Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5724/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3774/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5400 manat əsas borc, 9214 manat gecikmə faiz borcu, 100 manat nümayəndəyə çəkilən xərc, 30 manat ödənilmiş dövlət rüsumu, 1 manat bank xidmət haqqı, cəmi 14745 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3774/2017 nömrəli, xx.xx.2017- ci il tarixli qiyabi qətnaməsinə (hakim Mehriban Əfəndizadə) əsasən iddia təmin edilmişdir.
3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-3774/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3774/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Mehriban Əfəndizadə) ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3774/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmişdir.
5. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
9. Rayon məhkəməsi qeyd etmişdir ki, mülki iş materiallarında olan Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3774/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsinin könüllü icrasına dair bildiriş xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən imza atılmaqla təhvil alınmışdır. Belə olan halda bu bildirişi almasından keçən 4 il 6 ay müddət ərzində qətnamə ilə maraqlanmaması ağlabatan deyil. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bu müddəti hansı səbəbdən ötürməsini əsaslandıra bilməmişdir. Eyni zamanda qətnamə icra edilmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli Qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.
10. Birinci instansiya məhkəməsi 2(005)-3774/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsinə dair ərizənin verilməsi üçün prosessual müddətin ötürülməsinə istinad edərək cavabdehin ərizəsini təmin etməmişdir.
11. MPM-in 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
12. Kollegiya bununla bağlı qeyd edir ki, qiyabi qətnamənin ləğvinə dair ərizənin verilməsi üçün prosessual müddətin ötürülməsi ərizənin təmin edilməməsi üçün yox, həmin ərizənin baxılmadan geri qaytarılması üçün əsasdır. Göründüyü kimi rayon məhkəməsi bu halı nəzərə almamışdır.
13. Cavabdeh şikayəti ilə bağlı isə qeyd olunmalıdır ki, o şikayətində qərardadın ləğv edilməsi ilə yanaşı, həm də ərizəsinin təmin edilməsini xahiş etmişdir.
14. Kollegiya bunula bağlı bildirir ki, cavabdehin həmin ərizəsi qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı olduğundan, həmin məsələyə isə prosessual qanunvericiliyin tələblərinə əsasən ilkin olaraq rayon məhkəməsi tərəfindən münasibət bildirilməlidir.
15. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsinə baxılarkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verildiyindən, cavabdehin şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3774/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov