Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5700/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “əşya” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-145/2025 saylı işi üzrə 21 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı oğlu iddia ərizəsində siyahısı göstərilmiş əşyaların Cavabdeh alınması barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-145/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 05 ədəd elektrik şit (250 manat) və 46 metr 3 fazalı mis məftil (460 manat), Bosch laqunda 01 ədəd (150 manat), Freedom motor 01 komplekti (300 manat), Bosch pardaqlama maşını 02 ədəd (400 manat), şotka aparatı 01 ədəd (100 manat), şotka aparatına aid paçevnik (20 manat), 01 ədəd latun və bronza əritmə qum qəlibləri 200 ədəd (1000 manat), latun əritmə peçi (1500 manat), qazan və turbosu 01 komplekt (500 manat), ventilyator 7 ədəd (210 manat), sürətli ventilyator 01 ədəd (150 manat), hava sovuran 03 faza 01 ədəd (400 manat), lehimləmə aparatı 02 komplekt (200 manat), 06 metr hava və qaz turbası (60 manat), svarka aparatı 01 ədəd 180 VATT (250 manat), aliminium kəsən avadanlıq və lezvası (300 manat), drel avadanlığı 02 ədəd (200 manat), drel avadanlığı stolüstü (250 manat), laqunda stol üstü (200 manat), su filtr aparatı 03 filtrli (150 manat), nikel suyu vannası komplekt (500 manat), qızıl suyu vanna komplekt (700 manat), nikel filtri (100 manat), nikel elektro motor və karobkası (400 manat), suyun PH metrin ölçən cihaz (150 manat), nikelin kimyəvi maddələrini ölçən cihaz (200 manat), mis ANOD 10 kq (500 manat), sarı su ANOD 4 kq (200 manat), nikelsu PH ölçən 01 paçka (50 manat), mis su kimyəvi maddə 02 paçka hər biri 20 kq (400 manat), taxtasız 02 ədəd istehsal stolu (300 manat), tavan üçün fırlanan 01 ədəd lüstur (100 manat), pnevmotik spreylər və turbası 03 komplekt (450 manat), stul 05 ədəd (250 manat), qıfıl 05 ədəd (50 manat), yonma dəzgahı (1000 manat), titanium spiral (150 manat), məngənə (100 manat), mexaniki drel (150 manat), drel komplekt dəsti (200 manat), məngənə komplekti (150 manat), tutqac 01 ədəd komplekt (50 manat), oksigen ölçən (200 manat), nikel sulfat (4675 manat), nikel xlorid (1530 manat), bor turşusu (595 manat), nikel cilalayıcı (374 manat), nikel daşıyıcısı (204 manat), nikel düzəldən (204 manat), nikel nəmləndirici (204 manat), motorlu mişar (500 manat), səs ucaldıcı (150 manat), soba (300 manat), dəzgahlar və alətlər (1000 manat), Melika model çil-çıraq hissələri, Doqol model çil-çıraq hissələri (1000 manat), hava kompressoru (800 manat), vakkum nasosu (700 manat), dəqiq ölçü cihazı - ştangerpərgar (42 manat), drel kiçik ölçülü istifadədə olmuş (40 manat), açar dəsti (170 manat) və paltaryuyan maşın köhnə (65 manat); bu mümkün olmazsa, əşyaların hər birinin dəyəri olan məbləğdə pul və 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, 200 manat məbləğində mütəxəssis xidməti haqqının Cavabdeh tutularaq “X5 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 145/2025saylı,xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, əşyaların saxlanıldığı anbarın icarə haqqının ödənilməsi qarşılığında iddiaçının əşyalarının özünə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehlə birgə çil-çıraq istehsalı və satışı sahəsində birgə sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək üçün özü ilə İrandan avadanlıqlar gətirdiyini, cavabdehin onun əşyalarından anbarda saxladığı müddət ərzində kifayət qədər istifadə etdiyini,hətta onların bəzilərinin artıq yararsız vəziyyətə düşdüyünü, bu barədə onda video-görüntülər də olduğunu və həmin görüntüləri birinci instansiya məhkəməsinə təqdim etdiyini, özünün İran İslam Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, bu barədə müvafiq sənədi də məhkəmə kollegiyasına təqdim etmək edir və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, cavabdehin Bakıda Sədərək Ticarət Mərkəzində çil-çıraq alışı və satışı ilə məşğul olduğunu, iddiaçının da İranda çil-çıraq istehsalı ilə məşğul olduğunu, daha sonra tərəflər arasında 2017-ci ildə ünsiyyət yarandığını və iddiaçının Bakıya gəlib çil-çıraq istehsal edərək Raminlə birgə satması ilə bağlı razılaşdıqlarını, iddiaçının istehsal üçün lazım olan avadanlıqları öz ilə birgə İrandan Bakıya gətirdiyini, cavabdehin isə həmin avadanlıqları yerləşdirmək üçün yer kirayəyə götürdüyünü, lakin iddiaçı müəyyən miqrasiya problemləri yaşadığından bu əməkdaşlığın baş tutumadığını, avadanlıqlarının isə cavabdehin kirayələdiyi yerdə qaldığını, cavabdeh tərəfindən aylıq kirayə haqqının da ödənildiyini, aradan 5 il keçdikdən sonra iddiaçının gəlib həmin avadanlıqları tələb etdiyini, cavabdehin isə ona heç bir öhdəliyinin olmamasına baxmayaraq əşyaları tam saz vəziyyətdə özündə saxladığını və əşyaların saxlanıldığı yer üçün ödədiyi icra haqqının ona qaytardıqdan sonra əşyaları verməyə razı olduğunu bildirdiyini, lakin iddiaçıya qarşı icarə haqqının ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmədiklərini, hal-hazırda da cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, VÖEN-nin də aktiv olduğunu qeyd edir, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş həmçinin sonuncu məhkəmə iclasında elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyini vəsatətinin nəzərə alınaraq aidiyyat qaydaları pozulduğundan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə müraciət edərək,qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin aidiyyətini müəyyən edərkən prosessual hüquq normalarını pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamənin 15-ci bəndində məhkəmə özü göstərir ki, tərəflər arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Məhkəmənin izahatından aydın olur ki, iddiaçı özünə məxsus istehsalat malları və materiallarını sahibkarlıq fəaliyyəti çərçivəsində ona, yəni cavabdehə təhvil vermişdir. Bu hal tərəflər arasında əmək münasibətlərinin və ya sadə məişət anlaşmasının deyil, məhz mülkisahibkarlıq münasibətlərinin mövcudluğunu təsdiq edir. O özü də vergi ödəyicisidir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu məsələ birinci instansiya məhkəməsində də açıq şəkildə bildirilmişdir. Lakin məhkəmə bu hüquqi vəziyyəti nəzərə almamış, işin aidiyyətini yanlış qiymətləndirərək prosessual norma pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələri baxır. Tərəflər arasında yaranmış münasibətlərin kommersiya fəaliyyəti ilə birbaşa bağlı olması işin məhz kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğunu göstərir. Suraxanı Rayon Məhkəməsi aidiyyət qaydasını pozaraq işə baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Aidiyyəti qaydasının pozulması isə qətnamənin ləğv edilməsinə əsas verən ciddi prosessual pozuntudur və qərarın qüvvədə saxlanılmasına imkan vermir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-145/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ.Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ.Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV.Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1.Aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4.İşə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının tələblərinə əsasən: MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; (13-cü bəndinə əsasən) əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; (20ci bəndinə əsasən) məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; (25-ci bəndinə əsasən) kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Eleketron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki: Cavabdeh Məmməd oğlu fərdi sahibkardır( VÖEN: **********) . İddiaçı tərəfindən məhkəmə kollegiyası təqdim edilmiş fars dilindən Azərbaycan dilinə rəsmi tərcümə edilmiş fəaliyyət lisenziyasından görünür ki, iddiaçıya çilçırağ istehsalı kateqoriyası üzrə fəaliyyət lisenziyası verilmişdir, Tehran Vilayətinin lüstr və Çilçıraq istehsal edən Sahibkarların İttifaqı tərəfindən verilmiş arayışla müəyyən edilir ki, İddiaçı Ticarət Nazirliyi tərəfindən verilmiş lüstr və çilçıraq istehsalı lisenziyasının sahibidir və X4 və X1 üzvüdür. Göründüyü kimi hər iki tərəf kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərdir. Belə ki, onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı münasibətlər yaranmış, bu münasibət gedişində iddiaçı özünə məxsus istehsalat mal və materiallarını cavabdehə saxlamaq üçün vermiş, lakin bu fəaliyyəti tərəflər həyatə keçirə bilməmiş, xarici vətəndaş olan iddiaçı ölkəni tərk etməli olmuş, özünə məxsus olan əşyalar isə faktiki olaraq cavabdehdə qalmışdır. Kollegiya hesab edir ki, iddia ərizəsi ilə həll edilməsi xahiş edilən mübahisə həmin şəxslərin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsindən irəli gəlmiş, lakin birinci instansiya məhkəməsi qeyd edilən bu halları nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraatına qəbul edilməsi zamanı mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini yoxlamamış və nəticədə məhkəmə aidiyyəti ilə bağlı qaydalara riayət etməməklə ərizəni icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-145/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32-ci, 384-cü, 387ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-145/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı oğlunun Cavabdeh qarşı “əşya” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5700/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5700/2025
01.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver