Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5697/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4 və Quliyev Səbuhi Babaş oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilən) qarşı “əmlak” tələbinə dair ilkin, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və ya ödənilmiş pul vəsaitinin geri qaytarılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İş № 2(103)-5697/2022 (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi) sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə Cavabdeh2 vəkili X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-128/2022 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.AD seriyalı, 918459 saylı “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”nə əsasən ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852, buraxılış ili - 2007-ci il olan “Hyundai TG” minik markalı avtomobili xx.xx.2020-ci il tarixdən İddiaçı məxsusdur. 2.Qeyd olunan avtomobil xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətində olmuş, onun tərəfindən mübahisəli avtomobillə bağlı əvvəlcə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 etibarnamə verilmiş, daha sonra isə Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh2 etibarnamələr verilmişdir. 3.İddiaçı məxsus mübahisəli avtomaşın sadalanan etibarnamələr əsasında göstərilən şəxslər arasında qeyri-rəsmi alğı-satqı predmeti olmuşdur. Yəni, İddiaçı avtomaşınını satmaq niyyəti olduğu üçün tanışı Quliyev Səbuhinin təşəbbüsü və vasitəsilə, sonuncunun da Kərimov Akifin vasitəçiliyi ilə əvvəllər tanımadığı Cavabdeh1 adına 1 il müddətinə etibarnamə vermək yolu ilə xx.xx.2021-ci ildə qeyri-rəsmi satmış, sonuncu da həmin avtomaşını alaraq Quliyev Səbuhi ilə razılaşdırılmış satış pulunu Kərimov Akifə ödəyəndən sonra idarəçiliyinə götürərək xx.xx.2021-ci il tarixdə İddiaçı adından avtomaşını etibarnamə vermək yolu ilə Cavabdeh2 qeyri-rəsmi satmışdır. Avtomaşına görə İddiaçı pul ödənilməmişdir. 3.Avtomobilə dair İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. 4.İlk iddia üzrə İddiaçı mülkiyyətində olan avtomaşının tələbi ilə bağlı ilk olaraq etibarnamə verdiyi Cavabdeh1 qarşı iddia qaldırsa da, sonradan avtomaşının həmçinin Cavabdeh2 da alınmasını tələb etmiş, bunu qarşılıqlı iddia əizəsində avtomaşının sonuncuya satılmasının qeyd edilməsi və bununla da əmlakının kimin istifadəsində olmasının qeyri-dəqiqliyi ilə əsaslandırmışdır. 5.İlk iddia üzrə cavabdehlərdən Cavabdeh1 isə İddiaçı X11 vasitəsi ilə 11000 manat pul vəsaiti ödənildiyi halda ona aydın olmayan səbəbdən İddiaçı Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gedərək adına verdiyi 22 aprel 2021-ci il tarixli, 7E-6053 reyest nömrəli “Nəqliyyat vasitəsinə sərəncan verilməsi haqqında etibamamə”ni ləğv etməsi ilə bağlı avtomaşınla əlaqədar aralarında faktiki olaraq mübahisəli avtomobilin alğı-satqı münasibətlərinin başa çatmasını göstərərək, avtomaşın üzərində onun mülkiyyət hüququnun tanınması, yaxud da ona ödənilmiş 11000 manat məbləğin geri qaytarılmalı olmasını iddia etmişdir. a)Birinci instansiya məhkəməsində icraat
6. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və cavabdehin qanunsuz sahibliyində olan “Hyundai TG” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Hyundai TG” minik markalı, 50- DU-184 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobil hazırda qeyri-qanuni olaraq Cavabdeh1 sahibliyində və istifadəsindədir, geri qaytarmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
8. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan “Hyundai TG” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınıb ilk iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.İlkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, nəqliyyat vasitəsinin texniki vəziyyəti onu qane etmədiyi üçün etibarnamə əsasında satmışdır. Elektron notariat sistemindən müəyyən edilmişdir ki, G6EA7A936852 mühərrik nömrəli “Hyundai TG” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə ən son ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE ********; FİN: xxxxxxx) verilmişdir. Lakin, hazırda avtomobilin kimin istifadəsində olduğu qeyri-müəyyəndir. 10.Eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və ya ödənilmiş pul vəsaitinin geri qaytarılması”na dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili-2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobil üzərində onun mülkiyyət hüququnun tanınması, yaxud da ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852, buraxılış ili - 2007-ci il olan “Hyundai TG” minik markalı avtomobili satın alanda onun tərəfindən cavabdeh İddiaçı ödənilmiş 11000 (on bir min) manat və iddia ərizəsi ilə əlaqədar tərəfindən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat pulun ona aid edilərək, cəmi 11123 (on bir min bir yüz iyirmi üç) manat həcmində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisəli AD seriyalı, 918459 saylı “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”nə əsasən ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852, buraxılış ili - 2007-ci il olan “Hyundai TG” minik markalı avtomobili çoxdan tanıdığı X11 vasitəsi ilə cavabdeh İddiaçı 11000 (on bir min) manat pul vəsaiti ödənildikdən sonra, Sumqayıt şəhər 1 saylı Notariat ofisində 22 aprel 2021-ci il tarixli, 7E- 6053 reyest nömrəli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə” ilə onun tərəfindən əldə edilmişdir. Həmin etibarnamə ilə cavabdeh İddiaçı tərəfindən ona “sürücülük huququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi geniş səlahiyyətlər verilmişdir. Beləliklə də, cavabdeh İddiaçı ilə aralarında faktiki olaraq mübahisəli avtomobilin alğı-satqı münasibətləri başa çatmışdır. Mübahisəli avtomobili əldə etdikdən bir müddət sonra, onun texniki vəziyyəti onu qane etmədiyi üçün onu etibarnamə verərək digər şəxsə satmışdır. Bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, heç bir tutarlı səbəb olmadan cavabdeh İddiaçı Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gedərək adına verdiyi 22 aprel 2021-ci il tarixli, 7E-6053 reyest nömrəli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibamamə”ni ləğv etmişdir. Bu zaman cavabdeh İddiaçı Azərbaycan Respublikası MM-nin 366.1-ci maddəsi ilə nəzərdə tutulmuş imperativ normanın tələblərini pozaraq onun adına verdiyi etibarnaməni ləğv etdiyi barədə onu məlumatlandırmamışdır. Onun bu hərəkəti onda anlaşılmazlıq yaratmışdır. Sual olunur ki, ondan mübahisəli avtomobilin dəyərini tam həcmdə qəbul etdikdən sonra, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun adına “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə” verərək avtomobili və onun “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”ni natura şəklində ona təhvil verdiyi halda, nə üçün cavabdeh İddiaçı onun adına verdiyi etibarnaməni ləğv etməlidir.
12. Bakı şəhər Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 2(009)-128/2022 saylı 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim- Rəna Qafarova) ilkin iddia üzrə İddiaçı ilkin iddiasının qismən təmin edilməsi, **-DU-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili - 2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobil Cavabdeh2 alınaraq İddiaçı qaytarılması, Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və ya ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh2 İddiaçı adından etibarnamələr verilərkən ilk iddiaçı tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilmiş etibarnamə qüvvədə idi. 14.Müəyyən edilmişdir ki, İddiaçı satdığı avtomaşına dair Quliyev Səbuhi və sonuncunun da Kərimov Akiflə razılaşdırdığı məbləğ ona çatmadığı üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verdiyi sözügedən etibarnaməni ləğv etmiş və xeyli müddət ərzində avtomaşını Quliyev Səbuhi vasitəsilə Kərimov Akifdən tələb etmiş, daha sonra isə hazırki ilk iddianı qaldırmışdır. 15.Məhkəmə iclasında dindirilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Cavad Təvəkgül oğlunu tanımadığı və mübahisəli avtomaşını Quliyev Səbuhi Babaş oğlundan almasını və Cavabdeh1 satmasını göstərsə də, məhkəmə baxışı dövründə ziddiyyətli izahat verərək əvvəlcə maşının satılmasına dair 11.000 manat pulu Cavabdeh1 alıb Quliyev Səbuhiyə göndərməsini, növbəti iclasda isə onun Quliyev Səbuhi ilə iş birliyi olmasını, həmin ödənilən məbləği Səbuhi ilə aralarında olan işlərinə xərclənməsini, onunla bu mübahisəli maşının məbləği ilə hesablaşdıqlarından aldığı pulu Quliyev Səbuhiyə verməməsini göstərmişdir. 16.Məhkəmə iclasında iştirak edən digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Səbuhi Babaş oğlu İddiaçı nə X7, nə də Cavabdeh1 tanımadığını, mübahisəli avtomaşının onun vasitəsilə Kərimov Akifə, sonuncunun tərəfindən isə Cavabdeh1 satılaraq bunun müqabilində İddiaçı adından Cavabdeh1 adına etibarnamə verilməsini, etibarnamə verilərkən pulun verilməməsini, Akifin Daşqından aldığı 11000 manat pulu müəyyən müddətə ona verməsinə vəd versə də verməməsini, bu səbəbdən də onun pulu Cavada verə bilməməsini, Akifin pulu vəd etdiyi vaxtda vermədiyi üçün hətta avtomaşını qaytarmasını tələb etsə də, qaytarmamasını və beləliklə də maşının sahibinə pul çatmadığını təsdiq etmişdir. 17.X4 mübahisəli avtomaşının satılması ilə bağlı Cavabdeh1 əldə etdiyi 11000 manat pulun Quliyev Səbuhi Babaş oğluna verilməməsi faktını məhkəmə baxışında iştirak etmiş şahid, Cavabdeh1 xalası oğlu X8 da ifadəsində təsdiq etmişdir. Şahid həmçinin ifadəsində avtomaşını Cavabdeh1 alandan sonra vasitəçiliyi ilə Cavabdeh2 satılaraq 12.800 manat məbləğində pulun Cavabdeh1 verilməsini də təsdiq etmişdir. 18.X4 mübahisəli avtomaşının satılması ilə bağlı Cavabdeh1 əldə etdiyi 11000 manat pulun Quliyev Səbuhi Babaş oğluna verilməməsi faktını həmçinin ilk iddia uzrə Cavabdeh2 da izahatında göstərmişdir. 19.Məhkəmə toplanmış və araşdırılmış sübutlar əsasında bu qənaətə gəlmişdir ki, ilk iddiaçı hazırki vaxta kimi mülkiyyəti sayılan avtomaşını satmaq istəsə də, satış pulunun ona çatmaması işdə iştirak edən şəxslərin izahatları və şahid ifadəsi ilə tam təsdiqini tapmışdır. 20.Məhkəmə hesab etmişdir ki, ilk iddiaçının satış məqsədi ilə verdiyi ilk etibarnaməni ləğv etdiyinə görə sonradan onun adından verilmiş etibarnamələr ilkin etibarnamə verildiyi vaxt qüvvədə olmasına baxmayaraq hazırda qüvvədə deyildir. Buna görə də onun mülkiyyətini qanunsuz sahiblikdən geri almaq hüququ vardır. 21.Məhkəmə ilk iddia tələblərinə qiymət verməkdə davam edərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və mübahisəli avtomaşının hazırda Cavabdeh2 sahibliyində olması təsdiq olunduğundan ondan alınaraq İddiaçı qaytarılmalıdır. 22.Belə ki, ilk iddia üzrə digər Cavabdeh1 qarşılıqlı iddiasında və məhkəmə iclasında verdiyi izahatında avtomaşının Cavabdeh2 satılaraq hazırda onun sahibliyində olmasını göstərmişdir. Cavabdeh2 da avtomaşının Cavabdeh1 tərəfindən ona satılmasını və hazırda onun sahibliyində olmasını təsdiq etmişdir. 23.Məhkəmə hesab etmişdir ki, tələb olunan avtomobilin əvvəlcə Cavabdeh1, sonradan hazıradək isə Cavabdeh2 olması faktı təsdiq olunduğuna görə ilk iddia da sonuncuya münasibətdə təmin edilməlidir. 24.Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək qeyd etmişdir ki, Cavabdeh1 ərizəsində və izahatında göstərdiyi kimi avtomobili Quliyev Səbuhinin vasitəsilə 11000 manata Kərimov Akifdən aldıqdan sonra xalası oğlu Samirin vasitəsilə Cavabdeh2 sataraq bu zaman 12800 manat əldə etməsi işin mübahisəsiz hallarındandır. Avtomobilin mülkiyyətçisi olan İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh1 adına verdiyi etibarnaməni, sonuncu tərəfindən Cavabdeh2 etibarnamə verəndən sonrakı tarixdə ləğv etdirmişdir. 25.Məhkəmənin qənaətinə görə Cavabdeh1 mübahisəli avtomobilə mülkiyyət hüquqlarının tanınması üçün hüquqi əsaslar mövcud deyildir və olmamışdır. Belə ki, nəqliyyat vasitəsinin etibarnamə verilməsi yolu ilə alğı-satqı müqaviləsinin bağlanması mülki qanunvericilikdə nəzərə tutulmadığından onun adına verilmiş etibarnamənin İddiaçı ilə aralarında faktiki olaraq mübahisəli avtomobilin alğı-satqı münasibətləri başa çatması kimi qiymətləndirilə bilməz. 26.Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verməkdə davam edərək hesab etmişdir ki, İddiaçı ona verilmədiyi təsdiq edilən 11000 manat məbləğə münasibətdə qarşılıqlı iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı deyildir və buna görə də qarşılıqlı iddia bu hissədə də təmin edilə bilməz. 27.Məhkəmə eyni zamanda mübahisəli avtomobilin Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması ilə bağlı izah etmişdir ki, Cavabdeh2 Cavabdeh1 verdiyi 12800 manat məbləğini geri tələb etməsi ilə əlaqədar iddia qaldırdığı təqdirdə (hazırda Cavabdeh2 ona qarşı belə tələb irəli sürməmişdir), Cavabdeh1 da avtomobilə dair 11000 manat pulu verdiyi şəxsə (və ya şəxslərə) qarşı müvafiq iddia qaldırmaq hüququ vardır. 28.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2, 157.2, 362.1, 152.8-ci addələri, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 76.1, 76.2, 106.1, 62, 104, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
29.Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilməsi hisəsində ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin hallarını kifayət qədər, hərtərəfli və obyektiv araşdırmamış, yalnız ilk iddia üzrə iddiaçının mövqeyini və dəlillərini əsas tutaraq, cavabdehin avtomobilin vicdanlı alıcısı kimi mövqeyini nəzərə almamış, hüquqlarını əhəmiyyətli dərəcədə pozan qətnamə qəbul etmişdir. Vicdanlı alıcı olmağı birinci instansiya məhkəməsinin qətnaməsində digər tərəflərin izahatları ilə də tam təsdiq edilir. Lakin birinci instansiya məhkəməsi işin bu məqamını araşdırmamış və səhv nəticəyə gəlmişdir. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə çıxardığı e- 2(009)-128/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilən hissəsində ləğv edilməli, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X13 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin qismən təmin olunan hissədə ləğv olunmasını xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin qismən təmin olunan hissədə ləğv olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
Azərbaycan Resublikası Mülki Məcəlləsi: 34.Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 35.Maddə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 36.Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 39.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apellyasiya baxışının hədləri
40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qismən təmin olunan hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı satdığı avtomaşına dair Quliyev Səbuhi və sonuncunun da Kərimov Akiflə razılaşdırdığı məbləğ ona çatmadığı üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verdiyi sözügedən etibarnaməni ləğv etmiş və xeyli müddət ərzində avtomaşını Quliyev Səbuhi vasitəsilə Kərimov Akifdən tələb etmiş, daha sonra isə hazırki ilk iddianı qaldırmışdır. 44.Göründüyü kimi, iddiaçının satış məqsədi ilə verdiyi ilk etibarnaməni ləğv etdiyinə görə sonradan onun adından verilmiş etibarnamələr ilkin etibarnamə verildiyi vaxt qüvvədə olmasına baxmayaraq hazırda qüvvədə deyildir. Buna görə də onun mülkiyyətini qanunsuz sahiblikdən geri almaq hüququ vardır. 45.MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 46.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 47.Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 48.Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 49.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 50.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 51.Göstərilən qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobil Cavabdeh2 qanunsuz sahibliyində olduğundan, iddiaçı avtomobilin geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia Cavabdeh2 aid hissədə əsaslıdır. 52.Kollegiya yuxarıda qeyd olunanlara əsasən apellyatorun vicdanlı alıcı olması ilə bağlı dəlilini əsassız hesab edərək, onu da qeyd edir ki, məhkəmə avtomobilin Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması ilə bağlı izah etmişdir ki, Cavabdeh2 Cavabdeh1 verdiyi 12800 manat məbləğini geri tələb etməsi ilə əlaqədar iddia qaldırmaq hüququ izah olunmuşdur. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(009)-128/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev
Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Göstərilən qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobil cavabdeh X3 qanunsuz sahibliyində olduğundan, iddiaçı avtomobilin geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia cavabdeh X5 aid hissədə əsaslıdır. Avtomobil cavabdeh X9 qanunsuz sahibliyində olmadığından, iddia tələbi cavabdeh X12 aid hissədə təmin edilməməlidir.