Məhkəmə qərarları › İş №2(103)-5682/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5682/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5682/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər LPS «X4» MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(005)-142/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər LPS «X4» MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(005)- 142/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin edilmiş, qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(005)-142/2021 saylı qətnaməsindən həmçinin cavabdeh LPS «X4» MMC tərəfindən də apellyasiya şikayəti verildiyini göstərmiş, bu barədə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməsinə dair surətini təqdim etmiş, bu səbəbdən də, mülki işin baxışdan çıxarılaraq, həmin apellyasiya şikayətinin mülki işə əlavə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq cavabdeh LPS «X4» MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh LPS «X4» MMC tərəfindən verilmiş apellyasiya şikayətinin surətindən görünür ki, şikayət 05 iyul 2021-ci il tarixdə birinci instansiya məhkəmsi tərəfindən qəbul edilmiş, bu barədə müvafiq qeyd aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 362-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə verilməsi və müvafiq prosessual əsasların mövcud olub-olmamasının ilkin olaraq həmin məhkəmə tərəfindən yoxlanılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 364-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər LPS «X4» MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar