Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5729/2024 04.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması" tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2500/2023 saylı qərardadından Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili X6 məhkəməyə ərizə təqdim edərək, hazırki mülki iş üzrə cavabdehlə aralarında barışıq əldə edildiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2500/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilmiş (1. Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 24 ay müddətinə 2 dəfə olmaqla yəni 1-ci ödəniş 170.000 manat barışıq sazişinin təsdiq edilməsi barədə qərar elan olunduğu gündən 12 ay müddətinə, növbəti ödəniş hissə 170.000 manat isə birinci ödəniş ödənildiyi gündən sonra 12 ay müddətinə, ümumilikdə 340.000 manat məbləğində xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 təhsili, inkişafı, asudəsi, tibb və digər xərcləri qarşılamaq üçün birdəfəlik ödəmə olaraq İddiaçı bank hesabına qoymağı öz öhdəsinə götürür; Bu bəndin hər hansı hissəsinin lazımınca həyata keçirilmədiyi təqdirdə ilkin iddia üzrə Cavabdeh2 bu sazişin 2ci bəndində nəzərdə tutulmuş əmlakların (ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963a saylı bağ evi) ilkin iddia üzrə İddiaçı adına rəsmiləşdirilməsini öz öhdəliyinə götürür; 2. Bu barışıq sazişinin 1-ci bəndində göstərilən öhdəliyin Cavabdeh2 lazımınca yerinə yetirmədiyi təqdirdə o, onun mülkiyyət və sahibliyində olan ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963 a saylı bağ evi İddiaçı adına qeyd-şərtsiz mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsi və ya iddiaçının yazılı razılığı əsasında satıb sazişin 1-ci bəndində nəzərdə tutulmuş məbləği ona ödəməyi öz öhdəliyinə götürür. Bunun üçün razılaşdırılmış 12 ay müddəti ötməməlidir,
3. Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10, mənzil 63 və Bakı şəhəri Xətai rayonu, 1131-ci məhəllə, ünvan 2 ünvanında yerləşən mənzillərin İddiaçı sahiblik və istifadəsində qalmaqla, ona dair zəruri sənədləşdirilməni apararaq bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 2 ay müddətində sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürür; 4. Cavabdeh2 BMW X-5 minik markalı, 99- RK-427 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı sahiblik və istifadəsində qalmaqla, ona dair zəruri sənədləşdirilməni apararaq bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 2 ay müddətində sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürür; 5. Cavabdeh2 İddiaçı təsisçisi olduğu "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC-lərə (VÖEN **********1); "xxxx" MMC (VÖEN ********** qarşı irəli sürdüyü iddia tələbindən imtina edərək, gələcəkdə gedən MMC-lərə və digər müəssisələrlə bağlı iddia tələbi irəli sürməməyi öz öhdəliyinə götürür; 6. Cavabdeh2 və İddiaçı birgə nikah dövründə götürdüyü və onların adına rəsmiləşdirilən və ya rəsmiləşdirilməyən hüquqi və ya fiziki şəxslərdən alınan bütün borcları ayrı-ayrılıqda ödəməyi hər biri öz üzərinə götürürlər; 7. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,0614 ha torpaq sahəsinə aid hissəsinə iddia tələblərindən imtina edir; 8. İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair iddia tələblərindən imtina edir; 9. İddiaçı ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsinə dair iddia tələblərindən imtina edir;
10. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963a saylı bağ evinə aid hissədə iddia tələblərindən imtina edir; 11. Tərəflər razılaşırlar ki, İddiaçı Cavabdeh2 birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10 atası Cavabdeh2 himayəsində, xx.xx.2012-ci il təvəllüdlü X7, onların istədikləri vaxtlarda ana və ataları ilə ünsiyyətdə olmaqlarına hər iki tərəf şərait yaratmağı, həmçinin uşaqların sərbəst olaraq ölkə ərazisindən çıxması və gətirilməsi üçün biri digər tərəfə etibarnamə verilməsini öhdəsinə götürür; 12. Qarşılıqlı razılığa əsasən İddiaçı ilə Pərviz oğlunun birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7, onların istədikləri vaxtlarda ana və ataları ilə ünsiyyətdə olmaqlarına hər iki tərəf şərait yaratmağı, həmçinin uşaqların sərbəst olaraq ölkə ərazisindən çıxması və gətirilməsi üçün biri digər tərəfə etibarnamə verilməsini öz öhdəsinə götürür; 13. Tərəflər razılaşırlar ki, bir-birilərinə qarşı aliment tələblərindən imtina edirlər) və mülki işin icraatına xitam verilmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə ərizə və şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2500/2023 saylı qərardadından şikayətin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və şikayət əsasında həmin qərardadın ləğv edilməsini və barışıq sazişinin təsdiqindən imtina edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2500/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2500/2023 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və şikayət ona geri qaytarılmışdır. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2500/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və müddətlə bağlı vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə (hakim) ötürülmüş müddətin bərpasından imtinanın əsası kimi şikayətçinin (iş üzrə cavabdehin) elektron kabinetə malik olduğuna və barəsində şikayət verdiyi qərardadın kabinetdə yerləşdirildiyinə istinad etmişdir. Həmçinin, cavabdehin məhkəmə iclasları barədə də elektron kabinet vasitəsilə məlumatlandırıldığını qeyd etmişdir. Lakin sonuncunun həmin elektron kabinetdə yerləşdirilən sənədlərin oxunması dəlilinə toxunmamışdır. Mübahisəsiz haldır ki, cavabdeh olaraq Cavabdeh4 iş üzrə məhkəmə iclaslarında, o cümlədən barəsində şikayət verdiyi qərardadın qəbul edilməsi zamanı məhkəmə iclasında, həmçinin tərəflərin barışıq sazişinin tərtibində iştirak etməmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh4 kommersiya fəaliyyəti ilə bağlı ASAN imzaya malikdir. Həmin imzadan o, ödənişlərin edilməsi, bank hesabına nəzarət, vergi hesabatların verilməsi kimi kommersiya fəaliyyəti üçün istifadə edir. Özü üçün sərbəst olaraq elektron məhkəmə kabineti yaratmamışdır. Bir dəfə də olsun məhkəmə elektron kabinetindən istifadə etməmişdir. ASAN imzaya malik olduğundan məhkəmə tərəfindən bildiriş və məhkəmə aktlarının yerləşdirilməsi mümkündür. Lakin bu hal vətəndaşın üzərinə elektron kabinetə hər dəfə nəzarət etmə öhdəliyin qoyulaması üçün əsas ola bilməz. Məhz buna görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsində “elektron kabinet”ə malik olan şəxslərə, sənədlərin yerləşdirildiyi barədə məlumat elektron poçt, SMS və s.vasitəsilə çatdırıldığı qeyd edilmişdir. Lakin adı çəkilən qərardadın və həmçinin onun bağlı olduğu məhkəmə iclasları barədə bildirişlərin elektron kabinetdə yerləşdirildiyi barədə SMS, elektron poçt vasitəsi ilə məlumat verilməmişdir. Bu baxımdan Cavabdeh4 məxsus elektron kabinetə qərardadın yerləşdirilməsi ilə ona çatdırıldığı kimi hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2500/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərardadının mövcudluğu Cavabdeh4 xx.xx.2024-cü il tarixdə, icra şöbəsinə çağırıldıqda məlum olmuş və həmin gün qərardadın surəti bildirişlə bir yerdə ona icra şöbəsindən təqdim edilmişdir. Ona görə də cavabdehin həmin qərardaddan qanunvericilikdə şikayətinin verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətin axımı xx.xx.2024-cü il tarixdən başlanmış olur və qeyd olunan 10 günlük müddətdə qərardadan şikayət məhkəməyə daxil olmuşdur. Qeyd olunan ardıcıllıqdan göründüyü kimi, müddətin bərpasından imtina edilməsi, bununla bağlı vəsatətin təmin edilməməsi və bu əsasdan şikayətin geri qaytarılması üçün heç bir hüquqi əsas olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2500/2023 saylı qərardadı ilə şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 134.1-ci və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləridir; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2500/2023 saylı qərardadı xx.xx.2023-cü il tarixdə Cavabdeh4 “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdeh həmin qərardaddan şikayəti və şikayət vermə müddətinin bərpası barədə ərizəni yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Cavabdeh şikayətin və ərizənin hazırda verilməsini kommersiya fəaliyyəti ilə bağlı ASAN imzaya malik olması, həmin imzadan ödənişlərin edilməsi, bank hesabına nəzarətin həyata keçirilməsi, vergi hesabatların verilməsi kimi kommersiya fəaliyyəti üçün istifadə etməsi, sərbəst olaraq elektron məhkəmə kabinetini yaratmaması, bir dəfə də olsun məhkəmə elektron kabinetindən istifadə etməməsi, ASAN imzaya malik olduğundan məhkəmə tərəfindən bildiriş və məhkəmə aktlarının yerləşdirilməsinin mümkün olması ilə əsaslandırır və bu halın onun üzərinə elektron kabinetə hər dəfə nəzarət etmə öhdəliyin qoyulaması üçün əsas olmadığını vurğulayır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki-prosessual qanunvericilikdə birinci instansiya məhkəməsinin aktlarının, o cümlədən qərardadlarının da aid edildiyi məhkəmə sənədlərinin çatdırılması və rəsmi verilməsi qaydası tənzimlənmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində bu sistem tədbiq edilir) mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə (Cavabdeh4 qeydiyyatdan keçmişdir), məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron” kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Bu qaydaya da riayət edildiyi halda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmənin həmin qərardadı da bu cavabdehə məhz mülki-prosessual qanunvericiliyin qeyd edilən tələblərinə uyğun çatdırılmışdır. Onun elektron kabinetdən istifadə etməməsi birmənalı şəkildə üzürlü səbəb kimi qəbul edilə bilməz və ötürülmüş müddətin bərpası üçün əsas deyil. Belə ki, əks halda, Mülki-Prosessual Məcəllənin 135.5-ci və 135.6-cı maddələri öz hüquqi əhəmiyyətini itirmiş olur ki, bu da mümkün deyil. Hər bir halda, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin cavabdeh tərəfindən üzürlü kimi göstərilən hal bu hallara aid deyil. Qeyd edilənlər buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2500/2023 saylı qərardadından şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qərardaddan şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-2500/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2500/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.