Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5689/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında inşa etdiyi binanın XV blokunun V mərtəbəsində yerləşən 4-otaqlı 503 saylı 163,8 kv.m olan mənzilin 1/2 hissəsinə onun payının müəyyən olunması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri 20000 manat dəyərində «Toyota Camry» markalı ** TR *** qeydiyyat nişanlı; 12000 manat dəyərində «VAZ-21214» markalı ** TC *** qeydiyyat nişanlı və 35000 manat dəyərində «X5» markalı ** VO *** qeydiyyat nişanlı avtomobillər və həmçinin cəmi 3000 manat dəyərində olan məişət əşyaları; a) masaüstü qaz-elektrik soba; b) mikrodalğalı soba; c) mebel daxili qaz sobasını (duxovka); ç) tualet kasasını (unitazı) və ya onların dəyərinin aralarında 2/3 nisbətində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(008)- 724/2019 saylı qətnaməsi ilə, ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanda inşa edilmiş binanın XV blokunun V mərtəbəsində yerləşən sahəsi 163,8 kv.m olan 4-otaqlı evin 503 saylı mənzili üzərində İddiaçı payı 1/3 hissə və Cavabdeh payı 2/3 hissə müəyyən edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29, mənzil 503 ünvanında yerləşən mənzilə köçürülməsi, ilk iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, «Toyota Camry» markalı ** TR *** dövlət qeydiyyat nişanlı, «VAZ-21214» markalı ** TC *** qeydiyyat nişanlı və«X5» markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı payı 1/2 hissə və Cavabdeh payı 1/2 hissə müəyyən edilməsi, Məişət əşyaları - a) masaüstü qazelektrik soba; b) mikrodalğalı soba; c) mebel daxili qaz sobası (duxovka); ç) tualet kasası (unitaz) üzərində İddiaçı payı 1/2 hissə və Cavabdeh payı 1/2 hissə müəyyən edilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ilk iddia tələbinin dəlilləri ilə əsaslandırmışdır. Bakı Apekyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)10108/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(008)-724/2019 saylı qətnaməsi ləğv edilmiş,ilk iddia təmin olunmuş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında inşa edilmiş binanın XV blokunun V mərtəbəsində yerləşən 4 otaqlı 503 saylı 163,8 kv.m olan mənzil üzərində İddiaçı ½ və Cavabdeh payının ½ hissədə müəyyən olunması, İddiaçı həmin mənzilə köçürülməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, «Toyota Camry» markalı ** TR *** dövlət qeydiyyat nişanlı, «VAZ-21214» markalı ** TC *** qeydiyyat nişanlı avtomobillərin üzərində İddiaçı payının 1/2 hissə və Cavabdeh payının 1/2 hissə müəyyən edilməsi, məişət əşyaları - a) masaüstü qaz-elektrik soba; b) mikrodalğalı soba; c) mebel daxili qaz sobası (duxovka); ç) tualet kasası (unitaz) üzərində İddiaçı payının 1/2 hissə və Cavabdeh payının 1/2 hissə müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Lakin həmin zaman Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti də verilmiş və Bakı Apelyasiya Məhkəməsi tərəfindən mülki iş baxışdan çıxarılaraq, iş materialları baxılması üçün kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin evə münasibətdə payların müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 29 ünvanda inşa edilmiş binanın XV blokunun V mərtəbəsində yerləşən 4 otaqlı 503 saylı 163,8 kv.m olan mənzil üzərində İddiaçı 2/5 və Cavabdeh payının 3/5 hissədə müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi, qeyd olunan maddədə apellyasiya instansiyası məhkəməsinin qətnamənin əsaslılığını həm tam, həm də qismən yoxlamaq vəzifəsi müəyyən edilmişdir. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, apellyasiya şikayətinin qətnamənin ləğvinə yönəlibyönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qətnamənin əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir, birincisi apellyasiya şikayətinin qətnaməsinin tam ləğvinə yönəlməməsi, ikincisi mübahisənin predmetinin bölünməz olmaması məcmu halda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin istisna olması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Qeyd olunan iki şərtdən hər hansı birinin, yəni apellyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməsi və mübahisənin predmetinin bölünməz olması birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya qaydasında tam yoxlanılması üçün əsasdır. İş materiallarından və apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli «X5» markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı payı 1/2 hissə və Cavabdeh payı 1/2 hissə müəyyən edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilmiş və iddia tələbi «X5» markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə payların müəyyən edilməsi hissəsində təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, «X5» markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçının və cavabdehin paylı mülkiyyət hüququnun tanınaraq onlar arasında bölünməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs olan X1 verdiyi apellyasiya şikayəti də Sabunçu rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(008)-724/2019 saylı qətnaməsinin məhz «X5» markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsinə dair təmin olunmuş hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, hazırkı vəziyyətdə apellyasiya şikayətində qətnamə ilə marağına toxunan şəxsin mübahisələndirdiyi hallar artıq mövcud deyildir. Belə olan təqdirdə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5689/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5689/2020
01.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver