Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5657/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi X8 və vəkili Vəkil2, cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) cavabdeh “xxxx” KB ASC-yə qarşı “daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-945/2021 nömrəli saylı işi üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Nəsimi rayonu, X16 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka ilə yüklülükdən azad edilməsi və bu faktın reallaşdırılması üçün cavabdeh “xxxx” KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizənin göndərilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iş. səh.86) Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki; 119000 manat məbləğində 60 ay müddətinə, 25 yanvar 2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla ‘‘xxxx” KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında 25.01.2012-ci il tarixli, 40EK saylı Əsas Kredit Müqaviləsi bağlanmışdır (iş. səh.30), əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 25.06.2008-ci il tarixdə 750 nömrəli reyestr kitabının 70194 nömrəli vərəqində, reyestr nömrəsi **********34-05301-093013, qeydiyyat nömrəsi **********, qeydiyyatı aparılmış, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, X16 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka saxlayana ipoteka qoyulması barədə ‘‘xxxx” KB ASC, İddiaçı və Məmmədzadə Malik Cəmil oğlu arasında 25.01.2012-ci il tarixli, 40EKi saylı ipoteka müqaviləsi bağlanmışdır (səh.33), «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış 25.01.2012-ci il tarixli, 40EK saylı əsas kredit müqaviləsinə (müqaviləyə dəyişikliklər edilməsi haqqında) 03.07.2015-ci il tarixli Sazişinin kserosurətinə əsasən, tərəflər arasında bağlanmış 25.01.2012-ci il tarixli 40EK saylı Əsas kredit müqaviləsində kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuş kreditin məbləği artırılaraq ******* manat məbləğində müəyyən edilməsi, kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuş müqavilənn bitmə müddəti 18.06.2030-cu il müəyyən edilməsi, kredit müqaviləsinin 6.1-ci bəndində ipoteka müqaviləsinin tarixinə düzəliş olunaraq 26.01.2012-ci il kimi göstərilməsi barədə dəyişiklər edilmişdir (səh.40), «xxxx» KB ASC ilə İddiaçı və Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış ipoteka mqaviləsinə dəyişikliklər edilməsi haqqında 03.07.2015-ci il tarixli Sazişinin kserosurətindən görünür ki, tərəflər arasında bağlanmış 26.01.2012-ci il tarixli, 40EKİ saylı İpoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş 25.01.2012-ci il tarixli, 40EK saylı Əsas kredit müqaviləsinin müddəti həmin Əsas kredit müqaviləsinə edilmiş 03.07.2015-ci il tarixli sazişə əsasən dəyişdirilərək 18.06.203-cü il tarixədək müəyyən edilmiş; ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş 25.01.2012-ci il tarixli 40 EK saylı Əsas Kredit müqaviləsində nəzərdə tutulmuş kredit limiti həmin Əsas kredit müqaviləsinə edilmiş 03.07.2015-ci il tarixli Sazişə əsasən artırılaraq ******* manat müəyyən edilmiş; 26.01.2012-ci il tarixli 40EKİ saylı ipoteka müqaviləsinin predmeti kimi Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25.06.2008-ci il tarixdə 750 nömrəli reyestr kitabında 70194 nömrəli vərəqində, reyestr nömrəsi **********34-05301- 093013, qeydiyyat nömrəsi **********, qeydiyyatı aparılmış, MH seriyalı ******* N°-li Hüquqların Dövlət Qeydiyyatı haqqınla Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Məmməd-X12 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 71 saylı evin 48 saylı mənzili çıxış etmiş; ipoteka müqaviləsinə aşağıdakı məzmunda 2.6-cı maddə əlavə edilmişdir: «2.6. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 200000 manat məbləğində qiymətləndirilmişdir. Bu məbləğ qiymətləndirmə gününə əmlakın qiymətini müəyyən edir. Əmlakın qiymətinə azalma baş verdikdə, ipoteka qoyan bu bənddə göstərilən qiymətə istinad edərək, hər hansı tələb irəli sürə bilməz. İpoteka qoyan bu müqaviləni imzalamaqla, ipoteka predmetinin göstərilən qiymətdə qiymətləndirilməsinə öz razılığını bildirir», ipoteka müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmış, «İpoteka qoyan» ipoteka predmeti olan yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür (səh.37), «Borcverən» qismində "xxxx” KB ASC ilə digər tərəfdən «Borcalan» qismində Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış 08.07.2015-ci il tarixli, 23KDX/15 saylı əlavə kredit xətti müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə Borcverən müqavilənin 1.2-ci bəndində göstərilən məbləğdə krediti kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə Borcverən tərəfindən Borcalan üçün açılan kredit xəttinin ümumi məbləği 55000 ABŞ dolları təşkil edir və kredit xətti kreditdən istifadəyə görə illik 16% ödənilməsi şərti ilə 24 ay müddətinə 08.07.2017-ci il tarixədək açılmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalanın müqavilədən irəli gələn öhdəliklərinin icrası Borcverən ilə arasında bağlanmış 26.01.2012-ci il tarixli 40EKi saylı ipoteka müqaviləsinə və ona hesablanmış 03.07.2015-ci il tarixli Sazişə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 71 saylı evin 48 saylı mənzilin ipotekası ilə təmin olunmuşdur (səh.4), «Borcverən» qismində “xxxx” KB ASC ilə digər tərəfdən «Borcalan» qismində Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış 26.04.2016-cı il tarixli, 23KDX/15-2 saylı əlavə kredit xətti müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə Borcverən müqavilənin 1.2-ci və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə Bank tərəfindən Borcalana verilən kreditin məbləği 46000 ABŞ dolları təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit 36 ay müddətinə, 26.04.2019-cu il tarixədən illik 17% ödəmək şərtilə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalanın müqavilədən irəli gələn öhdəliklərinin icrası Borcverən ilə arasında bağlanmış 25.01.2012ci il tarixli 40EKi saylı ipoteka müqaviləsinə əsasən daşınmaz əmlak (əmlaklar) ilə təmin olunmuşdur (səh.17), «Borcverən» qismində “xxxx” KB ASC ilə digər tərəfdən «Borcalan» qismində Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış 10.08.2017-ci il tarixli, 23KDX/15-3 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə Borcverən müqavilənin 1.2-ci və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə Bank tərəfindən Borcalana verilən krediti məbləği 132.971 manat təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə, 10.08.2019-cu il tarixədək illik 21% ödəmək şərtilə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası Borcverən ilə arasında bağlanmış 25.01.2012ci il tarixli 40EKİ saylı ipoteka müqaviləsi və 03.07.2015-ci il tarixli sazişə əsasən daşınmaz əmlak (əmlaklar) ilə təmin olunmuşdur (səh.24). Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2(102)-2158/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, «xxxx» KB ASC ilə X2 arasında bağlanmış 26.01.2012-ci il tarixli, 40EKİ saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş «İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında» 03.07.2015-ci il tarixli Saziş, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında imzalanan 08.07.2017-ci il tarixli, kk-2014-04 saylı əlavə kredit xətti müqaviləsi, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında imzalanan 26.04.2016-cı il tarixli, kos2016-02/01 saylı əlavə kredit müqaviləsi, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında imzalanan 10.08.2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-14248/2019 saylı, 02.12.2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 02.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işə apellyasiya qaydasında yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Həmin qərardan göstərilmişdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, artıq ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib, müqavilə artıq mövcud olmadığından «əmlakın yüklülükdən azad edilməsi» barədə iddia qaldırılmalıdır (səh.5), Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7631/2020 saylı, 26.10.2020-ci il tarixli qəradadı ilə cavabdeh «xxxx» KB ASC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4277/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 «xxxx» KB ASC-nə qarşı 26.01.2012-ci il tarixli, 40EKİ saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş «ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında» 03.07.2015-ci il tarixli Saziş, 08.07.2017-ci il tarixli, kk-2014-04 saylı əlavə kredit xətti müqaviləsi, 26.04.2016-cı il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsi, 10.08.2017-ci il tarixli, kos-2016- 02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır (səh.74) . Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-945/2021 nömrəli saylı işi üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11, 307.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 76.1, 76.2, 217.3, 217.4, 233.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında 25.01.2012-ci il tarixli, 40EK saylı əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Məmmədzadə Malik Cəmil oğluna 119.000 manat məbləğində vəsait 60 ay müddətinə əlavə kredit müqaviləsi bağlanmaqla 25.01.2017-ci il tarixədək Məmmədzadə Malik Cəmil oğluna kredit verilmişdir. «xxxx» KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu və İddiaçı arasında 25.01.2012-ci il tarixli, 40 EKİ saylı ipoteka müqaviləsi bağlanmış, borcalanın öhdəliklərinin təminatı kimi X4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka saxlayana ipotekaya qoyulmuşdur. 03.07.2015-ci il tarixdə 25.01.2012-ci il tarixli 40EK saylı əsas kredit müqaviləsinə dəyişikliklər edilərək kredit məbləği artırılaraq ******* manat müəyyən edilmiş və həmin tarixə 26.01.2012-ci il tarixli, 40EKİ saylı ipoteka müqaviləsinə də dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti 18.06.2030-cu il tarixədək uzadılmışdır. 03.07.2015-ci il tarixdə 25.01.2012-ci il tarixli 40EKi saylı ipoteka müqaviləsinə dəyişiklikdən başqa Məmmədzadə Malik Cəmil oğlu ilə «xxxx» KB ASC arasında bağlanmış 08.07.2017-ci il tarixli 23KDX/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 55.000 ABŞ dolları kredit xətti illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə açılmışdır. Bu barədə İddiaçı ilə razılıq olmamışdır. Məmmədzadə Malik Cəmil oğlu ilə «xxxx» KB ASC arasında bağlanmış 26.04.2016-cı il tarixli 23 KDX/15-2 saylı əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17% olmaqla 36 ay müddətinə 46.000 ABŞ dolları məbləğində kredit verilmiş bu barədə İddiaçı ilə razılıq olmamışdır. Məmmədzadə Malik Cəmil oğlu ilə «xxxx» KB ASC arasında bağlanmış 10.08.2017-ci il tarixli 23KDX/15-3 saylı əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21% olmaqla 24 ay müddətinə 132.971 manat məbləğində kredit verilmiş bu İddiaçı ilə razılıq olmamışdır. Hazırda isə iddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Hazırkı halda isə kredit xətti müqaviləsində və ipoteka müqaviləsində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, sonrakı müqavilələrdə ipoteka qoyanın faizlə bağlı hissələrində razılığı alınmamış, valyuta isə kredit xətti müqaviləsində manatla göstərilsə də, sonradan ipotekaqoyanın razılığı alınmadan borcalana kredit xətti üzrə verilən 26 aprel 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə başqa valyuta (ABŞ dolları) ilə kredit verilmişdir. İşdən də göründüyü kimi əvvəllər tərəflər arasında ipoteka müqaviləsinin sonradan bağlanmış kredit müqavilələrinə münasibətdə bağlanmamış hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş aktı mövcuddur. Cavabdeh “xxxx” KB ASC qətnamədən apellyasiya şikayəti verərək, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı "daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi" tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.03.202l-ci il tarixli. 2(006)-945/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə “İpoteka haqqında'" Qanunun 33, 34.1.1;Mülki Məcəllənin 6.2, 16.1, 269.1, 390.1, 399.1, 460.1; Mülki Prosesual Məcəllənin 1.3, 8.1, 9.3, 14.1, 362, 385, 386, 387.1, 419.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli. 2(006)-945/202l saylı qətnaməsində qeyd olunanların əksinə, həmin iş üzrə sonradan baxılmamış saxlanılan həmin iddia tələbi üzrə Ali Məhkəmənin 21.08.2020-ci il tarixli qərarında məhz belə göstərilmişdir ki, Məhkəmə Kollegiyası qərarda qeyd olunan fikrin ifadə formasını rəhbər tutaraq miiqavilənin bağlanılmamış hesab olunması barədə iddialar irəli sürülməsini əsaslı saymır. Çünki, Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış etsək əslində qeyd olunan ipoteka müqavilələri, yaxud zaminlik müqavilələri ipoteka qoyan və zamin üçün heç bir öhdəlik yaratmır, belə hallarda əmlakın yüklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipoteka ilə yiiklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddianın rədd edilməsi üçün əsas ola bilər. " Göründüyü kimi, Nəsimi Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsində göstərilən mövqeyindən fərqli olaraq Ali Məhkəmənin 21.08.2020-ci il tarixli qərarında “əmlakın yükliilükdən azad edilməsi barədə iddia qaldırılmalıdır ifadəsi deyil, "Belə hallarda əmlakın yüklülükdon azad olunması barədə iddiaların irəli sürülə bilməsi və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipoteka ilə yiiklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddianın rədd edilməsi üçün əsas ola bilər ifadəsi qeyd olunmuşdur. Ali Məhkəmənin hakiminin burada öz şəxsi mövqeyinə əsasən icraatında olduğu sözügedən tələb üzrə işə baxılmasının qeyri-mümkünlüyünü qeyd etməklə yanaşı, iddiaçının yeni iddia tələbləri ilə məhkəməyə müraciət edə bilməsinin mümkünlüyünü və yaxud bankın tutma yönəldilməsi barədə iddia tələbi ilə bağlı həmin əsaslar ilə mübahisə üzrə iddianın rədd edilməsi üçün əsas ola bilər' ifadəsi məhz tövsiyyə xarakteri daşıyır və bu səbəbdəndir ki. Ali Məhkəmə qətnaməni tamamilə ləğv edərək, işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Həmin mövqe o demək deyil ki, Ali Məhkəmə hansısa mübahisəli məsələyə şərh vermişdir, Konstitusiya Məhkəməsinin qərarında verdiyi şərh məhkəmələr üçün məcburi xarakter daşıyır. Qətnamə çıxarılarkən yol verilmiş başlıca pozuntu isə ondan ibarətdir ki, bankın nümayəndəsinin izahatı kimi qətnamədə göstərilən "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "3İ.05.2018-ci il tarixli və 25.07.2019-cu il tarixli Qərarlarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.10.2019-cu il tarixli Qərardadına istinadən lıazırki iddia tələbinin əsassız olmasını və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında ifadə olunmuş hüquqi mövqelərin müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunduğunu qeyd etməsinə baxmayaraq Nəsimi Rayon Məhkəməsi buna əhəmiyyət verməyərək, "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "31.05.2018-çi il tarixli və 25.07. 2019-cu il tarixli Qərarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.10.2019-eu il tarixli Qərardadında qeyd olunan hüquqi mövqeyə və Mülki Prosesual Məcəlləyə zidd olanın, baxılmamış saxlanılmış öncəki iddia tələbi üzrə məhkəmə aktlarında (Ali Məhkəmənin qətnaməni ləğv edib, yenidən baxılması üçün apellyasiyaya qaytardığı və sonda baxılmamış saxlanılan iş üzrə) qeyd olunmuş məhkəmənin mövqeyini konstitusiya məhkəməsinin qərarında müəyyən olunan hüquqi mövqedən üstün tutaraq, iddiaçı S.Məmmədzadənin iddia tələbini təmin etməklə qanuna zidd qətnamə qəbul etmişdir. Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış 26.01.2012-ci il tarixli ipoteka müqaviləsinin predmetinin 1.1- 1.3-ci bəndlərində açıq-aydın qeyd olunmuşdur ki. "Bu müqaviləyə görə ipoteka qovan müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş Əsas Kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə X5 məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, Ak. M.Qaşqay küçəsində yerləşən 7 saylı binanın 48 saylı mənzili ipoteka saxlayana ipoteka qoyur . İpoteka saxlayanla borc alan arasında bağlanmış 25.07.2012-ci il tarixli əsas Kredit Müqaviləsinə görə borcverən borcalanan 119000 (Sazişə əsasən 1500000) manat məbləğində 60 ay müddətinə 25.01.2012-ci il (Sazişə əsasən 18.06.2030-cu il) tarixinədək Əsas Kredit Müqaviləsi çərçivəsində əlavə Kredit Müqavilələri bağlanlmaqla kredit verir, borcalan isə krediti və kreditdən istifadəyə görə Əlavə Kredit Müqavilələrində nəzərdə tutulmuş faizləri Əlavə və Kredit Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq borcverənə ödəməyi öhdəsinə götürür. (1.2-ci bənd). Bu müqavilələrin 1.1-ci bəndində nəzərdə tutulmuş ipoteka predmetləri 25.01.2012-ci il tarixli Əsas Kredit Müqaviləsi üzrə və Əsas Kredit Müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq Əlavə Kredit Müqavilələri üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ çərçivəsində Əsas Kredit Müqaviləsi çərçivəsində borcalana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, Əsas Kredit Müqaviləsi çərçivəsində əlavə Kredit Müqavilələri bağlanılmaqla borcalan tərəfindən alman bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. (1.3-cü bənd).Əsas Kredit Müqaviləsinin Qanunvericiliyə əsasən öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi ipoteka çıxış edir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (M.M-nin 269.1-ci maddəsi).Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir (MM-nin 269.7 və 270.1 -ci maddələri).Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. (M.M-nin 317.1-ci maddəsi). Göründüyü kimi, Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.10.2019-cu il tarixli Qərardadında olan hüquqi mövqeyi nəzərə almadan, yuxarıda sadalanan normaların tələblərini də pozaraq ipoteka nıüqavilasinin borclu Malik Məmmədzadənin ipoteka saxlayan “xxxx" KB ASC qarşısında sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin ediliməsi üsulu kimi bağlanmasına, ipoteka ilə təmin edilmiş həmin öhdəlik üzrə borclu Malik Məmmədzadənin öhdəliyi icra edilmədiyi halda, ipoteka saxlayan "xxxx" KB ASC-nin ipoteka ilə yüklü edilmiş mənzilin dəyərindən həmin mənzilin mülkiyyətçisi olan Seymur Məmmədzadənin digər kreditorlarına nisbətdə üstün qaydada təminat almaq hüququnun olmasına, eləcə də borclu təminat vasitəsi ipoteka predmeti olan əsas öhdəliyini lazımınca icra etmədiyindən ipoteka saxlayanın mənzilin satılmasını tələb etmək hüququnun əmələ gəlməsinə əhəmiyyət vermədən, iddianı təmin etməklə, əslində ipoteka qoyan Seymur Məmmədzadənin gələcəkdə ipoteka predmetinin mənimsəməsinə hüquq verən qanunsuz əsas yaratmışdır. Bundan əlavə, sözügedən ipoteka müqaviləsindən də göründüyü kimi Seymur Məmmədzadə müqavilədə nəzərdə tutulan əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə atası Məlik Məmmədzadənin öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan mənzili ipoteka saxlayan "xxxx" KB ASC-nin xeyrinə ipoteka qoyub və müqavilənin şərtlərinə görə mənzilə dair bankın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borcalana (eyni ünvanda yaşamış olduğu atası Məlik Məmmədazdəyə) neçə dələ kredit verilməsindən asılı olmayaraq, əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla sonuncu tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin iddiasının əsassız olduğunu, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və müqaviləyə xitam verilmədiyi halda əmlakın yüklülükdən azad edilmə mümkünsüzlüyünü Konstitusiya Məhkəməsinin Plenumunun 11.10.2019-cu il tarixli qərarında qeyd olunan hüquqi mövqeyin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olduğunu qeyd etməsinə baxmaraq Nəsimi rayon Məhkəməsi iddia tələbini təmin etməklə qanuna zidd qətnamə qəbul etdiyini bildirmiş və həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 etirazını təqdim edərək, 11.06.2019-cu il tarixdə iddiaçı X7 tərəfindən cavabdeh "xxxx" X18 Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırılaraq "xxxx" X18 Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 26.01.2012-ci tarixli, 40EKİ saylı İpoteka müqaviləsinə və həmin müqaviləyə edilmiş "İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında" 03.07.2015-ci il tarixli Sazişə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra, yəni 14.08.2019-cıı il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cii maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5. 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4. 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarını rəhbər tutularaq iddia tələbi dəqiqləşdirilmiş və məhkəmədən "xxxx" X18 Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 26.01.2012-ci tarixli, 40EKİ saylı İpoteka müqaviləsinin və həmin müqaviləyə edilmiş "İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında" 03.07.2015-ci il tarixli Sazişin 1.Borcalanla boreverən arasında imzalanan 08 iyul 2017-ci il tarixli, kk-2014-04 saylı Əlavə kredit xətti müqaviləsinə; 2. Borcalanla boreverən arasında imzalanan 26.04.2016-cı il tarixli kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə; 3. Borcalanla boreverən arasında imzalanan 10.08.2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 17.09.2019-cu il tarixli 2(006)-4277/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx” KB ASC’ tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı apelyasiya məhkəməsinin 02.12.2019-cu il tarixli 2(103)-14248/2019 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Həmin qətnamədən kassasıya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli qərarında yekun hüquqi mövqe ondan ibarətdir ki, ipoteka qoyanın razılığı olmadan kredit müqavilələri bağlanarsa həmin ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir. Bağlanmamış hesab edilən ipoteka müqaviləsinin ləğvini deyil, əmlakın yiiklülükdən azad edilməsi tələbi hüquqidir.Ali Məhkəmənin qərarında “Belə hallarda əmlakın yiiklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər” barədə mövqeyi təsadüfən və ya yalnışlıqla qərara yazılmamışdır. Bundan başqa İpoteka müqaviləsinə xitam verilməsinə dair iddia tələbinin dəyişdirilməsi hüquqidir. Belə ki. tərəflər arasında bir sıra kredit müqavilələri bağlanmış və icra edilmişdir. Yalnız 1 kredit müqaviləsi qüvvədədir. Əgər İpotaka müqaviləsi ləğv edilərsə tərəflər arasında bağlanmış digər müqavilələr hüquqi qüvvəsini itirmiş olardı. Lakin tərəflər digər kredit müqavilələrinə münasibətdə ipoteka müqaviləsini tanıyır. İpoteka müqaviləsi yalnız 1 kredit müqaviləsinə münasibətdə hüquqlarını pozur. Bundan başqa kredit müqaviləsi üzrə Məmmədzadə Malikin vərəsəsi mövcuddur və bank həmin vərəsəyə qarşı iddiasını qaldırıb. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən kreditor və bank Məmmədzadə Seymurun hüquqlarını pozub. Onun xəbəri olmadan əmlakını risk altına qoyan kredit müqaviləsini bağlamışlar. S.Məmmədzadə nə kredit götürənin nə də bankın hüquqlarına toxunan hüquqa zidd əməl və hərəkətlərə yol verməmişdir.S.Məmmədzadə hər kredit müqaviləsi üzrə kredit götürənin maliyyə vəziyyətinə uyğun olaraq əmlakını ipoteka ilə yüklü etmək razılığına gəlmişdir. Son dövlər kredit götürənin xərçəng xəstəsi olmasını bildiyindən kredit müqavilələrinin bağlanmasına etiraz etdiyindən kredit götürəni xəstə-xəstə banka aparan vərəsələri bankla müvafiq razılığa gələrək S.Məmmədzadənin razılığı olmadan kredit müqaviləsi bağlamışlar. Və həmin vəsaiti kredit götürənin biznesinə deyil xəstəxanaya köçürmüşlər.Göründüyü kimi Bankla Kredit götürənin gizli sövdələşməsi S.Məmmədzadəyə ziyan vurmuşdur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı məhs bu hallarda ipoteka qoyanın hüquqlarını qorunması üçün qəbul edilmişdir. Nəsimi rayon Məhkəməsi tam ədalətli qətnamə qəbul etmişdir. Bu Ali Məhkəmənin onların iddiaları üzrə olan hüquqi mövqeyidir, əsaslandırmasıdır. Bu əsasla, yəni artıq btı tip işlərdə müqavilə mövcud olmadığından əlavə olaraq iddia qaldırmağa ehtiyac duyulmur.Yəni 25.01.2012-ci il tarixli, 40EK saylı İpoteka müqaviləsi və ipoteka müqaviləsinə dəyişiklik edən 03 iyul 2015-ci il tarixli Saziş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019cu il tarixli qərarının hüquqi mövqeyinə əsasən mübahisələndirilən kredit müqaviləsinə münasibətdə artıq mövcud deyildir. Burada əlavə olaraq ipoteka müqaviləsinə xitam verməyə ehtivyac yoxdur. Çünki həmin müqavilə mövcud deyildir. Həmin müqavilədə imzanın olması o müqavilənin mövcudluğunu şərtləşdirmir. İpoteka müqaviləsi əsas kredit xəttinin təminatı kimi bağlanan müqavilədir. Yəni həmin müqavilədən aslıdır. Kredit xətti razılaşmasında ipoteka qoyanın imzası yoxdursa ipoteka müqaviləsi bu zaman mövcud olmur. Hal-hazırda X2 adına olan razılığı alınmamışdır. Bu bir fərziyyə və ya vəkilin hüquqi mövqeyi deyildir. Bu birbaşa məcburi qüvvəyə malik Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeydir. Mövcud olmayan müqaviləyə görə əmlak yüklülükdə qala bilməz. 25 iyul 2019-cıı il tarixli qərarının qəbul olunması ilə "bağlanmamış hesab edilmə" anlayışı yaranmışdır.Bu anlayış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarı ilə hüquq nəzəriyyəsinə daxil olmuşdur. Dolayısı ilə X2 yuxarıda adı çəkilən maddələrdəki maddi normaların tələblərinin pozulması ilə subyektiv hüququ yaranmışdır. Yəni iddianın təmin edilməsinə, başqa sözlə Nəsimi rayon məhkəməsinin 2(006)-945/2021 saylı 04.03.2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanmasına səbəb həmin maddi normalardır. Göstərilənləri nəzərə alaraq məhkəmədən Nəsimi rayon məhkəməsinin 2(006)-945/2021 saylı 04.03.2021 -ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya Şikayətini təmin etməməyinizi xahiş etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müvafiq, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanunun 2.5, 4.1.1 , 12 ,62-67, 86-90, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4-10,25,26,48; Mülki Məcəllənin 269 , 270 , 273 , 280- 283 , 294 , 307-312, 385-390, 404, 420-425, 560,; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddianın mahiyyətin və tətbiqetmənin düzgünlüyün tam araşdırılması üçün mübahisənin tənzimlənməsi üzrə qəbul edilmiş bir sıra Konstitusiya Məhkəməsinin qərararların, maddi hüquq normaların və onların hüquqi qüvvısin nəzəzrdən keçirmək gərəkir: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli q ə r a r ına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn ödəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. -“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar 9 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun q ə r a r d a d ına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q ə r a r d a dına əsasən: Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Mülki icraatda tətbiqetməyə dair qeyd edilməlidir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir; Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər; Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Hazırki mülki münasibətlərin yarandığı və davam etdiyi zaman mülki qanunvericiliyin istinad edilən maddələri sonradan (2018-ci ildə) dəyişdirilmiş, bu ərəfədə və ondan sonra Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarları qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin qərarları normatriv xarakterli aktlar sırasına daxil oloduğundan onların ifadə etdiyi hüquqi mövqe hazırki münasibətlərə şamil edilə bilməz. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında ehtiva edilir. Ona görə, münasibətlərin mövcud olan zamanında qanunvericiliyiə riayyət edilməsi baxımından ipotekadan azad edilməsi üçün əsaslar müəyyən edilmir. Digər tərəfdən, posessual mənada qüvvədə olan ipoteka müqaviləsi mübahisələndirilmədən və ya ipotekaya xitam verilməsi üçün tələb olmadan ipotekadan azad edilmə tələbinin müzakirəsi belə böyük sual altındadır və tələb olmadığı təqdirdə bu məzmun yalnız bankın iddiaçıya müvafiq tələbi çərçivəsində qiymətləndirilə bilərdi. Kassasiya instansiya məhkəməsinin digər iş üzrə ümumi mülahizələri hazırki iş üzrə məcburi səciyyə daşıya və qanundan üstün ola bilməz. Beləliklə, mülki qanunvericiliyin zamana görə qüvvəsin, istinad edilən Konstitusiya Məhkəməsi qərarlarının hazırki münasibətlərə tətbiqinin yolverilməzliyini, müqavilə azadlığı və ondan irəli gələn öhdəlikləri, habelə ipoteka müqaviləsində zamanında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlərin göstərildiyini və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirilməsinin müəyyən edilmədiyini, ipoteka qoyanın ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində mülki məsuliyyətini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ləğv edilməli və apellyasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” KB ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-945/2021 nömrəli saylı işi üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) cavabdeh “xxxx” KB ASC-yə qarşı “daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5657/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5657/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver