Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5711/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “kredit borcunun tutulması, tələbin ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 28 338,25 (iyirmi səkkiz min üç yüz otuz səkkiz manat, iyirmi beş qəpik) manat əsas, 13 627,63 (on üç min altı yüz iyirmi yeddi manat, altmış üç qəpik) manat faiz borcu olmaqla cəmi 41 965,88 (qırx bir min doqquz yüz altmış beş manat, səksən səkkiz qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (on) manat dövlət rüsumunun və 40 (qırx) manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqdan sonra Cavabdeh1, Cavabdeh3 mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 104850-130843/5 saylı 23.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19571,82 manat əsas, 586,07 manat faiz borcu olmaqla cəmi 20 157,89 (iyirmi min yüz əlli yeddi səksən doqquz qəpik) manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı olmaqla cəmi 60 manat xərcin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə tutma yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 65 000 (altmış beş min) manat, Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 45.500 (qırx beş min) manat müəyyən edilməsi, mənzillərin satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 qaytarılması, əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 bankın xeyrinə tutulması, mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X2 mənzilləri tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh1oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – kredit borcunun tutulması hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin düzgün olmayan ekspert rəyinə istinad etməklə yanlış nəticəyə gəldiyi, ekspertin kapitallaşdırılan 6110,07 manat vəsaiti borcalanın ödənişi kimi qiymətləndirdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və ekspertlərin düzgün tədqiqat aparmadıqlarını bildirərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi (əsas və faiz borcu ilə bağlı hissədə) hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı bank isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin “ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı olmaqla cəmi 60 manat xərcin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə tutma yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 65 000 (altmış beş min) manat, Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 45.500 (qırx beş min) manat müəyyən edilməsi, mənzillərin satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 qaytarılması, əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 bankın xeyrinə tutulması, mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X2 mənzilləri tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh1oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına keçirilməsi” hissələri apellyasiya baxışının predmeti deyildir. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı bankın mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına əsasən, bankla Cavabdeh1 arasında 23.02.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətə 77 000 manat kredit verilmiş, 17.03.2017-ci il tarixdə kredit müqaviəsinə 1 nömrəli Əlavə olunaraq borc məbləği kapitallaşdırılmış, 09.12.2019-cu il tarixinə Cavabdeh1 28 338,25 manat əsas, 13 627,63 manat faiz borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizaların rəylərinə əsaslanaraq hesab etmişdir ki, 23.02.2016-cı il tarixli 104850-130843/5 saylı kredit müqaviləsinə və həmin müqavilə əsasında imzalanmış 1 saylı Əlavə Razılaşmaya uyğun olaraq, Cavabdeh1 İddiaçı ASC-yə 23.02.2019-cu il tarixinə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) 19 571,82 manat əsas, 586,07 manat faiz borcu yaranmışdır. Bankın apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı da müvafiq ekspertiza təyin olunmuş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilən 22 iyul 2021-ci il tarixli rəydə də əvvəlki rəylə gəlinən nəticələrə gəlinmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bankın təqdim etdiyi sənədləri ekspert rəyləri ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, müvafiq rəylərlə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi kredit borcunun məbləğini Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyə uyğun olaraq müqavilə müddətinin bitdiyi tarixədək hesablamaqda haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 14 sentyabr 2020-ci il tarixli rəyində kredit müqaviləsinin bitdiyi tarixdən 09.12.2019-cu il tarixədək Cavabdeh1 illik 5% dərəcəsi ilə hesablanmaqla 1363,50 manat faiz borcunun yarandığı göstərilmiş olsa da, iddiaçı bank iddia tələbində yalnız müqavilə faizini tələb etdiyindən, Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələbi nəzərə alınmaqla məhz müqavilə müddətinin bitdiyi tarixə müəyyənləşdirilən məbləğ əsas götürülməlidir. Bununla belə kollegiya iddiaçı bankla izah edir ki, o, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun tutulması tələbini ümumi qaydada yenidən irəli sürmək hüququna sahibdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 104850-130843/5 saylı 23.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19571,82 manat əsas, 586,07 manat faiz borcu olmaqla cəmi 20 157,89 (iyirmi min yüz əlli yeddi səksən doqquz qəpik) manat borcun tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5711/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5711/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver