olaraq azaltması və iş üzrə təkrar ekspertiza təyin etməməsi arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh da apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ümumi ifadələrlə borc məbləğlərinin düzgün hesablanmadığı və birinci instansiya məhkəməsi tərəfindən ölkədə baş vermiş devolvasiya hadisəsinin nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Cavabdeh əsas borc üzrə - 17873,16 ABŞ dolları, faiz borcu üzrə - 2009,74 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2017- ci il tarixdən – xx.xx.2018ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun hesablanmış faiz borcu 228,23 ABŞ dolları, 1787 ABŞ dolları cərimə, ümumilikdə 21898,13 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamənin “Tələbin Cavabdeh məxsus olan Maserati Quatroporte, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, iddia tələblərinin “ipoteka predmeti borcun ödənilməsinə kiyafət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi” hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatnın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manatının iddiaçıya aid edilməsi” hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız borc məbləğlərinin tutulması hissəsində mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı da apellyasiya şikayətində qətnamənin qismən-yəni borc məbləğlərinin tutulması hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya iddiaçının nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 480/f-14 №-li kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin “Binəqədi” filialı tərəfindən illik 18% olmaqla 30 ay müddətinə Cavabdeh 46 500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materialında olan İddiaçı ASC-nin Binəqədi filialı ilə ipoteka qoyan Cavabdeharasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus olan Maserati Quatroporte, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AA № 124954 saylıçıxarışın surətinə əsasən məlum olur ki, Cavabdeh məxsus olan Maserati Quatroporte, Ban ZAMJK39B000061733 rəngi-ağ, buraxılış ili 2011-ci il olan avtomobil barəsində girov müqaviləsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 480/f-14 saylı kredit müqaviləsi üzrə olan əsas borc üzrə 25945.94 ABŞ dolları, faiz borcu üzrə 7031.66 ABŞ dolları(kredit müqaviləsinin bitdiyi tarixə faiz borcu 6803,43 ABŞ dolları və müqavilə müddəti bitdiyi tarixdən yəni xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcəsinə uyğun olaraq hesablanmış faiz borcu isə 228.23 ABŞ dolları),dəbbə pulu olaraq 11751.42 ABŞ dolları, ümumilikdə 44729.02 ABŞ dolları məbləğində ödənilməmiş borc yaranmışdır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 11693 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən edilmiş ödənişlərin silinməsinə dair çıxarış (c.i.v. - 07) məlumatları və xx xxxxxxxx 2014-cü il tarixli, 480/f-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 28.456,72 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə- 25.580,35 ABŞ dolları, faiz borcu üzrə - 2.876,37 ABŞdolları. İş materiallarında olan İddiaçı ASC-nin Binəqədi filialının xx xxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı X2 Binəqədi filialı ilə Cavabdeh arasında xx xxxxxxxx 2014-cü il tarixli 480/f14 saylı kredit müqaviləsi bağlanmışdır. Hal hazırda Cavabdeh məxsus İddiaçı X2 Binəqədi filialında cari hesab olaraq yalnız bir yəni, AZ28TURA******************** saylı hesab mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 13003 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş İddiaçı” ASC-nin Binəqədi filialının AZ28TURA******************** nömrəli hesabına “3,842.50" ABŞ dolları ödənilməsi barədə xx xxxx 2016-cı il tarixli cari hesaba mədaxil üçün nömrəsiz qəbzdə (i.v. 100) və həmin filialın AZ19TURA******************** nömrəli hesabına “9,842.50" ABŞ dolları ödənilməsi barədə xx xxxx 2016-cı il tarixli nömrəsiz qəbzdə (i.v. 97) olan möhür əksləri relyef klişe vasitəsilə vurulmuşdur. Həmin möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiq olunan qəbzlərdə olan əlyazma mətn və imzalar bir başa qələmlərlə icra olunmuşdur. Təqdim olunmuş qəbzlərin mətni elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda (çoxaldıcı qurğuda, lazer printerdə) hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 22190 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanılmış 480/f-14 saylı, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı X3 xx.xx.2017-ci il tarixə (sualda soruşulan tarixə) olan cəmi borcu 19.882,90 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 17873,16 ABŞ dolları, faiz borcu üzrə- 2009,74 ABŞ dolları. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hər iki apellyasiya şikayətində irəli sürülən “borc məbləğlərinin düzgün hesablanmadığı” dəlillərini əsassız sayaraq qeyd edir ki, tərəflər bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcunun məbləği dəqiqləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. İddiaçının apellyasiya şikayətinin faiz borcu barədə arqumentinə dair kollegiya qeyd edir ki, cavabdehə kredit müqaviləsi əsasında xx.xx.2018-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit xx.xx.2017-ci il tarixinə qədər verilmiş və məhz bu dövr ərzində onun faizlər ödəməli olduğu razılaşdırılmışdır; həmin müddət ərzində isə Cavabdeh hesablanmalı olan faiz borcunun 2009,74 ABŞ dolları təşkil etdiyi birinci instansiya məhkəməsinin zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 17873,16 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 11751,42 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1787 (mün yeddi yüz səksən yeddi) ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-190/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5655/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5655/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver