Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5749/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1621/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı əşyanın qanunsuz sahiblikdən geri alınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Laptop Lenovo İP-33015İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı komputerin və “Jedel CP70” markalı kompüter siçanının cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya geri qaytarılması, vəkilə ödənilmiş 150 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Türkiyə Cümhuriyyətinin vətəndaşı X6 arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu icraçı direktor vəzifəsinə qəbul olunmuşdur. 07 dekabr 2020-ci ildə X6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Buna baxmayaraq, cavabdeh ona həvalə edilmiş “Laptop Lenovo İP-33015İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı kompüterin və “Jedel CP70” markalı komputer siçanını geri qaytarmamışdır. Belə ki, cavabdehə çatdırılmış İddiaçı MMC-nin direktoru Əhəd Əsgərovun 05 noyabr 2020-ci il tarixli əmrindən və müşayiətedici məktubdan görünür ki, Cəmiyyətin balansında olan “Laptop Lenovo İP-330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı komputerin və “Jedel CP70” markalı markalı komputer siçanı (mouse) işçi X6 tərəfindən Cəmiyyətə geri qaytarılmalıdır. Buna baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə əşyaları qaytarmaqdan yayınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1621/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı MMC-nin mülkiyyətində olan “Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı kompüterin və “Jedel CP70” markalı kompüter siçanının cavabdeh X1 alınaraq İddiaçı MMC-nə verilməsi, cavabdeh X1 vəkilə ödənilmiş xidmət haqqı üçün 150 (bir yüz əlli) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X6 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinici instansiya məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun deyil. Belə ki, o, işdən azad olunmamış istifadəsində olan **-PE-*** dövlət qeydiyat nişanlı, Chevrolet Cruze minik markalı nəqliyyat vasitəsinin, kompyuterin və digər əşyaların onlara təhvil verilməsi tələb olunmuş, o, istifadəsində olan nəqliyyat vasitəsini təhvil vermiş, bundan bir müddət sonra da komyuteri təhvil vermişdir. Amma bugün ondan tamamilə fərqli əşyalar tələb olunur. Belə ki, həmin əşyların ümumiyyətlə İddiaçı MMC-nin mülkiyyətində olub-olmaması və həmin əşyaların ona təhvil verilib-verilməməsi sual altındadır. Əgər verilibsə hansı kompyuter və kompyuter siçanı təhvil verilib, bunu təsdiq edən təhvil-təslim aktı və ya digər hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçı tərəf 06 noyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsaslanaraq, mübahisəli əşyaların verilmədiyini bildirsə də qeyd etmək lazımdır ki, həmin akt tərəfindən imzalansa da, aktda qeyd edilən yazılar onun tərəfindən yazılmamışdır. Əgər məhkəmə həmin akta əsaslanırsa o aktda kopmyuterin və siçanın markası və modeli yazılmamışdır. Göründüyü kimi, iddiaçı mübahisəli əşyaların həqiqətən də onda olmasını sübuta yetirə bilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1621/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirr. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh X3 iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı MMC-nin nümayəndəsi X8 çıxışında cavabdeh Ahmet Kandemir tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1621/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh X6 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan “Laptop Lenovo İP330- 15İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı komputerin və “Jedel CP70” markalı kompüter siçanının iddiaçıya təhvil verilməməsi iddiaçı tərəfin təqdim etdiyi təhvil-təslim aktı ilə, habelə məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə öz əksini tapmış, cavabdeh isə qeyd olunan əşyaların iddiaçıya təhvil verdiyi barədə sübutunu məhkəməyə təqdim etməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ahmet Kandemir qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı MMC-nin nümayəndəsi X5 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Ahmet Kandemir tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı (işəgötürən) ilə X6 (işçi) arasında bağlanmış 17 saylı, 03 fevral 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi icraçı direktor vəzifəsinə işə qəbul edilmiş, işçi ünvan 1 ünvanına (Baş ofis) təhkim edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.(İ.v. 6-10) İş materiallarında olan, İddiaçı (işəgötürən) ilə X6 (işçi) arasında bağlanmış 03 fevral 2020-ci il tarixli tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilənin surətindən görünür ki, maddi məsul şəxs işəgütürən tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın, informasiyanın, maddi və digər sərvətlərin qorunub saxlanması, emalı, satışı, daşınması, istifadəsi və ya başqa əməliyyatların aparılması ilə əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı işi layiqincə yerinə yetirməyi və işəgötürənə vurduğu ziyana görə tam məsuliyyət daşıması öhdəliyini öz üzərinə götürür.(İ.v. 12-13) İş materiallarında olan, İddiaçı direktorunun 07 dekabr 2020-ci il tarixli, 202/K nömrəli əmrinin surətindən görünür ki, X6 ilə 03 fevral 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi, bununla əlaqədar olaraq müvafiq məlumatların elektron informasiya sistemində qeydiyyata alınmasının təmin edilməsi, X3 əmək haqqı, orta aylıq əmək haqqının 1,4 mislində işdənçıxarma müavinəti, eləcədə 25 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir.(İ.v. 16) İş materiallarında olan, 06 noyabr 2020-ci il tarixli əşyaların geri alınması barədə təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin icraçı direktoru (təhvil verən), digər tərəfdən İddiaçı təhlükəsizlik xidmətinin rəisi X2 aktı imzalamaqla təsdiq edirlər ki, İddiaçı MMC-nin mülkiyyətində olan 1 (bir) ədəd **-PE-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsi təhvil alana təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, komputer 5 iş günü müddətində təhvil veriləcəkdir. Maşında müəyyən olunmuş 300 manat zərər hər iki tərəfin nəzərinə çatdırılmışdır. Ahmet Kandemir 300 manat ödəyəcəkdir, benzin kartı və maşının sənədləri təhvil verildi. Avtomobilin 160 manat cəriməsi var, Ahmet Kandemir ödəyəcəkdir. Qeyd olunan akt X6 və X2 tərəfindən imzalanmışdır.(İ.v. 14) İş materiallarında olan, İddiaçı MMC-nin direktorunun 25 noyabr 2020-ci il tarixli, 11/20 nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin balansında olan Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500 GB/İntel HD/DVD/Free D/Black markalı komputer cihazı və Jedeı CP70 markalı komputer siçanı (mouse) işçi X6 tərəfindən Cəmiyyətə geri qaytarılması, əşyaların Cəmiyyətin Təhlükəsizlik Xidmətinə təhvil verilməsi, X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun ona elan edilmiş xəbərdarlıq müddəti ərzində iş yerinə gəlib-gəlməməsi əmək müqaviləsinə uyğun ona əmək haqqının ödənilməsinə təsir etməyəcəyinin izah edilməsi (yəni, əmək haqqı ona tam şəkildə ödəniləcək), əşyaların Cəmiyyətə 2 (iki) gün ərzində təhvil verilməyəcəyi təqdirdə müvafiq məhkəməyə müraciət olunması əmr edilmişdir.(İ.v. 15) İş materiallarında olan, İddiaçı tərəfindən X4 ünvanlanmış 25 noyabr 2020-ci il tarixli, 1078 saylı məktubdan görünür ki, İddiaçı MMC-nin direktorunun 25 noyabr 2020-ci il tarixli, 11/20 nömrəli əmrinin surəti icra edilməsi üçün ona göndərilmiş, əmrin icra edilməməsi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.(İ.v. 18) İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(001)-563/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 iddiası qismən təmin edilmiş, İddiaçı 07 dekabr 2020-ci il tarixli, 202/k nömrəli əmrinin ləğv edilməsi, X4 məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçınə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, cavabdehdən 500 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməmişdir.(İ.v. 110-118) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, o, iddiaçı şirkətdə təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışır, cavabdehdə olan komputeri, komputerə məxsus siçanı və avtomobili almaq üçün təxminən 2020-ci ilin 5-6 noyabrında cavabdehlə “Hollywood” restoranın yaxılınlığnda görüşmüş və təhvil-təslim aktı ilə yalnız avtomobili ala bilmişdir. Onlar görüşəndə tək olmamış, cavabdehin yanında bir hündür boylu xanım da olmuşdur. Cavabdeh avtomobili qaytarsa da, digər əşyaları qaytarmayaraq bildirmişdir ki, komputerdə ailəvi şəkilləri və videoları var, onları başqa yerə köçürdükdən sonra təhvil verəcəkdir. Bununla bağlı, tərtib edilmiş təhviltəslim aktında qeyd də yazılmışdır. Həmin qeyd cavabdehin yanında olan xanım tərəfindən yazılmış və cavabdehə izah edilmiş, sonra isə cavabdeh aktı imzalamışdır. Daha sonra cavabdeh 13 yanvar 2021-ci il tarixdə əşyaları şirkətə qaytarmaq üçün şirkətin yeni köçdüyü ofisə gəlmiş, lakin artıq həmin şirkətin işçisi olmadığından şirkətə buraxılmamış, o da əşyaları qaytarmadan çıxıb getmişdir. Cavabdehə zəng edib bildirmişdir ki, əşyaları düşüb aşağıda qəbul etsin, lakin cavabdeh telefonda artıq çıxıb getdiyini bildirmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təhvil-təslim aktını cavabdehin xanımı oxumuş və cavabehə başa salmışdır ki, o, onda qalan əşyaları 5 iş günündə şirkətə təhvil verməlidir. Cavabdeh hər hansı etiraz etmədən aktı imzalamış, onda qalan əşyaları da qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəcinə əsasn: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflət arasında olan 06 noyabr 2020-ci il tarixli əşyaların geri qalınması barədə təhvil-təslim aktına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 1 (bir) ədəd **-PE-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsi iddiaçı şirkətə təhvil verilsə də, hazırki mübahisəli əşyalar təhvil verilməmiş, həmin əşyaların 5 iş günü ərzində iddiaçıya təhvil verilməsi razılaşdırılmışdır. Bundan sonra, iddiaçının İddiaçı” MMC-nin direktorunun 25 noyabr 2020-ci il tarixli, 11/20 nömrəli əmrinə əsasən Cəmiyyətin balansında olan Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i57200U/4GB/500 GB/İntel HD/DVD/Free D/Black markalı komputer cihazının və Jedeı CP70 markalı komputer siçanının (mouse) işçi Ahmet Kandemir tərəfindən Cəmiyyətə geri qaytarılması əmr Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Ahmet Kandemirin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən tələb olunan Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i57200U/4GB/500 GB/İntel HD/DVD/Free D/Black markalı komputer cihazını və Jedeı CP70 markalı komputer siçanını (mouse) iddiaçı təşkilata geri qaytardığını, birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsini, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsini, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olmasını bildirsə də, apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh Ahmet Kandemirin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1621/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh Ahmet Kandemirin apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan sübutlardan görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az miqdar təşkil edir. Belə ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında tələb olunan əşyaların dəyərinin 500 manatdan yüksək olduğunu qeyd etsədə, məhkəmə ollegiyası hesab edir ki, həmin əşyaların dəyərinin iki min manatdan artıq olması ağlabatan deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1621/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5749/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5749/2021
22.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver