Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-569/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X26 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayevdən və X16 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin vəkili Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(004)-3455/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə ona və digər payçılara ümumilikdə 462940,00 (dörd yüz altmış iki min doqquz yüz qırx) AZN məbləğində maddi ziyanın, ona isə 100000.00 (bir yüz min) manat mənəvi ziyanın Cavabdeh MMC-dən alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində (köhnə 4-cü Xrebtovı küçəsi) yerləşən 67 saylı, istifadədə olan 0.01328 ha torpaq sahəsinin içərisində yerləşən, A və B tikililərindən ibarət, ümumi sahəsi 96,10 kv metr 6 otaqdan ibarət, həyətyanı tikili və qurğuları olan, sanitar qovşaq, hamam, darvazası olan, həmçinin hər mərtəbəsi 35 kv metr sahədən ibarət olan iki mərtəbəli bir otaqlı əlavə yaşayış otağından ibarət fərdi yaşayış evi və həmçinin 15 kv.metr zirsəmisi olan xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında onun X21, X4 mülkiyyətindədir. O həmin evdə doğulub boya başa çatmışdır. Uşaqlığı bu evdə keçmişdir. Ev atasının adında olmuş və vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Bildirir ki, o 10 ildən çoxdur ki, Norveç Respublikasında yaşayır və 2014-cü ildən isə Norveç Respublikasının vətəndaşlığını əldə etmişdir. O uzun müddət Norveç Respublikasında qaldıqdan sonra 2018-ci ilin iyul ayında bir aylıq məzuniyyət götürüb Azərbaycana gəlmişdir. Gəldiyində ona məlum oldu ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 67 saylı fərdi yaşayış evi sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası tikilmişdir. Onun Azərbaycanda qalmaq müddəti məhdud olduğuna görə heç bir araşdırma apara bilməmiş və bir ay sonra Norveçə getmişdir. 2019-cu ildə Norveçdə olan evini satıb Azərbaycana gəlmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində mənzil alıb ora yerləşmiş və yataq xəstəsi olan anasına qulluq etməyə başlamışdır. 2020-ci ildə vəkillə müqavilə bağlamışdır ki, onun mülkiyyət hüquqlarını müdafiə etsin və mülkiyyətçisi olduğu fərdi yaşayış evinin söküb yerində çoxmənzilli yaşayış binası tikən şirkətlə bağlı məlumat əldə etsin. Uzun sorğulardan sonra nəhayət məlum oldu ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı, xx.xx.2004-cü il tarixli, 323 saylı, xx.xx.2005-ci il tarixli, 203 saylı və 22.11,2007-ci il tarixli Tikintiyə icazə Sərəncamlarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il di. 18/04-420 saylı məktubu əsasında mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi saylı Fərdi yaşayış evinin yerində, indiki adı ilə Bakı şəhəri Yasamal rayonu, 566-cı məhəllə H.Cavid prospekti ilə Haqverdiyev küçəsinin kəsişməsindəki ərazidə Cavabdeh tərəfindən 10 bloklu, mərtəbəli, 4 ədəd yaşayış binası inşa edilmişdir. Lakin Cavabdeh MMC evin mülkiyyətçisi kimi, onun xəbəri olmadan, onun razılığını almadan və onunla müqavilə bağlamadan mülkiyyətində olan evi söküb yerində qanunsuz olaraq çox mərtəbəli yaşayış binası inşa etmişdir. Beləliklə cavabdeh MMC onun Konstitusiya və qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Ona görə də mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, 220/E saylı Qiymətləndirmə Aktı-Ekspertiza Rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən ümumi sahəsi 96.10 kv metr olan 67 saylı mənzilin 2021-ci il aprel ayı üçün baza qiyməti 230.000 (iki yüz otuz min) AZN dəyərləndirilmişdir. Qiymətləndirmə rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 1 kv metr tikilinin 2021-ci ilin aprel ayı üçün oturuşmuş bazar qiymətinin dəyəri 2400 manata uyğun olmuşdur. Qeyd edir ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı evin 96.10 kv sahəsindən başqa, həyətyanı tikili və qurğuları olan, sahəsi 2.2 kv metr olan sanitar qovşaq, 8.4 kv metr olan hamam, darvaza, həmçinin evin həyətində iki mərtəbəli, hər mərtəbəsi 35 kv metr yaşayış otağı sahəsindən ibarət olan bir otaqlı əlavə tikili mövcud idi. Bundan başqa evin 15 kv metr zirzəmisi də var idi. Bunların cəmini hesablayanda (2.2+8.4+35+35+15=95.6) 95.6 kv metr həyətyanı tikililər və əlavə tikililər, bunu da 2400 manata vuranda 229.440.00 (iki yüz iyirmi doqquz üç min dörd yüz qırx) AZN pul edir. Bundan başqa evin həyətinə girmək üçün dəmir darvaza quraşdırılmış və həmin dəmir darvazanın qiyməti 500 manat edir. Evin həyətinin ümumi sahəsi isə 65 kv metrdir ki, həmin sahəyə də tamet döşənmişdir və tamet örtüyünün orta qiyməti 3000 manat pul edir. Beləliklə cavabdeh mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə görə ona və digər payçılara ümumilikdə 462940.00 (dörd yüz altmış iki min doqquz yüz qırx) AZN məbləğində maddi ziyan, ona isə 100000 (bir yüz min) manat mənəvi ziyan vurmuşdur. Hesab edir ki, cavabdehdən mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə ona və digər payçılara ümumilikdə 459440.00 (dörd yüz əlli doqquz min dörd yüz qırx) AZN məbləğində maddi ziyanın, ona isə 100000.00 (bir yüz min) manat mənəvi ziyanın alınıb ona ödənilməsi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıların istifadəsində olan qarajlar cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cii maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar, gülərüz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və; əgər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarından görünür ki, “İsan hüuqlarıı və əas azadlıları müafiəi haqqıda Konsensiya”nı 41-ci maddəinə və X57 Məkəəinin presedentləinə əasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda öənilə bilər. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə 462940 manat məbləğində maddi ziyanın, 100000 manat mənəvi ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 1850 manat hüquqi yardım xərcinin və iddia tələbi üçün məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə ona və digər payçılara ümumilikdə 462940,00 (dörd yüz altmış iki min doqquz yüz qırx) AZN məbləğində maddi ziyanın, ona isə 100000,00 (bir yüz min) manat mənəvi ziyanın Cavabdeh MMC-dən alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin hesab etmişdir ki, İddiaçı tərəfindən verilən iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ünvan 1 ünvanında qeydiyyatda olan X41 və ünvan 1 ünvanında qeydiyyatda olan X1 orqanlara ünvanlanan ərizədə qeyd etmişlər ki, adlarına olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla (torpağın) satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmirlər, razıdırlar və həmin əmlakın dəyəri 210000 (iki yüz on min) AZN tam şəkildə X8 almışlar, gələcəkdə bu ünvanla bağlı onların və ailəsinin heç bir iddiası, tələbi və məhkəməyə şikayəti olmayacaqdır. 1 həftə ərzində qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bununla bağlı məsuliyyəti öz üzərlərinə götürürlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(004)-3455/2021 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İcra Hakimiyyətinin sərəncamının mahiyyəti ondan ibarətdir ki, Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 67 saylı Fərdi yaşayış evinin mülkiyyətçiləri ilə, o cümlədən onunla müqavilə bağlamalı və onun əmlakımın dəyərini ona ödədikdən sonra ona verilmiş tikintiyə icazə sənədi əsasında tikinti işlərinə başlamalı idi.Lakin cavabdeh İcra Hakimiytətinin sərəncamından irəli gələn tələbləri pozaraq, onun mülkiyyət hüququna qəsd etmişdir. Onun icazəsi və razılığı olmadan onun mülkiyyət toxunulmazlığını pozmuşdur.Yasamal rayon Məhkəməsi mülki qanunvericiliyin tələblərini pozaraq onun mülkiyyətinin müdafiəsi hüququnu görməzdən gəlmişdir. Növbəti abzasda məhkəmə qeyd edir ki, “İddiaçı iddia ərizəsində tikilinin qanunsuz olaraq söküldüyünü iddia etsə də, iş materiallarında bunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İş materiallarına əlavə edilmiş sərəncamlara əsasən görünür ki, yaşayış evlərinin sökülməsi və sakinlərin köçürülməsi şirkətin səlahiyyətlərinə aiddir.Məhkəmə qeyd edir ki, sərəncamlara əsasən torpaq sahəsində tiktinti işlərinin aparılması əsaslı şəkildə həyata keçirilmişdir. Sakinlərin köçürülməsi üçün onlara yaşayış evlərinin dəyərinə uyğun ödəniş edilmiş, bu hal sakinlər tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrdə öz əksini tapmışdır”. Məhkəmə X14 və X18 Cavabdeh MMC ilə hər hansı münasibətlərinin olmasına dair onun sübut etməməyini yuxarıda bildisə də, növbəti abzasda, cavabdehin sərəncamlara əsasən torpaq sahəsində tikinti işlərini əsaslı şəkildə həyata keçirildiyini, sakinlərin köçürülməsi üçün onlara yaşayış evlərinin dəyərinə uyğun ödəniş edildiyini qeyd edir. Göründüyü kimi, məhkəmə prosessual hüquq normalarının tələblərini pozaraq, sübutları (Cavabdeh MMC-nin torpaq sahəsində tikinti işləri aparması, sakinlərin köçürülməsi və X14 və X2 ödəniş etmələri) bir-biri ilə əlaqələndirsə də, onun iddia tələbinə münasibətdə onları ayırmış və Cavabdeh MMC ilə X14 və X18 münasibətinin olmamasını təsdiq etməyə çalışmışdır. MPM-nin 217.1-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Əvvəlki apellyasiya baxışı zamanı Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etmişlər, onun məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdirlər. Əvvəlki apellyasiya baxışı zamanı Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh MMC-nin vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, orada söküntü işləri cavabdeh tərəfindən aparılmamışdır.Cavabdeh boş torpaq sahəsini Rafael Qarayevdən boş vəziyyətdə əldə etmişdir.Buna görə də, şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki apellyasiya baxışı zamanı Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X13 izahat verərək qeyd etmişdir ki, o, oğlanları Elnur və Aydın 2/18 pay hüququ ilə mülkiyyətçi olmuşlar. Oğlu Elnur və o, ərizə vermişlər ki, hər birinə 2/18 hissə olmaqla 210000 manat pul alırlar. Pulu oğlu Elnur almış, ona da pul vermişdir. Əvvəlki apellyasiya baxışı zamanı iş üzrə 3-cü şəxs X27 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3- cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-811/2022 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə 25.555,55 manat, mənəvi zərərə görə 3000 manat, hüquqi xidmət haqqına görə 500 manat tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir İddiaçı (vəkili Nümayəndə1) və Cavabdeh MMC tərəfindən ayrılıqda kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X22 (məruzəçi), X5 və X42 ibarət tərkibdə) 2(102)-3919/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-811/2022 nömrəli mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi qismən– maddi ziyan tələbinə aid hissədə ləğv edilməsi və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, Qətnamə qalan hissədə - cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 3000 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3919/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, baxılan iş üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində paylı mülkiyyətində olan daşınmaz əmlakın və ya onun hissələrinin, habelə ona məxsus qeydə alınmamış (özbaşına inşa edilmiş) əlavə tikililərin sökülməsi nəticəsində dəymiş ziyanı cavabdehdən tələb edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi əlavə tikililərin həqiqətən mövcud olub-olmadığı ilə bağlı hər hansə araşdırma aparmadan həmin hissədə iddianı əsassız hesab etmiş və qeyd etmişdir ki, fərdi yaşayış evində olan əlavə tikililər özbaşına tikili hesab edilir. Belə ki, tikilinin artırıldığı torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, paylı mülkiyyətçilərin mülkiyyətində olması və ya qanuni əsaslarla sahibliyindəolması halları müəyyən olunmur. Bundan əlavə həmin tikililərin lazımi icazələr alınmaqla və şəhərsalma və tikinti normalarına riayət edilməklə tikilməsi halları müəyyən olunmur. Halbuki, mülki qanunvericilik özbaşına tikili olan bina və qurğuların da yalnız həmin tikililərin faktiki sahibləri ilə razılaşdırılmaqla və ya məhkəmə qərarı əsasında sökülməsini mümkün hesab edir. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə məhkəmə qərarı olmadan digər şəxslər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların razılığı alınmadan sökülməsi özbaşınalıq olmaqla mülki hüquq pozuntusu – delikt kimi qiymətləndirilməlidir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə iddianın əsassız olduğu barədə mövqeyi də qanuni və ağlabatan şəkildə əsaslandırılmamışdır. Məhkəmə hesab etmişdir ki, bir neçə paylı mülkiyyətçinin yaşamış olduğu ünvanda az pay hüququna malik iddiaçı tərəfindən dəmir darvaza qoyulması, tamet örtüyü çəkilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmamışdır. Halbuki, Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Qanun yalnız özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu barədə qayda müəyyən etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iddiaçının payının az olmasına və əşyanın təkib hissələrinin onun tərəfindən quraşdırıldığına dair mötəbər sübutlar təqdim olunmadığı barədə qənaəti anlaşılan deyil. Qeyd olunanlarla yanaşı, işə baxmış apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvanda yerləşən tikililərin sökülməsi üçün əmlaka iddiaçı ilə eyni həcmdə paylara malik olan X41 və X6 210000 manat, habelə müxtəlif ölçüdə sahələrə görə ayrı-ayrı şəxslərə və onların ailə üzvlərinə müxtəlif məbləğdə pul vəsaitlərinin ödənildiyini müəyyən etsə də, bərabər mənafelərə bərabər münasibət prinsipi baxımından həmin məbləğlərin iddiaçıya dəymiş zərərin müəyyən edilməsində meyar kimi qəbul edilməsi, iddiaçıya da ən azı həmin məbləğlərə uyğun kompensasiya verilməsi barədə məsələləri müzakirə etməmişdir. Yeni apellyasiya baxışı zamanı apellyasiyanın hədləri daxilində olmaqla iş üzrə tərəflərin mövqeyləri əvvəlki apellyasiya baxışındakı mövqeyləri ilə oxşar məzmunda olmuşdur. İş üzrə 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3919/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətli qismən təmin olunmalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(004)- 3455/2021 saylı qətnaməsi qismən-maddi ziyan tələbinin rədd olunmuş hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qismən-maddi ziyan tələbinin rədd olunmuş hissəsində yoxlanılması təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş: ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/18 hissəsi X27, 2/18 hissəsi X6, 2/18 hissəsi İddiaçı, 3/6 hissəsi X15, 1/6 hissəsi X19 məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 96.10 kv.metrdir. 21 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 12 saylı arayışa əsasən İddiaçı Ə.Ələkbərov küçəsində yerləşən 67 saylı mənzildə qeydiyyatdadır. Keçmiş yaşadığı ünvan 67 saylı evdə əlavə tikililər mövcuddur və Hüseynov Bəşirin, İbrahimov Bağırın, İddiaçı mülkiyyət payına heç bir aidiyyəti yoxdur. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli vəkil sorğusuna xx.xx.2021-ci il tarixli müşaiyət məktubuna əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 074 saylı tikilən obyektin mövcud vəziyyətdə uçot nişanına əsasən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli, 115 saylı sərəncamının 7-ci, 30 dekabr 2004-cü il tarixli, 323 saylı sərəncamının 33-cü, 27 iyul 2005-ci il tarixli, 203 saylı sərəncamının 12-ci və 22 noyabr 2007-ci il tarixli, 574 saylı sərəncamının 10-cu bəndlərinə əsasən 2014-cü ilin dekabr ayında X7 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 566-cı məhəllə, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsindəki ərazidə obyektin tikintisi başlanılmışdır. 189/E saylı, 14 aprel 2021-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspertiza qiymətləndirmə fəaliyyəti haqqında 220/E saylı ekspert rəyinə əsasən İddiaçı sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsi qiymətləndirmə aparılmış, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir. Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********54 saylı cavab məktubuna əsasən görünür ki, ünvan 5; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamaliyev k., ev 3, mənzil 7 və ünvan 4 ünvanları X21 adına qeydiyyata alınmışdır və mülkiyyətindədir. ünvan 5 ünvanının X21 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışının ləğv edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir və çıxarış dövlət reyestrində olan məlumatlara əsasən qüvvədədir. xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən müəyyən səlahiyyətlərin icrası Nümayəndə1 etibar edilmişdir. xx.xx.2020-ci il tarixli orderə əsasən Nümayəndə1 201 saylı müqavilə əsasında mülkiyyət hüququnun müdafiəsi üçün İddiaçı hüquqi yardım göstərməyə başlamışdır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Nümayəndə1 150 manat məbləğində ödəniş edilmişdir. Mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən Nümayəndə1 1500 manat məbləğində ödəniş edilmişdir.12 yanvar 2023-cü il tarixdə ərizə ilə müraciət olunaraq həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixli, 2(004)- 3455/2021 saylı sorğuya 13 avqust 2021-ci il tarixli, 7-3296/17 saylı cavab məktubuna əlavə edilmiş xx.xx.2001-cü il tarixli, 323 saylı sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncamının 7-ci bəndinə əsasən, "xxxx" MMC-nə Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində, 566-cı məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icarə əsasında istifadəyə verilmiş 0,2 ha torpaq sahəsinə əlavə olaraq 1,28 ha torpaq sahəsinin eyni məqsədlə həmin MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncama əsasən Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 150/d-MŞ saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixli, 01 saylı müraciəti nəzərə alınaraq Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi ünvandakı 566cı məhəllədə 0,2 ha torpaq sahəsinin icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün həmin MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 574 saylı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 203 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” sərəncama əsasən, Cavabdeh MMC-nin xx.xx.2007-ci il tarixli, 01 saylı müraciəti və "xxxx" MTK-nın xx.xx.2007-ci il tarixli, 015 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi ünvandakı 566-cı məhəllədə yerləşən torpaq sahəsinin Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 1.2-ci bəndinə əsasən ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericiliyə uyğun olaraq vəsaitin ödənilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. xx.xx.2021-ci il tarixli 21/75-201 saylı vəkil sorğusuna əsasən Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən Nümayəndə1 ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli, 3606 saylı cavab məktubuna əlavə edilmiş elektron notariat sistemindən çıxarışa əsasən görünür ki, X28, X29 və X9 xx.xx.2018-ci il tarixdə, notarial qaydada qeydiyyatda olduqları ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, istifadələrində olan 75,81 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 174400 manatın X37 tərəfindən onlara tam şəkildə ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmayacaqdır. xx.xx.2018-ci il tarixli çıxarışa əsasən X30 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, istifadələrində olan 75,81 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 174400 manatın X37 tərəfindən ona tam şəkildə ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası, tələbi və şikayəti olmayacaqdır. xx.xx.2018-ci il tarixli çıxarışa əsasən X31, X32, X10, X33 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, istifadələrində olan 76 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 187000 manat X37 tərəfindən onlara tam şəkildə ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmayacaqdır. xx.xx.2018-ci il tarixli çıxarışa əsasən X43, X3, X12, X38 və X23 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, istifadələrində olan 88,5 kv.m təşkil edir və ümumilikdə həmin sahəyə görə 230000 manat X37 tərəfindən onlara tam şəkildə ödənilmişdir.Gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmayacaqdır. xx.xx.2016-cı il tarixli ərizəyə əsasən X39, X27 məxsus olan Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin (2/18 hissəsinə) satılmasına,sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2016-cı il tarixli ərizəyə əsasən X39, X6 məxsus olan Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin (2/18 hissəsinə) satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2016-cı il tarixli, AR-İ 483485 nömrəli etibarnaməyə əsasən X13 və X41 müəyyən səlahiyyətlərin icrasını X20 etibar etmişlər. xx.xx.2016-cı il tarixli ərizəyə əsasən Talıbov Elnur və Talıbova Seyran olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin əmlakın dəyəri olan 210000 manat məbləğində pulu X11 tam şəkildə aldıqlarını, gələcəkdə bu ünvanla bağlı özlərinin və ailələrinin heç bir iddiaları, tələbləri və məhkəməyə şikayətləri olmayacağını qeyd etmişlər. 1 həftə ərzində evdən qeydiyyatdan çıxmağı, evi təhvil verməyi bə bununla bağlı məsuliyyətləri öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin xx.xx.2022-ci il tarixli, 05/668-11 saylı məktubuna əsasən “Elektron notariat” informasiya sistemindəki xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan məlumata əsasən İddiaçı adından X21 adına notariat ofislərində etibarnamənin rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, ona evləri söküldüyü zaman X37 tərəfindən ödəniş edilmişdir. Qeyd etmişdir ki. İddiaçı həmin dövrdə Azərbaycanda yaşamamışdır. Lakin, evləri sökülərkən onun qohumlarına ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının da payı olduğu mənzilin digər mülkiyyətçiləri (iddiaçının anası və qardaşı) mənzilin sökülməsinə görə təklif olunan 210000 manat məbləğində pul vəsaitini X11 tam şəkildə almışlar və notarial qaydada təsdiq edilmiş ərizədə gələcəkdə bu ünvanla bağlı özlərinin və ailələrinin heç bir iddiaları, tələbləri və məhkəməyə şikayətləri olmayacağını qeyd etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə izahatında qardaşı X27 2012-ci il tarixdə etibarnamə verdiyini bildirmişdir. İş materiallarından da göründüyü kimi, "xxxx" MMC tərəfindən sözügedən yaşayış sahəsinin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat məbləğində dəyərləndirilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən isə görünür ki, iddiaçının anası X6 və qardaşı X27 mübahisəli evin sökülməsinə görə ümumilikdə 210000 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçının ailəsinə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 67 ünvanında yerləşən fərdi yaşayış evinin dəyərləndirildiyi məbləğə uyğun məbləğdə ödəniş edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən 462940 manat pul vəsaiti tələb etmişdir. Həmçinin, yuxarıda göstərildiyi kimi, ünvan 8 ünvanında yerləşən 75,81 kv.m təşkil edən fərdi yaşayış evinin sökülməsinə görə ümumilikdə 174400 manat pul vəsaitinin ödənilməsi və həmin ünvanda yerləşən 76 kv.m təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə görə ümumilikdə 187000 manat pul vəsaitinin ödənilməsi - iddiaçının mübahisələndirdiyi sözügedən ünvanda yerləşən 96.10 kv.m təşkil edən fərdi yaşayış evinin sökülməsinə müvafiq olaraq 210000 manat pul vəsaitinin ödənilməsinin həmin ödənişlərə (hər kv.metrə ödənilən pul məbləği) uyğun olduğunu təsdiq edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, X6 və qardaşı X27 210000 manat məbləğində ödəniş X34 tərəfindən, digər payçılara isə müvafiq olaraq, 174400 manat, 187000 və 230000 manat məbləğində ödənişlər X37 tərəfindən edilmişdir. Göründüyü kimi, ödənişlər müxtəlif şəxslər tərəfindən həyata keçirilmişdir. Həmin şəxslərin isə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC ilə hər hansı münasibətlərinin olmasını sübut edən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, mənzilin digər mülkiyyətçiləri pul vəsaitini tam almaları və gələcək müddətdə heç bir tələblərinin olmayacağı barədə notarial qaydada ərizə yazmış və bunu öz imzaları ilə təsdiq etmişlər. İddiaçı iddia ərizəsində tikilinin qanunsuz olaraq söküldüyünü iddia etsə də, iş materiallarında bunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İş materiallarına əlavə edilmiş sərəncamlara əsasən görünür ki, yaşayış evlərinin sökülməsi və sakinlərin köçürülməsi şirkətin səlahiyyətlərinə aiddir. Məhkəmə qeyd edir ki, sərəncamlara əsasən torpaq sahəsində tiktinti işlərinin aparılması əsaslı şəkildə həyata keçirilmişdir. Sakinlərin köçürülməsi üçün onlara yaşayış evlərinin dəyərinə uyğun ödəniş edilmiş, bu hal sakinlər tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrdə öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə qismən-yeni apellyasiya baxışı həddində, yəni maddi zərərin tutulması tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməli, işdə olan sübutlar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Göründüyü kimi, mübahisə İddiaçı məxsus evə olan 2/18 hissədə payına münasibətdə onun mülkiyyət hüququnun müdafiəsindən yaranmışdır. İddiaçının fikrincə ona paylı mülkiyyət hüququ ilə məxsus olan ev cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş, bu da, ona əhəmiyyətli dərəcədə ziyan vurulmasına gətirib çıxarmışdır. Beləliklə, məhkəmə tədqiqatının predmeti nəinki mübahisəli evin sökülməsi halları, eləcə də, dəqiq həcmdə mülkiyyət hüququnun yaranması, həmin əmlakın itirilməsi nəticəsində yaranmış ziyanla bağlı hallardır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-nin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış evinin onun razılığı və ya digər qanuni əsas olmadan sökülmüş və həmin evin söküntüsü Cavabdeh MMC tərəfındən həyata keçirilmişdir. Bu xüsusat iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 574 saylı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 203 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” sərəncamla yanaşı, işdə olan digər sübutlarla da təsdiq olunur. Kollegiya orada söküntü işlərinin cavabdeh tərəfindən aparılmaması, cavabdehin boş torpaq sahəsini Rafael Qarayevdən boş vəziyyətdə əldə etməsi ilə bağlı cavabdeh tərəfin dəlilini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəf həmin ərazini Rafael Qarayevdən boş vəziyyətdə alması ilə bağlı sübutlar təqdim etməmiş, əksinə qeyd olunan dəlil işin halları və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 574 saylı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 203 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” sərəncamla tam olaraq təkzib olunur. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 574 saylı “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 203 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” sərəncama əsasən, Cavabdeh MMC-nin xx.xx.2007-ci il tarixli, 01 saylı müraciəti və "xxxx" MTK-nın xx.xx.2007-ci il tarixli, 015 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi ünvandakı 566-cı məhəllədə yerləşən torpaq sahəsinin Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.Həmin sərəncamın 1.2-ci bəndinə əsasən ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericiliyə uyğun olaraq vəsaitin ödənilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. Kollegiya tərəfindən müəyyən olundu ki, Cavabdeh MMC-nin təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Ona görə də, kollegiya hesab edir ki, Cavabdeh MMC İddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində İddiaçı mülkiyyət hüququ pozulmuş, iddiaçının paylı mülkiyyət hüququ ilə məxsus olan öz evi barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də, mütənasib olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Kollegiya iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş 189/E saylı, 14 aprel 2021-ci il tarixli "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti haqqında 220/E saylı rəyinə əsasən İddiaçı sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsi qiymətləndirmə aparılmış, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir. Göründüyü kimi, evin ümumi sahəsi 96,1 kv.m olduğu halda, iddiaçının həmin evdə payı 2/18 hissə təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3919/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, (bənd 89.) Qeyd olunanlarla yanaşı, işə baxmış apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvanda yerləşən tikililərin sökülməsi üçün əmlaka iddiaçı ilə eyni həcmdə paylara malik olan X41 və X6 210000 manat, habelə müxtəlif ölçüdə sahələrə görə ayrı-ayrı şəxslərə və onların ailə üzvlərinə müxtəlif məbləğdə pul vəsaitlərinin ödənildiyini müəyyən etsə də, bərabər mənafelərə bərabər münasibət prinsipi baxımından həmin məbləğlərin iddiaçıya dəymiş zərərin müəyyən edilməsində meyar kimi qəbul edilməsi, iddiaçıya da ən azı həmin məbləğlərə uyğun kompensasiya verilməsi barədə məsələləri müzakirə etməmişdir Belə olduğu halda, Kollegiya qeyd edir ki, digər iş materialları ilə təsdiq edilməklə yanaşı iddiaçının özünün sifarişi ilə də Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsinin qiymətləndirilməsi aparıldığını, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiymətinin 230000 manat təşkil etdiyini iddiaçı özü də bildirdiyindən iddiaçıya bazar qiyməti ilə dəymiş zərər 76.666,6 manat (230000 : 3=76.666,6) manat təşkil edir. Buna görə də, iddia tələbi fərdi yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə 462940 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi zərərlə bağlı 76.666,6 manat tutulmalıdır. Kollegiya həyətyanı tikili və qurğuları olan, sahəsi 2.2 kv metr olan sanitar qovşaq, 8.4 kv metr olan hamam, darvaza, həmçinin evin həyətində iki mərtəbəli, hər mərtəbəsi 35 kv metr yaşayış otağı sahəsindən ibarət olan bir otaqlı əlavə tikili, bundan başqa evin 15 kv metr zirzəmisi, bunların cəmini hesablayanda (2.2+8.4+35+35+15=95.6) 95.6 kv metr həyətyanı tikililər və əlavə tikililər, bunu da 2400 manata vuranda 229.440.00 (iki yüz iyirmi doqquz üç min dörd yüz qırx) manat pulun tələb edilməsi hissəsində iddianı əsassız hesab edir. Belə ki, 21 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 12 saylı arayışa əsasən İddiaçı keçmiş yaşadığı ünvan 67 saylı evdə əlavə tikililər mövcuddur və Hüseynov Bəşirin, İbrahimov Bağırın, İddiaçı mülkiyyət payına heç bir aidiyyəti yoxdur. Həmçinin, 189/E saylı, 14 aprel 2021-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspertiza qiymətləndirmə fəaliyyəti haqqında 220/E saylı ekspert rəyinə əsasən İddiaçı sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsi üzrə qiymətləndirmə aparılmış, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir. Göründüyü kimi, İddiaçı özünün sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsinin qiymətləndirilməsi aparılmış, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir.Həmin qiymətləndirmə zamanı da iddiaçıya məxsus əlavə tikililərin mövcudluğundan bəhs edilməmişdir. Beləliklə, iddiaçı 95.6 kv metr həyətyanı tikililər və əlavə tikililərin ona məxsus olması, cavabdeh söküntü işləri aparandan əvvəl belə tikililərin onun istifadəsində mövcud olması, bunu da 2400 manata vuranda 229.440.00 (iki yüz iyirmi doqquz üç min dörd yüz qırx) manat pulun tələb edilməsi hissəsində iddianı sübut edə bilməmişdir. Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Bundan başqa evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə kollegiya iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3919/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, (bənd 87.) Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə iddianın əsassız olduğu barədə mövqeyi də qanuni və ağlabatan şəkildə əsaslandırılmamışdır. Məhkəmə hesab etmişdir ki, bir neçə paylı mülkiyyətçinin yaşamış olduğu ünvanda az pay hüququna malik iddiaçı tərəfindən dəmir darvaza qoyulması, tamet örtüyü çəkilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmamışdır.(bənd 88.) Halbuki, Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Qanun yalnız özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu barədə qayda müəyyən etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iddiaçının payının az olmasına və əşyanın təkib hissələrinin onun tərəfindən quraşdırıldığına dair mötəbər sübutlar təqdim olunmadığı barədə qənaəti anlaşılan deyil. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə- Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən iddiaçının əşyanın mülkiyyətçisi olaraq 2/18 pay ilə hüququ olduğundan iddia bu hissədə də qismən təmin olunaraq həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 333, 3 manat (3000:18x2=333,3 manat) və evin həyətinə girmək üçün dəmir darvazaya görə 55,6 manat (500:18x2=55,6 manat) zərərin əvəzi olaraq cavandehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəf işə baxılması ilə bağlı 30 manat dövlət rüsumu ödədiyindən, iddia dövlət rüsumunun məbləği ilə bağlı hissədə iddianın təmin edilmiş hissəsinə münasib olaraq qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2 manat dövlət rüsumu tutulmalıdır. Həmçinin, iddiaçının vəkilə ödənilmiş və xx.xx.2023-cü il tarixdə “Elektron Kabinet” vasitəsilə təqdim etdiyi ərizə əsasında tələb etdiyi pul məbləğinə (vəkilə ödənilmiş xərc) münasibətdə Kollegiya qeyd edir ki, 750 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən maddi zərərə görə 76.666,6 (yetmiş altı min altı yüz altmış altı manat altı qəpik)manat + 333, 3 (üç yüz otuz üç manat üç qəpik) manat + 55,6 (əlli beş manat altı qəpik) manat, hüquqi xidmət haqqına görə 750 (yeddi yüz əlli) manat, dövlət rüsumunun əvəzi 2 (iki) manat, cəmi 77.807,5 (yetmiş yeddi min səkkiz yüz yeddi manat beş qəpik) manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(004)-3455/2021 saylı qətnaməsi qismən-maddi ziyan tələbinin rədd olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən maddi zərərə görə cəmi 77.807,5 manat (yetmiş yeddi min səkkiz yüz yeddi manat beş qəpik) tutularaq İddiaçın xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-569/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-569/2023
12.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver