Məhkəmə qərarları › İş №2(103)-5695/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5695/2022

28.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5695/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Vəkillə birgə) verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada tərtib edilmədiyi üçün Məhkəmənin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı geri qaytarılmışdır. Cavabdeh tərəfindən ikinci dəfə verilən apellyasiya şikayəti nöqsan aradan qaldırılmadığı üçün Məhkəmənin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmənin qeyd edilən (xx.xx.2022-ci il tarixli) qərardadından cavabdeh (nümayəndəsi və vəkili Vəkillə birgə) tərəfindən verilən şikayət forma məzmuna uyğun olmadığı üçün 03 iyun 2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. Məhkəmənin 03 iyun 2022-ci il tarixli qərardadından narazı qalan cavabdeh (nümayəndəsi və vəkili Vəkillə birgə) şikayəti müddət ötürülməklə verdiyindən 16 iyun 2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. Mülki iş materiallarından görünür ki, daha sonra cavabdeh (nümayəndəsi və vəkili Vəkillə birgə) müddətin bərpasına dair vəsatət verərək Məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi 29 iyun 2022-ci il tarixli qərardadla vəsatəti təmin etmiş, prosessual müddəti bərpa edərək 16 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Göründüyü kimi prosessual müddətin ötürülməsinə görə geri qaytarılan şikayət 03 iyun 2022-ci il tarixli qərardaddan verilən şikayətdir. Məhkəmənin qənaətinə görə isə həmin qərardaddan şikayət vermə müddəti ötürülmüşdür, daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil də müddəti üzrlü səbəblərə görə ötürdüyünü etiraf etmiş və buna görə də vəsatətlə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin vəsatətini təmin edərək prosessual müddəti bərpa etmiş, lakin AR MPM-in 269-cu maddəsinə əsasən qərardaddan verilən şikayətə baxmaq əvəzinə, bu maddə ilə ona verilən səlahiyyətlərindən istifadə etməmiş və verilmiş şikayəti birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. AR MPM-in 269-cu maddəsində qeyd olunur ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ,.., göndərilir. Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından mülki iş Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar