Məhkəmə qərarları › İş №2(103)-5720/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5720/2022

16.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5720/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, üçüncü şəxs Şamama Həsənovanın vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (satıcı) İddiaçı ilə üçüncü şəxs (alıcı) X2 arasında torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli müqavilə ləğv edilsin. Alqı-satqı edilən torpaq sahəsi Sabunçu rayonu, “Vişnyovka-2” bağ sahəsi, bağ evi № 251 ünvanında yerləşən, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0,06 ha hissəsidir. Müqavilə 19 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilərək 4Ə-185 nömrəli reyestrdə qeydə alınıb. Alqı-astqı müqaviləsini iddiaçının (satıcının) adından onun etibarnamə üzrə nümayəndəsi X3 bağlayıb. Sabunçu RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, həmin müqavilə ləğv edilsin. Üçüncü şəxs X2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. X4 birinci instansiya məhkəməsində icraat zamanı işdə iştirak etməyə cəlb edilməyib. Qətnamə onun hüququna toxunduğuna görə apellyasiya şikayəti verib. Apellyasiya icraatı zamanı o, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınıb. Məhkəmə iclasında iştirak edən, üçüncü şəxs Şamama Həsənovanın vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müqavilənin ləğv edilməsi tələbi onunla əsaslandırılıb ki, iddiaçı torpaq sahəsinin 0,02 ha hissəsində dair X1 adına etibarnamə verib, lakin iddiaçıya məlum olmayan səbəbdən həmin şəxs 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlayıb. Tələb təmin oluna bilməz. Belə ki, müqavilənin ləğv edilməsi tələbi müqavilə tərəfinə qarşı irəli sürülməlidir. Bu qayda Mülki Məcəllənin 421 və 423-cü maddələrindən irəli gəlir. Hazırkı işdə tələb müqavilənin tərəfinə (alıcıya) qarşı deyil, müqaviləni təsdiq etmiş notariusa qarşı irəli sürülüb. Birici instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüqhq normasını pozub. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar